Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1093/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Q.Hüseynov, hakimlər X.A.Cəmilova və İ.K.Xəlilov, iş № 2(103)-399/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 noyabr 2019-cu il tarixli 2(103)399/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı və vəkili X oğlu kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı və vəkili X oğlu kassasiya şikayəti verərək qeyd etmişlər ki: “apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquqlarımın müdafiə edilməsi üçün Sumqayıt şəhərində guya vəkil kimi işləyən Xadlı şəxsə müraciət etmişəm (sonradan məlum oldu ki, bu adam vəkil deyil). Məhkəmə qərarı çıxdıqdan sonra Xmənə bildirmişdir ki, bu qərardan Ali Məhkəməyə şikayət verəcəkdir. Azərbaycan Respublikasında mövcud olan qanunları bilmədiyimdən və “vəkil”ə etibar etdiyimdən, onunla tam razılaşmışam. Lakin sonradan mənə məlum olmuşdur ki, Xqarşı tərəfl ə mənim əcnəbi vətəndaş olmağımdan istifadə edərək əlaqəyə girmiş və məni aldatmışdır. Nəticədə mən bu qətnamədən vaxtında şikayət verə bilməmişəm. Problemlə əlaqədar Konsulluğumuza müraciət etdim və hüquqlarım barədə mənə oradan yardım edildi”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1, 404, 405, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-399/2018 saylı 18.11.2019-cu il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayəti üzrə işə baxılıb qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-399/2018 saylı 18 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, 06.04.2018-ci il tarixdə iddiaçı qətnamədən kassasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. 18.10.2019-cu il tarixdə iddiaçı qətnamədən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhərində guya vəkil kimi işləyən Xadlı şəxsə müraciət edib. Ona etibar edib, o isə qarşı tərəflə əlaqəyə girib və onu aldadıb. Problemlə əlaqədar Konsulluğa müraciət edib və ona yardım edilib. İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, qətnaməni rəsmi qaydada aldıqdan 1 a y sonra qardaşı vəfat edib. Onun hüzür mərasiminə başı qarışıb. Kassasiya şikayəti ona qaytarıldıqdan sonra bir ildən artıq müddət ərzində müddətin bərpası barədə ərizə verməməsinin səbəbi vəkillə müqavilə bağladığı və bu işləri ona həvalə etməyi ilə bağlı olub. İddiaçı ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya kollegiyası proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2018-ci il qətnaməsi 01 fevral 2018-ci il tarixində iddiaçıya şəxsən təqdim edilmişdir. İddiaçı 06.04.2018-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli qərardadı ilə şikayət müddət ötürüld üyündən geri qaytarılmışdır. İddiaçıya sonuncu qərardad göndərildikdən 1 il 5 ay ərzində müddətin bərpası barədə ərizə verməmiş, müddətin ötürülməsini qardaşının vəfatı ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı özü də yaxın qohumunun qətnaməni rəsmi qaydada aldıqdan 1 ay sonra vəfat etdiyini bildirmiş, kassasiya şikayəti ona geri qaytarıldıqdan 1 il 5 ay ərzində müddətin bərpası barədə ərizə verməməsini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessua l Məcəllənin 405.0.1-ci maddəsinin tələblərinə görə kassasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə iş materialları ilə təkzib edilir. Eyni zamanda həmin dəlillər apellyasiya şikayəti ilə eyni olduğundan və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən kollegiya hesab edir ki, təkrar qiymətləndirmə aparmağa zərurət yoxd ur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan və yuxarıda qeyd olunan hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyiş dirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-399/2018 saylı 18 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1093/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1093/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver