Məhkəmə qərarları › İş №2(102)-109/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-109/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-109/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1248/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)-11195/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8563,56 manat əsas, 2448,75 manat faiz borcu olmaqla, cəmi 11012,31 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş və cavabdehə məxsus olan “Nexia” minik markalı, **NV-*** qeydiyyat nişanlı və “Kia Rio” minik markalı, **-OG-*** qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin avtomobillərin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Cavabdeh tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları İddiaçı Ləğv prosesində olan “X6” ASC Cavabdeh oğluna qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə akt ları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-1936/2018 saylı, xx xxx 2018-ci ıl tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 32549 saylı, xx xxxxx 2019-cu il tarixli rəyinə əsasən cavabdehin Banka borcu hesablanmamış, habelə 360,99 manat məbləğində artıq ödəmə müəyyən edi lmişdir. Qeyd edilən ekspert rəyində borcun hesablanma qaydası, düstur və digər açıqlayıcı məlumatlar öz əksini tapmamış, qeyd edilmiş məlumatlar isə tamamilə səhv yazılmışdır. Belə ki, ekspert rəyində kredit müqaviləsi üzrə borcun illik 36 faiz ilə 18 ay müddətinə verildiyi yazılsa da, iş materiallarına əlavə edilmiş kredit müqaviləsi, iddia ərizəsi və digər sübut əhəmiyyətli sənədlərdən görünür ki, kredit müqaviləsi illik 26 faiz ilə 48 ay müddətinə razılaşdırılmış şərtlərlə bağlanmışdır. Heç bir əsaslı hesablama aparmadan, kifayət qədər aydın olmayan, şablon tərtib edilmiş ekspert rəyi onun qeyri-mötəbərliliyinə dəlalət edir və məhkəmə qətnaməsi çıxarılarkən sübut kimi qəbul edilməməlidir.Bundan əlavə, ekspert ümumiyyətlə mübahisələndirilən kredit müqaviləsi üzrə yox, bağlanmış kredit h esabı üzrə rəy vermişdir. Belə ki, Cavabdeh bir neçə kredit borcu mövcud olmuşdur, Şikayətin qoşmasına əlavə edilmiş cavabdehin hesabdan çıxarışından aydın olur ki, onlardan bir hissəsi bağlanmış kreditdir və məhz ekspert hesablaması da bağlanmış borc üzrə aparılmışdır. Bakı Apelyasiya Məhkəməsi ümumiyyətlə bu halı nəzərdən qaçırmış, mülki işin mahiyyətinə ötəri yanaşaraq tamamilə başqa kredit borcu üzrə hesablanmış qeyri-dəqiq, səhv tərtib olunmuş ekspert rəyini əsas götürərək iddianı rədd etmişdir. Mülki Prosessual Məcəllənin 102.2-ci və 206-cı maddələrinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə b ilər. Tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, 26% olmaqla, 9500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən “Nexia” minik markalı **-NV-*** qeydiyyat nişanlı avtomobil banka girov qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “Nexia” minik markalı **-NV-*** qeydiyyat nişanlı avtomobil banka girov qoyulmuşdur. Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(001)-10436/17 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh və “X6” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmiş, “Kia Rio” minik markalı, **-OG-*** qeydiyyat nişanlı avtomobil ipotekadan azad edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 32549 saylı rəyindən görünür ki, əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixədək “X6” ASC-yə borcu tam ödənilmiş və 360,99 manat artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1936/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 32549 saylı, xx xxxxx 2019-cu il tarixli rəyindən görünür ki, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2 016-cı il tarixə Cavabdeh “X6” ASC-yə borcu tam ödənilmiş və 360,99 manat artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra olunduğundan onun iddiaçı qarşısında həmin müqavilə ilə bağlı hər hansı öhdəliyi qalmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddia tələbin rədd etmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən hallarına əsasən iddiaçı bank ilə cavabdeh arasında cavabdehə xx.xx.2012-ci il tarixdə 48 ay müddətinə, 26% olmaqla, 9500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi borcun məbləğini müəyyən etmək üçün xx.xx.2018-ci il tarixdə iş üzrə məhkəmə-mübahsibatlıq ekspertizasının keçirilməsini qərara almış və qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. xx.xx.2018-ci il tarixdə ekspert məhkəməyə vəsatət verərək xx.xx.2012-ci il tarixli 401440-12 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş kassa mədaxil orderlərinin, cari hesabdan çıxarışları (cari, ssuda, fazi və cərimə hesabları göstərilməklə) ekspertizaya təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə əlavə materiallar Ekspertiza İdarəsinə göndərilmişdir. Bundan sonra ekspert yenidən məhkəməyə xx.xx.2018-ci il tarixli məktub göndərərək ekspertiza aparmaqdan imtina etdiyini bildirmişdir. Məktuba əlavə edilmiş məlumatdan müəyyən edilir ki, ekspe rt təqdqiqat aparmaqdan imtina etməsinin səbəbi kimi təqdim edilmiş materialların rəy verilməsi üçün kifayət etməməsini ekspertizaya təqdim edilmiş hesabdan çıxarış məlumatlarında əks olunmuş ödənişlərin hansı kredit müqavilələri üzrə silinməsinin müəyyən etməyin mümkün olmamasını göstərilmişdir. Bundan sonra apellyasiya instansiyası məhkəməsinin dekabr 2018-ci il tarixli məktubu ilə mülki iş yenidən ekspertiza idarəsinə göndərmiş və və məktubda tələb olunan sənədlərin idarəyə göndəriləcəyi bildirilmişdir. Lakin bundan sonra iş materiallarında məhkəmənin Ekspertiza İdarəsinə əlavə hər hansı bir sənəd göndərməsi müəyyən edilmir. Bundan sonra Məhkəmə Ekspetiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, tərəflə r arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixədək “X6” ASC-yə borcu tam ödənilmiş və 360,99 manat artıq ödəniş aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi natamam, iş materiallarına zidd olmuş, apellyasiya instansiyası məhkəməsi həmin rəyi əsas götürərək iddia tələbin rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 206.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Belə ki, ekspert rəyində kredit müqaviləsi üzrə borcun il lik 36 faiz ilə 18 ay müddətinə verildiyi yazılsa da, iş materiallarına əlavə edilmiş sənədələrdən görünür ki, kredit müqaviləsi illik 26 faiz ilə 48 ay müddətinə razılaşdırılmış şərtlərlə bağlanmışdır. Ekspert tərtib etdiyi rəydə hansı tarixlərdə ödənişlərin edilməsini, ödənişlərin hansı qaydada silinməsini, kredit müqaviləsi üzrə əsas və faiz borcunun hesablanmasını barədə məlumatlar əks olunmamışdır. Ekspert rəyində cavabdeh tərəfindən banka 9860,99 manat ödəniş edilməsini əsas götürərək 360,99 manat artıq pul ödənildiyini qeyd etmiş, lakin rəydə müqavilə üzrə 2 illik faiz borcunun əks olunmaması nəzərə almamış, məhkəmə isə bu hala diqqət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Ekspertiza İdarəsinə göndərdiyi xx.xx.2018-ci il tarixli məktubuna əlavə edilmiş ödəniş q əbzlərindən müəyyən edilir ki, cavabdeh tərəfindən banka edilmiş ödənişlər təkcə hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə deyil, digər kredit müqaviləri üzrə də olmuşdur. Bu hal isə ekspertiza rəyində öz əksini tapmamış, ekspertin bu barədə məhkəməyə vəsatət verməsinə baxmayaraq qeyd edilən müqavilə üzrə hesabdan çıxarış və digər sənədlər ekspertizaya təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza a parılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən əlavə və təkrar ekspertiza bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan hallarda təyin edilir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllə nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1248/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar