Məhkəmə qərarları › İş №2(102)-1084/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1084/2024

04.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X3 Cavabdeh2 qarşı sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5599 /2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən özbaşına tikili X3 istifadəsində olmuş, o, 2019-cu il tarixindən ailə üzvləri ilə birlikdə orada yaşayır. Özbaşına tikilmiş həmin evin əldə edilməsinə dair hər hansı rəsmi sənəd yoxdur və onun hər hansı bir hüququ səlahiyyətli orqanlar tərəfindən qeydiyyata alınmamışdır. İddiaçının istifadəsində olan özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilmişdir. 2021-ci tarixdə X5 tərəfindən özbaşına tikiliyə bitişik əlavə tikililər inşa edilmiş, cavabdehin istifadəsində olan özbaşına tikilinin də çıxışı olan üm umi küçəyə tərəf olan divardan pəncərə və qapı açılmış, sonradan Cavabdeh2 tərəfindən bağlanmışdır.

2. Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 1/52 ünvanında yerləşən özbaşına tikili Cavabdeh2 istifadəsindədir. Cavabdeh2 istifadəsində olan özbaşına tikili ilə bağlı da hər hansı rəsmi sənəd mövcud deyil, hər hansı hüquqları səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyata alınmamışdır. Həmin özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X5 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması, yaşayış otağının sökülmüş qapı və pəncərəsinin bərpasını cavabdehin üzərinə qoyulması bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən inşa edilmiş eni 6 metr, hündürlüyü 2 metr olan mişar daşından ibarət hasarın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Ş.A.Qurban küçəsi, ev 59/1 saylı 2 otaqlı özbaşına tikili olan həyət evini xx.xx.2019-cu ildə şifahi razılaşma əsasında evin əvvəlki sahibi X1 almışdır. Həmin vaxtdan sözügedən ev onun ailəsi ilə birlikdə şəxsi istifadəsindədir. Orada o, arvadı, iki yetkinlik yaşına çatmış oğlu (onlardan biri ailəlidir), onun iki azyaşlı uşaqları, qızı və iki azyaşlı uşaqları yaşayır. 2021-ci ilin oktyabr ayından təmir işlərinə başlamışdır. xx.xx.2022-ci il tarixdə sahəsi 220,0 kv.m olan otağa qızı iki azyaşlı uşaqları ilə sığınacaqdan gətirərək yerləşdirmişdir. Evin otaq giriş qapısı və pəncərəsi olmadığına görə 140x160 sm ölçüdə 250 manat dəyərində pəncərə və 100x200 sm ölçüdə 300 manat dəyərində dəmir qapı alaraq sözügedən otağın əvvəldən mövcud nəfəsliyini söküb əvəzinə sözügedən pəncərəni və yanında da divarı söküb sözügedən qapını qoydurmuşdur. Həmin gün axşam, yəni xx.xx.2022-ci il tarixdə qonşu olan cavabdeh onun iradəsinə zidd olaraq həmin qapı və pəncərəni çıxarıb, onları yararsız vəziyyətə salaraq onları evinin içinə qoymuş, pəncərənin və qapının yerlərini mişar daşları ilə hördürərək arxasını da suvaqlamışdır. Onun həyat yoldaşı Sara Abbasova bu haqsızlıqla bağlı 37-ci p olis bölməsinə ərizə ilə müraciət etmiş, 1 mart 2022-ci il tarixdə baş təhqiqatçı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək, ona izah etmişdir ki, həmin mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Həyat yoldaşı sözügedən haqsızlıqla bağlı Xətai rayon İcra Hakimiyyətinə də müraciət edib. Cavabdeh onunla yan-yana qonşuluqda yaşayır, onun evindən açdığı qapı və pəncərə ona heç bir maneə törətmir. Həmin qapı və pəncərə heç kimin istifadəsində olmayan həyətə açılır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

7. Məhkəmə tikinti-texniki ekspertizasının 10/7404 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, pəncərə boşluğu il ə cavabdehin istifadəsində olan həyətyanı sahənin giriş qapısı arasında 1,0 metr məsafə olduğu, eləcə də iddiaçı tərəfindən aparılmış işlərin öz istifadəsində olan evin daxilində aparıldığı nəzərə alınaraq pəncərənin cavabdehin istifadəsində olan evə və digər qonşulara hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının evinin 2 qapısının həyətə çıxışı vardır. Onun açdığı digər qapı, yəni üçüncü qapı onun həyət evinin giriş hissəsinə maneə törədir. Bununla bağlı bir neçə dəfə onunla söhbəti olmuşdur. Orada üçüncü qapının qoyulması ona o cümlədən, digər qonşulara da problemlər yaradır. Onun evdən və evin həyətindən istifadə etməyinə iddiaçı tərəfdən narahatlıqlar yaranır. Ondan başqa qonşuların da iştirakı ilə bununla bağlı akt tərtib olunmuş, bundan əlavə Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti başçısına ərizələrlə müraciətlər etmiş və müraciətlərində qonşuluqda yaşayan iddiaçı və onun ailə üzvlərinin evlərin yanında icazəsiz qapı, pəncərə açılmasını bildirmiş və iddiaçının qanunsuz hərəkətlərinə son qoyulmasını şikayət ərizələrində göstərmişlər. Lakin ekspert işin bu halını nəzərə almamış, qonşuları, o cümlədən onu ətraflı dindirməmiş əsasız bir rəy vermişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-127/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən tikilidə yaşayış otağının bağlanmış pəncərəsinin Cavabdeh2 tərəfindən açılaraq əvvəlki vəziyyətində bərpa edilməsi, ünvan 2 ünvanında yer ləşən tikilinin həyətində tikilmiş mişar daşından ibarət hündürlüyü 2 metr, eni 6 metr olan hasar Cavabdeh2 tərəfindən öz vəsaiti hesabına sökülməsi, ekspertiza xərcinin 50 manat hissəsinin X2, 50 manat hissəsinin isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən istifadə edərək orada yaşamış, eyni zamanda cavabdeh də həmin tikiliyə qonşuluqda olan ünvan 2 ünvanında yerləşən tikilidən istifadə etmişdir. Hər iki ev üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması halı mövcud deyil.

11. Məhkəmə qeyd etmişdir ki, hər iki evə dair müvafiq olaraq tərəflərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, eləcə də, həmin evlərə dair heç bir hüquqmüəyyənedici hər hansı sənəd olmasa da, həmin evlər müvafiq olaraq tərəflərin “mənzili” “evi” hesab oluna bilər.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaiti ilə xərc çəkmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək və s. hüquqlar əşya sahibinə məxsusdur.

13. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia üç tələbdən ibarətdir: birinci tələb – iddiaçı tərəfindən öz istifadəsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərəfindən bağlanmış pəncərənin bərpa edilməsi; ikinci tələb - iddiaçı tərəfindən öz istifad əsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərəfindən bağlanmış qapının bərpa edilməsi; üçüncü tələb – cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasarın sökülməsi.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının birinci tələbi əsaslıdır. Belə ki, məhkəmə tərəfindən tikililərin yerində müayinəsi zamanı iddiaçının açdığı pəncərənin cavabdehin istifadəsində olan yaşayış sahəsindən istifadəyə hər hansı maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Cavabdeh sökdüyü pəncərənin mövcud olmasının onun sahibliyində olan evdən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, həmin pəncərə heç kimin mülkiyyətində olmayan sahəyə açılır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/7404 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert müəyyən etmişdir ki, pəncərə boşluğu ilə cavabdehin istifadəsində olan həyətyanı sahənin giriş qapısı arasında 1,0 metr məsafə olduğu, eləcə də iddiaçı tərəfindən aparılmış işlərin öz istifadəsində olan evin daxilində aparıldığı nəzərə alınaraq pəncərənin cavabdehin istifadəsində olan evə və digər qonşulara hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

15. Digər bir tərəfdən, tikililərin məhkəmə tərəfindən yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, pəncərənin açıldığı otağın işıqlandırılması və havalandırılması üçün həmin pəncərəyə ehtiyac vardır, pəncərənin açıldığı otağın yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil. Çünki həmin pəncərənin olduğu ota ğın çölə yalnız bir divarı mövcuddur, digər iki divarı, evin daxili otaqlarına, bir divarı isə cavabdehin istifadəsində olan tikilinin otağına açılır. Pəncərənin açıldığı yerdə isə əvvəllər nəfəslik olmuşdur.

16. Bundan əlavə, mübahisəsi gedən pəncərə bağlanacağı təqdirdə otağa hava axınının, günəş işığının daxil olması mümkünsüz olar ki, bu da iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün əlverişsiz nəticələrə gətirib çıxara bilər. Bu hal həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarını pozmuş olur.

17. Hər iki tərəf yaşadıqları özbaşına tikililər barədə eyni hüquqi statusa malikdirlər və onların həmin tikililər barədə mülkiyyət hüquqları mövcud deyil. Bu baxımdan cavabdehin iddiaçının yaşadığı özbaşına tik ilidə açdığı pəncərəni bağlamağa subyektiv hüququ da yoxdur. Çünki yuxarıda da göstərildiyi kimi, hər iki tərəfin yaşadıqları “evlərə”dair mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınmamışdır və həmin tikililərin yerləşdiyi torpaq sahələri hazırda dövlətə məxsusdur. Bu halda, orada aparılan hər hansı tikintinin qarşısının alınması, yaxud hər hansı müdaxilə yalnız müvafiq dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Cavabdehin isə başqasına məxsus torpaq sahəsində aparılan tikintiyə müdaxilə etmək səlahiyyəti yoxdur.

18. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının yaşadığı 1/59 saylı evin daşıyıcı divarında açılmış pəncərənin cavabdehin hər hansı hüquq və mənafelərini pozması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilərək, sökülümüş pəncərə cavabdeh tərəfindən açılmalıdır.

19. İddiaçının ikinci, yəni iddiaçı tərəfindən öz istifadəsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərəfindən sökülmüş qapının bərpa edilməsi barədə tələbi əsassızdır. Məhkəmə tərəfindən özbaşına tikililərin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sonradan inşa edilmiş otaqdan istifadə üçün açılmış qapının sol tərəfində cavabdehin istifadəsində saxlanc yeri var. Həmin yerin cavabdehin istifadəsində olması iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli qapı iddiaçı tərəfindən açıldığı təqdirdə cavabdeh istifadəsində olan həmin saxlanc yerindən məqsədinəuyğun istifadə edə bilməyəcəkdir. Digər bir tərəfdən, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən olmuşdur ki, iddiaçını n istifadəsində olan tikiliyə mübahisəli giriş qapısından başqa ön hissədən də giriş-çıxış üçün qapı mövcuddur. Yəni mübahisələndirilən qapı iddiaçının istifadəsində olan tikiliyə giriş-çıxış üçün yeganə vasitə deyil.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tikiliyə giriş-çıxış qapısı olduğu halda, ikinci bir giriş-çıxış qapısının hansı səbəblərdən açılması zərurətini əsaslandıra bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən sonradan açılmış qapı cavabdehin istifadəsində olan saxlanc yerinin istifadəsinə maneə yaratdığından, habelə iddiaçının sonradan açdığı qapı olmadan da onun istifadəsində olan evdən istifadə mümkün olduğundan iddia həmin hissədə təmin edilə bilməz.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının üçüncü tələbi, yəni cavabdeh tərəfindən in şa edilmiş hasarın sökülməsi hissəsində iddia təmin edilməlidir. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş hasarın daxilində yerləşən (cavabdehin istifadəsində olan özbaşına tikilinin giriş-çıxışı istisna olmaqla) sahə əvvəllər hər iki tərəfin istifadəsində olmuşdur. Həmin sahədə həm cavabdehin istifadəsində olan saxlanc yeri həm də, iddiaçının istifadəsində olan yaşayış sahəsinə aid su sayğacı yerləşir. Cavabdeh tərəfindən həmin sahə hasarla əhatə olunandan sonra iddiaçının su sayğacına lazımi xidməti göstərməsinə, ondan məqsədinə uyğun istifadəsinə maneə yaranmış olur. Belə ki, iddiaçı mütəmadi olaraq sayğacın üzərindəki göstəricilərlə tanış olmaq üçün həmin sayğaca baxış keçirməli, bu isə mübahisəli hasarın çəkilməsi səbəbindən i ddiaçı üçün çətinlik yaratmış olacaq, iddiaçı hər dəfə həmin sahəyə daxil olmaq üçün cavabdehə müraciət etməli olacaq. Nəzərə alınmalıdır ki, həm tərəflərin istifadəsində olan tikililər, həm də hasarla əhatə olunmuş sahə dövlət mülkiyyətinə aid olduğundan, nə iddiaçı, nə də cavabdeh həmin sahəyə hər hansı üstünlük hüququna malikdir.

22. Bundan başqa, cavabdehin istifadəsində olan özbaşına tikilmiş evin divarının bir hissəsi, eləcə də gələcəkdə bərpa olunduğu halda mübahisəli pəncərə qanunsuz inşa edilmiş hasarın daxilində qalır. Hasarın mövcudluğu isə iddiaçının istifadəsində olan özbaşına tikiliyə, orada yaşamasının təmin edilməsi məqsədilə, qulluq göstərilməsinə maneələr yaratmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hasar cavabdeh tərəfindən iddiaçı ilə aralarında müba hisə yarandıqdan sonra özbaşına inşa edilmişdir. Hasar inşa olunmadan əvvəl də cavabdeh istifadəsində olan tikiliyə sərbəst girib çıxmış və onun istifadəsinə heç bir maneə yaranmamışdır. Məhkəmə tərəfindən yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, hasar cavabdehin istifadəsində olan özbaşına tikilidən təxminən 1,5 metr aralıda, ümumi istifadədə olan yerdə inşa edilmişdir.

23. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mişar daşı ilə inşa edilmiş hasarın mövcudluğu iddiaçının istifadəsində olan özbaşına evin istifadəsinə maneə yaratdığından cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməlidir.

24. Məhkəmə iddia tələbinin sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən son qoyulmasını tələb etdiyi maneələrin nədən ibarət olmasını dəqiq və aydın şəkildə qeyd etməmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.2, 159-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə bir likdə 2019cu ildən Xətai rayonu, Aşıq Qurban küçəsi 1/59 saylı evdə yaşayır. Fərdi yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasa da tikilidən faktiki sahiblik hüququ əsasında istifadə edir. İstifadədə olan bir otağın qapı və pəncərəsi olmadığından 2021-ci ildə ümumi küçəyə iddiaçı tərəfindən açılmış pəncərə və qapılara cavabdeh əvvəl etiraz etməmiş, susmaqla razılığını nümayiş etdirmiş, lakin sonradan buna etiraz edərək adı çəkilən pəncərə və qapıları bağlamış və qarşısında hasar inşa etməklə iddiaçını və ailə üzvlərini həmin otaqdan normal istifadə etmək hüququndan məhrum etmişdir. Baxmayaraq ki, açılmış qapı və pəncərələr cavabdehin hüquqlarını və öz tikilisindən istifadəni heç bir halda məhdudlaşdırmır və onun hüquqlarını pozmur. İkinci qapının çıxışında cavabdehə məxsus olan saxlanc yerindən sonuncunun istifadəsinə hazırda heç bir mane törətməməsi məhkəmənin yerində baxış zamanı aşkar olunsa da, (bu hal işdə olan evlərin cizgiləri və iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyində öz təsdiqini tapmışdır) məhkəmənin gəldiyi nəticəyə görə həmin qapının açılması cavabdehə gələcəkdə saxlanc yerindən məqsədəuyğun istifadə edə bilməyəcəyi qənaətinə gəlməsi əsassızdır, ehtimaldır, məhkəmə qətnaməsi isə ehtimallara əsaslana bilməz, qəti olmalıdır. Hazırda həmin saxlanc yerindən istifadəyə hər hansı bir mane yoxdursa, cavabdehin həmin qapını mübahisələndirməyə subyektiv hüququ da yoxdur. İddia həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. İstifadədə olan tikiliyə digər tərəfdən giriş-çıxışın olması, həmin qapının bağlanması üçün əsas ola bilməz, tikilidə hər-hansı bir fövqəladə hal baş verərsə, həmin qapıdan istifadəyə zərurətin olduğu ortaya çıxacaqdır.

28. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmadığına görə iddia tələbi məhkəmə tərəfindən birmənalı olaraq rədd edilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, iddiaçı və cavabdehin yaşadığı hər iki ünvanda yerləşən evlər özbaşına tikili hesab edilir. Nə qədər ki, iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən ev özbaşına tikilidir, belə olan halda həmin evə dair iddiaçı Ramiz Abbasovun hər hansı bir hüququnun pozulmasından və ya pozulmuş hüququnun bərpa edilməsindən söhbət gedə bilməz. İddiaçının özbaşına tikiliyə mülkiyyət və sahiblik hüququ olmadığı təqdirdə həmin hüquqların məhkəmə qaydasında müdafiəsindən söhbət belə gedə bilməz. Xətai Rayon Məhkəməsi subyektiv hüquqla bağlı iddia ərizəsinə düzgün qiymət vermədiyinə görə Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbi baxımından qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5599/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Kamran Əkbərov) apellya siya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, iddiaçının açdığı pəncərənin cavabdehin istifadəsində olan yaşayış sahəsindən istifadəyə hər hansı maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Cavabdeh sökdüyü pəncərənin mövcud olmasının onun sahibliyində olan evdən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin pəncərə heç kimin mülkiyyətində olmayan sahəyə açılır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/7404 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert müəyyən etmişdir ki, pəncərə boşluğu ilə cavabdehin istifadəsində olan həyətyanı sahənin giriş qapısı arasında 1,0 metr məsafə olduğu, eləcə də iddiaçı tərəfindən aparılmış işlərin öz istifadəsində olan evin daxilində aparıldığı nəzərə alınaraq pəncərənin cavabdehin istifadəsində olan evə və digər qonşulara hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

32. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı tikililərin yerində müayinəsi ilə müəyyən edilmişdir ki, pəncərənin açıldığı otağın işıqlandırılması və havalandırılması üçün həmin pəncərəyə ehtiyac vardır, pəncərənin açıldığı otağın yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil. Çünki həmin pəncərənin olduğu otağın çölə yalnız bir divarı m övcuddur, digər iki divarı, evin daxili otaqlarına, bir divarı isə cavabdehin istifadəsində olan tikilinin otağına açılır. Pəncərənin açıldığı yerdə isə əvvəllər nəfəslik olmuşdur. Bundan əlavə, mübahisəsi gedən pəncərə bağlanacağı təqdirdə otağa hava axınının, günəş işığının daxil olması mümkünsüz olar ki, bu da iddiaçının və onun ailə evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarını pozmuş olur.

33. Kollegiya cavabdehin apelyasiya şikayətinin iddiaçının tikiliyə hüququnun olmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, hər iki tərəf yaşadıqları özbaşına tikililər barədə eyni hüquqi statusa malikdirlər və onların həmin tikililər barədə mülkiyyət hüquqları mövcud deyil. Bu baxımdan cavabdehin iddiaçının yaşadığı özbaşına tikili də açdığı pəncərəni bağlamağa subyektiv hüququ da yoxdur. Hər iki tərəfin yaşadıqları “evlərə” dair mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınmamışdır və həmin tikililərin yerləşdiyi torpaq sahələri hazırda dövlətə məxsusdur. Bu halda, orada aparılan hər hansı tikintinin qarşısının alınması, yaxud hər hansı müdaxilə yalnız müvafiq dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Cavabdehin isə başqasına məxsus torpaq sahəsində aparılan tikintiyə müdaxilə etmək səlahiyyəti yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının yaşadığı 1/59 saylı evin daşıyıcı divarında açılmış pəncərənin cavabdehin hər hansı hüquq və mənafelərini pozması müəyyən edilmədiyindən iddianı həmin hissədə təmin edərək, sökülmüş pəncərənin cavabdeh tərəfindən açılması ilə bağlı düzgün nəticəyə g əlmişdir.

34. İddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya bildirmişdir ki, iddiaçı tərəfindən sonradan inşa edilmiş otaqdan istifadə üçün açılmış qapının sol tərəfində cavabdehin istifadəsində saxlanc yeri var. Həmin yerin cavabdehin istifadəsində olması iddiaçı tərəfindən birinci instansiya məhkəməsində araşdırma zamanı mübahisələndirilməmişdir. Mübahisəli qapı iddiaçı tərəfindən açıldığı təqdirdə cavabdeh istifadəsində olan həmin saxlanc yerindən məqsədinəuyğun istifadə edə bilməyəcəkdir. Həmçinin iddiaçının istifadəsində olan tikiliyə mübahisəli giriş qapısından başqa ön hissədən də giriş-çıxış üçün qapı mövcuddur. Yəni mübahisələndirilən qapı iddiaçının istifadəsində olan tikiliyə giriş-çıxış üçün yeganə vasitə deyil.

35. Kollegiya qeyd etmişdir ki, məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Tikiliyə giriş-çıxış qapısı olduğu halda, ikinci bir giriş-çıxış qapısının hər hansı fövqəladə hal zamanı istifadə olunmasının zərurəti cavabdehin mövcud hüququnun pozulması ilə əhatə oluna bilməz.

36. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən sonradan açılmış qapı cavabdehin istifadəsində olan saxlanc yerinin istifadəsinə maneə yaratdığından, habelə iddiaçının sonradan açdığı qapı olmadan da evdən istifadəsi mümkün olduğundan məhkəmə haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir.

37. Kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş hasarın daxilində yerləşən (cavabdehin istifadəsində olan özbaşına tikilinin giriş-çıxışı istisna olmaqla) sahə əvvəllər hər iki tərəfin istifadəs ində olmuşdur. Həmin sahədə həm cavabdehin istifadəsində olan saxlanc yeri həm də, iddiaçının istifadəsində olan yaşayış sahəsinə aid su sayğacı yerləşir. Cavabdeh tərəfindən həmin sahə hasarla əhatə olunandan sonra iddiaçının su sayğacına lazımi xidməti göstərməsinə, ondan məqsədinə uyğun istifadəsinə maneə yaranmış olur. Belə ki, iddiaçı mütəmadi olaraq sayğacın üzərindəki göstəricilərlə tanış olmaq üçün həmin sayğaca baxış keçirməli, bu isə mübahisəli hasarın çəkilməsi səbəbindən iddiaçı üçün çətinlik yaratmış olacaq, iddiaçı hər dəfə həmin sahəyə daxil olmaq üçün cavabdehə müraciət etməli olacaq. Nəzərə alınmalıdır ki, həm tərəflərin istifadəsində olan tikililər, həm də hasarla əhatə olunmuş sahə dövlət mülkiyyətinə aid olduğundan, nə iddiaçı, nə də cavabdeh həmin sahəyə hər hansı üstü nlük hüququna malik deyildir.

38. Cavabdehin istifadəsində olan özbaşına tikilmiş evin divarının bir hissəsi, eləcə də gələcəkdə bərpa olunduğu halda mübahisəli pəncərə qanunsuz inşa edilmiş hasarın daxilində qalır. Hasarın mövcudluğu isə iddiaçının istifadəsində olan özbaşına tikiliyə, orada yaşamasının təmin edilməsi məqsədilə, qulluq göstərilməsinə maneələr yaratmış olur. Həmçinin hasar cavabdeh tərəfindən iddiaçı ilə aralarında mübahisə yarandıqdan sonra özbaşına inşa edilmişdir. Hasar inşa olunmamışdan əvvəl də cavabdeh istifadəsində olan tikiliyə sərbəst girib çıxmış və onun istifadəsinə heç bir maneə yaranmamışdır. Hasar cavabdehin istifadəsində olan özbaşına tikilidən təxminən 1,5 metr aralıda, ümumi istifadədə olan yerdə inşa edilmişdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiy ası hesab etmişdir ki, cavabdeh tərəfindən mişar daşı ilə inşa edilmiş hasarın mövcudluğu iddiaçının istifadəsində olan özbaşına evin istifadəsinə maneə yaratdığından cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməlidir.

40. Kollegiya mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2-ci, Mülki Məcəllənin 27, 152.2, 159-cu, MPM-in 4.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Cavabdeh2) qətnamənin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mənzil Məcəlləsində qeyd olunan normalara istinad etmiş olsa belə bunu hansı qaydada realizə olunmasını əsaslandırmamışdır. Eyni zamanda bunu Mülki Məcəllənin də normalarına istinadən bildirmək mümkündür. Subyektiv hüquq yoxdur. Bu əsas ümumiyyətlə məhkəmələr tərəfindən diqqətə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin iddiaçının yaşadığı 1/59 saylı evin daşıyıcı divarında açılmış pəncərənin cavabdehin hər hansı hüquq və mənafelərini pozması müəyyən edilmədiyindən iddianı həmin hissədə təmin edərək, sökülmüş pəncərənin cavabdeh tərəfindən açılması ilə bağlı düzgün nəticəyə gəlməsini bildirmişdir. Lakin həmin yarana biləcək şəraitin cavabdehin həyət şəraitinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola biləcəyini nəzərə almamışdır. Bunu nəzərə almayan məhkəmə birmənalı ola raq iddiaçının mövqeyindən yanaşaraq iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Faktiki olaraq həmin pəncərənin açılması ən azından şəxsin istirahət hüququnun pozulmasına gətirib çıxarmaqdadır. Pəncərənin açılan hissəsi cavabdehin birbaşa həyətyanı torpaq sahəsinə açılmaqdadır ki, bu isə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapan istirahət hüququnun məhdudlaşmasına gətirib çıxarmaqdadır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmasa da hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi mümkün və hazırkı işdə isə zəruridir. Məhkəmələrin tam araşdırılmamış məsələlərə mövqeyi anlaşılan deyil və tətbiq olunan hüquq normaları düzgün deyil. Bundan əlavə, ha zırkı formada nəticəyə gəlməklə bütün istinad etdiyi maddi normaları kobud şəkildə pozan hər iki məhkəmə qanuni olmayan və əsassız qətnamə qəbul etmişlər. Hətta şəhid ailəsi də daxil olmaqla bütün qonşuların mütəmadi şikayətlərinə baxmayaraq iddiaçı öz qanunsuz əməllərindən əl çəkmədən bu formada hərəkətini davam etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

44. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil Məcəlləsi

45. Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vət əndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış s ahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.

46. Maddə 12.1 Yaşayış sahələri mənzil hüququnun obyektidir.

47. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Mülki Məcəllə

48. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir

49. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

50. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

51. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

52. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxla nılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, pəncərə boşluğunun istiqamətləndiyi və cavabdeh tərəfindən hasar tikilən torpaq sahəsi hər hansı tərəfin istifadə və sahibliyinin mövcudluğu müəyyən edilmir. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir.

66. Mülki Məcəllənin 239.1-ci maddəsinin tələbi baxımından ümumi istifadədə olan torpaq sahəsindən hər bir maraqlı şəxs istifadə etmək hüququna malikdir. Bu torpaq sahəsindən istifadəyə mane törədilməsi hüquqdan sui-istifadəyə şərait yaradır.

67. Nəzərə alınmalıdır ki, ümumi istifadədə olan torpaq sahəsinə açılan pəncərə digər istifadəçinin – baxılan iş üzrə cavabdeh şəxsin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına səbəb olmur.

68. Əksinə belə mənafe və hüquqların pozulması müəyyən olunmadığı halda cavabdehin pəncərə boşluğunun açılmasına edilən mane iddiaçının hüquqlarının (özü aid olan yaşayış sahəsindən istifadə etmə, işıqlandırmaya, təbii hava axının mənzilə daxil olması) pozulmasına şərait yaratmış olur. Bununla yanaşı nəzərə alımalıdır ki, cavabdeh heç bir halda özünə aid olmasını sübut edə bilmədiyi torpaq sahəsində hasar tikilsi həyata keçirə bilməz, ümumi istifadədə olan torpaq sahəsinə açılan pəncərədən istifadəyə mane ola bilməz. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə gələn məhkəmələr həmin nəticələrə müvafiq olaraq tikililəri yerində müayinə etmək və müvafiq ekspertiza rəyi almaqla gəlmişlər. Məhkəmə kollegiyası isə həmin əsaslandırma ilə razılaşır.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5599/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar