Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5371/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş kompensasiyanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(103)3816/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları İşin hallarına görə, İddiaçı MMC 17 may 2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb və təsisçiləri 75 faizlə x, 10 faizlə X2 və 15 faizlə X1r. “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə 27 avqust 2016-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə, həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 4-cü mərtəbədə 27 nömrəli, 1 otaqlı, ümumi sahəsi 51,10 kv.metr olan tam kommunal şəraitli mənzilin Cavabdeh2 verilməsini razılaşdırmışlar. “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə X7 ilə bağlanmış 31 mart 2017-ci il tarixli müqaviləyə əsasən o, ünvan 2 ünvanda yerləşən binanın sökülərək İddiaçı MM C-nə təhvil verilməsi şərtilə, həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 blok, 6-ci mərtəbəsi, 47 nömrəli, 2 otaqlı, ümumi sahəsi 53,58 kv.metr olan tam kommunal şəraitli mənzili X3 verilməsini razılaşdırmışlar. “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə Cavabdeh3 ilə notarial qaydada bağlanmış 30 iyun 2016-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə, həmin ünvanında 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 otaqlı, tamkommunal şəraitli mənzili Cavabdeh3 verilməsinə dair razılaşma olmuşdur. X İB-nin 27 aprel 2020-ci il tarixli cavab məktubuna əsasən, Cavabdeh2 (ünvan: ünvan 4bonentlərin uçotu bazasına 30 noyabr 2016-cı il tarixdə qeydiyyata düşmüşdür. Cavabdeh1, Cavabdeh3 təbii qaz istehlakçısı kimi Birliyin abonentlərin uçotu bazasında aşkar edilməmişdir. Nizami rayonu, Sukanal İdarəsinin 28 aprel 2020-ci il tarixli cavab məktubuna əsasən, Cavabdeh2 (Ş.Mirzəyev ev 89 mənzil 95 ünvanı üzrə) və X8 (M.Şərifli ev 62 ünvan üzrə) barələrində "xxxx" ASC-nin bazasında abonent müqavilələri yoxdur. Nizami rayonu, Enerji Təchizatı və Satış İdarəsinin 22 aprel 2020-ci il tarixli cavab məktubuna əsasən, Cavabdeh2 və Cavabdeh1 adlarına İdarənin kompyuter bazasında hər hansı bir kod yoxdur. 141 saylı MKİS-nin 20 oktyabr 2020-ci il tarixli cavab məktubuna əsasən, Ş.Mirzəyev küçəsi ev 89, Şərifli küç ev 62 saylı binalarda Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 aid yaşayış sahəsi olmayıb, yaşayıb-yaşamaları barədə MKİS-də məlumat yoxdur. 141 saylı MKİS-nin 22 aprel 2020-ci il tarixli məktubuna əsasən, Cavabdeh3 Ş.Mirzəyev küçəçi 95; Cavabdeh2 Ş.Mirzəyev küçəsi ev 89, Cavabdeh1 M.X.Şərifli küç. 62 saylı ünvanlarında qeydiyyatları yoxdur və yaşayıb-yaşamaları barədə MKİS-də olan sənədlərə əsasən heç bir məlumat yoxdur. 141 saylı MKİS-nin 16 oktyabr 2020-ci il tarixli cavab məktubuna əlavə edilmiş Şərifli küçəsi 62, Ş.Mirzəyev küççəsi 89 və 95 saylı ünvanlar üzrə dislokasiya cədvəllərinə əsasən həmin cədvəllərdə cavabehlərin və onların ailə üzvlərinin adları yoxdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 03 iyun 2020-ci il tarixli arayışlarına əsasən Cavabdeh3 qeydiyyatı Tovuz rayonu, Öysüzlü kəndi, Cavabdeh2 qeydiyyatı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. Asif Əsədullayev küçəsi ev 27 mənzil 28, Cavabdeh1 qeydiyyatı Şəmkir rayonu, Keçili kəndinədir. İşə əlavə edilmiş sənədlərə əsasən Cavabdeh2 8431,18 manat, Cavabdeh1 4444 manat və Cavabdeh3 isə 7.200 manat kompensasiya ödənilmişdir. Şəmkir rayon İHB-nın Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 daimi qeydiyyatda olmaqla Şəmkir rayonu, Keçili kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: atasıX10; anası-X5; qızı- X11; Ş. Mirzəyev küçəsi ev 95, mənənzil 19 saylı ünvanda qeydiyyatda olan X4, Ş.Mirzəyev küçəsi ev 95, mənənzil 31-də ünvanda qeydiyyatda olan X6, Baki şəhəri, Ş.Mirzəyev küçəsi ev 95, mənzil 12də qeydiyyatda olan X13 qizinın notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən, həqiqətən qonşuları Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 95 saylı evi n həyətində 1 otaqlı mənzildə 2012-ci ildən 2018-ci ilə qədər ( sökülənə qədər) yaşamişdır. İddiaçı MMC-nin Cavabdeh1 adına verilmiş 31 mart 2017-ci il tarixli maliyyə arayışına əsasən həqiqətən o, ünvan 2 ünvanda yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 53.58 kv.metr olan İ blok, 6-cı mərtəbəsində yerləşəcək 47 nömrəli mənzilə görə İddiaçı MMC-yə heç bir borcu yoxdur İddiaçı MMC- nin Cavabdeh2 adına verilmiş 27 avqust 2016-cı il tarixli maliyyə arayışına əsasən, o həqiqətən ünvan 5 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 52.1 kv.metr olan İ blok, 4-cü mərtəbədə yerləşəcək 27 nömrəli mənzilə görə İddiaçı MMC-nə heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və ödənilmiş kompensasiyanın geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 27 avqust 2016-cı il tarixli, Cavabdeh1 arasında bağlanmış 31 mart 2017-ci il tarixli, Cavabdeh3 ilə bağlanmış 30 iyun 2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilələrin etibarsız hesab olunması, cavabdehlər Cavabdeh2 8.431,18 manat, Cavabdeh1 4.444 manat, Cavabdeh3 7.200 manat pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə bağlanmış müqavilələrdə qeyd edilən ünvanda, yəni “Komfort” yaşayış kompleksi tikilən ərazidə köçürülən sakinlərin dəqiq siyahısının m üəyyənləşdirilməsi və bu ərazidə istifadəsində və ya mülkiyyətində yaşayış sahəsi olmayıb, lakin sakin kimi özlərini təqdim edən şəxslərin müəyyən edilməsi məqsədilə MMC-nin baş direktorunun əmri əsasında yaradılmış komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlərin heç biri müqavilərdə göstərilən ünvanda yerləşən sahədə yaşamamış, qeydiyyatda olmamış və ümumiyyətlə yaşayış kompleksi tikilən ərazidə hər hansı yaşayış sahəsi istifadələrində və ya mülkiyyətlərində olmamışdır. Tərəflər arasında bağlanan müqavilələrin 2-ci bəndinə əsasən sakinin mənzildən köçürüldüyü gün təhvil-təslim aktının imzalandığı gün hesab edilir. Yəni müqavilə hüquqi qüvvəsini həmin gün almış olur. Lakin, cavabdehlərlə heç bir təhvil-təslim aktı imzalanmamış və həmin sahədə on lara məxsus mənzil olmasını təsdiq edən sənəd (sübut) yoxdur. Eyni zamanda tərəflərindən ərazi üzrə X, "xxxx" ASC-nin Nizami RETSİ-nə, Xə, “X” İstehsalat Birliyinə verilən sorğulara cavab olaraq bildirilmişdir ki, cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla bağlı heç bir əlaqələri olmamış, orada yaşamamış, qeydiyyatda olmamışlar. Bütün bunlar isə ona dəlalət edir ki, tərəflər arasında müqavilələr aldatma yolu ilə bağlanılmışdır və əhəmiyyətsiz əqd hesab edilir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin sözügedən ünvanda mülkiyyətləri olmamış, həmin ünvan onların yaşayış yerləri kimi qeydiyyata alınmam ış, həmçinin də ərazi üzrə X, "xxxx" X, "Xə, “X rəsmi məktublarına əsasən cavabdehlərin heç birinin müqavilələrdə qeyd edilən ünvanla bağlı heç bir əlaqələri olmamış, orada yaşamayaraq adlarına hər hansı sayğac və abonent müqavilələri də yoxdur. Ona görə də, cavabdehlərin “Komfort” yaşayış kompleksi tikillməsi ilə bağlı İddiaçı MMC ilə aralarında “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə bağladıqları müqavilələrin məzmununda onların həmin binalarda sakin olmaqla yaşayış sahəsinə malik olmalarının göstərilməsi həqiqətə uyğun olmamışdır. Cavabdehlərlə mübahisələndirilən müqavilələrin bağlanması, müvafiq maliyyə arayışı verilməklə hətta kirayə haqqlarının ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə həmçinin, qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçı, cavabdehlər tərəfindən aldanılaraq heç bir sənədə istinad etmədən müqavilələrin səhvən bağlanması, maliyyə arayışı və kirayə pullarının da verilməsinin səhv olmasını etiraf etmişdir. Lakin bu halların baş verməsi o, demək deyildir ki, cavabdehlər iddiaçının bu səhvlərinin hesabına əsassız varlanmalı, iddiaçı isə maliyyə itkisinə məruz qalmaqla ağır maddi duruma düşməlidir. Beləliklə, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir, heç bir hüquqi nəticə doğurmur və özlüyündə etibarsızdır. Əhəmiyyətsiz əqd onun etibarsızlığı ilə əlaqədar nəticələr istisna olmaqla heç bir hüquqi nəticə doğurmur. Əhəmiyyətsiz əqd şəxsin hüquqlarını pozmur, çünki özlüyündə etibarsızdır. İddia ərizəsi məhkəməyə sözügedən əhəmiyyətsiz müqavilələriin etibarsızlığı nəticələrinin tətbiqi haqqında onun icrasına başlanmadan bir il ərzində verildiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilələrin 2-ci bəndinə əsasən sakinin mənzildən köçürüldüyü gün tərəflər arasında təhvil-təslim aktının imzalandığı gün hesab edilir. Göründüyü kimi, müqavilələr hüquqi qüvvəsini yalnız tərəflər arasında təhvil-təslim aktının imzalandığı gün ala bilərdi. Lakin, mülki iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında heç bir təhvil-təslim aktı imzalanmamışdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.3, 347.1, 347.2, 354.1, 354.2, 560.1 və 560.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblər i ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblə rini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 339.6, 346.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2021-ci il tarixli qətn aməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslındırıb ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilələri aldatma əsası ilə etibarsız hesab edərkən, iddiaçı tərəfdən dəvət olunmuş şahid ifadələrinə, cavabdehlərin adına kommunal xidmətlərə dair müqavilələrin olmamasına və həmin ünvanda yaşamadıqlarına dair MKİS arayışlarına əsasən qeyd etmişdir ki, müqavilələrin bağlanması zamanı cavabdehlərin iddiaçıya düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında iddiaçıda formalaşmış yanlış qənaət nəticəsində bağlanmışdır. Beləliklə iddiaçı, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları nəzərə almaqla, cavabdehlərin təqdim etdiyi sübutlara (şahid ifadələri, qonşuluq aktları, iddiaçı cavavdehlərlə müqavilələr bağlanarkən əraziyə baxış keçirmiş işçisi Ceyhun Əliyevin ərizəsi və sair) hüquqi qiymət verməmiş, hansı əsaslara görə onları mübahisənin həlli baxımdan mötəbər hesab etmədiyini əsaslandırmamış, bununla da mülki məhkəmə icraatının təməl prinsinsiplərindən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi sübutlar özü-özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, m üqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Apellyasiya məhkəməsi isə, aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübutlara istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etmiş, bununla da, gəldiyi qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. Digər tərəfdən, işdən görünür ki, cavabdehlər hazırkı iddiadan müdafiə mexanizmi kimi mübahisənin mahiyyətinə dair təqdim etdikləri sübutlarla yanaşı, həm də əqdinmübahisələndirilməsi müddətinin ötürülməsinə istinad etmişlər. Kollegiya, hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsinin bu hissədə də işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçı, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020- ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunanların əksinə, həm müddətin axımının başlanğıc günü dəqiq müəyyən etməmiş, həm də axımın 2018-ci ilin sonlarından başlandığını qeyd etdiyi halda, 2020-ci ilin iyul ayında iddia qaldırmış iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürülməmiş hesab etmişdir. Halbuki, müddətin başlanğıcı məhkəmənin qeyd etdiyi kimi 2018-ci ilin sonlarından hesablandıqda belə, son tarix təxminən 2019-cu ilin sonrlarına düşür, iddiaçı isə 2020-ci ilin iyul ayında iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 337, 339.6, 346.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslanldırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, A.V.Tanrıverdiyev və R.Ə.Eyvazov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanlırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prossesual hüquq normalarının tələblərini pozduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığının təsbit edilməsini tələb edərkən, müqavilələrin aldatma yolu ilə bağlandığına istinad etdiyi halda, birinci instansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətsizlik səbəbilə etibarsız hesab edərək, gəldiyi qənaəti Mülki Məcəllənin buna uyğun maddələri ilə əsaslandırmışdır. Sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı tə rəflər arasında bağlanmış müqavilələrin aldatma əsası ilə etibarsız hesab edilməsini tələb edərkən, iddiaçı tərəfindən dəvət olunmuş şahid ifadələrinə, cavabdehlərin adlarına kommunal xidmətlərə dair müqavilələrin olmamasına və həmin ünvanda yaşamadıqlarına dair MKİS arayışlarına əsaslınmışdır və qeyd etmişdir ki, müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçıya düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında iddiaçıda formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə iddiaçı, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Cavabdehlər isə iddianı əsassız sayaraq təqdim etdikləri sübutlara (şahid ifadələri, qonşuluq aktları, iddiaçının cavavdehlərlə müqavilələr bağlanarkən əraziyə baxış keçirmiş işçisi CX ərizəsi və sair) istinad etmişlər. Birinci instansiya məhkəməsi mübahisənin həlli baxımdan cavabdehlərin təqdim etdikləri sübutları mötəbər hesab etmədiyini əsaslandırmamış, bununla da mülki məhkəmə icraatının təməl prinsinsiplərindən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. İddiaçının təqdim etdiyi sübutlar özü-özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir. Nəzərə alınmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdir diyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzib olunmaz mötəbər sübutlar mövcud olmalıdır. Yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, tərəflərdən heç kimin qohumu deyildir. 2014-cü ildən iddiaçıdan iş icraçısı işləmişdir. Hal-hazırda iddiaçıda işləmir, 4 aydır ki, iddiaçıdan işdən çıxmışdır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 95 və Məmmədəli Şərifli küçəsi 62-də kəsişmədə “Komfort” yaşayış kompleksinin tikintisi başlamam ışdan əvvəl orada yaşayan sakinlərlə danışıqlar aparmaq, orada mövcud olan tikililərin sahiblərini və sahəsini müəyyən etmək və onlarla müqavilə bağlamaq ona həvalə edilmişdir. Belə ki, o, köçürmə komissiyasının üzvü olmuşdur. Lakin ondan başqa iddiaçının direktoru X iddiaçının təsisçisi kimi təqdim olunan Xv və X adlı şəxslər də mübahisə edilən müqavilə bağlanmamışdan əvvəl cavabdehlərə məxsus mənzillərə baxış keçirərək yoxlanmış, ölçülər aparılmış, evin mövcudluğu və evə, əraziyə baxış keçirilməsi barədə video görüntü çəkmişlər. Onlar 10 may 2015-ci il tarixdən Bakı şəhəri, ünvan 6 ünvanda köçürmə işlərini həyata keçirmək üçün həmin ünvana gəlmişlər. Həmin ünvandan köçürüləcək sakinlərin siyahısını Nizami rayon İcra Hakimiyyətə təqdim etmişdir. Cavabdehlər də həmin siyahıda var idilər. İddiaçının direktoru X köçürülən şəxslərlə şəxsən maraqlanır və onlar barəsində məlumatları dəqiqləşdirirdi. Cavabdehlərin köçürülməsində də iştirak etmişdir. Cavabdehlərə kirayə haqqı verildiyindən məlumatı vardı, kirayə haqqı ödənilməsi sonradan niyə dayandırıldığını bilmir. Lakin bilir ki, sonra cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılmasını rəhbərlik tapşırmışdır. İşdən görünür ki, cavabdehlər hazırkı iddiadan müdafiə mexanizmi kimi mübahisənin mahiyyətinə dair təqdim etdikləri sübutlarla yanaşı, həm də əqdin mübahisələndirilməsi müddətinin ötürülməsinə istinad edirlər. Mülki qanunvericiliyə əsasən maraqlı şəxslər əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və bu müddət kəsicidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı). Hər hansı müddətin, o cümlədən kəsici müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü dəqiq müəyyən olunmalıdır. İşin mübahisəsiz məqamıdır ki, iddiaçı, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020-ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Göründüyü kimi, kəsici müddətin axımı 2018-ci i lin sonlarından başlandığı halda, iddiaçı 2020-ci ilin iyul ayında iddia qaldırmış, beləliklə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar özü-özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Mülki iş materiallarına, tərəflərin izahatına, şahid ifadəsinə maddi və prosessual normalara uyğun hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzib olunmaz mötəbər sübutlara istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etmişdir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən arqumentləri tamamilə əsassızdır, heç bir hüquqi və faktiki əsası yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsində şahid ifadəsi olmayan lakin a pellyasiya baxışında şirkətə qarşı qərəzli mövqedə olan şahid ifadəsinə istinad edilməsi də mötəbər sübut hesab edilə bilməz. Eyni zamanda, məhkəmənin bina söküldükdən 4 il sonra iddia irəli sürməsi arqumenti ilə razılaşmırıq, cavab olaraq bildiririk ki, iddiaçı rəsmi qurumlardan aldığı sənədlərə əsasən cavabdehlərin həmin ünvanda yaşamamaları və adlarına mənzil olmamaları müəyyən edildikdən sonra (2020-ci ilin may ayında) qanunla müəyyən olunmuş qaydada iddia qaldırıb. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübah isə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməyib, əksinə daha tez və çevik iddia qaldırılıb. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun mənasına görə bunun üçün hüquqi əsas olmalıdır. Hazırki işdə iddiaçının tələbi müqavilənin etibarsız hesab edilməsidir ki, o, öz əmlakından məhrum olmasın. Cavabdehlərin adlarına sözügedən ərazidə mənzil olmasını təsdiq edən heç bir sübut yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdimübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdinmübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vu rmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdmübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məl um olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 416.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığının təsbit edilməsini tələb edərkən, müqavilələrin aldatma yolu ilə bağlandığına istinad etdiyi halda, birinci instansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətsizlik səbəbilə etibarsız hesab edərək, gəldiyi qənaəti Mülki Məcəllənin buna uyğun maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. İddiaçı tərəflər arasında bağlanmış müqavilələrin aldatma əsası ilə etibarsız hesab edilməsini tələb edərkən, iddiaçı tərəfindən dəvət olunmuş şahid ifadələrinə, cavabdehlərin adlarına kommunal xidmətlərə dair müqavilələrin olmamasına və həmin ünvanda yaşamadıqlarına dair MKİS arayışlarına əsaslınmışdır və qeyd etmişdir ki, müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçıya düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında iddiaçıda formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə iddiaçı, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Cavabdehlər isə iddianı əsassız sayaraq təqdim etdikləri sübutlara (şahid ifadələri, qonşuluq aktları, iddiaçının cavavd ehlərlə müqavilələr bağlanarkən əraziyə baxış keçirmiş işçisi CX ərizəsi və sair) istinad etmişlər. Birinci instansiya məhkəməsi mübahisənin həlli baxımdan cavabdehlərin təqdim etdikləri sübutları mötəbər hesab etmədiyini əsaslandırmamış, bununla da mülki məhkəmə icraatının təməl prinsinsiplərindən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. İddiaçının təqdim etdiyi sübutlar özü-özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir. Nəzərə alınmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlə rin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzib olunmaz mötəbər sübutlar mövcud olmalıdır. Yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, tərəflərdən heç kimin qohumu deyildir. 2014-cü ildən iddiaçıdan iş icraçısı işləmişdir. Hal-hazırda iddiaçıda işləmir, 4 aydır ki, iddiaçıdan işdən çıxmışdır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 95 və Məmmədəli Şərifli küçəsi 62-də kəsişmədə “Komfort ” yaşayış kompleksinin tikintisi başlamamışdan əvvəl orada yaşayan sakinlərlə danışıqlar aparmaq, orada mövcud olan tikililərin sahiblərini və sahəsini müəyyən etmək və onlarla müqavilə bağlamaq ona həvalə edilmişdir. Belə ki, o, köçürmə komissiyasının üzvü olmuşdur. Lakin ondan başqa iddiaçının direktoru X, iddiaçının təsisçisi kimi təqdim olunan Xv və X adlı şəxslər də mübahisə edilən müqavilə bağlanmamışdan əvvəl cavabdehlərə məxsus mənzillərə baxış keçirərək yoxlanmış, ölçülər aparılmış, evin mövcudluğu və evə, əraziyə baxış keçirilməsi barədə video görüntü çəkmişlər. Onlar 10 may 2015-ci il tarixdən Bakı şəhəri, ünvan 6 ünvanda köçürmə işlərini həyata keçirmək üçün həmin ünvana gəlmişlər. Həmin ünvandan köçürüləcək sakinlərin siyahısını Nizami rayon İcra Hakimiyyətə təqdim etmişdir. C avabdehlər də həmin siyahıda var idilər. İddiaçının direktoru X köçürülən şəxslərlə şəxsən maraqlanır və onlar barəsində məlumatları dəqiqləşdirirdi. Cavabdehlərin köçürülməsində də iştirak etmişdir. Cavabdehlərə kirayə haqqı verildiyindən məlumatı vardı, kirayə haqqı ödənilməsi sonradan niyə dayandırıldığını bilmir. Lakin bilir ki, sonra cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılmasını rəhbərlik tapşırmışdır. İşdən görünür ki, cavabdehlər hazırkı iddiadan müdafiə mexanizmi kimi mübahisənin mahiyyətinə dair təqdim etdikləri sübutlarla yanaşı, həm də əqdin mübahisələndirilməsi müddətinin ötürülməsinə istinad edirlər. Mülki qanunvericiliyə əsasən maraqlı şəxslər əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və bu mü ddət kəsicidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı). Hər hansı müddətin, o cümlədən kəsici müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü dəqiq müəyyən olunmalıdır. İşin mübahisəsiz hallarına görə iddiaçı, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt, yəni 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020-ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddianı irəli sürmüşdür. Gör ündüyü kimi, kəsici müddətin axımı 2018-ci ilin sonlarından başlandığı halda, iddiaçı 2020-ci ilin iyul ayında iddia qaldırmış, beləliklə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürmüşdür. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdimübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsi ndə məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdinmübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdmübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına tə sir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli, 2(103)-3816/2022 saylı qətnaməsi dəyişdirilmədən sa xlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5371/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5371/2022
13.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver