Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1090/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və ödənilmiş kompensasiyanın geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı və onun nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7885/2021nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kas sasiya şikayətləri üzrə işə 14 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı MMC (şirkət) ilə cavabdehlərdən X1 (sakin) arasında bağlanmış “sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə 27.08.2016-cı il tarixli müqaviləyə əsasən, Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən binanın sökülərək MMC-yə təhvil verilməsi şərtilə sakinə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 4-cü mərtəbədəki 27 nömrəli, 1 (bir) otaqlı, ümumi sahəsi 51,10 kv.m təşkil edən tam kommunal şəraitli mənzilin verilməsi razılaşdırılmış və mənzil üçün onun MMC-yə borcunun olmadığına dair həmin tarixli maliyyə arayışı verilmişdır. İddiaçı ilə digər Cavabdeh3 arasında 30.06.2016-c i il tarixdə notarial qaydada bağlanmış eyni məzmunlu müqaviləyə əsasən, tərəflər ünvan 2 ünvanında yerləşən binanın sökülərək MMC-yə təhvil verilməsi şərtilə sakinə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 (bir) otaqlı, tam kommunal şəraitli mənzilin verilməsin barədə razılaşmışlar. İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış eyni məzmunlu 31.03.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında yerləşən binanın sökülərək MMC-yə təhvil verilməsi şərtilə sakinə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 blokun 6-ci mərtəbəsindəki 47 nömrəli, 2 (iki) otaqlı, ümumi sahəsi 53,58 kv.m təşkil edən tam kommunal şəraitli mənzilin verilməsi razılaşdırılmış, mənzil üçün onun MMC-yə borcunun olmadığına dair həmin tarixli maliyyə arayışı verilmişdır. Tərəflər a rasında, eyni zamanda, MMC-nin cavabdehlərə onların yeni mənzillə təmin olunmalarına qədər aylıq kirayə haqqı ödəniləcəyi barəsində də razılaşma olmuş, sözügedən müqavilələr bağlandıqdan sonra Cavabdeh2 8431,18 manat, Cavabdeh1 4444 manat, Cavabdeh3 isə 7200 manat məbləğində vəsait ödənilmişdir. Haızrda iddiaçı şirkət, yaratdığı komissiyanın apardığı araşdırmalarla cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla əlaqələrinin olmadığının, orada yaşamadıqlarının və qeydiyyata alınmadıqlarının müəyyənləşdirildiyini, beləliklə də, onlarla müqavilələrin aldatma yolu ilə bağlanılmaqla etibarsız əqd olduğunu bildirərək, aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavab deh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və ödənilmiş kompensasiyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 27.08.2016-cı il tarixli, Cavabdeh1 arasında bağlanmış 31.03.2017-ci il tarixli, Cavabdeh3 arasında bağlanmış 30.06.2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilələrin etibarsız hesab olunması, cavabdehlər Cavabdeh2 8431,18 manatın, Cavabdeh1 4444 manatın, Cavabdeh3 isə 7200 manatın MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə bağlanmış müqavilələrdə qeyd edilən ünvanda, yəni “Komfort” yaşayış kompleksi tikilən ərazidə köçürülən sakinlərin dəqiq siyahısının mü əyyənləşdirilməsi və bu ərazidə istifadəsində və ya mülkiyyətində yaşayış sahəsi olmayıb, lakin sakin kimi özlərini təqdim edən şəxslərin müəyyən edilməsi məqsədilə MMC-nin baş direktorunun əmri əsasında yaradılmış komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlərin heç biri müqavilərdə göstərilən ünvanda yerləşən sahədə yaşamamış, qeydiyyatda olmamış və ümumiyyətlə yaşayış kompleksi tikilən ərazidə hər hansı yaşayış sahəsi istifadələrində və ya mülkiyyətlərində olmamışdır. Tərəflər arasında bağlanan müqavilələrin 2-ci bəndinə əsasən sakinin mənzildən köçürüldüyü gün təhvil-təslim aktının imzalandığı gün hesab edilir. Yəni müqavilə hüquqi qüvvəsini həmin gün almış olur. Lakin cavabdehlərlə heç bir təhvil-təslim aktı imzalanmamış və həmin sahədə onla ra məxsus mənzil olmasını təsdiq edən sənəd (sübut) yoxdur. Eyni zamanda tərəflərindən ərazi üzrə Nizami Rayon 141 saylı Mənzil Kommunal İstismar Sahəsinə, "xxxx" ASC-nin Nizami RETSİ-nə, "xxxx" ASC-nin Nizami Rayon Sukanal İdarəsinə, “Azəriqaz” İstehsalat Birliyinə verilən sorğulara cavab olaraq bildirilmişdir ki, cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla bağlı heç bir əlaqələri olmamış, orada yaşamamış, qeydiyyatda olmamışlar. Bütün bunlar isə ona dəlalət edir ki, tərəflər arasında müqavilələr aldatma yolu ilə bağlanılmışdır və əhəmiyyətsiz əqd hesab edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 04 noyabr 2020-ci il tarixli, 2(008)-4379/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin sözügedən ünvanda mülkiyyətləri olmamış, həmin ünvan onların yaşayış yerləri kimi qeydiyyata alınmamış, həmçinin də ərazi üzrə Nizami Rayon 141 saylı MİKS-ə, "xxxx" ASC-nin Nizami RETSİ-nə, "xxxx" ASC-nin Nizami Rayon Sukanal İdarəsinə, “Azəriqaz” İB-nin rəsmi məktublarına əsasən cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla bağlı heç bir əlaqələri olmamış, orada yaşamayaraq adlarına hər hansı sayğac və abonent müqavilələri də yoxdur. Ona görə də, cavabdehlərin “Komfort” yaşayış kompleksi tikillməsi ilə bağlı İddiaçı MMC ilə aralarında “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə bağladıqları müqavilələrin məzmununda onların həmin binalarda sakin olmaqla yaşayış sahəsinə malik olmalarının göstərilməsi həqiqətə uyğun olmamışdır. Məhkəmə, cavabd ehlərin onlarla mübahisələndirilən müqavilələrin bağlanması, müvafiq maliyyə arayışı verilməklə hətta kirayə haqqlarının ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə həmçinin, qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçı, cavabdehlər tərəfindən aldanılaraq heç bir sənədə istinad etmədən müqavilələrin səhvən bağlanması, maliyyə arayışı və kirayə pullarının da verilməsinin səhv olmasını etiraf etmişdir. Lakin bu halların baş verməsi o demək deyildir ki, cavabdehlər iddiaçının bu səhvlərinin hesabına əsassız varlanmalı, iddiaçı isə maliyyə itkisinə məruz qalmaqla ağır maddi duruma düşməlidir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir, heç bir hüquqi nəticə doğurmur və özlüyündə etibarsızdır. Əhəmiyyətsiz əqd onun etibarsızlığı ilə əlaqədar nəticələr istisna olmaqla heç bir hüquqi nəticə doğurmur. Əhəmiyyətsiz əqd şəxsin hüquqlarını pozmur, çünki özlüyündə etibarsızdır. İddia ərizəsi isə, məhkəməyə sözügedən əhəmiyyətsiz müqavilələriin etibarsızlığı nəticələrinin tətbiqi haqqında onun icrasına başlanmadan bir il ərzində verildiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilələrin 2-ci bəndinə əsasən sakinin mənzildən köçürüldüyü gün tərəflər arasında təhvil-təslim aktının imzalandığı gün hesab edilir. Göründüyü kimi, müqavilələr hüquqi qüvvəsini yalnız tərəflər arasında təhvil-təslim aktının imzalandığı gün ala bilərdi. Lakin işin materiallarından və tərəflərin də izaha tlarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında heç bir təhvil-təslim aktı imzalanmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 347.1, 347.2, 354.1, 354.2, 560.1 və 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev) 19 avqust 2021-ci il tarixli, 2(103)-7885/21 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Mə hkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Çünkü şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan m ühakimə əsasında mümkün deyildir. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin müvafiq əqdlərin aldadılma nəticəsində bağlanmış olması ilə bağlı qənaəti Mülki Məcəllənin 339.2-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərə uyğun olmuşdur. İddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, cavabdehlərlə bağlanmış müqavilələr əsasında onlara 2018-ci ilin sonlarına qədər kirayə haqqı qismində pul ödənilmiş, bundan sonra ödəni şlər dayandırılmış, Cavabdeh3 nümayəndəsinin iddiaya etirazında göstərdiyinə görə isə, adı çəkilən şəxs ödənişin davam etdirilməsini tələb etdiyində ona, 18.02.2019-cu il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqedən də göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət, məhkəmədə iddia irəli sürülməsi üçün deyil, maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən onu mübahisələndirməsi üçün müəyyənləşdirilən müddətdir və belə mübahisələndirmə müvafiq iradə ifadəsinin istənilən formada digər tərəfə bild irilməsi yolu ilə həyata keçirilə bilər. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçı MMC, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətlərinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri eyni məzmunda belə əsaslandı rılmışdır ki, iddiaçı tərəfindən heç bir məhkəmə instansiyasında cavabdehlərin onu aldatması, yalan məlumatlar verməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı şirkət tikinti sektorunda uzun illərdir fəaliyyət göstərən və kifayət qədər təcrübəli əməkdaşlara sahib olan kommersiya hüquqi şəxsidir. Belə bir şirkətin isə heç bir araşdırma aparmadan və hər hansı səbəb olmadan təsadüfi vətəndaşlarla müqavilə bağlayıb onlara mənzil təhvil verməyi öhdəsinə götürməsi, həmçinin pul vəsaiti ödəməsi ağlabatan mühakimə əsasında inandırıcı deyil. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti isə belə əsaslandırılmışdır ki, sözügedən müqavilə bağlanmasında 4 il keçməsinə baxmayaraq, apellyasiya məhkəməsi iddiaçının müqavilə bağlanarkən cavabdehlər tərəfindən aldadıldı ğı qənaətinə gəlmiş, lakin bu qənaətini kifayət qədər əsaslandırmamış, müqavilənin bağlanmasını təklif edən tərəfin iddiaçı şirkət olmasını, belə olan halda, aldadılma halının yalnız təklif edən tərəfindən edilməsinin mümkün olduğunu nəzərə almamışdır. Eyni zamanda, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında müqavilənin notarial təsdiq olunmasını, cavabdehə məxsus evin mövcudluğu barədə iddiaçı şirkətin nümayəndələri tərəfindən evə və əraziyə baxış keçirilməsi barədə video görüntünü yox saymışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli ya nılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlər kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apelyasiya instansiya məhkəməsi rayon məhkəməsinin iddianın təmin olunması barədə qətnaməsini dəyişdirmədən saxlasa da, mübahisənin hüquqi həlli ilə bağlı yeni əsaslara istinad etmişdir. Belə ki, işdən görünür ki, iddiaçı şirkət, cavabdehl ərlə bağlanmış müqavilələrin etibarsızlığının təsbit olunmasını tələb edərkən, müqavilələrin aldatma yolu ilə bağlandığına istinad edir. Birinci ninstansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətsizlik səbəbilə etibasız hesab edərək, gəldiyi qənaəti Mülki Məcəllənin buna uyğun maddələri ilə əsaslandırmış, apellyasiya instansiya məhkəməsi isə yeni hüquqi əsaslandırma aparmaqla, mübahisələndirilən əqdlərin etibarsızlığına (aldatma əsası ilə) dair maddi normalara istinad etmişdir. Bu halda isə, prosessual qanunvericiliyə əsasən yuxarı instansiya məhkəməsi işə birinci instansiya baxmış məhkəmənin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməli idi. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsəd ilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarı). Göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı h ərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə, aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. Sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi isə, iddia edən tərəfin üzərinə düşür. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilələri aldatma əsası ilə etibarsız hesab edərkən, iddiaçı tərəfdən dəvət olunmuş şahid ifadələrinə, cavabdehlərin adına kommunal xidmətlərə dair müqavilələrin olmamasına və həmin ünvanda yaşamadıqlarına dair MKİS arayışlarına əsasən qeyd etmişdir ki, müqavilələrin bağlanması zamanı cavabdehlərin iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Göründüyü kimi, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları nəzərə almaqla, cavabdehlərin təqdim etdiyi sübutlara (şahid ifadələri, qonşuluq aktları, iddiaçı MMC-nin cavavdehlərlə müqavilələr bağlanarkən əraziyə baxış keçirmiş işçisi Ceyhun Əliyevin ərizəsi və s.) hüquqi qiymət verməmiş, hansı əsaslara görə onları mübahisənin həlli baxımdan mötəbər hesab etmədiyini əsaslandırmamış, bununla da mülki məhkəmə icraatının təməl prinsinsiplərindən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi sübutlar özü- özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir. Kollegiya, vurğulayır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötə bər sübutlar mövcud olmalıdır. Apellyasiya məhkəməsi isə, aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübutlara istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etmiş, bununla da, gəldiyi qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. Digər tərəfdən, işdən görünür ki, cavabdehlər hazırkı iddiadan müdafiə mexanizmi kimi mübahisənin mahiyyətinə dair təqdim etdikləri sübutlarla yanaşı, həm də əqdin mübahisələndirilməsi müddətinin ötürülməsinə istinad edirlər. Kollegiya, hesab edir ki, apelya siya instansiya məhkəməsinin bu hissədə də işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmişdir. Mülki qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və bu müddət kəsicidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı). Hər hansı müddətin, o cümlədən kəsici müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü dəqiq müəyyən olunmalıdır. Apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçı, mübahisələndirdiyi əqdlərin etibarsız say ılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunanların əksinə, həm müddətin axımının başlanğıc günü dəqiq müəyyən etməmiş, həm də axımın 2018-ci ilin sonlarından başlandığını qeyd etdiyi halda, 2020-ci ilin iyul ayında iddia qaldırmış iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürülməmiş hesab etmişdir. Halbuki, müddətin başlanğıcı məhkəmənin qeyd etdiyi kimi 2018-ci ilin sonlarından hesablandıqda belə, son tarix təxminən 2019-cu ilin sonrlarına düşür, iddiaçı isə 2020-ci ilin iyul ayında iddia q aldırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-7885/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməli. Kassasiya şikayətləri qismən təmin ediməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7885/2021nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qə