Məhkəmə qərarları › İş №2(102)-1084/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1084/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1084/22 (Açar sözlər: borcun tutulması, ekspert rəyi,) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8898/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kas sasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh arasında 29 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 28 faizlə 5000 manat kredit limiti ayırıb.

2. Mübahisə həmin müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, 4830,26 manat əsas, 832,76 manat faiz borcu olmaqla, cəmi 5663,02 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləs inin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.

5. Borc 17 avqust 2020-ci il tarixə hesablanıb.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1 və 445.2.1ci maddələrinə istinad etmişdir.

7. Cavabdehin nümayəndəsi cavabdehin kredit müqaviləsi üzrə böyük məbləğdə pul ödəməsini göstərək, mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsi 20 oktyabr 2020-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 09/4891 nömrəli ekspert rəyinə əsasən Cavabdeh 17 avqust 2020-ci il tarixinə "xxxx" KB ASC-yə 4830.26 manat əsas, 832,76 manat faiz borcu vardır.

10. Cavabdehin nümayəndəsinin rəyə etirazı və vəsatəti əsasında biri nci instansiya məhkəməsi 09 mart 2021-ci il tarixli qərardadı ilə təkrar mühasibatlıq ekspertizası təyin edilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2021-ci il tarixli, 09/1659 nömrəli ekspert rəyinə əsasən Cavabdeh "xxxx" KB ASC-yə 4830.26 manat əsas, 768.98 manat faiz borcu vardır.

12. Səbail Rayon Məhkəməsinin 2(009)-151/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4830.26 manat əsas, 768.98 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul tutulmuş, məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 30 manatının "xxxx" ASC-dən, 70 manatının Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şəhla Süleymanova)

13. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən ekspert rəyinə, Mülki Məcəllənin 385.1, 442, 443.1 və 443.5-ci maddələrinə əsasən hesab edib ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, Cavabdeh "xxxx" KB ASCnin xeyrinə 4830.26 manat əsas, 768.98 manat faiz borcu tutulmalıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə, əlavə sübutlar tələb edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətinin dəlilləri: - cavabddehin məhkəmə baxışında iştirakı təmin edilməmişdir; - dəfələrlə ona kredit verilmiş, 29.11.2014-cü il tarixli müqavilə üzrə borcu tam ödə nilmişdir; - kredit borcu üzrə məbləğin ödənilməsinə baxmayaraq, digər daxilolmalar və borcların birləşdirilməsi, faiz borcuna faiz hesablanması araşdırılmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8898/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, Mülki Məcəllənin 14.2.1, 385, 386.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələri və müqavilə şərtləri baxımından tərəfl ər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

18. Borcun düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməmişdır. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, onu şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir, təkrar ekspertiza keçirilməsini zəruri edən hal yoxdur. Cavabdehə 5000 manat məbləğində kredit limiti ayırılmış və müvafiq olaraq faizlər hesablanmışdır.

19. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd edib ki, hazırki kredit “kart krediti”dir, yəni borcalan krediti tam və ya hissə-hissə adına açılmış plastik kart vasitəsi ilə çıxarır və faktiki istifadəsində olan kredit məbləğinə görə faiz ödəyir, əsas borc hesaba geri mədaxil edildiyi vaxtdan yenidən məxaric edildiyi vaxtadək faiz hesablanmır. Hesabdan çıxarış və ekspertin tərtib etdiyi ödənişlərə dair cədvələ əsasən cavabdeh müxtəlif vaxtlarda kartdan müxtəlif məbləğdə vəsait çıxarmış, sonra onların faizini, eyni zamanda əsas borcu bağlamış və sonradan həmin əməliyyatı bir neçə dəfə təkrar etmişdir. Cavabdeh sonuncu dəfə 11.06.2018-ci ildə 4842,02 manat vəsait çıxararaq istifadə etmiş və sonradan həmin vəsaitin yalnız faizlərini (06.07.2018-13.01.2020) ödəmiş, əsas borcdan isə cəmi 11,26 manat ödəmiş, buna görə də 4830,26 manat əsas borcu qal mışdır. İstifadə olunmuş kredit vəsaitinin geri qaytarıb, sonra yenidən çıxarılması nəticəsində ekspertin ödəniş cədvəlində “ödənilən məbləğ” qrafasında 26100,51 manat göstərilməsi heç də cavabdeh tərəfindən cəmi 5000 manat kreditə görə 26100,51 manat ödəməsi kimi təfsir oluna bilməz, həmin məbləğ ümumi dövriyyəni əks etdirir.

20. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə gəldikdə apellyasiya məhkəməsini göstərib ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi, həmçinin SMS bildiriş göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh Əİi oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətində cavabdeh borcun düzgün hesablanmamasına, məhkəmə tərəfindən MPM-in 102.2 və 102.3-cü maddələrinin pozulmasına istinad edib. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

28. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, ekspert rəyində göstərilən kredit məbləğinin düzgün hesablanmadığını göstərib.

29. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə tam qiymət verib. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 17-20-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və b una görə də əlavə şərhə zərurət görmür.

30. Ekspert rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Məhkəmə kollegiyası mühasibatlıq ekspertizasının rəyinin düz olmaması, MPMin 102.2 və 102.3-cü maddələrinin pozulması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılması nı başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, bu səbəbdən apellyasiya məhkəməsi cavabdeh tərəfindən onun bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməməsinə istinad edərək, göstərib ki, eks pert rəyi kifayət qədər əsaslandırılmış, onu şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir, təkrar ekspertiza keçirilməsini zəruri edən hal yoxdur.

34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8898/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar