Məhkəmə qərarları › İş №2(102)-1087/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1087/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1087/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Xoğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 məhkəməyə mü lki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatət təqdim edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(001)3875/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(001)-3875/2019 saylı qərardadının Cavabdeh1 Məhhərm oğluna münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 nümayəndəsi və vəkili Xoğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “m ülki iş üzrə digər Cavabdeh1 23.10.2004-cü il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək fərdi sahibkar kimi fəaliyyətə başlamışdır. Mübahisə tərəfləri arasında bağlanmış müqavilələr cavabedh Cavabdeh1 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi tarixdən sonra bağlandığı üçün tərəflər arasında olan mübahisə də ümumi məhkəmənin yox, inzibatiiqtisadi məhkəməsinin aidiyyətinə aiddir”. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9816/2019 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılması üçün məhkəmə aidiyyəti prinsipini rəhbət tutaraq 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərə flərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9816/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəld iyi nəticədən görünür ki, Cavabdeh1 fərdi sahibkar statusu olsa da, mübahisə mahiyyət etibarilə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamışdır. Bundan əlavə, iş üzrə cavabdehlərdən üç nəfəri fiziki şəxsdir. Buna görə də hazırki iş mülki xarakterli olduğundan həmin işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: - 24.2-ci maddəsinə əsasən görə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-c i maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı ve rgi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prossesual Məcəllənin 26.1-ci maddəsi göstərilən subyektlər arasında bütün mübahisələrin deyil, yalnız iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olduğunu müəyyən edir. Hazırki iş üzrə verilmiş iddia Cavabdeh1 sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9816/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9816/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar