Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia tələbinə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İddiaçı1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi; torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair birinci iddiası, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ikinci iş üzrə iddiaları barədə mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1208/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mül kiyyət hüququ əsasında tam pay üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
2. Torpağa mülkiyyət hüququna dair JN-272, Kod 90909038 saylı Dövlət Aktına əsasən, Sabirabad rayon Aqrar İslahatı Komissiyasının 05 mart 1998-ci il tarixli, 1-2/1 nömrəli qərarı ilə Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, İddiaçı3, İddiaçı4, Afaq Əliyeva, İddiaçı6, İddiaçı7 və Aidə Əliyevaya məxsusdur.
3. Sabirabad rayon X4 Bölməsinin təhqiqaçısı Şamxal Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı2 və İddiaçı1 müraciətləri əsasında toplanmış materi al üzrə cinayət işi başlanılması rədd edilmiş və tərəflərin qarşılıqlı müraciətləri mülki xarakterli olduğundan aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,8365 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı1 (bundan sonra birinci iş üzrə iddiaçı və ya İddiaçı1) cavab deh İddiaçı2 (bundan sonra birinci iş üzrə cavabdeh və ya İddiaçı2) qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ona dəymiş zərərin əvəzində 765 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat və MPM-nin 121.1-ci maddəsinə əsasən göstərilmiş hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Narlıq kəndində onun mülkiyyətində 1,875 ha torpaq sahəsi vardır. Torpaq mülkiyyətçisi kimi DƏDRX idarəsində qeydə alınaraq Çıxarış almışdır. Torpaq sahəsini xx.xx.2016-cı il tarixdə X1 rəsmi alğı-satqı yolu ilə almışdır. O, həmin torpaq sahəsində 100 ədəddən artıq tut və gilas ağacları əkmişdir. xx.xx.2022-ci il tarixd ə o, torpaq sahəsində 35 ədəd tut və 10 ədəd gilas ağaclarının kəsildiyini müşahidə etmişdir. Cavabdeh İddiaçı2 onunla tez-tez mübahisə etdiyi üçün o, Ərzulladan şübhələnmiş və Sabirabad RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə bağlı araşdırma aparılan zaman cavabdeh İddiaçı2 tərəfindən balta ilə qeyd olunan ağacların kəsilməsi müəyyən edilmişdir. İddiaçı2 həmin ağacları xx.xx.2022-ci il tarixdə kəsmişdir. RPŞ-də aparılan araşdırma zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Sabirabad DAİM-ə müvafiq sorğu göndərilmiş, bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Sabirabad DAİM-in mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-i Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, 35 ədəd tut ağacları və 10 ədəd meyvə ağaclarının kəsilməsi müəyyən edilərək xx.xx.2022-ci il tarixdə bu barədə akt tərtib edilmiş, həmçinin akt əsasında dəymiş ziyanın həcmini müəyyən edən rəy yazılmışdır. Rəy tərtib olunarkən ağacların 6 illik olması müəyyən edilərək, ona cəmi 765 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh tələblərini yerinə yetirməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Həmçinin, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən onla ra məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tirəsinə əkdiyi ağacların cavabdehin hesabına çıxarılması, İddiaçı1 qanunsuz hərəkətləri, yəni onlara məxsus torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi nəticəsində onların mülkiyyətində olan torpaq sahəsinə və məhsula dəymiş 5.000 (beş min) manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi, İddiaçı1 tərəfindən onlara məxsus olan və onların torpaq sahəsinə bitişdiyi yerdə qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, onlara dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 80 manat pulun İddiaçı1 alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. İkinci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, S abirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1-2/1 nömrəli Qərarı ilə Sabirabad rayonu Narlıq kəndi ərzisində yerləşən 2,84 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ailəlikcə onların mülkiyyətinə verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN: 272; KOD 90909038 nömrəli Şəhadətnamə verilmişdir. Torpaq sahəsinin eni 46-51 metr arasında, uzunluğu isə 555 metrə yaxındır. Mülkiyyətlərinə ayrılmış torpaq sahəsində hər il təyinatı üzrə kənd təsərrüfatı məhsulları əkib becərmişlər və dolanışıqlarını həmin torpaq sahəsi ilə təmin edirlər. Torpaq sahələrinin sol tərəfində qonşulquda yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmkəndliləri Mövsüm adlı şəxsə məxsus olmuşdur. 2016-cı ildə Mövsüm ö z torpağını Sabirabad rayonu Narlıq kənd sakini Mǝhluqǝ Şükürovaya satmışdır. Onlara məxsus torpaq sahəsi ilə cavabdehǝ məxsus torpaq sahəsinin arasında sərhədləri müəyyən edən su arxı keçir. 2016-cı ildə Mahluqǝ torpaq sahəsini Mövsümdən aldıqdan sonra onların torpaq sahəsi ilə sərhəddə, su arxının onların torpağı tərəfdə olan tirəsində tut ağacı və müxtəlif meyvə ağacları əkməyə başlamışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həmçinin ev tikməyə başlamışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 7 saylı ərazi şöbəsinin məsləhətçisi X2 tərəfindən Məhluqǝ Şükürovanın pay torpağında fərdi yaşayış evi tikməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərini pozduğuna görə xx.xx.2017ci il tarixli 000434 nömrəli protokol tərtib edilmişdir. O, (İddiaçı2) dəfəl ərlə Mǝhluqǝ Şükürovaya xəbərdarlıq etmişdir ki, onların tirǝsinə ağac əkməsin, sonra həmin ağaclar kötük atıb onların torpaq sahəsinə keçəcək və əkin üçün yararsız hala düşəcək. Ancaq Mǝhluqǝ Şükürova onu eşitməmiş və hər il ağacların sayını artırmağa başlamışdır. 2020-ci ilin payız aylarında torpaq sahələrində buğda əkmişlər. Lakin Mǝhluqǝ Şükürovanın əkdiyi ağaclar olan tərəfdə buğda bitməmişdir və məhsuldarlıq aşağı düşmüşdür. 3 tondan çox ziyana düşmüşlər. Bunu buğadnın qiyməti ilə hesablayanda 3.300 manat zərər deməkdir. 2021-ci ilin əkin vaxtı o, torpaq sahǝsini şumladarkən, traktorun kotanına tut ağaclarının kötükləri ilişmiş və traktor sürən şumlamanı dayandırmışdır. Bundan başqa cavabdehin əkdiyi ağaclar böyüdükcə əkinə kölgə salmağa başlamış və məhsullar gün işğından məhrum olmu şlar. O, məcbur olub buğda əkməmiş və yonca əkməyə başlamışdır. Ancaq yoncada da məhsuldarlıq azalmış və onlar yenə zərərə uğramışlar. O, yenə də Mǝhluqǝ Şükürovaya xəbərdarlıq edərək ağacları yığışdırmasını tələb etmişdir. Lakin Mǝhluqǝ Şükürova ona məhəl qoymamışdır. O, da, məcbur olub, ağacların bir neçəsini kəsmişdir. Bundan sonra Mǝhluqǝ Şükürova 2022-ci ilin may ayında onun barəsində DİN-in 102 xidmətinə şikayət etmişdir ki, guya o, Məhluqənin həyətyanı torpaq sahəsində yerləşən ağaclarını kəsmişdir. İş üzrə Sabirabad rayon X4 bölməsində araşdırma başlanmış, o, da, Mǝhluqǝ Şükürovadan şikayətçi olmuşdur. İş üzrə X9 Mərkəzi də araşdırmaya cəlb edilmiş və X5 aqronom-mütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edilmiş rəy və arayışda qeyd edilmişdir ki, Mahluqə Şükürovanın qonşu ilə s ərhəddə əkdiyi meyvə və əsasən də tut ağacları ətrafındakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbilə məhsuldarlq xeyli azalır. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsini təhqiqatçısı Şamxal Həsənovun xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Mǝhluqǝ Şükürovanın və onun (İddiaçı2) şikayətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və onlara mülki qaydada məhkəməyə müraciət etmələri izah olunmuşdur. Buna görə onlar mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, Mǝhluqǝ Şükürova tərəfindən onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tirəsinə əkdiyi ağaclar, həm torpaq sahəsinə kök ataraq torpağa ziyan vurduğua görə, həm də əkinin üzərinə kölgə salaraq, ǝkin bitkilərinin günəş işığından məhrum olmasına səbəb olduğu üçün həmin ağacların cavabdehin hesabına kökündən çıxarılması barədə, həmçinin Mǝhluqǝ Şükürovanın qanunsuz hərəkətləri, yəni əkin sahəsində çoxlu ağac əkməsi nəticəsində onlara məxsus torpaq sahəsində məhsuldarlığa ziyan vurduğuna görə onlara dəymiş 5.000 manat maddi və 1.000 manat mənəvi ziyanın cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1200/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qərardadına əsasən İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(056)-1200/2022 nömrəli və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İ ddiaçı1 qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2(056)1208/2022 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmnişdir.
10. Sabirabad DAİM-nin mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-si Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və kənd sakini İddiaçı1 tərəfindən tərtib edilmiş və imzaları və Sabirabad rayon Yolçubəyli kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı1 1,87 ha torpaq sahəsində əkdiyi 35 ədəd tut ağacı və 10 ədəd meyvə ağaclarının (gilas, əncir və nar) həmkəndlisi İddiaçı2 tərəfindən kəsilib məhv edilməsi ilə bağlı şikayəti üzrə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün həmin əraziyə tərəflərind ən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı1 qonşu ilə sərhəd arasında əkmiş olduğu 35 ədəd tut və 10 ədəd meyvə ağaclarının torpaq səthindən balta ilə kəsilərək atıldığı müəyyən edilmişdir.
11. Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, 35 ədəd tut və 10 ədəd olmaqla - 3 ədəd gilas, 5 ədəd nar, 1 ədəd heyva, 1 ədəd əncirağaclarının kəsilməsi nəticəsində İddiaçı1 maddi ziyan vurulmuşdur. Hər bir ağacın alınmasına, əkilməsinə, nəqliyyat xərclərinə 5 manat, hər ildə isə mühafizəsinə (zərərverici və xəstəliklərə qarşı) sulanmasına və sair aqrotexniki tədbirlərin aparılmasına bir ağac üçün 2 manat vəsait xərcləndiyi nəzərə alınaraq ziaynın məbləği 765 manat müəyyən edilmişdir. Bundan əlavə Narlıq kənd sakini İddiaçı1 qo nşu ilə sərhəddə əkdiyi meyvə və əsasən tut ağacları ətrafdakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlığın xeyli azalması qeyd edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********12 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-272 seriyalı KOD 90909038 nömrəli Dövlət Aktı əsasından ümimi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və digərlərinə məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr indən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Çıxarılması tələb olunan ağacların və kəsilmiş (çıxarılmış) ağacların yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. Yəni həmin ağaclar 1,875 ha torpaq sahəsinin hüdudları daxilindədir.
13. Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu işləyən X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin rayonun Narlıq kənd sakinləri İddiaçı2 və İddiaçı1nın haqqında çıxardığı qərarda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur qurumunun mütəxəssislərindən sualların cavablandırılması tələb edilmiş və suallara cavab olaraq bildirilmişdir ki: -İddiaçı2 və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsində əkdiyi 2,0 ha. taxıl sahəsində sıxlığın öz yerində olduğu müəyyən edilmiş, lakin İddiaçı2 ağacların kölgəsi nəticəsində təxminən 30 sotunda taxıl seyrəkdir. Qalan 0,84 ha sahəsində isə yonca bitkisi əkilmişdir. Həmin yonca sahəsində heç bir ziyan müəyyən edilməmişdir. Ona görə də, Narlıq kənd sakini İddiaçı2 torpaq sahəsinin münbit vəziyətinin bərpası üçün heç bir xərc tələb olunmur. -Ağacların çıxarılması və ya kəsilməsi nəticəsində İddiaçı1 məxsus əkdiyi 109 ədəd ağacın 45 ədədini dibindən kəsmişdir. Kəsilmiş ağaclara görə hesablanmış 760 manat məbləği ndə maddi ziyan məqsədə müvafiqdir. -Kəsilmiş ağacların gövdəsi 80-90 mm, hündürlüyü isə 4-5 m olduğu halda onların təzə pöhrəsi 1,5-2 metr, gövdəsinin diametri 20-25 mm təşkil edir. Kəsilmiş hər bir ağaca 3 manat pul vəsaiti tələb olunur. Beləliklə İddiaçı1 İddiaçı2 kəsmiş olduğu 45 (qırx beş) ədəd ağacın bərpasına 135 (yüz otuz beş) manat pul vəsaiti tələb olunur. -Kəsilmiş ağacların sayı 45 ədəd. 35- tut, hündürlüyü 4-5m, diametri 80-90mm1ədəd əncir, hündürlüyü 2 m, diametri 50-60 mm 3-ədəd albalı hündürlüyü 1,5 m, diametri 30-40 mm, 6-ədəd nar ağacı, hündürlüyü 1,7 metr, diametri 20-30 mm müəyyən olunmuşdur. -Sabirabad rayonu Narliq kənd sakini İddiaçı1 pay torpaq sahəsi həmkəndlisi İddiaçı2 pay torpağı ilə həmsərhəddir. İddiaçı1 öz pay torpağının kənarında tut ağacları əkmişdir. İddia çı1 bildirdiyinə gorə həmin tut ağaclarının budaqlarından (barama saxlayanlar) istifadə etdiklərinə görə, yeni böyümüş budaqların kəsilməsi nəticəsində onun qonşusunun pay torpağına hələlik elə bir ziyan vurmur. Lakin bir neçə ildən sonra həmin tut ağaclarının daha da böyüməsi və ətrafa kök atması gələcəkdə qonşuya ziyan vura bilər. Hələ ki, ağaclar balaca olduğundan onların kökündən çıxarıb başqa yerə köçürmək mümkündür. Bütün bunları nəzərə alaraq İddiaçı1 həmin ağacları çıxarıb başqa yerə köçürməsi daha məqsədəuyğundur.
14. Məhkəmə iclasında iştirak etmiş Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu X3 onun tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydə göstərilənləri təkrarlayıb təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, İddi açı2 məxsus torpaq sahəsinin təxminən 30 sotunda taxıl seyrək olsa da, lakin torpağın sahibinə zərərin vurulması müəyyən edilməmişdir.
15. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(056)-20/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırovun) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin üzərində əkilmiş ağacların kəsilməsi nəticəsində dəymiş zərərin əvəzi 760 (yeddi yüz altmış) manat pul vəsaiti, iddia ərizəsinin tərtib edilməsi ilə əlaqədar ödənilmiş xərcin 49 manat hissəsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi və məhkəmə-torpaqşünaslıq ekspertizasını ilə bağlı öd ənilmiş xərcin 131 manat hissəsi, ümumilikdə 970 (doqquz yüz yetmiş) manat pul vəsaitinin İddiaçı2 tutulub İddiaçı1 ödənilməsi və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia tələbinin rədd olunması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında araşdırılmış sübutlarla (akt, rəylər, cavabdehin qismən etirafedici ifadəsi) müəyyən edilmişdir ki, mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsinin üzərində əkilmiş müxtəlif növ (tut, albalı, əncir, nar və s.) ağacların 45 ədədini (35 ədəd tut ağacı, 10 ədəd albalı, əncir, nar və s.) cavabdeh İddiaçı2 tərəfindən kəsdiyi nəticəsində ağaclar məhv edilmiş və İddiaçı1 760 manat həcmində maddi zərər vurulmuşdur.
17. Məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı2 törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə İddiaçı1 qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd etmişdir ki, bu məsələ iş üzrə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu Əliyar Vəliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdeh İddiaçı2 tutulub İddiaçı1 verilməlidir. Tədqiq olunmuş Əliyar Vəliyevin xx.xx.2022-ci il tarixli rəyində iddiaçın ın torpaq sahəsinə dəymiş maddi ziyanın dəyəri 760 manat məbləğində hesablanmışdır.
18. Məhkəmə həmçinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 - cavabdeh İddiaçı1 qarşı “torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbi üzrəiddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab etmişdib ki, iddia ərizəsinin məzmununda qeyd olunub ki, cavabdeh İddiaçı1 torpaq sahəsinin tirəsində çoxlu ağaclar əkməsi nəticəsində onların mülkiyyətində olan torpaq sahəsinə və məhsula 5.000 manat maddi və 1.000 manat mənəvi zərər vurulmuş, eyni zamanda onlara məxsus torpaq sahəsinə bitişdiyi yerdə fərdi yaşayış evinin qanunsuz olaraq inşa edilməsi onların mənafelərini pozmuşdur. Lakin iddiaçılar qeyd edilən zərərin məhz cavabdeh İddiaçı1 torpaq sa həsinin tirəsində çoxlu ağaclar əkməsi səbəbindən yaranmasına əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair və ya zərərin nədə ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, həmin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.
19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərəkn əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən narazı qalan ikinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı1 iddiasının rədd edilməsini, ikinci iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı1 Sabirabad rayonu, Narlıq kəndində torpaq sahəsini 2016-cı ildə almışdır. O, kənd təsərrüfatı təyinatlı əkin sahəsində ev tikməsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhluqə tərəfindən onların torpağı ilə tirədə çoxlu tut ağacları əkilməsi nəticəsində torpaqları əkinə yarasız hala düşmüş, məhsuldarlığa zərər vurulmuşdur. Şikayətə görə, İddiaçı1 əkdiyi ağacların onlara məxsus əkin sahəsinə kök atması nəticəsində tut ağaclarının kökünün əkin iş lərinə, torpağın şumlanmasına maneçilik yaratması öz təsdiqini tapmasına baxmayaraq məhkəmə onların pozulmuş hüquqlarını bərpa etməmişdir. Şikayətçilər göstərmişlər ki, iş üzrə torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspert rəyi məhkəməyə daxil olmamış, məhkəmə mütəxəssis rəyinə əsasən qətnamə qəbul etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq, məhkəmə bioloji və məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1249-9/68xx-xx/6811 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -İddiaçı2 və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsində əkdiyi 20 ha taxıl sahəsi ndə bitki sıxlığının normal olması, lakin İddiaçı2 ağacların kölgəsi nəticəsində təxminən 30 sotunda taxıl sahəsində bitkilərin seyrəkliyi, qalan 0,84 ha sahəsində isə yonca bitkisi əkilmiş və həmin yonca sahəsində heç bir ziyan müəyyən edilməmişdir. -ağacların çıxarılması və ya kəsilməsi nəticəsində İddiaçı1 məxsus əkdiyi 109 ədəd ağacın 45 ədədini dibindən kəsmişdir. -kəsilmiş ağacların gövdəsi 80-90 mm, hündürlüyü isə 4-5 metr olduğu halda onların təzə pöhrəsi 1,5-2 metr, gövdəsinin diametri 20-25 mm təşkil edir. -kəsilmiş ağacların sayı 45 ədəddir. Onlardan 35 ədədi tut olub, hündürlüyü 4-5 metr, diametri 80-90 mm, 1 ədəd əncir, hündürlüyü 2 metr, diametri 50-60 mm, 3 ədədi albalı, hündürlüyü 1,5 metr, diametir 30-40 mm, 6 ədədi nar kolu, hündürlüyü 1.7 metr, diametir 20-30 mm müəyyə n olundu. -Sabirabad DAİM-nin aqronom mütəxəssis rəyinə əsasən İddiaçı1 1,87 ha torpaq sahəsinin qonşusu ilə sərhədinə, uzunluğu 600 metr olan hissəsinə 5-6 metr ara məsafəsi olmaqla tut və meyvə ağacları əkilmişdir. Ağacların gövdəsinin diametrinə əsasən onların təxminən 6 illik olduğu müəyyən olunub. İddiaçı1 qonşu ilə sərhəddə əkdiyi meyvə və tut ağacları ətrafdakı əkinlərə ziyan vurur. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlıq xeyli azalır. -İş materiallarında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən ağacların çıxarılması və kəsilməsi nəticəsində dəymiş ziyanın ümumi miqdarı təxminən 765,0, manat müəyyən edilir. O cümlədən 45 ədəd ağacın alınmasına, əkilməsinə, nəqliyyat xərclərinə - 225,0 (45x5) manat, m ühafizəsinə, aqrotexniki qulluğa və sair – 90,0, 6 ilə 540,0 (6 il x90 man) manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN-272 seriyalı KOD 90909038 nömrəli Dövlət Aktı əsasında ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və digərlərinə məxsus Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus Sabirabad rayonu, Narlıq kəndində yerləşən 1.875 ha torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Çıxarılması tələb olunan ağacların və kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur. Yəni həmin ağaclar 1,875 ha torpaq sahəsinin hüdudları daxilindədir.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1208/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- İlham Əsədov, (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov), apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı2 və başqalarının cavabdeh İddiaçı1 qarşı iddiasının (ikinci iddianın) təmin edilməyən hissəsində qismən ləğv edilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh İddiaçı1 qarşı iddiası torpaq sahəsindən ağacların çıxarılması və dəymiş ziyanın ödənilməsi hissədə qismən təmin edilmiş, Sabirabad rayonu Narlıq kəndi ərazisində İddiaçı2 mülkiyyətində olan 2,84 hektar torpaq sahəsi ilə qonşu İddiaçı1 torpaq sahəsi arasındakı sərhədboyu hissədə əkilən ağacların İddiaçı1 hesabına çıxarılması, İddiaçı2 və başqalarının cavabdeh İddiaçı1 qarşı iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumuna görə İddiaçı1 50 manat alınıb iddiaçılara ödənilməsi qət edilmişdir.
24. Apellasiya instansiya məhkəməsi mövgeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübu tlara, o cümlədən Sabirabad rayon Yolçubəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta, habelə Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin aqronomu Əliyar Vəliyevin xx.xx.2022-ci il tarixli rəyinə istinad edərək İddiaçı1 iddia tələbini qismən təmin etmişdir. Cavabdeh İddiaçı2 həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bu hissədə məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsi üçün əsas tapmayıb. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymış və hesab etmişdir ki, İddiaçı2 qonşusu İddiaçı1 ağaclarını kəsməklə ona birbaşa ziyan vurması, həm izahatlarla, həm də işə əlavə edilmiş akt və rəylə təsdiq olunur, ona görə də həmin ziyan qanunvericiliyin tələblərinə əsasən ödənilməlidir.
25. İddiaçı1 vurulmuş ziyanın miqdarı barədə birinci iş üzrə İddiaçı1 mübahisə etməmişdir. Vurulmuş ziyanın miqdarı (məbləği) iş üzrə ekspertin rəyi ilə də təsdiq olunur. Məhkəmə kollegiyası hesab etmişdib ki, bu hissədə, yəni birinci iddia üzrə vurulmuş ziyanın miqdarının azaldılması üçün də əsas yoxdur.
26. İkinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 iddia tələbinin tam olaraq təmin edilməməsinə dair hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, bu hissədə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.
27. Belə ki, Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edil miş xx.xx.2022-ci il tarixli rəyə görə, Narlıq kənd sakini İddiaçı1 qonşu ilə sərhəddə əkdiyi meyvə və əsasən tut ağacları ətrafdakı əkinlərə ziyan vuracaqdır. Belə ki, günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlığın xeyli azalması qeyd edilmişdir. İddiaçıya məxsus əkin sahəsində və ya torpaq sahəsinin sərhədində əkilmiş ağacların qarşı tərəfə hər-hansı əngəlliklər törədib-törətməməsi (qonşu sahəyə kölgə salması, çıxıntılı budaqların olması, kökünün getməsi və s. kimi halların olub-olmaması), ziyan vurulubvurulmaması ilə bağlı müvafiq ekspertiza keçirilmişdir. İş üzrə müvafiq mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq, məhkəmə bioloji və məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təqdim edilmiş sübutlar, o cümlədən iş üzrə ekspert rəyi ilə İddiaçı2 və ailə üzvlərinə real zərər vurulduğu, eləcə də İddiaçı1 öz sahəsində tikili inşa etməsi ilə iddiaçıların hüquqlarının pozulması müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı2 və başqalarının torpaq sahəsinə və məhsuldarlığa dəymiş 5.000 manat maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi, cavabdeh İddiaçı1 tərəfindən onlara məxsus torpaq sahəsinə bitişik yerdə qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə dair hissədə iddianı əsassız saymışdır. Odur ki, həmin hissəsdə (real zərərin tutulması hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsini də ləğv etmək və ya dəyişdirmək üçün də əsas yoxdur.
28. Bununla yanaşı, təqdim edilmiş sübutlar, o cümlədən ekspert rəyi ilə İddiaçı1 torpaq sahəsinin qonşu ilə sərhədboyu hissədə əkdiyi meyvə və tut ağacları ətrafdakı əkinlərə (o cümlədən, qonşu İddiaçı2 ailəsinin istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhsuldarlığına) gələcəkdə ziyan vurulması müəyyən edilir. Belə ki, ağacların böyüməsi ilə günəş şüalarının torpaq səthinə və bitkilərə az düşməsi səbəbindən məhsuldarlıq xeyli azalır.
29. Müəyyən edilib ki, iş üzrə tərəflərin istifadəsində olan sözügedən torpaq sahələri kənd təsərrüfatı məhsulları istehsalı təyinatlıdır. Bu baxımdan, mülkiyyətçilərin dolanışığı kənd təsərrüfatı məhsullarının istehsalı üzrə həmin torpaq sahəsində əldə etdikləri məhsuldarlıqdan birbaşa asılıdır.
30. Məhkəmə kollegiyasının qənaətinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istehsal edilən məhsul üzrə məhsuldarlığın azalması mülkiyyətçinin hüquqlarının əhəmiyyətsiz dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Üstəlik, İddiaçı1 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qonşu ilə həmsərhəd hissəsində tikili inşa etmək, qonşu sahəyə təsir edə bilən iri gövdəli tut və digər ağacların əkilməsi normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilməyən hal da deyildir. Yəni belə ziyan vurulmasının qarşısının alınması mümkündür.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq sahəsinin sərhədboyu hissəsində tut və digər irigövdəli ağacların əkilməsi ilə qarşı tərəfə gələcəkdə vurula bilən ziyan kifayət qədərdir və bu cür ziyanla sonuncuların hüquqlarının pozulması əhəmiyyətsiz dərəcədə deyildir. Ona görə həmin ziyanın qarşısının alınması zəruridir.
32. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və başqalarının mülkiyyətində olan 2,84 hektar torpaq sahəsi ilə qonşu İddiaçı1 torpaq sahəsinin sərhədboyu hissəsində əkilən ağaclar, qonşuya zərər vurulması təhlükəsinin qarşısının alınması məqsədilə cavabdehin hesabına çıxarılmalıdır.
33. Məhkəmə kollegiyası mənəvi ziyanın ödənilməsinə dair hissədə iddianı əsassız saymışdır. Belə ki, vurulmuz real zərərə dair hissədə iddia əsassız olduğu halda mənəvi ziyanın ödənilməsinə dair tələbin təmin edilməsi üçün də əsas yoxdur.
34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 21.1, 21.2, 170.2, 171.1, 171.2, 1096.1, 1096.2, 1097.1, 1098.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrinə i stinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən birinci iş üzrə İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin olunmuş hissəsisində ləğv olunaraq, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarını nəzərə alınmamaqla maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi əsasına uyğun olaraq apellyasiya şikayətinin təmin olunmuş hissəsisində ləğv olunaraq iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Da şınmaz Əmlak Dövlət Kadastrı ve Reyestri xidməti tərəfindəif verilmiş xx.xx.2022-ci il tarixli, **********12 saylı mütəxəssis rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN272 seriyalı KOD 90909038 nömrəli Dövlət Aktı əsasından ümimi birgə mülkiyyəl hüququ üzrə İddiaçı2 və digərlərinə məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 2,84 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövləl Reyestrindən Çıxarış əsasında mülkiyyət hüququ üzrə ona məxsus Sabirabad rayonu Narlıq kəndində yerləşən 1,875 ha torpaq sahəsi ilə həmsərhəddir. Rəyə əsasən çıxarılması tələb olunan ağacların və kəsilmiş (çıxarılmış) ağacların yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Adı çəkilən ağaclar 1,875 ha torpaq sahəsinin hüdudları daxilindədir. Sabirabad DAİM-nin mütəxəssis aqronomu Elçin Əhmədov, Sabirabad rayon Yolçubəyli KİN-si Nazim Qasımov, Yolçubəyli kənd bələdiyyəsinin üzvü Saleh İsgəndərov və mənim tərəfimdən tərtib edilmiş və İcra nümayəndəliyinın möhürü ilə təsdi edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus 1,87 ha torpaq sahəsində baxış, zamanı İddiaçı1 qonşu ilə sərhəd arasında əkmiş olduğu 35 ədəd tut və 10 ədəd meyvə ağaclarının İddiaçı2 tərəfindən torpaq səthindən balta ilə kəsilərək atıldığı müəyyən edilmişdır Sabirabad DAİM-nin agronom mütəxəssisi Elçin Əhmədov tərəfindən tərtib edılmış xx.xx.2022-ci il tarixli rəydən görünür ki, 35 ədəd tut və 10 ədəd olmaqla - 3 ədəd gilas, 5 ədəd nar, 1 ədəd heyva, 1 ədəd əncirağaclarının kəsilməsi nəticəsində İddiaçı1 maddi ziyan vurulmuşdur. Hər bir ağacın alınmasına, əkilməsinə, nəqliyyat xərcl ərinə 5 manat, hər ildə isə mühafizəsinə (zərərverici və xəstəliklərə qarşı) sulanmasına və sair aqrotexniki tədbirlərin aparılmasına bir ağac üçün 2 manat vəsait xərcləndiyi nəzərə alınaraq ziyanın məbləği 765 manat müəyyən edilmişdir. Qeyd edilmiş xüsusatlar sübut edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. Birinci iş üzrə cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı7 nümayəndəsi və vəkili Vəkil1 biri nci iş üzrə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kasasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 170.2. qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
41. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
42. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahə sindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanun la zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
46. Maddə 1098.1. gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məl umatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı tərəfindən birinci iş üzrə cavabd ehlərin apellyasiya şikayətinin təmin olunmuş hissəsisində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi, torpaq sahəsində əkilmiş bitk ilərin cavabdehə məxsus olması, əkini biçilməmiş torpağın geri tələb edilməsinin qanuni olmaması, cavabdehin əkinə çəkdiyi xərc və ziyanın həll edilməməsi, torpaq sahəsinin onun sahibliyinə verilməsi faktının məhkəmə tərəfindən araşdırılmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh şikayətində qeyd olunan hallarla bağlı hazırki işə baxılarkən sübutları araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə qarşılıqlı iddia ilə müraciət etməmiş, eyni zamanda etirazı ilə bağlı müvafiq sübutları həmin məhkəmələrə təqdim etməmişdir. Həmçinin cavabdehin həmin hallarla bağlı müstəqil şəkildə məhkəməyə müraciət etməsi də işdən müəyyən olunmur. Odur ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd o lunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimo vun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və ob yektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1208/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.