Məhkəmə qərarları › İş №2(102)-1099/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1099/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili X5nun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-2023/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.000 manat və əldən çıxmış fayda olaraq 6.016 manat olmaqla, ümumilikdə 34.016 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə o, Cavabdeh ilə notarial qaydada kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, onun tərəfindən cavabdehə 28.000 manat məbləğində borc pul verilmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixədək həmin borc məbləğini ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilmiş borcun icra tarixindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək borcu ödəməmişdir. O, dəfələrlə cavabdehə şifahi qaydada müraciət et məsinə baxmayaraq, cavabdeh qeyd olunan kredit müqaviləsinin icrasından imtina etmiş və kredit öhdəliklərini yerinə yetirməmişdir. Bundan əlavə, o, hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə əsas borc məbləğindən başqa, əlavə olaraq qeyd olunan borc məbləğinin vaxtında ödənilməməsinə görə əldən çıxmış fayda kimi 6.016 manat məbləğində pul tutulub ona verilməlidir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3351/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 28.000 manat məbləğində borc pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bundan başqa, iddiaçı Cavabdeh İddiaçı qarşı (3-cü şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru ) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir sürücü işləyir, etibarnamə əsasında icarəyə götürdüyü yük maşını ilə Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında çalışmışdır. 2014-cü ildə tanış olduğu İddiaçı bildirmişdir ki, «Kamaz» markalı yük avtomobili alıb, qalmaq şərti ilə icarəyə verir, o, cavabdehə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı, «Kamaz» markalı yük avtomobilinə baxmış və həmin avtomobili qalmaq şərti ilə icarəyə götürmək istədiyindən avtomobilin icarə şərtləri ilə maraqlanmışdır. İddiaçı bildirmişdir ki, avtomobili 28.500-manata verir, pulun 10.000 manatı əvvəlcədən ödənilir, qalan pul isə ayda 500-700 manat arası ödənilməklə iki il müddətinə ödənilib qurtarmalıdır, o, cavabdehin təklifi ilə razılaşmış, 10.000 manat pulu səhərisi gün İddiaçı ilkin ödəniş kimi ödəmiş, İddiaçı da özünə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı, «Kamaz» markalı yük avtomobili barəsində ona etibarnamə verməklə avtomobili razılaşdıqları şərtlə ona icarəyə vermişdir. 2015-ci ilin may ayında İddiaçı onunla görüşərək bildirmişdir ki, müəyyən şəxslər icarəyə götürdükləri yük avtomobillərini dağıdırlar, hissələrə bölüb satırlar sonrada bildirirlər ki, avtomobili oğurlayıb bu vəziyyətə salıblar, XXX avtomobil barəsində baş verə biləcək hadisələrdən sığortalanmaq üçün notariat kontorunda razılaşdıq ları məbləğlə bağlı borc müqaviləsi bağlamağı təklif etmişdir. O, etiraz etməmiş və onlar həmin gün Qaradağ və Yasamal rayonunda yerləşən bir neçə notariat kontoruna getsələr də, heç birində kredit müqaviləsi bağlamamışlar və bildirmişlər ki, notariat kontorunda pul sayılıb verilməlidir ki, müqavilə təsdiq edilsin. Vüqar bildirmişdir ki, onun Sabunçu rayonunda yerləşən XXX saylı notariat kontorunda tanışı var, onlar birlikdə Sabunçu rayonunda yerləşən XXX saylı notariat kontoruna gəlmişlər, Vüqar içəri keçmiş və təxminən 10 dəqiqədən sonra bildirmişdir ki, 200 manata razılaşmış, ondan şəxsiyyət vəsiqəsini götürərək yenidən içəri keçmiş və bir müddətdən sonra onu çağırmışdır ki, müqaviləni yazdırmışdır, imzalamaq lazımdır. O, içəri keçərək Vüqarın ona verdiyi müqaviləyə qol çəkmiş və çölə ç ıxaraq gözləmiş, bir neçə dəqiqədən sonra Vüqar gələrək müqavilənin bir surətini ona vermiş, digər surəti isə özündə qalmışdır. Onlar XXX saylı notariat kontorunda kredit müqaviləsi bağlayarkən Vüqar ona pul verməmiş, o da ondan pul almamışdır. 2015-ci ilin sonlarında o, özünə məxsus olan minik avtomobilini sataraq İddiaçı əlavə olaraq 5000 manat pul vermiş, bundan sonra bir müddət İddiaçı tapşırığı ilə avtomobilin aylıq icarə pulunu onun əmisi oğlu və yeznəsi X3 poçt vasitəsi ilə göndərmişdir. 2018-ci ildə iş zəiflədiyindən, avtomobil xarab olduğundan, eləcə də özü xəstə olduğundan bir müddət cavabdehə icarə pul ödəyə bilməmişdir. İddiaçı ondan qalan 10.000 manat pulu, yaxud da avtomobili tələb etmiş, o, pulunun olmadığını bildirmiş və təklif etmişdir ki, avtomobili satıb onun pulunu vers in, yerdə qalan pulu özü götürsün. Lakin İddiaçı razılaşmamış, o zaman ödədiyi pulun yarısını qaytarmağı təklif etmiş, İddiaçı yenə razılaşmamışdır. Bir neçə gündən sonra polisə şikayət verərək akt əsasında «Kamaz» markalı avtomobili saz vəziyyətdə ondan geri almışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi avtomobil barəsində baş verə biləcək hadisələrdən sığortalanmaq üçün ona qalmaq şərti ilə icarəyə götürdüyü «Kamaz» markalı avtomobilə görə bağlanılmış müqavilə olmuşdur, həmin müqavilə bağlanarkən və eləcə də ondan sonra İddiaçı ona bir manat da olsun borca pul verməmiş, eləcə də onun V.Həbiova heç bir borcu olmamışdır. İddiaçıla onun elə bir yaxın münasibəti olmamışdır ki, ona 28.000 manatı təmənnasız olaraq borca versin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) 2( 008)-3174/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 28.500 ABŞ dolları məbləğində pul barəsində notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11077/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-11077/2019 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(103)-2320/2019 saylı mülki işlə bir icraatda birləşdirilmiş və onlara bir icraatda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.Sa dıqov - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.İmanov) xx xxxxxxx 2019-cu il tarixli 2(103)-2023/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3174/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3351/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və həmin iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-2023/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni ape llyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə iclaslarında müqavilənin bağlandığı notariat kontorunun iştirakı təmin edilməmiş, pulun verilməsinə dair ödəniş sənədləri notariat kontorundan tələb edilməmişdir. Eyni zamanda, müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci madəsi ilə müəyyən edilmiş 1 illik müddət keçmiş və cavabdeh müddətin tətbiqi barədə ərizə versə də, əsassız olaraq mübahisəyə müddət tətb iq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X5 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiy a instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan **-TD-*** dövlət qeydiyyat nişanlı, «Kamaz» markalı yük avtomobilini Cavabdeh icarəyə vermi şdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə İddiaçı Cavabdeh hər hansı məbləğdə pul ödəməmişdir, kredit müqaviləsi formal olaraq qalmış, İddiaçı 2014-cü ildə Cavabdeh icarəyə verdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı, «Kamaz» markalı yük avtomobilini 2018-ci ildə geri aldıqdan sonra onlar arasında bağlanılmış, formal olaraq qalmış, icra edilməmiş kredit müqaviləsinə istinad etməklə məhkəmədə pul tələbi ilə bağlı iddia qaldırmışdır. Kredit müqaviləsi üzrə nəzərdə tutulan öhdəlik icra edilməmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əslində «Kamaz» markalı yük avtomobilinin icarəyə verilməsini pərdələmək, avtomobillə bağlı baş verə biləcək h adisələrin qarşılanması məqsədi ilə bağlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinin əsasını təşkil edən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Sabunçu Rayon Məhkəməsi tərəfindən haqlı olaraq etibarsız hesab edilmişdir, belə olan halda, İddiaçı etibarsız hesab edilən kredit müqaviləsinə əsaslanaraq irəli sürdüyü borc tələbi əsassızdır. Həmin tələbin qismən təmin edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, yalan əqd əhəmiyyətsizdir, ancaq qanunun tələbinə görə, bu əsasla əqd etibarsız sayıldıqda, əqdin mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edi lməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında olan həqiqi münasibətlər onların arasında «Kamaz» markalı yük avtomobilinin icarəyə verilməsi ilə bağlı yaranmışdır. Həmin kredit müqaviləsi üzrə hər hansı borc məbləğinin verilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əslində «Kamaz» markalı yük avtomobilinin icarəyə verilməsini pərdələmək, avtomobillə bağlı baş verə biləcək hadisələrin qarşılanması məqsədi ilə bağlanılmışdır. İşin hallarından müəyyən edilmişdir ki Cavabdeh avtomobilin icarə pulunun əksəriyyətini ödəmiş, 10.000 manat borcu qalmışdır. Avtomobil İddiaçı geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayr ı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə də, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, etibarsız hesab edilən əqd (xx.xx.2015-ci tarixli kredit müqaviləsi) üzrə Cavabdeh İddiaçı hər hansı məbləğdə pul alması müəyyən edilmədiyindən, həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir. İddiaçı kassasiya şikayətində kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsi barədə notariat işində sənədlərin olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, notariat orq anı tərəfindən məhkəməyə yalnız kredit müqaviləsinin surəti göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şü bhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddətin ötürülməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki əqdin etibarsızlığı üzrə müddətin keçməsi araşdırılarkən Mülki Məcəllənin 354.2-ci maddəsi deyil, 354.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Lakin Mülki Məcəllənin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı işdə tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 20 ay müddətinə (xx.xx.2017 ) bağlansa da, həmin müqavilənin icrasına başlanmamışdır. İddiaçı pul tələbinə dair iddianı, yəni onun icrasını xx.xx.2018-ci il tarixdə iddia qaldırmaqla tələb etmişdir. Buna görə də Cavabdeh üçün müddətin axımı məhz həmin tarixdən hesablanmalıdır ki, o da xx.xx.2019-cu il tarixdə müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır. Ona görə də İddiaçı müddətin ötməsi barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)2023/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar