Məhkəmə qərarları › İş №2(102)-1099/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1099/2019

28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2281/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Alməmmədov, iş № 2(050)-430/2018) iddia qismən təmin ed ilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 08R000012710 saylı kredit razılaşması üzrə 15280.67 ABŞ dolları əsas, 8367.64 ABŞ dolları faiz borcu, 2211.56 ABŞ dolları cərimə, cəmi 25859.87 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının «xxxx» QSC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 32961 manat müəyyən edilməsi, tutmanın Cavabdeh1 məxsus Masallı şəhəri, X3 küçəsi, 28 ünvanında xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması və ipoteka predmentinin satışından əldə olunan vəsait hesabına cavabdehlərin «xxxx» QSC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin istifadə hüquqları itirilməklə, cavabdehlər tərəfindən ən geci 1 ay müddətində ev və torpaq səhəsinin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və K.S.Bəşirov, iş № 2(106)2281/2018) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(050)-430/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsalandırılmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı 02 fevral 2011-ci il tarixli 08L000004158 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılşması ilə müəyyən olunmuşdur. Tərəflərin arasında imzalanmış 28 mart 2013- cü il tarixli 4158 saylı sazışə əsasən kredit xəttində dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin məbləği artırılaraq 100000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 29 mart 2013-cü il tarixli, 08R000012710 saylı kredit xətti razılaşmasına əsasən aylıq 2.0833 faizlə 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclular Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə görə zaminlər və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 28 mart 2013-cü il tarixli 08M000001010 saylı ipoteka müqaviləsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 12№-li reyestr kitabının 4№-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışa əsasən Masallı şəhəri, X3 küçəsi, 28 ünvanında xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasın təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmyaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarı da göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Niftiyev Xudaverdi Rəşid oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi cəriməni tamamilə silməli olduğu halda bir qismini silmiş, yenə də çox saxlamışdır. Həmçinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğu halda belə bir ekspertiza təyin edilməmişdir. Halbuki, ipoteka predmeti qiymətləndirilən zaman olan bazar qiyməti ilə hazırki bazar qiymətinin arasında böyük fərq vardır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı əsas və faiz borcu düzgün hesablanmamış, faiz borcu müqavilənin icra müddətinə uyğun hesablanmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunsa da, məhkəmə cərimənin tutulması hissəsində ədalətsiz nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “xxxx” QSC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2013-cü il tarixli, 08R000012710 saylı kredit xətti razılaşmasına əsasən bank aylıq 2.0833 faizlə 36 ay müddətinə 30000 ABŞ dolları kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 mart 2013-cü il tarixli 08M000001010 saylı ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 12 №-li reyestr kitabının 4№-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışa əsasən Cavabdeh2 məxsus olan, Masallı şəhəri, X3 küçəsi, 28 ünvanında xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 32.961 manat müəyyən edilmişdir. “xxxx” QSC-nin Lənkəran filialı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclular Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında eyni tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə görə zaminlər və borclu kredit müqaviləs i üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 04 aprel 2018-ci il tarixli, 28160 saylı ekspert rəyindən görünür ki, 29 mart 2013-cü il tarixli, 08R000012710 saylı kredit xətti razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 «xxxx» QSC-yə 16 mart 2017-ci il tarixə (iddia tarixinə) olan borcu 15280.67 ABŞ dolları əsas, 8367.64 ABŞ dolları faiz olmaqla cəmi 23648.31 ABŞ dolları müəyyən edilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca i cra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tut ulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1, 467-ci maddələri). Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda o na tutma yönəldikdə və o satıldıqda Qanunun 59-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satılıdqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası digər hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh kassasiya şikayətində ipoteka predmetinin müəyyən edilmiş qiyməti ilə hazırki bazar qiyməti arasında böyük fərq olduğunu, əsas və faiz borcunun düzgün hesablanmadığını qeyd etsə də, bununla bağlı birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən hər hansı sübut təqdim etməmiş, dəlillərini əsaslandırmamışdır. Bununla belə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi dəbbə pulunu 2211,56 ABŞ dolları məbləğində müəyyən etməklə ədalətsiz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hazırki işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin məbləğ həddən artıq yüksəkdir, ona görə də qətnamə həmin hissədə dəyişdirilməli və cərimə borcu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kollegiya bu məbləği alabatan və ədalətli hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası MPM-nin 416, 417.1.2, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2281/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan cərimə borcu hissəsində dəyişdirilsin və həmin məbləğ 500 ABŞ dolları müəyyən edilsin. Mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar