Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1098/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Ramazanov Raul Fikrət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin ed ilmiş; cavabdehlərdən birgə qaydada 8773,37 ABŞ dolları kredit borcu, 3774,65 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 12648,02 ABŞ dolları borcun (ödəniş gününə dolların manat məzənnəsi nəzərə alınmaqla manatla) və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, ilkin idia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(103)-7568/2018-saylı qətnaməsi ilə (hakimlər A.Hüseynov sədrlik edən, məruzəçi, X.Cəmilova və İ.Xəlilov) cavabdeh x3nun, x4nun və x5 apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3526/2018 saylı iş üzrə 27 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın x3na, x4na və x5 qarşı təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 04 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Q.Əsgərov, E.Vəliyeva və S.Hacıyev) iddiaçı x1-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi zaminlər – x3, x4 və x5 münasibətdə ləğv edilsin və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), E.Həsənov və A.İmanov, 2(103)-5017/2019 saylı mülki iş) haz ırki iş üzrə cavabdeh x3nun, x4nun və x5 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3526/2018 saylı iş üzrə 27 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın x3na, x4na və x5 qarşı təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissədə ilkin iddia təmin olunmamış, qarşılıqlı iddia təmin olunmuş x1 ilə x3 arasında bağlanmış 01S000003288 saylı 27.07.2010-cu il tarixli; x4 arasında bağlanmış 01S000004601 saylı 16.12.2011-ci il tarixli və x5 arasında bağlanmış 01S000007872 saylı 29.04.2013-cü il tarixli zaminlik müqavilələri üzrə həmin şəxslərin zaminliyinə xitam verilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 (bundan sonra – x1) cavabdehlər x2, x3, x4 və x5 qarşı iddia ərizə si və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 8795,49 ABŞ dolları kredit borcu, 3774,65 ABŞ dolları faiz borcu və 5761,70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18331,84 ABŞ dolları borcun (ödəniş gününə dolların manat məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x3, x4 və x5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla x1 arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, idd ianın zaminlər x3, x4 və x5 aid hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər x2, x3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ramazanov Raul Fikrət oğlu kassasi ya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın cavabdehlər x3, x4 və x5 qarş ı təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməli, həmin hissədə ilkin iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, x1 ilə x2 arasında bağlanmış 27.07.2010cu il tarixli, 01L000002331 saylı kredit xətti müqaviləsinə əsasən, borcalana 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tərəflər arasında bağlanmış 25.04.2014-cü il tarixli, 01R000013262 saylı kredit razılaşmasına əsasən, x1 borcalana aylıq 2,1667 faiz dərəcəsi ilə 24 ay müddətinə 20000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq 27.07.2010-cu il, 16.12.2011-ci il və 29.04.2013-cü il tari xli zaminlik müqavilələrinə əsasən, x3, x4 və x5 birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R000013262S saylı, 08.07.2015-ci il tarixli sazişə əsasən, razılaşmaya dəyişiklik edilərək, kreditin müddəti 14 ay 17 gün, kreditin bağlanma tarixi 25.07.2016-ci il, aylıq faiz dərəcəsi 2,1668% müəyyən olunmuşdur. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R000013262SA saylı, 23 oktyabr 2015-ci il tarixli sazişə əsasən, razılaşmaya dəyişiklik edilərək, kreditin müddəti 26 ay 4 gün, kreditin bağlanma tarixi 27.11.2017-ci il, aylıq faiz dərəcəsi 2,1668% müəyyən olunmuşdur. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R000013262SA saylı, 26 aprel 2016-cı il tarixli sazişə əsasən, razıl aşmaya dəyişiklik edilərək, kreditin müddəti 26 ay, kreditin bağlanma tarixi 25.06.2018-ci il, aylıq faiz dərəcəsi 2% müəyyən olunmuşdur. Hər üç saziş zaminlər tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, x2nun 23.11.2017-ci il tarixinə x1a 8795,49 ABŞ dolları əsas, 3774,65 ABŞ dolları faizlə hesablanmış borc, 5761,70 ABŞ dolları cərimə, ümumilikdə 18331,84 ABŞ dolları borcu hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 201 saylı, 19.02.2018-ci il tarixli ekspertiza rəyinə əsasən, x2nun 23.11.2017-ci il tarixə x1a 877337 ABŞ dolları əsas, 3889,50 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın qismən təmin edilməsi, borcun cav abdehlərdən birgə qaydada tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. İş materiallarından müəyyən olunmuşdur ki, 27.07.2010-cu il tarixli 01L000002331 saylı kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, 25.04.2014-cü il tarixli 01R000013262 saylı kredit razılaşması bağlanarkən isə faiz dərəcəsi barədə zaminlərin razılığı alınmamışdır. Bundan başqa, sonradan - 08.07.2015-ci il, 23 oktyabr 2015-ci il və 26.04.2016-cı il tarixlərdə kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmiş, kreditin qaytarılma müddəti uzadılmış, ilk iki saziş üzrə kreditin aylıq faizi 0,0001% artırılmış, sonuncu saziş üzrə 0,1667 % aşağı salınmışdır. Həmin sazişlər də x3, x4 və x5 (zaminlər) tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onların razılıqları alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “x1lar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) m əsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə gör ə zaminliyə qismən xitam verilməsinə yol verilmir. Ona görə də uzunmüddətli kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməməklə 25.04.2014-cü il tarixli kredit razılaşması bağlanarkən faiz dərəcəsi barədə zaminlərin razılığı alınmadığından, eləcə də sonradan kredit razılaşmasının zaminlərin razılığı olmadan dəyişdirilməsi zaminlərin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir və qanunvericiliyin tələbləri baxımından bu hal zaminliyə tam xitam verilməsi üçün əsasdır, belə olan halda isə məhkəmə kredit razılaşması üzrə borcu zaminlərə də aid etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası düzgün olaraq hesab etmişdir ki, cavabdehlər (zaminlər) x3, x4 və x5un zaminliyinə xitam verilməli, iddia tələbi onlara aid hissədə rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilmə lidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1098/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1098/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver