Məhkəmə qərarları › İş №2(102)-1086/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1086/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1086/2025 14.03.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1233/2024 nömrəli iş üzrə 2 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1233/2024 nömrəli iş üzrə 2 dekabr 2024-cü il tarixli qətna məsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən Cavabdeh tərəfindən məhkəmə aktı həm ilk iddia, həm də qarşılıqlı iddia ilə bağlı hissələrdə mübahisələndirildiyi halda dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir. İşdən görünür ki, ilk və qarşılıqlı iddia tələbləri qiymətləndirilən iddialar-borcun qaytarılması tələbi olmuş, Cavabdeh 111.000 manat və 30.000 ABŞ dolları pulun tutulması xahiş olunmuş, Cavabdeh isə 228.000 ABŞ dollarının iddiaçından tutularaq ona ödənilməsini xahiş etmiş dir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.1.4-cü maddəsinin tələbinə əsasən ilk iddia verilərkən ödənilməli olan dövlət rüsumu 453 manat, qarşılıqlı iddia verilərkən ödənilməli olan dövlət rüsumu isə 678 manat dövlət rüsumu ödənilməli idi. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm ilk, həm qarşılıqlı iddia hissələrində mübahisələndirildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsinə görə 565,5 manat (453 manatın 50%-i + 678 manatın 50%-i) dövlət rüsumu ödənilməli idi. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından ka ssasiya şikayətinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1233/2024 nömrəli iş üzrə 2 de kabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar