Məhkəmə qərarları › İş №2(102)-1089/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1089/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1089/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1089/2019 Bakı şəhəri 31 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(049)887/2018 hakim F.K.Soltanov) “xxxx” KB ASC-n in Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 2.911 ABŞ dolları əsas borc, 1.663 ABŞ dolları faiz borcu, 4.200 ABŞ dolları cərimə borcu, cəmi 8.774 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-2341/2018 hakimlər Z.A.Zeynalov, Q.B.Kərimov, İ.Q.Əsədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehdən alınması qət edilmiş cərimə borcu üzrə 4.200 ABŞ dollarının azaldılaraq 400 ABŞ dolları müəyyən edilməsi qət edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qa lan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi əsasında “xxxx” KB ASC Cavabdeh 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 5.600 ABŞ dolları məbləğində kredit vermişdir. 25 yanvar 2018-ci il tarixdə “xxxx” KB ASC kredit müqavilələri üzrə əsas borc, faiz borcu və cərimənin ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən pros essual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə borc məbləğinin düzgün müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət versə də, vəsatət təmin edilməmişdir. O kredit məbləğinin çox hissəsini ödəmişdir. ABŞ dollarının məzənnəsi dəyişmiş, bank ödənişləri düzgün hesablamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, 1.663 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətna mə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (bor c alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə mü əyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməli olan faizləri ödəməmişdir. İddiaçı 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.911 ABŞ dolları əsas borc, 1.663 ABŞ dolları faiz borcu, 8.416 ABŞ dolları məbləğində də bbə pulunun tutulmasını tələb etmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 4.200 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan müvafiq olaraq 400 ABŞ dolları məbləğində cərimənin tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2.911 ABŞ dolları əsas, 400 ABŞ dolları dəbbə pulu pulunun tutulması hissəsində apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş həqiqi hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Bununla bərabər məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi 1.663 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində qanuni və əsaslı deyildir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasındakı kredit müqaviləsi 23.06.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış, müqavilə müddəti 23.06.2016-cı il tarixdə bitmişdir. Bununla bərabər həmin müqavilədə kredit məbləğinin illik 28 % faiz dərəcəsi ilə qaytarılması nəzərdə tutulmuş, müqavilə müddəti ərzində 5.600 ABŞ dolları əsas borc üçün cəmi 1.777 ABŞ dolları məbləğində fazi borcu müəyyənləşdirilmişdir. Bank kredit müqaviləsinin müddəti bitdikdən sonra, 25.01.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2.911 ABŞ dolları əsas borcla bərabər 1.663 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir. İddiaçı müqavilə mü ddətinin bitməsindən 1 il 7 aydan artıq müddət keçdikdən sonra bütün dövr ərzində əsas borca müqavilə üzrə faizlərin hesablanmasını davam etdirərək borcluya qarşı faiz tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və borcluya qarşı belə bir tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu p ul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qərarda göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Deməli apellyasiya məhkəməsi kredit müqaviləsində öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra da m üqavilə üzrə faizlərin hesablanmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 445, 449-cu maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, 1.663 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, 1.663 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar