Məhkəmə qərarları › İş №2(102)-1099/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1099/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1829/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X2 (bundan sonra – cavabdeh) 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (yeni adı - "xxxx" Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – iddiaçı) tərəfindən 6-cı dərəcəli sürücü kimi işə götürülmüşdür. 13 may 2019-cu il tarixində cavabdeh Moldova Respublikasının Xınçest şəhərində Kişinyov-Lapşuna yolunda tikinti sahəsində iddiaçıya məxsus “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş qəza nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavab dehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə dəymiş 5000 avro məbləğində ziyan və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh baş vermiş qəzadan sonra avtomaşını hadisə yerində qoyaraq qaçmış və iş yerinə gəlməmişdir. Cavabdehin təqsiri üzündən iddiaçıya 5000 avro məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehə dəfələrlə ziyanın könüllü şəkildə ödənilməsi təklif edilsə də nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul e tmiş və izahatında göstərmişdir ki, avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və sözügedən avtomaşına maddi ziyan dəymişdir. İddiaçı tərəfindən tələb olunan maddi ziyan məbləği çox hesablanmışdır. Maddi imkanı yaxşı olmadığından ziyanı ödəyə bilməmişdir. Əgər iddiaçı onu işlə təmin edərsə maddi ziyan məbləğinin əmək haqqından tutulmasına razıdır. Qeyd etdiklərini nəzərə almaqla iş üzrə qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş, dəyən zərərin qiymətləndirilməsi haqqında aktın tərcümə edilmiş surətində qeyd olunmuşdur ki, “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomaşının bərpa edilməsi xərci 5000 avro təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 9/2042 nöm rəli ekspert rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan 13 may 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mercedes Benz 3341” markalı P0347 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9600 manat müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-38/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 9600 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu – cəmi 9630 manat pulun alınaraq iddiaçının hesabına köçürülməsi, cavabdehdən 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Mə hkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 01 iyun 2012-ci il tarixli 7153 nömrəli əmək müqaviləsinin 5-ci maddəsinin məzmununa görə, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyan könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 199, 200.1, 202, 204-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 439.1-ci maddələrinə və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən cavabdeh vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddi ziyan məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2042 nömrəli ekspert rəyinə əsasən 9600 manat müəyyən edilmişdir. Odur ki, ekspert rəyi ilə müəyyən olunmuş məbləğ əsas götürülməli, iddia tələbi qismən – 9600 manat məbləğində təmin edilməlidir. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apelly asiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv olunmasını və iddia tələbinin qismən - 1000 manat hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1829/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Eyvazov – (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 199, 200.1, 202, 204-cü, Mülki Məcəllənin 6.2, 21, 442, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə zərərlə bağlı Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə i stinad edərkən cavabdehin əməlində qanunsuz hərəkət və ya hərəkətsizliyin olub-olmamasını, vurulmuş zərərlə qanunsuz hərəkət və hərəkətsizlik arasında səbəbli əlaqənin olub-olmamasını, habelə zərər vuran şəxsin, yəni cavabdehin təqsirli olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, işdə cavabdeh tərəfindən iddiaçıya məxsus yük avtomobili ilə qəza törədilərkən sürücünün hansı formada təqsirli olmasını təsdiq edən sübut mövcud deyildir. Bu da cavabdehin xeyrinə həll olunmaqla onu dəymiş zərərin ödənilməsi məsuliyyətindən azad edir. Şikayətə görə, məhkəmə MPM-in 77.1, 87.1, 87.2, 88, 97.1, 97.4-ci maddələrinə zidd olaraq iş üzrə lazımi sübutların əldə olunması üçün heç bir prosessual hərəkət etməmiş, dəymiş zərərin qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, sübutlara düzgün qiymət verm əmiş, işi birtərəfli həll etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafi ə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Əmək Məcəlləsi Maddə 199 a) bəndi. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzəri nə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə; c) bəndi. İnzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə

202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə

204. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razı lığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçıya maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində dəymədiyi barədə kassasiya şikayətinin dəlili açıq-aşkar əsassızdır. Çünki birinci və apellyasiya instansiyası məhkəməsində cavabdeh bununla bağlı hər hansı etiraz irəli sürməmiş, onun qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vuruldu ğunu mübahisələndirməmiş, yalnız tələb olunan məbləğə etiraz etmişdir. Əksinə cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və sözügedən avtomaşına maddi ziyan dəymişdir, maddi imkanı yaxşı olmadığından ziyanı ödəyə bilmir, əgər iddiaçı onu işlə təmin edərsə maddi ziyan məbləğinin əmək haqqından tutulmasına razıdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların, o cümlədən, baxılan mülki işin predmetinə aid olmayan halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1829/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar