Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-110/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Zamin2 iştirakı ilə, İddiaçı “xxxx” QSC BOKT-un cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)74/2019 saylı qətnaməsi ndən iddiaçı “İddiaçıı” ASC-nin x 1 və vəkil X5 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-74/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8266/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə icraata qəbul edilmiş və işə kassasiya şikayəti əsasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov 2(105)-74/2019 saylı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, iddiaçı “xxxx” QSC BOKT-un cavabdehlər Zamin2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə bor cun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC BOKT tərəfindən kassasiya şikayəti verildiyindən mülki iş baxılması üçün Ali Məhkəməyə göndərildikdən sonra iş üzrə cavabdeh Zamin2 kassasiya şikayəti daxil olduğundan mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil oğlu, cavabdehlər Cavabdeh1 və Zamin2 mülki işin baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Digər tərəflər məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəl məmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Məhkəmə kollegiyası, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasovun məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Zamin2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət et məsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8266/2019 saylı xx.xx.2019-cu il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh Zamin2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-110/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-110/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver