Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3816/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(008)- 4379/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) xx.xx.2020-ci il tarixli, 2(008)-4379/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanan xx.xx.2016-cı il tarixli, Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli, Cavabdeh3 arasında bağlanan xx.xx.2016-cı il tarixli “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə Müqavilələrin etibarsız hesab edilməai, cavabdehlər Cavabdeh2 8431,18 (səkkiz min dörd yüz otuz bir, 18 qəpik) manat, Cavabdeh1 4444 (dörd min dörd yüz qırx dörd) manat, Cavabdeh3 isə 7200 (yeddi min iki yüz) manat məbləğində aylıq kirayə haqqı qismində kompensasiya şəklində ödənilmiş pulların tutularaq İddiaçı MMC –yə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) xx.xx.2021-ci il tarixli, 2(103)-7885/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4379/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin apellyatorların özlərinə aid olunması qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7885/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.R.Vəliyeva, E.Y.Şamayev, A.Ə.Abbasov) xx.xx.2022-ci il tarixli, 2(102)-1090/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7885/2021nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasında məhdud kommunal şəraitli mənzildə qeydiyyatsız yaşamış, yaşadığı mənzilin qaz, işıq və su təminatı qonşuların ümumi kommunikasiya xətti hesabına həyata keçirilmiş, bu səbəblə onun adına ayrıca abonent müqaviləsi mövcud olmamış, bina sökülən zaman “İnteks" MMC-nin nümayəndələri tərəfindən hər bir sakinlə, o cümlədən Cavabdeh2 ilə fərdi danışıqlar aparılmış, danışıqların nəticəsi olaraq onunla müvafiq müqavilə bağlanmışdır. Cavabdeh1 münasibətdə isə qeyd olunmalıdır ki, onunla müqavilə bağlanmamışdan əvvəl “İnteks" MMC tərəfindən ona maliyyə arayışı verilmiş, arayışda göstərilmişdir ki, onun, ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan, ümumi sahəsi 52.1 kv.m olan 1-ci blok, 4-cü mərtəbədə yerləşəcək 27 nömrəli mənzilə görə MMC-yə heç bir borcu yoxdur. Qeyd olunan sənədlər rəsmiləşdirildikdən sonra, cavabehin mənzildən köçürülməsi həyata keçirilmiş, ona məxsus mənzil sökülmüş və başqa yerdə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Bina söküldükdən 4 il sonra belə bir tələb irəli sürülməsi absurddur və heç bir hüquqi əsası yoxdur. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, əqdlərin etibarsızlığı ilə bağlı müddət müəyyən edilmişdir.Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Yeni apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilələri İddiaçı MMC-nin adından MMC-nin direktoru Fərid Qəhrəmanov imzalamış, iddia ərizəsi MMC-nin İdarə Heyətinin sədri Ruslan Məmmədov tərəfindən verilmiş, beləliklə də iddia tələbini hüquq sahibi olan şəxsin irəli sürüb-sürmədiyi qeyri-müəyyən qalmışdır. İşin hallarından görünür ki, müqavilələrin bağlanmasını tikinti işlərini aparan iddiaçı MMC təklif etmişdir və əgər aldadılma varsa, bu aldatma təklif edən tərəfindən qaynaqlanmışdır. Cavabdeh3 ilə bağlanmış müqavilə notarial qaydada təsdiq olunmuşdur, bu isə o deməkdir ki, müqavilə bağlanan zaman notarius tərəfindən müqavilə şərtləri və hüquqi nəticəsi tərəflərə izah edilmişdir. Mübahisəsiz hal ondan ibarətdir ki, müqaviləni bağlamış MMC-nin direktoru anlaqlı şəxsdir və bu səbəblə də bağladığı müqavilənin mahiyyətini anlayaraq imzalamışdır. Bundan başqa, MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi kimi təqdim olunan Ruslan Məmmədov və iş icraçısı Ceyhun adlı şəxslər mübahisə edilən müqavilə bağlanmamışdan əvvəl Cavabdeh3 və digərlərinə məxsus mənzillərə baxış keçirərək yoxlamış, ölçülər aparmış, evin mövcudluğu və evə və əraziyə baxış keçirilməsi barədə video görüntü çəkmişlər. Bu video görüntülər iş materiallarına əlavə olunmuşdur və məhkəmənin onlara qiymət verməməsi kobud qanun pozuntusudur. Digər tərəfdən, Cavabdeh3 ilə bağlanmış müqavilədən 4 (dörd) ildən artıq vaxt keçdikdən sonra iddia qaldırılması iddia müddətinin buraxılması deməkdir. Nəzərə alınmalıdır ki, Cavabdeh3 2 (iki) il müddətində kirayə haqqı ödənildikdən sonra bu ödənişin verilməsi dayandırılmış, Cavabdeh3 mənzilin verilməsini və kirayə haqqının ödənilməsini tələb etdikdən sonra MMC 18 fevral 2019-cu il tarixli məktubla müqaviləyə xitam verdiyini bildirmiş, bundan 1 (bir) il 6 (altı) ay sonra isə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Beləliklə, MMC-nin vəzifəli şəxsləri vəzifələrindən sui-istifadə edərək cavabdehləri mübahisə edilən müqavilələri bağlamağa vadar etmiş, onlara məxsus evləri söküb yerində coxmənzilli bina tikdikdən sonra onlara verilməli olan mənzilin verilməsindən və ödənilməli olan kirayə haqqını ödəməkdən boyun qaçırmışlar. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Yeni apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin və iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 01 iyun 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış məlumat xarakterli müraciətinin dəlillərinə istinad etməklə bildirmişdir ki, İddiaçı MMC ilə cavabdehlər arasında imzalanmış “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə xx.xx.2016-cı il tarixli Müqaviləyə əsasən Cavabdeh2 yaşadığı ünvan 3 ünvanında yerləşən binanın sökülərək (PİLOT LAYİHƏ OLDUĞUNA GÖRƏ) İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 4-cü mərtəbəsindəki 27 nömrəli, 1 (bir) otaqlı, ümumi sahəsi 52,10 kv.m təşkil edən tam kommunal şəraitli mənzil Cavabdeh2 verilməsinə, Cavabdeh1 ilə bağlanan xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 6-cı mərtəbəsindəki 47 nömrəli, 2 (iki) otaqlı, ümumi sahəsi 53,58 kv.m təşkil edən tam kommunal şəraitli mənzil Cavabdeh1 verilməsinə, Cavabdeh3 ilə bağlanan xx.xx.2016-cı il tarixli Müqaviləyə əsasən Bakı şəhəri Nizami Rayonu, Şirin Mirzəyev küçəsi, ev.95, mənzil 9 (qeyd edirlər ki, 9 nömrəli mənzildə məcburi köçkün yaşayıb, Cavabdeh3 adlı şəxs orada qeydiyyatda olmayıb, yaşamayıb) ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 (bir) otaqlı, tam kommunal şəraitli mənzil Cavabdeh3 verilməsinə, dair razılaşma olmuşdur. İddiaçı MMC-nə məxsus olan “Komfort” yaşayış kompleksi tikilən ərazidə özlərini sakin kimi təqdim edərək və onların istifadəsində və ya mülkiyyətində yaşayış sahələri olduğunu bildirərək İddiaçı MMC-nin işçilərini aldatmış və onlarla səhv müqavilələr (“Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri”) bağlamış şəxsləri müəyyən etmək üçün 2020-ci ilin aprel ayında İddiaçı MMC tərəfindən Nizami rayonu 141 saylı MKİS-nə, Azərişıq ASC-nin Nizami rayon idarəsinə, "xxxx" ASC-nin Nizami rayonu Sukanal İdarəsinə və “Azəriqaz” İstehsalat Birliyinə sorğular verilmiş, Sorğulara verilmiş cavab məktublarında həmin cavabdeh şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olmadıqları və orada yaşamadıqları müəyyən edilmişdir. Daha sanra DİN-nin MAPS məlumat şöbəsinə, Şəmkir rayonu Keçili kənd icra nümayəndəliyinə, Tovuz rayonu X34 İcra Nümayəndəliyinə sorğu verilmiş, sorğuya verilən cavab məktublarında cavabdehlərdən Cavabdeh1 Şəmkir rayonu Keçili kəndində qeydiyyatda olması və orada yaşaması, Cavabdeh3 Tovuz rayonu X34ində qeydiyyatda olması və orada yaşaması, Cavabdeh2 isə ünvan 5 ünvanında qeydiyyatda olması və orada yaşaması müəyyən edilmişdir. Yuxarıda qeyd edilən məlumatlar əsasında 19 iyun 2020-ci il tarixdə iddia ərizəsi ilə Sabunçu məhkəməsinə müqavilələrin etibarsızlığı tələbi ilə müraciət edilib. İddia tələbi təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlayıb. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1090/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7885/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv edilib işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərib. Hazırda cavabdehlər tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədova tərifindən baxılır (iş № 2(103)- 3816/2022). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1090/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında göstərilən xüsusatlara münasibətləri ondan ibarətdir ki, Ali məhkəmənin apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etməyinin əsası ondan ibarət olmuşdur ki, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da mübahisənin hüquqi həlli ilə bağlı yeni əsaslara istinad edilmişdir. Həmin Qərarda qeyd edilir ki: “İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi rayon məhkəməsinin iddianın təmin olunması barədə qətnaməsini dəyişdirmədən saxlasa da, mübahisənin hüquqi həlli ilə bağlı yeni əsaslara istinad etmişdir. Belə ki, işdən görünür ki, iddiaçı şirkət, cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığının təsbit olunmasını tələb edərkən, müqavilələrin aldatma yolu ilə bağlandığına istinad edir. Birinci ninstansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətsizlik səbəbilə etibasız hesab edərək, gəldiyi qənaəti Mülki Məcəllənin buna uyğun maddələri ilə əsaslandırmış, apellyasiya instansiya məhkəməsi isə yeni hüquqi əsaslandırma aparmaqla, mübahisələndirilən əqdlərin etibarsızlığına (aldatma əsası ilə) dair maddi normalara istinad etmişdir. Bu halda isə, prosessual qanunvericiliyə əsasən yuxarı instansiya məhkəməsi işə birinci instansiya baxmış məhkəmənin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməli idi. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarı). Göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə, aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz”. Yuxarıda Azərbaycan Respublikası Ali məhkəməsinin qərarındakı göstərişlərdən də aydın görsənir ki, İddiaçı MMC-nin iddia tələbi tamamilə haqlı tələbdir. Sadəcə işə baxan bundan öncəki apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası öz qətnaməsində hüquqi əsasları dəyişdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul etməli halda bunu etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Ona görə işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarıb. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətlərinin rədd edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını, şahidin ifadəsini araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(102)-1090/2022 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli sənədinə əsasən "xxxx" MMC xx.xx.2020-ci ildə qeydiyyata alınmış, hazırki təsisçiləri İbrahimi Mahsut (Türkiyə Respublikası) 75%, X4 10% və X5ür 15%. İş materiallarında olan “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən X10 yaşadığı ünvan 6 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllədə inşa ediləcək yeni binada İ blok, 4-cü mərtəbəsindəki 27 nömrəli, 1 (bir) otaqlı, ümumi sahəsi 51,10 kv.m təşkil edən tam kommunal şəraitli mənzil Cavabdeh2 verilməsi razılaşdırılmışdır. İş materiallarında olan “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə X14 ilə bağlanan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanda 2458-ci məhəllələrində inşa ediləcəyi yeni binada 1 blok, 6-ci mərtəbəsindəki 47 nömrəli, 2 (iki) otaqlı, ümumi sahəsi 53,58 kv.m təşkil edən tam kommunal şəraitli mənzil X7 verilməsi razılaşdırılmışdır. İş materiallarında olan “Sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə Cavabdeh3 ilə noarial qaydada bağlanan xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən ünvan 8 ünvanında yerləşən binanın sökülərək İddiaçı MMC-nə təhvil verilməsi şərtilə həmin ünvanında 2458-ci məhəllədə inşa ediləcək yeni binada 1 (bir) otaqlı, tamkommunal şəraitli mənzil Cavabdeh3 verilməsinə dair razılaşma olmuşdur. İş materiallarında olan «Azəriqaz» İB-nin 27 aprel 2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 (ünvan: ünvan 9nentlərin uçotu bazasına xx.xx.2016-cı il tarixdə qeydiyyata düşmüşdür. Cavabdeh1, Cavabdeh3 təbii qaz istehlakçısı kimi Birliyin abonentlərin uçotu bazasında aşkar olunmadı. İş materiallarında olan Nizami rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 (Ş.Mirzəyev ev 89 mənzil 95 ünvanı üzrə) və X15 (M.Şərifli ev 62 ünvanı üzrə) barələrində "xxxx" ASC-nin bazasında abonent müqavilələri yoxdur. İş materiallarında olan Nizami rayon Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adlarına ASC-nin kompyuter bazasında hər hansı bir kod yoxdur. İş materiallarında olan 141 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli 819 saylı cavab məktubundan görünür ki, Ş.Mirzəyev küç. ev 89, Şərifli küç. ev 62 saylı binalarda Cavabdeh3, Cavabdeh2 vəCavabdeh1 aid yaşayış sahəsi olmayıb, yaşayıb-yaşamaları barədə MKİS-də məlumat yoxdur. İş materiallarında olan 141 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli 07 saylı cavab məktubundan görünür ki, Cavabdeh3 Ş.Mirzəyev küç. 95. m., Cavabdeh2 Ş.Mirzəyev küç. ev 89, Cavabdeh1 M.X.Şərifli küç. 62 ünvanlarında qeydiyyatları yoxdur və yaşayıbyaşamaları barədə MKİS-də olan sənədlərə əsasən heç bir məlumat yoxdur. İş materiallarında olan 141 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli 816 saylı cavab məktubuna əlavə edilmiş Şərifli küç. 62, Ş.Mirzəyev küç. 89 və 95 saylı ünvanla üzrə dislokasiya cədvəllərindən görünür ki, həmin cədvəllərdə cavabehlərin və onların ailə üzvlərinin adları yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışlarına əsasən Cavabdeh3 qeydiyyatı Tovuz rayonu, Öysüzlü kəndi, Cavabdeh2 qeydiyyatı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. Asif Əsədullayev küç. ev 27. m.28, Cavabdeh1 qeydiyyatı Şəmkir rayonu, Keçili kəndidir. İş materiallarında olan Bank VTB (Azərbaycan) sənədlərinə əsasən Cavabdeh2 8431,18 (səkkiz min dörd yüz otuz bir, 18 qəpik) manat, Cavabdeh1 4444 (dörd min dörd yüz qırx dörd) manat, Cavabdeh3 isə 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti Başçısının X34 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1978- cı il təvəllüdlü Cavabdeh3, həqiqətən Tovuz rayon X34ində qeydiyyatdadır.Ailə tərkibi aşağıdakı kimidir. X1 xx.xx.1978-ci il təvəllüdlü, oğlu, X3 xx.xx.2010-cu il təvəllüdlü, qızı X21 qızı xx.xx.2011-ci il təvəllüdlü. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Keçili kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 daimi qeydiyyatda olmaqla Şəmkir rayonu Keçili kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: Atası- X18-xx.xx.1950, X6 qızı-xx.xx.1951, Qızı- X19- xx.xx.1995 İş materiallarında olan Ş. Mirzəyev küç, ev 95, mən. 19 ünvaninda qeydiyyatda olan X8, Ş.Mirzəyev küç, ev 95, mən. 31 ünvaninda qeydiyyatda olan X12, Baki şəhəri, Ş.Mirzəyev küç, ev 95, mən. 12 ünvanında qeydiyyatda olan X22 qizinın notarial qaydada təsdiq etdikləri ərizədən görünür ki, həqiqətən qonşuları Cavabdeh3 Bakı şəhəri, Nizami rnu, Şirin Mirzəyev küç. 95 saylı evin həyətində ki 1 otaqlı mənzildə 2012-ci ildən 2018-ci ilə qədər( sökülənə qədər) yaşamişdır. İş materiallarında olan "xxxx" MMC" –nin Cavabdeh1 adına verilmiş (Ş/V Seriya AZE № ********, xx.xx.2012 tarixdə Şəmkir RPŞ tərəfindən verilmişdir) xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, həqiqətən o, ünvan 7 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 53.58 kv.m olan İ blok,6-cı mərtəbəsində yerləşəcək 47 nömrəli mənzilə görə İddiaçı MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC" –nin Cavabdeh2 adına verilmiş (şəxsiyyət vəsiqəsi seriya: AZE №0*******, xx.xx.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilmişdir) xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, həqiqətən o, ünvan 10 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan ümumi sahəsi 52.1kv.molanİblok,4cümərtəbəsində yerləşəcək 27 nömrəli mənzilə görə İddiaçı MMC -yə heç bir borcu yoxdur. Məhkəmə kollegiyası ilk olaraq vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı şirkət, cavabdehlərlə bağlanmış müqavilələrin etibarsızlığının təsbit olunmasını tələb edərkən, müqavilələrin aldatma yolu ilə bağlandığına istinad edir.Birinci ninstansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətsizlik səbəbilə etibasız hesab edərək, gəldiyi qənaəti Mülki Məcəllənin buna uyğun maddələri ilə əsaslandırmışdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarı). Göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır.Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə, aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. Sübutetmə yükü baxımından həmin halları sübuta yetirmək vəzifəsi isə, iddia edən tərəfin üzərinə düşür.İddiaçı tərəflər arasında bağlanmış müqavilələri aldatma əsası ilə etibarsız hesab edərkən, iddiaçı tərəfdən dəvət olunmuş şahid ifadələrinə, cavabdehlərin adına kommunal xidmətlərə dair müqavilələrin olmamasına və həmin ünvanda yaşamadıqlarına dair MKİS arayışlarına əsasən qeyd etmişdir ki, müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Cavabdehlər isə iddianı əsassız sayaraq təqdim etdikləri sübutlara (şahid ifadələri, qonşuluq aktları, iddiaçı MMC-nin cavavdehlərlə müqavilələr bağlanarkən əraziyə baxış keçirmiş işçisi Ceyhun Əliyevin ərizəsi və s.) istinad etmişlər. Birinci instansiya məhkəməsi mübahisənin həlli baxımdan cavabdehlərin təqdim etdikləri sübutları mötəbər hesab etmədiyini əsaslandırmamış, bununla da mülki məhkəmə icraatının təməl prinsinsiplərindən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi sübutlar özü-özlüyündə əqdin aldatma əsası ilə etibarsız hesab olunması üçün tələb olunan şərtlərin ödənilməsi baxımından kifayət etmir.Kollegiya, vurğulayır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmə Kollegiyası iş materiallarına, tərəflərin izahatına, şahid ifadəsinə maddi və prosessual normalara uyğun hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübutlara istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasında məhdud kommunal şəraitli mənzildə qeydiyyatsız yaşamış, yaşadığı mənzilin qaz, işıq və su təminatı qonşuların ümumi kommunikasiya xətti hesabına həyata keçirilmiş, bu səbəblə onun adına ayrıca abonent müqaviləsi mövcud olmamış, bina sökülən zaman “İnteks" MMC-nin nümayəndələri tərəfindən hər bir sakinlə, o cümlədən Cavabdeh2 ilə fərdi danışıqlar aparılmış, danışıqların nəticəsi olaraq onunla müvafiq müqavilə bağlanmışdır. Cavabdeh1 münasibətdə isə qeyd olunmuşdur ki, onunla müqavilə bağlanmamışdan əvvəl “İnteks" MMC tərəfindən ona maliyyə arayışı verilmiş, arayışda göstərilmişdir ki, onun, ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan, ümumi sahəsi 52.1 kv.m olan 1-ci blok, 4-cü mərtəbədə yerləşəcək 27 nömrəli mənzilə görə MMC-yə heç bir borcu yoxdur. Qeyd olunan sənədlər rəsmiləşdirildikdən sonra, cavabehin mənzildən köçürülməsi həyata keçirilmiş, ona məxsus mənzil sökülmüş və başqa yerdə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Bina söküldükdən 4 il sonra hazırkı iddia irəli sürülmüşdür. Yuxarıda qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh3 ilə bağlanmış mübahisələndirilən müqavilələri İddiaçı MMC-nin adından MMC-nin direktoru Fərid Qəhrəmanov imzalamışdır.Cavabdeh3 ilə bağlanmış qeyd edilən müqavilə notarial qaydada təsdiq olunmuşdur, bu isə o deməkdir ki, müqavilə bağlanan zaman notarius tərəfindən müqavilə şərtləri və hüquqi nəticəsi tərəflərə izah edilmişdir. Bundan başqa, yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, tərəflərdən heç kimin qohumu deyildir.2014-cü ildən İddiaçı MMC-də iş icraçısı işləmiş. Hal-hazırda “İnteks" MMC-də işləmir, 4 aydır ki, MMC-dən işdən çıxmışdır.Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 95 və Məmmədəli Şərifli küçəsi 62 kəsişməsində “Komfort” yaşayış kompleksinin tikintisi başlamamışdan əvvəl orada yaşayan sakinlərlə danışıqlar aparmaq, orada mövcud olan tikililərin sahiblərini və sahəsini müəyyən etmək və onlarla müqavilə bağlamaq ona həvalə edilmişdir.Belə ki, o, köçürmə komissiyasının üzvü olmuşdur.Lakin ondan başqa MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi kimi təqdim olunan Ruslan Məmmədov və Cəmil adlı şəxslər də mübahisə edilən müqavilə bağlanmamışdan əvvəl cavabdehlərə məxsus mənzillərə baxış keçirərək yoxlamış, ölçülər aparmış, evin mövcudluğu və evə və əraziyə baxış keçirilməsi barədə video görüntü çəkmişlər.Onlar 10 may 2015-ci il tarixdən ünvan 11 ünvanında köçürmə işlərini həyata keçirmək üçün həmin ünvana gəlmişlər.Həmin ünvandan köçürüləcək sakinlərin siyahısını Nizami rayon İcra Hakimiyyəti təqdim etmişdir.Cavabdehlər də həmin siyahıda var idilər. MMC-nin direktoru Fərid Qəhrəmanov köçürülən şəxslərlə şəxsən maraqlanır və onlar barəsindəki məlumatları dəqiqləşdirirdi.Cavabdehlərin köçürülməsində də iştirak etmişdir.Cavabdehlərə kirayə haqqı verildiyindən məlumatı vardı, kirayə haqqı ödənilməsi sonradan niyə dayandırıldığını bilmir..Lakin bilir ki, sonra cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılmasını rəhbərlik tapşırmışdır. Beləliklə, iddiaçın iddia tələbində irəli sürdüyü dəlillər, işin faktiki halları Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, cavabdehlər hazırkı iddiadan müdafiə mexanizmi kimi mübahisənin mahiyyətinə dair təqdim etdikləri sübutlarla yanaşı, həm də əqdin mübahisələndirilməsi müddətinin ötürülməsinə istinad edirlər. Mülki qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və bu müddət kəsicidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı). Hər hansı müddətin, o cümlədən kəsici müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü dəqiq müəyyən olunmalıdır. İşin mübahisəsiz məqamıdır ki, iddiaçı, mübahisələndirdiyi əqdlərin etibarsız sayılmasına əsas verən halı bildiyi vaxt olan 2018-ci ilin sonlarında onları öz hərəkəti, yəni cavabdehlərə kirayə pulunun ödənilməsini dayandırması ilə faktiki olaraq mübahisələndirmiş, 2020-ci ilin iyul ayında isə etibarsızlıq halının təsbiti üçün müvafiq iddia irəli sürmüşdür. Göründüyü kimi, kəsici müddətin axımı 2018-ci ilin sonlarından başlandığı halda, iddiaçı 2020-ci ilin iyul ayında iddia qaldırmış, beləliklə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(008)-4379/2020 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3816/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3816/2022
08.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver