Məhkəmə qərarları › İş №2(102)-1100/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1100/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1100/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2314/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şirvan şəhər məhkəməsinin (hakim Elçin Qurba nov) 24 aprel 2018-ci il tarixli 2(032)46/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, gecikdirilməyə görə hesablanmış 858 manat məbləğində faiz borcunun 200 manat məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1753,88 manat məbləğində əsas borc, 774,05 manat məbləğində faiz borcu, 200 manat məbləğində gecikdirməyə görə hesablanmış faiz borcu, cəmi 2727,93 manat məbləğində pulun alınıb iddiaçı «xxxx» ASC-yə verilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Əhmədov - sədrlik edən və məruzəçi, Kamran Əkbərov, Kamil Bəşirov) 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər məhkəməsinin 24 aprel 2018-ci il tarix li qətnaməsi iddiaçı «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1938 manat məbləğində əsas borcun, 1355 manat məbləğində faiz borcun, 858 manat məbləğində gecikdirməyə görə hesablanmış faiz borcun, cəmi 4151 manat məbləğində pulun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə Cavabdeh1 28 mart 2013-cü ildə 283-13 ABFŞ nömrəli kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə Cavabdeh1 2700 manat məbləğində kredit götürmüş, kreditdən istifadəyə görə illik 24% ödəməyi öhdəsinə götürmüş, kredi tin müddəti 36 ay müddətində müəyyən edilmişdir. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 ilə 28 mart 2013-cü ildə 277-13 ABFŞ ABFŞ saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi nəticəsində onun banka 1938 manat məbləğində əsas borcu, 1355 manat məbləğində faiz borcu, 858 manat məbləğində gecikdirməyə görə hesablanmış faiz borcu, cəmi 4151 manat məbləğində borcu yaranmışdır. Həmin borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarı lması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kas sasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 28 mart 2013-cü ildə 283-13 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı «xxxx» ASC-dən 2700 manat məbləğində kredit götürmüş, kreditdən istifadəyə görə illik 24% ödəməyi öhdəsinə götürmüş, kreditin müddəti 36 ay müddətində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 30 mart 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 mart 2016-cı il tarixinə 1938 manat məbləğində əsas borcu, 1355 manat məbləğində faiz borcu, 858 manat məbləğində gecikdirməyə görə hesablanmış faiz borcu, cəmi 4151 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş ekspertizasının rəyindən görünür ki, əsas kredit borcu və əsas kredit məbləğinə iddiaçı tərəfindən hesa blanmış faizlər müqaviləyə uyğun olmamışdır. Belə ki, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2018-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından və 28 mart 2013- cü il tarixli 283-13 ABFŞ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 28 mart 2016-cı il tarixə Cavabdeh1 “xxxx”ASC-nə olan borcu 2527,93 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 1753,88 manat, faiz borcu üzrə 774,05 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ekspert rəyində göstərilmiş məbləğlərdə əsas və faiz borcunun cavabdehdən tutulmasını qət etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən 800 m anat cərimə borcunu 200 manat azaltmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Qətnaməni iddiaçı iddia tələbinin təmin edilməyən hissədə mübahisləndirmişdir. İddiaçının dəlilləri onan ibarətdir ki, faiz borcu müqavilə müddətindən sonrakı tarixə də hesablanmış, lakin məhkəmə müqavilə müddətinin bitməsindən sonrakı dövrə iddianı rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə sübut kimi ekspert rəyini əsas götürməkdə haqlı olmamışdır. Digər tərəfdən məhkəmə cərimə borcunu 200 manata azaltmaqda işin hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, borcun müqavilə müddəti həddində təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarınn tələblərinə uyğundur. Həmin qərar ilə formalaşdırılmış hüquqi mövqeyə görə kredit münasibətləri müddətlidir və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qərardan göründüyü kimi, iddiaçı bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işdə iddia çı bank kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, müqavilə müddətindən sonrakı dövr üçün də borc tələb edir. Bu hal isə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarının tələblərinə zidd olmuşdur. Kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və tələb edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı bank müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün yalnız vurulmuş zərər qismində illik 5 % məbləğində pulun ödənilməsini tələb edə bilər ki, bu da hazırki iddianın predmetini təşkil etmir. Eksper rəyini sübut növü kimi qəbul etməkdə məhkəmə haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün ə həmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bank kredit mübahisələri üzrə məhkəmənin istinad etməli olduğu sübut növlərindən biri məhkəmə mühasibatlıq ekspertizasının rəyidir. Məhkəmə mübahisənin həlli zamanı sübut kimi ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad e dərək tələb edilən 800 manat cərimə pulunu 200 manata qədər azaltmaqda haqlı olmuşdur. Həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Keçirilmiş ekspertiza rəyi ilə cavabdehin banka olan əsas borcunun 1753,88 manat, faiz borcunun isə 774,05 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi 800 manat cərimə məbləği əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 21 7 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2314/2018 nömrəli iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar