Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Əhmədov Əjdər Sultan oğlunun iştirakları ilə, Cavabdeh və vəkili Ağayev Mənsi Zülfi oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)-11956/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2019-ci il tarixl i, 2(005)3156/2019 saylı qətnaməsi ilə (hakim G.A.Əsədova) İddiaçı Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15.000 ABŞ dolları borc məbləğinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli,2(103)-11956/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi V.N.Sadiqov, A.Q.Hüseynov, A.N.İmanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2019 saylı iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələnd irilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 15.000 ABŞ dollarının, borc məbləğinin ödənilməməsinə görə ona dəymiş zərərə (adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)) görə 12.000 ABŞ dollarının, hüquqlarının məhkəmədə müdafiəsi üçün çəkdiyi xərclərə görə 500 manat vəkilə ödədiyi xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 16.02.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən notariusun reyestrində 3M-235 № ilə qeyd edilmi ş, informasiya sisteminə daxil edilmişdir. Bağlanmış müqavilənin 1-ci bəndi ilə onun cavabdehə 15.000 ABŞ dolları məbləğində pulu borc verdiyi təsdiq edilmişdir. Müqavilənin 2-ci bəndi ilə cavabdeh ondan aldığı krediti 16.05.2018-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlə arasında bağlanmış müqavilə ilə verdiyi borcun icrasına dair razılaşdığı müddət bitdikdən sonra bir neçə dəfə cavabdehdən borclu olduğu məbləği ödəməsini tələb etmiş, cavabdeh hər bildirişlərində müxtəlif vədlər vermiş, bəhanələr gətirmiş və borclu olduğu 15.000 ABŞ dolları məbləğində pulu ödəməmiş, müqavilə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı İran İslam Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xarici ölkə vətəndaşı olduğuna görə borc məbləğin i xarici valyutada, ABŞ dolları ilə vermişdir. Qanuna uyğun olaraq verdiyi borc məbləğinin ABŞ dolları ilə ödənilməsini tələb edir. Cavabdehin ona borclu olduğu 15.000 ABŞ dolları məbləğində pul vəsaitini 1 il müddətində ona ödəməməsi nəticəsində ona zərər vurmuşdur. Belə ki, cavabdehə 15.000 ABŞ dolları pulu borc olaraq verərkən 16.05.2018-ci il tarixinədək vermiş, həmin tarixdə pulunun qaytarılacağını və həmin məbləğdən öz sahibkarlıq fəaliyyətində istifadə etməklə pul qazanacağını planlaşdırmışdır. 15.000 ABŞ dollarından 1 il müddətində sahibkarlq fəaliyyətində istifadə etmiş olsaydı hər ay üçün təqribən 1000 ABŞ dolları gəlir əldə etmiş olardı. Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə illik 7%-lə hesabladıqda isə 15.000 ABŞ dollarının ona ötən 1 il müddətində qaytarıl mamasına görə vurulmuş zərərin məbləği 1050 ABŞ dolları təşkil edir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə faktiki olaraq 15.000 ABŞ dollarının ona ödənilməməsinə görə 1 il ərzində cavabdehin vurduğu maddi zərərin məbləği 12.000 ABŞ dolları təşkil edir. Cavabdehdən borclu olduğu məbləğin alınması ilə əlaqədar hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkilin hüquqi xidmətindən istifadə etməyinə görə vəkilə 500 manat məbləğində xidmət haqqı ödəmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib i şin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Ağayev Mənsi Zülfi oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin mənafeyini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, o, həqiqətən də İddiaçıdən 14.800 manat bo rc almış, həmin məbləğin 4500 hissəsini ABŞ dolları ilə olmaqla 9000 manatını qaytarmışdır. İddiaçıdan borc pul almağına dair aralarında 16.02.2018-ci il tarixdə kredit müqaviəsi bağlanmış və o, həmin borcu hissə-hissə qaytarsa da, İddiaçıə inandığına görə bu barədə heç bir qəbz və ya əlyazma almamışdır. Hazırda iddiaçının 15.000 ABŞ dolları istəməsi tamamilə əsassızdır. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Əhmədov Əjdər Sultan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkə mə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Əhmədov Əjdər Sultan oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 fevral 2018-ci il tarixli kredit mü qaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 15.000 ABŞ dollar məbləğində borc pul verir, borc alan isə həmin pul məbləğini 16 may 2018-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçı ya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün va ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymət ləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin borc məbləğindən ödədiyi məbləğ və qalan borc məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı borc məbləğindən hər hansı bir ödəniş etməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında faktiki olaraq iddiaçıya 15.000 ABŞ dolları m əbləğində borcu olmasını da etiraf edərək, həmin borcu qısa müddətdə qaytaracığını bildirimişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, cavabdehin mənafeyinin nəzərə alınmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəz ərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2 (103)-11956/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1092/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1092/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver