Məhkəmə qərarları › İş №2(102)-1093/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1093/2019

29.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1093/2019 29.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-575/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(017)-2942/2017 sаylı qətnaməsi (hakim X3) ilə, iddianın qismən təmin edilməsi, «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 7106,25 manat əsas borc, 5393,64 manat faiz borcu, 700 manat cərimə üzrə borcu olmaqla, cəmi 13199,89 manat məbləğində borc, habelə ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq «xxxx» QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), N.F.Mirzəyev və Z.B.Babayev, iş № 2(106)-575/2018) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(017)2942/2017 saylı qətnaməsi “17.02.2014-cü il tarixli, 25A000012820 saylı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun tutulması hissəsində”dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı xxxx” QSC-nin xeyrinə 17.02.2014-cü il tarixli, 25A000012820 saylı kredit müqaviləsi üzrə 7061,87 manat məbləğində əsas, 3880,73 manat məbləğində faiz borcu, 700 manat cərimə üzrə borcu olmaqla, cəmi 10942,60 (on bir min altı yüz qırx iki manat, altmış qəpik) manat məbləğində pul tutulması, ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat ekspertiza xərci Cavabdeh1 alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilmə si, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bank arasında bağlanmış 17.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7106,25 manat əsas borc, 5393,64 manat faiz borcu, 7736,27 manat cərimə üzrə borcu olmaqla, cəmi 20236,16 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada «xxxx» QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Əbdurəhm anov Kənan Səfər oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsi və s. sənədlərlə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu halda apelyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 20 17-ci il tarixli, 2(017)-2942/2017 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan 17.02.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 2,75 faizlə 10000 manat məbləğində kredit verilmişdir. İş materialında olan 17.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, verilmiş krediti vaxtından əvvəl geri qaytarmaq tələbi ilə yanaşı kredit məbləğinin cəriməsinin də ödənilməsini tələb edə bilər. İş materiallarında olan Zaminlik müqavilələrindən görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz üzərinə götürmüşlər. İş materiallarında olan zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclu bank qarşısında yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün zamin və borclu birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki. Cavabdeh1 23.08.2017-ci il tarixə Banka olan əsas borc qalığı 7106,25 manat, faiz borcu 5393,64 manat, cərimə üzrə borcu 7736,27 manat təşkil edir. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, cavabdehlər borcun qaytarılması barədə xəbərdarlıq olunmuşlar. İş materiallarına əlavə olunmuş, apelyasiya icraatı zamanı tədqiq edilmiş, 17 avqust 2018-ci il tarixli, 4996 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsi ndə göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları,17.02.2014-cü il tarixli, 25A000012820 nömrəli kredit müqaviləsinin qeyd olunana şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilənin bitdiyi-17 fevral2017-ci il tarixinə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu7061,87 manat, faiz borcu 3880,73 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə gəlinən nəticə müqavilə üzrə əsas borc və faiz borc hissəsində ədalətli olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə üzrə əsas borc və faiz borcu hissəsində dəyişdirilərək 17.02.2014-cü il tarixli, 25A000012820 saylı kredit müqaviləsi üzrə 7061,87 manat məbləğində əsas, 3880,73 manat məbləğində faiz borc u cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasə n icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdiril miş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini n və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliyi icra etməməsinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Lakin birinci inistansiya məhkəməsi iddia tələbi üzrə hüquqi nəticəyə gələrkən, müqavilələr üzrə cavabdeh tərəfin öhdəliyin icra edilməməsi qənaətinə gəlməklə tələb həddində cərimə məbləğin cavabdehlərdən tutulmasında haqlı olsa da, hər iki müqavilə üzrə əsas məbləğinin və faiz borcuntutulması hissəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüquq unun təmin edilməsi üçün təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmayaraq, yalnız iddiaçının tələbini təsdiq edən halları nəzərə alaraq, cavabdehin məhkəmə müdafiəsi hüququnu ehtiva edən ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırmışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır (Mülki Prosessual Məcəllənin 9.1 və 14.1-ci maddələri) Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək t əşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin müqavilə üzrə əsas borc və faiz borc hissəsi ilə əlaqədar hesab etmişdir ki, müqavilə üzrə öhdəliyin icrasının mümkünsüz edilməməsi, həmçinin qəbul ediləcək nəticə üzrə bərpa edilən hüquqların xəyali deyil, praktiki və səmərəli olmasının təmin edilməsi üçün ə sas borc və faiz borc məbləği iş materiallarına əlavə edilmiş ekspert rəylərinə uyğun azaldılaraq 17.02.2014-cü il tarixli, 25A000012820 saylı razılaşma üzrə əsas borc 7061,87 manat məbləğində, faiz borcu 3880,73 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(017)-2942/2017 saylı qətnaməsi “17.02.2014-cü il tarixli, 25A000012820 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 17.02.2014-cü il tarixli, 25A000012820 nömrəli kredit müqaviləsi üzrə 7061,87 manat məbləğində əsas, 3880,73 manat məbləğində faiz borcu, 700 manat cərimə olmaqla, cəmi 10942,60 (on bir min altı yüz qırx iki manat, altmış qəpik) manat məbləğində pul tutulmalı”, məhkəmə mühasibatlıq ekspertizasının xərci 140 (bir yüz qırx) manat cavabdehlərdən müştərək qaydada tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı saymır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədq iqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-575/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar