Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1098/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit müqaviləsi üzrə faizlər), ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə bor cun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3798/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış BAKU31022-16108 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcluya illik 50 faiz olmaqla 240 ay müddətinə qaytarmaq şərti ilə 150000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə k reditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv metr olan 14 nömrəli mənzili qanunvericiliklə müəyyən edilmiş qaydada ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 37534,34 manat əsas borc, 21931,75 manat faiz borcu və 781,76 manat cərimə borcu olmaqla, cəmi 60.247,85 manat məbləğində borcu yaranmışdır.
3. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 fevral 2019-cu il tarixli BAKU131022-16108+BAKU1-36377 saylı zaminlik müqaviləsi imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU131022-16108/2 saylı razılaşmaların ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 37534,34 manat əsas borc, 21931,75 manat cari faiz borcu və 781,76 manat cari dəbbə borcu olmaqla, cəmi 60247,85 manat kredit borcunun, tutma yönəldilməsinə dair bildirişi n DƏDRX-də qeydə alınması üçün ödənilmiş 45 manat, məhkəmədə baxılması üçün ödənilmiş 271,40 manat dövlət rüsumunun alınması, tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 29,5 kv metr ümumi sahədən ibarət olan 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarına xitam verilərək həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Sazişə əsasən verilmiş kreditin ödənilməmiş əsas borcun 39149,33 manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 25 faizlə hesablanmaqla 18 ay uzadılmış və kreditin ödənilməmiş faiz borcunun 18985,22 manat təşkil edən hissəsinin qaytarılması müddəti xx.xx.2025-ci il tarixindən 15 ay uzadılaraq ümumi ödənilməmiş ayların sayı 63 ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi 21 yanvar 2027-ci il müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 oktyabr 2021-ci il tarixli BAKU131022- 16108+BAKU1-36377 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 02 avqust 2022- ci il tarixədək verilmiş kredit üzrə 37534,34 manat əsas, 21931,75 manat faiz və 781,7 6 manat dəbbə pulu borcu olmaqla, cəmi 60.247,85 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.
6. İddiaçı “"xxxx" BOKT ASC-nin nümayəndəsi X1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh3 iddia tələbini qəbul etmiş, lakin borcun daha ağlabatan müddətdə və həcmdə verilməsi üçün vaxta ehtiyac olduğunu bildirmişdir.
8. Cavabdeh4 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin “tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 29,5 kv metr ümumi sahədən ibarət olan 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50 000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarına xitam verərək həmin mənzildən məcburi qaydada çıxarılmaları” hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6780 nömrəli 15 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli BAKU131022-16108 saylı, BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və 26.010.2021-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə əsas borcunun 36.949,73 manat, faiz borcunun 22536,19 manat; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tari xə) əsas borcunun 36949,73 manat, faiz borcunun 21766,40 manat təşkil etdiyi müəyyən edilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi qismən təmin edilmiş, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU131022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar üzrə 36949,73 man at əsas borc, ona hesablanmış 21931,75 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 70 manat dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 266,90 manat dövlət rüsumu "xxxx" BOKT ASC-nin xeyrinə tutulmuşdur. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv metr olan 14 nömrəli mənzilə yönəldilmişdir. Həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv metr olan 14 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, üm umi sahəsi 29,5 kv metr olan 14 nömrəli mənzilinin likvid satış qiyməti 67500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1- 31022-16108/2 saylı Razılaşmalar ləğv edilməli, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində qismən təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edi lmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 14 nömrəli, ümumi sahəsi 29,5 kv metr olan fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait he sabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 387.2, 390.1, 399.3, 433.1, 442, 448.1, 421.1, 421.2, 423.1, 423.2, 470.1, 472.1, 739.1, 739.2, 462.1, 463.1, 465.2, 467, 269.1, 269.7, 269.4, 317.1, 319.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış fa iz borcunun yenidən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, istər o, istərsə də digər Cavabdeh1 tərəfindən kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış olan razılaşmalarda qeyd edilən borc məbləğləri ilə bağlı ödənişlər iddiaçı kredit təşkilatına ödənildiyi halda, birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı keçirilən məhkəmə mühasibatlıq ekspertizası zamanı nəzərə alınmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-3102216108/2 saylı Razılaşmalar üzrə 39949,73 manat əsas borc hesablandığı halda 21931,75 manat faiz borcunun ödənilməsi qət edil mişdir. Hesablanmış olan faiz borcunun məbləği əsas borc məbləğinin 60 faiz-ni təşkil edir. Bu isə cavabdehlər tərəfindən kredit müqaviləsi və razılaşmalar üzrə hər hansı bir ödənişin aparılmaması kimi tövsif olunmaqdadır ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehlər tərəfindən mütəmadi olaraq bu ödənişlərin aparılması iddiaçı kredit təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışlarında da görünür. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə müəyyən edilmiş əsas borc və faiz borcu əslində məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair qərardad əsasında Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş olan ekspert rəyi əsasında formalaşmaqdadır. Yəni kredit müqaviləsi və həmin müqavilələr əsasında tərtib edilmiş raz ılaşmalar, o cümlədən kredit sazişləri əsasında borc öhdəlikləri ilə bağlı məhkəmə mübahisələri zamanı məhkəmələr əksər hallarda Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş olan rəylər əsasında hüquqi qənaətlərini formalaşdıraraq qətnamə qəbul edirlər ki, hazırki mübahisənin həlli də bundan fərqli olmamışdır. Hər nə qədər birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı onun iddia tələbini qəbul etdiyini, borc məbləğini ağlabatan müddətdə və həcmdə verilməsi üçün vaxta ehtiyac olduğunu bildirsə də, bununla yanaşı o, ekspertlər tərəfindən borc məbləğinin də düzgün hesablanmadığını, cavabdehlər tərəfindən ödənişlər aparıldığı halda artıq vəsatinin borc məbləği kimi yenidən hesablandığını, o cümlədən ipoteka predmeti olan əmlakın bazar dəyərindən aşağı dəyərlə qiymətləndirildiyini, bu səbəbdən təkrar məhkəmə mühasibatlıq ekspertizasının və əmlakın qiymətləndirilməsinin aparılmasına ehtiyac olduğunu bildirsə də, birinci instansiya məhkəməsi bu vəsatətə məhəl qoymamış, sadəcə cavabdeh onun iddia tələbini qəbul etdiyini və tələb edilən məbləği ödəmək üçün vaxta ehtiyac olduğuna dair hissələri qətnaməyə köçürməklə kifayətlənmişdir.
16. Bundan başqa qeyd edilmişdir ki, kredit müqaviləsi və razılaşmalar üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka predmeti olan daşınmaz əmlak da qiymətləndirici tərəfindən bazar qiymətindən xeyli aşağı qiymətə qiymətləndirilmişdir. Belə ki, qeyd edilən mənzilin likvid satış qiyməti məhkəmə tərəfindən 67500 manat olaraq qiymətləndirilsə də hesab edir ki, hal-hazırda həmin mənzilin likvid satış qiyməti məhkəmə tə rəfindən müəyyən edilmiş qiymətdən xeyli artıqdır. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda bu məsələlər lazımi qaydada araşdırılmamış, sadəcə iddiaçı tərəfindən irəli sürülən bütün tələblər demək olar ki, tam qaydada təmin edilmişdir. Ən azından məhkəmə iddia tələbi üzrə araşdırma apararkən müəyən etməli idi ki, iddiaçı bank niyə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını yerinə yetirmədiyinə görə vaxtında məhkəməyə müraciət etməyərək faiz borcunun bu qədər artmasına səbəb olmuş, ödənilən vəsaitin demək olar ki, tamamını faiz borcuna ödənilməsini təmin etmiş, əsas borcun məbləğini hansı əsasla bu qədər yüksək məbləğdə hesablanması aydındeyildir. Bu səbəbdən hesab edir ki, iddiaçı bank tərəfindən hesablanaraq məhkəməy ə təqdim olunan və məhkəmə qətnaməsi ilə təmin olunan faiz borcu daha əvvəlcədən ödənilmiş faiz borcu ilə toplanıldığında əsas borca yaxın bir məbləğ təşkil edir. Halbuki, iddia tələbi süni şəkildə uzadılmayaraq vaxtında verilsəydi, hesablanmış faiz borcunun məbləği daha az ola bilərdi. Göstərilənlər Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş 7 mart 2023-cü iltarixli 2(005)-219/2023 saylı qətnamənin qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi üçün hüquqi əsas təşkil edir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5740 nömrəli 8 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları, xx.xx.2019-cu il tarixli BAKU131022-16108 saylı, BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və 26.010.2021-ci il tarixli sazişin şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə (pretenziya göndərildiyi tarixə) əsas borcunun 36949,73 manat, faiz borcunun 22.243,98 manat; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət edildiyi tarixə) əsas borcunun 36949,73 manat, faiz borcunun 21.766,40 manat təşkil etdiyi müəyyən edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3798/2022 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.
20. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə bankın-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə müqavilə müddəti üçün hesablanmış faiz borcunun məbləği (22.243,98 manat) iddia ərizəsində qeyd ediləndən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, birinci instansiya məkəməsi cavabdehlərdən faiz borcu üzrə 21931,75 manat məbləğində pul tutmaqla haqlı olmuşdur. Həmçinin ekspert rəyi ilə borclunun əsas borcu 37534,34 manat deyil, 36949,73 manat məbləğində müəyyən edildiyindən, məhkəmə ekspert rəyi ilə müəyyən olunan məbləği borclulardan müştərək qaydada tutmaqla düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 269, 270.1, 385.1, 386.1, 425, 442, 443.1, 443.2, 448.1, 448. 2, 462.1, 462.3, 467, 739-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.1., 14.2., 88, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3798/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini qismən ləğv edib işi hesablanmış əsas və faiz borcunun məbləğinə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
24. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 88, 102.3, 218 və 220-ci maddələrinə, Azərbaycan Rеspublikası Milli Bankı tərəfindən təsdiqlənmiş 1 9 sentyabr 2000-ci il tariхli “krеdit əməliyyatları üzrə faizlərin hеsablanmasının dayandırılması” haqqında Qaydaların 2.2-ci bəndinə və Milli Bank krеditlərin təsnifləşdirilməsinin 21 saylı, 14 nоyabr 1996-cı il tariхli qaydasının 5-ci maddəsinin 6-cı bəndi istinad edərək şikayətini onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı Cavabdeh3 iddia tələbini qəbul etdiyini, borc məbləğini ağlabatan müddətdə və həcmdə verilməsi üçün vaxta ehtiyac olduğunu bildirsə də bununla yanaşı o, ekspertlər tərəfindən borc məbləğinin də düzgün hesablanmadığını, cavabdehlər tərəfindən ödənişlər aparıldığı halda artıq vəsatinin borc məbləği kimi yenidən hesablandığını, o cümlədən ipoteka predmeti olan əmlakın bazar d əyərindən aşağı dəyərlə qiymətləndirildiyini, bu səbəbdən təkrar məhkəmə mühasibatlıq ekspertizasının və əmlakın qiymətləndirilməsinin aparılmasına ehtiyac olduğunu bildirsə də nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bu vəsatətə məhəl qoymamış, sadəcə Cavabdeh3 iddia tələbini qəbul etdiyini və tələb edilən məbləği ödəmək üçün vaxta ehtiyac olduğuna dair hissələri qətnaməyə köçürtməklə kifayətlənmişdir.
25. Bundan başqa kredit müqaviləsi və razılaşmalar üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka predmeti olan daşınmaz əmlak da qiymətləndirici tərəfindən bazar qiymətindən xeyli aşağı qiymətə qiymətləndirilmişdir. Belə ki, qeyd edilən mənzilin likvid satış qiyməti məhkəmə tərəfindən 67500 manat olaraq qiymətləndirilsə də hesab edirik ki, hal-hazırda hə min mənzilin likvid satış qiyməti məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən xeyli artıqdır. Bu faktlar apellyasiya instansiya məhkəməsi tərəfindən də nəzərə alınmamış, apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən faktlar işin həlli üçün vacib və prioritet məsələdir. Belə ki, faiz məbləğinin yuxarı hesablanması və əmlakın likvid dəyərinin düzgün müəyyən olunmaması cavabdehlərin hüququnun pozulması ilə iddiaçının əsassız varlanmasına hüquqi əsas meydana gətirməkdən ibarətdir. Hər iki instansiya məhkəməsi bu faktları nəzərə almamış, iddiaçının tələbini demək olar ki, olduğu kimi saxlamışdır.
26. Cavabdehin müraciəti əsasında iddiaçının tələb haqqını gecikdirməklə faiz məbləğini süni şəkildə artırması, faiz məbləğinin əsas məbləğlə nisbətdə 60 faiz artıq olması, iddia tələbinə əsasə n tutmanın yönəldilməsi tələb edilən daşınmaz əmlakın dəyərinin həddən artıq olması faktları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən bu kimi faktlara əhəmiyyət vermədən qətnamənin qəbul edilməsi, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cavabdehin tələbinin və vəsatətinə münasibət bildirməməsi, apellyasiya instansiyası tərəfindən də bu faktların nəzərə alınmaması cavabdehin hüquq və mənafelərinin pozulmasına dəlalət edir. Bu faktların araşdırılmaması səbəbindən cavabdehlərə ziyan dəymiş olur, iddiaçının isə əsassız varlanmasına hüquqi əsas yaradır.
27. Həmçinin qeyd edir ki, iddia tələbi süni şəkildə uzadılmayaraq vaxtında verilsəydi, hesablanmış faiz borcunun məbləği daha az olar, eyni zamanda iddia tələ binə əsasən tutmanın yönləndirildiyi daşınmaz əmlakın likvid dəyəri düzgün qiymətləndirilmiş olsaydı,cavabdehlərin hüquqları pozulmuş olmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya b aşqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
31. Maddə 270.1 Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
32. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər.
42. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə əsas və faiz borcunun məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmən hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Cavabdeh kassasiya şikayətində göstərdiyi dəlilləri aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zər urət görmür.
55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3798/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.