Məhkəmə qərarları › İş №2(102)-1097/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1097/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1097/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Firmasının Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Firmasının səlahiyyətli nümayəndəsi X2, vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömr əli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Firması tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Firması Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşına vurulmuş 10.980 manat məbləğində pulun və iddia ərizəsi üzrə dövlət büdcəsinə ödənilmiş 30.40 manat məbləğində pulun, ümumilikdə cəmi 11.010,40 manat pulun tutularaq İddiaçı Firmasına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində və mülkiyyətində olan “Mersedes-Benz” yük vaqon çörək daşıyan markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşın x xxxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında X4 verilmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə saat XX:XX radələrində Abşeron rayonunun ****** “XXXX” şəhərciyi ərazisindəki yolda idarə etdiyi həmin avtomaşınla hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi “XXX XXXX” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşma nəticəsində “Mersedes-Benz” yük vaqon çörək daşıyan maşında olan sərnişin Bakı şəhəri,****** yaşayan X1 uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətini almışdır. Toqquşma nəticəsində həmçinin sonuncu avtomaşına 15.980 manat məbləğində maddi ziyan dəyilmişdir. Cinayət əməlini törətmiş şəxs Cavabdeh zərərçəkmiş X9 ilə barışdıqları üçün və ona dəymiş maddi ziyanı ödədiyinə görə Cavabdeh barəsində baş tədqiqatçı, polis mayoru M1 xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Təhqiqatçının sözügedən qərarı qanunsuz və əsassız olduğuna görə həmin qərarın ləğv olunması ilə bağlı Abşeron rayon prokuroruna şikayət verilmişdir. Belə ki, təhqiqat araşdırması zamanı “XXXX - 92” firmasına 15.980 manat məbləğində maddi ziyan dəyilməsinə və dəyilmiş zərərin hesablanmasına dair “XXXX” avtoservis tərəfindən akt verilməsinə baxmayaraq, təhqiqatçı bununla bağlı heç bir araşdırma aparmamış, firmanın məsul şəxsinin izahatını almamış və həmin xüsusat üzr ə ziyanın cinayət əməli törətmiş Cavabdeh tərəfindən ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Eyni zamanda həmin xüsusatla bağlı onun əməlinə hüquqi qiymət belə verilməmişdir. Bundan savayı, Azərbaycan Respublikası CM-nın 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Material üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 3274 nömrəli rəyində qeyd olunmuşdur ki, “XXX XXX” markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə olan təqdirdə zərərçəkmiş şəxslə cinayət əməli törətmiş Cavabdeh barışıb onun barəsində cinayət işinin başlanması rədd edilsə də, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə qərarın surəti sonuncu barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Abşeron Rayon Məhkəməsinə göndərilməli idi. Qərardan verdikləri x xxxx 2019-cu il tarixli şikayət əsasında Abşeron Rayo n Prokuroru xx.xx.2019-cu il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material əlavə araşdırmasından ötrü Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytnantı X14 tərəfindən əlavə yoxlama aparılmış və xx xxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş və tərəflərə onlara dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cavabdehin “xxxx” ASC ilə sığorta müqaviləsi olduğundan 5.000 manat “İlkin - 92” firmasının hesabına ödənilmişdir. Odur ki, İddiaçı firmasına dəymiş 10.980 AZN maddi ziyanın və iddia ərizəsi üçün döv lət büdcəsinə ödənilmiş 30,40 AZN məbləğində pulun cavabdehdən tutulub firmanın hesabına ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-****/2019 nömrəli qiyabi (hakim Məhəmməd Rüstəmli) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 10980 manat pul vəsaitinin alınaraq iddiaçı “XXXX” firmasına ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0.4 manat məbləğində bank xidmət haqqının iddiaçı “XXXX” firmasının xeyrinə tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-XXX/2019 nömrəli (hakim Məhəmməd Rüstəmli) qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-XXXX/2019 nömrəli qiyabi qətn aməsinin ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-XXXX/2019 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, ******* saylı rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz” sprinter markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6.860 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-*****/2020 nömrəli (hakim Məhəmməd Rüstəmli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1.860 manat məbləğində vəsaitin alınaraq İddiaçı Firmasına ödənilməsi, Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 5 manatının və 0,4 manat məbləğində bank xidmət haqqının İddiaçı Firmasının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində vəsaitin 100 manatının İddiaçı Firmasından, 20 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,Cavabde h xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “XXX XXX” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədərək İddiaçı firmasının mülkiyyətində olan “Mercedes Benz” yük markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə “xxxx” tərəfindən verilmiş ilkin akta görə 10.160 manat, daha sonra verilmiş akta görə isə 15.980 manat məbləğində zərər vurmuş, həmin zərərin aradan qaldırılması üçün 5.000 manat sığorta şirkəti tərəfindən İddiaçı firmasına ödənilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz” sprinter markalı, **--*** dövlət qeydiyyat nişanlı a vtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6.860 manat manat müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Baş qa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsul iyyətə səbəb olmur. Məhkəmə apardığı araşdırmanın nəticələrini əsas götürüb hesab etmişdir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsində İddiaçı firmasının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuş və bunun üçün məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh daşıyır. Məhkəmə həmçinin hesab etmişdir ki, dəymiş zərərin məbləği müəyyən edilərkən “xxxx” tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilən “Dəymiş zərərin hesablanmasına dair akt” deyil, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tərtib edilən akt və onun əsasında ekspert tərəfindən hesablanmış zərərin məbləği əsas götürülməli, həmin məbləğdən sığorta şirkəti tərəfindən iddiaçıya ödənilən sığorta ödənişi çıxılmalı və qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) xx xxxxxx 2020-c i il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yolnəqliyyat hadisəsində İddiaçı firmasının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurmuş və bunun üçün məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh daşıyır. İşə baxan birinci instansiya məhkməsi dəymiş zərərin məbləği müəyyən edilərkən düzgün olaraq “xxxx” tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilən “Dəymiş zərərin hesablanmasına dair akt” deyil, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra tərtib edilən akt və onun əsasında ekspert tərəfindən hesablanmış zərərin məbləğini əsas götürülməklə, həmin məbləğdən sığorta şirkəti tərəfindən iddiaçıya ödənilən sığorta ödənişi çıxılması və qalan məbləğn cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Firması (nümayəndəsi X6 və vəkili Vəkil1) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-*****/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətna məsinin ləğv edilməsi və işin yenidən və əsaslı araşdırılma aparılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” tərəfindən xx.xx.2019-cu il tarixdə dəymiş zərərin hesablanmasına dair 2 ədəd akt verilməsinə baxmayaraq, sığorta şirkətinə verilmiş imzasız və möhürsüz hüquqi gücü olmayan akta 52 ehtiyyat hissələrinin sıradan çıxarılması və həmin ehtiyat hissələrinin cəmi qiymətinin 5030 manat göstərilməsinə baxmayaraq, eyin tarixdə verilmiş akta sıradan çıxmış ehtiyat hissələrinin saylı 54 ədəd və cəmi qiyməti isə 8010 manat olması qeyd olunmuşdur. Sözügedən aktlar arasında ziddiyyət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən həmin ziddiyyətlər araşdırılmam ış və material üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, ****** saylı rəyi tam olmadığına görə və sözügedən rəy imzasız və möhürsüz heç bir qüvvəsi olmayan ziyan aktı əsasında verildiyinə görə etibarsız olduğu üçün əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilib obyektiv rəy alınması təmin edilməmişdir. “xxxx” tərəfindən tərtib edilmiş sonuncu zərər aktı doğrudur. Apelyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verməklə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh və vəkili Vəkil2 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq etiraz ərizəsində göstərmişlər ki, avtoqəzadan çox müddət sonra iddiaçının mənbəyi və qiymətləri heç bir qiymətli əmtəə kağızına (qaimə və faktura sənədinə) əsaslanmayan “xxxx” tərəfindən qi ymətləndirmə-zərər aktı düzgün olmadığından məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert rəyi əsasında da qətnamə qəbul edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəbul edilməsinin əsasını işin halları və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, ***** saylı rəyi təşkil etmişdir. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsində kobud pozuntu olmasına istinad edilsə də, bu pozuntunun nədən ibarət olması şikayətdə göstərilməmişdir. Bakı Apelyasiya Məhkəməsi mübahisələndirilən qətnaməsində maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və mübahisə pr edmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi X6 və vəkili Əmənov Tural Rizvan oğlu kassasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-*****/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaların ı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Ka sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı kasasiya şikayətində “xxxx” tərəfindən tərtib edilmiş zərər aktlarına istinad edərək, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hüquqi qüvvəsi olmayan rəyə istinad edilərək, düzgün olmayan rəy verilməsinə, məhkəmənin prosessual hüquq normasının pozuntusuna yol verməsinə dəlil olaraq istinad etsə də, kasasiya yolxması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən düzgün hesab edilməyən ekspert rəyi iddiaçının təqdim etdiyi “xxxx” MMCnin xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumat lara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla hadisə baş verən tarixə olan qiymətlə müəyyən edilmişdir. Kasasiya şikayətində iş materiallarında olan və ya hər hansı digər ekspert rəyinin mötəbərliyini şübhə altına salacaq sübuta istinad edilə bilinməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Firması tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar