Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1085/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-1085/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2078/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(025)-730/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.N.Sadıqov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması barədə” iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 2.802,37 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 22 aprel 2017-ci il tarixdən sonra banka vurulmuş zərərə görə (əldən çıxmış faydaya görə) 161,13 manat olmaqla, cəmi 2.963,50 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2078/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədə n, iş üzrə Qəbələ rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun tutulması barədə” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 5.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2la iddiaçı təşkilat arasında 22 aprel 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun iddiaçı təşkilata ödənilməmiş 2.802,37 manat kredit borcu vardır. Kredit müqaviləsinin müddətinin bitdiyi 22 aprel 2017-ci il tarixdən sonra iddiaçı təşkilata vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 161,13 manat, cəmi 2.963,50 manat təşkil edir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı ASC-nin vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1, vəkili xxx, digər cavabdehlər Cavabdeh3 və xxxməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab e tmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş kredit borcunun yaranmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ka ssasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 5.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2la iddiaçı təşkilat arasında 22 aprel 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun iddiaçı təşkilata ödənilməmiş 2.802,37 manat kredit borcu vardır. Kredit müqaviləsinin müddətinin bitdiyi 22 aprel 2017-ci il tarixdən sonra iddiaçı təşkilata vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 161,13 manat, cəmi 2.963,50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gec ikdirməsi sayılır. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşdən görünür ki, Cavabdeh1 qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prose ssual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prose ssual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəfl ərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbayc an Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2078/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1085/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1085/2019
19.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver