Məhkəmə qərarları › İş №2(102)-1095/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1095/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1095/22 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan qanunsuz istifadəyə görə zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7689/2021 nömrəli, 04.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2020-ci il tarixli, “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/400 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Abonentin təbii qazdan qanunsuz qoşulması ilə bağlı bir neçə akt tərtib edilmiş və borc hesablanmışdır. İddiaçı təşkilat həmin borcun tutulması ilə bağlı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3530,79 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3560,79 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 26.11.2018-ci il tarixdən 30.06.2020-ci il tarixədək tərtib olunmuş aktlara əsasən, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş ümumilikdə 3530,79 manat məbləğində borcu olmuşdur. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keç irilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, Birliyin əməkdaşları tərəfindən bu halı təsbitləyən fotolar çəkilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5507/2020 nömrəli, 03.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/3980 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu, Birliyin TTİ, Binəqədi-Sulutəpə qəsəbəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aş kar edilməmişdir. Daşıyıcı qaz xətti üzərində iki hissədə mövcud olan və hər ikisinin sonluqları qaynaqla bağlanmış borucuqlar vasitəsi ilə (sonluqları açıq olan halda) sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin yaxud digər abonentin həmin orucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edibetməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-686/2021 nömrəli, 27.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni ******* saylı, 26 noyabr 2018-ci il tarixli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Buna görə də, cavabdehdən 302.4 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

8. İddiaçı “Azəriqaz İB” həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 2(103)-7689/2021 nömrəli, 04.08.2021-ci il tarixli qətnaməsi iddiaçı “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)686/2021 nömrəli, 27.04.2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh sayğac üzrə qaz sərfiyyatına görə hesablanmış 93.10 (doxsan üç manat on qəpik) manat məbləğində borcun əvəzi tutularaq İddiaçı İctimai Birliyinə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mexaniki sayğac üzrə 2020-ci ilə görə 93.10 manat qaz sərfiyyatına görə hesablanmış borc məbləğini iddiaçının xeyrinə tutmamaqla səhvə yol vermişdir. Belə ki, “Qaz təchizatı” h aqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İş materiallarında olan abonent saldosundan görünür ki, 93.10 manat məbləğində borc sayğac üzrə sərfiyyatına görə hesablanmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. İddiaçı İB qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı İB kassasiya şikayəti verərək qətnamənin tam və ya qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və ya iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş mexaniki və smart tipli sayğacların saldoları sübut qismində düzgün tətbiq edilməmişdir. Cavabdeh qanunsuz qoşulmanı həyata keçirilməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “Qaz təchizatı haqqında” Qanun: 15. 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 16. 3.4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məluma tlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 17. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahə sində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 18. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbay can Respublikası Mülki Məcəlləsi:

19. Maddə. 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağ a görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

24. Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

35. İddiaçı kassasiya şikayətində məhkəmələrin sübutları düzgün tədqiq etməməsinə istinad etmiş olsa da, kassasiyanın dəlilləri məhkəmələr tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.

36. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız qismən sübut edə bilmişdir ki, məhkəmələr də iddianı yalnız sübut olunmuş həcmdə təmin etmişdir.

37. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini tam həcmdə yerinə yetirməmiş və bununla bağlı qa nunun tələbini pozmuşdur. Həmçinin, iddiaçı öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, pozuntu aşkar edildikdən sonra aktlar tərtib edərək, borcu hesablamaqla kifayətlənmiş, pozuntunun vaxtında aradan qaldırılması istiqamətində fəaliyyət göstərməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

40. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz İB”-nin kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7689/2021 nömrəli, 04.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar