Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1100/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxxMəhdud Məsuliyyətli Cəmiyyətinə Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1100/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, kredit və zaminlik müqavilələrinin etibarsızlığı) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin vəkili X10 oğlunun, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borc” tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3924/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 q arşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10658,00 manat əsas, 3448,80 manat faiz borcu olmaqla, cəmi 14106,80 manat borcun; xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavilə üzrə 35200,00 manat əsas, 12842,13 manat faiz,1839,20 manat cərimə borcu olmaqla, cəmi 49881,32 manat borcun; xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə 365,10 manat faiz borcunun; xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500000,00 manat əsas, 202369,43 manat faiz borcu olmaqla, cəmi 702369,43 manat borcun; xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə ******* manat əsas və 953275.05 manat faiz borcu olmaqla, cəmi 3297275,05 manat b orcun və 30 manat dövlə rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən: 1) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətinə 10658 manat; 2) xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətinə 500000 manat; 3) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 8 ay müddətinə 10000 manat; 4) xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətinə 500000 manat; 5) xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 3 6 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və X8 ilə zaminlik müqaviləsi bağlanmışdır.
4. İddiaçı borcun məbləği barədə xx.xx.2017-cu il tarixli 5 ədəd maliyyə arayışı təqdim etmişdir.
5. İddiaçı bank iddia tələbini dəqiqləşdirmə barədə ərizə verərək, zamin kimi X4 cavabdehlər sırasında səhvən getdiyini göstərərək, qeyd edilən borcun yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 442, 445.1, 448, 449.1, 449.4, 465.2, 472.1 və 472.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx” ASC-yə qarşılıqlı iddia verərək, “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 100.LN.2105.290914.00002 saylı kredit v ə xx.xx.2014-cü il tarixli 100.CL.290914.00001/b saylı zaminlik müqavilələrinin, xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı kredit və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələsinin, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı kredit və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin, xx.xx.2013-cü il tarixli LLN.2105.301213.00002 saylı kredit müqaviləsinin, xx xxx 2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə razılıq müqaviləsinin, xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit və xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinin etbarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslan dırlıb ki, cavabdeh İddiaçı ASC-nin “xxxx” MMC ilə gəldiyi razılığa əsasən, bir tərəfdən İddiaçıxxxx“xxxx MMC-nin direktoru kimi xx.xx.2013-cü il tarixdə Cavabdeh2 arasında 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi bağlanaraq, “xxxx” zavodunun inşa olunması və avadanlıqların alınaraq quraşdırılması məqsədi ilə “xxxx MMC-yə 9.820.000 manat məbləğində kreditin ayrılmışdır.
9. Bundan sonra Bankın təkidi ilə 9.820.000 manat kreditin faizlərini bərpa etmək üçün yeni kreditlər açılaraq Cavabdeh2 dostu Bəhlulla 11 faizlə 36 ay müddətinə 10658 manat kredit ayrılmasına dair xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı, 11 faizlə 36 ay müddətinə 500000 manat kredit ayrılmasına dair xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı, 11 faizlə 8 ay müddətinə 10.000 manat kr edit ayrılmasına dair xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı, 11 faizlə 36 müddətinə 500000 manat kredit ayrılmasına dair xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213 saylı, 11 faiz 3 ay 20.000 manat kredit ayrılmasına dair xx.xx.2014cü il tarixli 100.LN.2105.290114.00001 saylı, 11 faizlə 36 ay müddətinə ******* manat ayrılmasıda dair xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit müqavilələri bağlanmışdır.
10. Razılaşma ondan ibarət olmuşdur ki, “xxxxMMC və ona məxsus süd fabriki tam şəkildə onların idarəçiliyinə veriləcək və onlar onun əməli fəaliyyətini təşkil edib, kreditin qaytarılmasını təmin edəcəklər.
11. İlkin iddia tələbində istinad edilən kredit müqavilələrinə əsasən bank tərəfindən iddia edilən kredit məbləğlərini onlar almayıblar. Bunlar forma l cəhətdən və xx.xx.2013-cü il tarixli bankla xxxx”ün keçmiş direktoru Cavabdeh2la bağlanmış əsas kredit müqaviləsinin faizlərini bərpa etmək üçün bank tərəfindən düşünülmüş bir hiylə idi. Buna görə də hazırda bankın nə Cavabdeh2 əsas kredit müqaviləsi üzrə, nə də ki, hazırki müqavilələr üzrə kredit borcu tələb etməsinin əsasları mövcud deyildir. Bütün bunlar hamısı pərdələnmiş və əhəmiyyətsiz əqdlər hesab edilməlidir.
12. İddiaçı bankın əsaslandığı kredit müqavilələri üzrə hər hansı bir məbləğdə kredit onlara verilməmişdir ki, hazırda da iddiaçı bank həmin borcu onlardan tələb etsin.
13. Kredit müqavilələri yuxarıda qeyd etdiyi kimi formal olaraq, bankla onların aralarında əsas kredit üzrə yaranmış faiz məbləğlərinin ödənilməsinin təminatı üçün nəzərdə tutulmuşdur. Bunlar isə qanu nvericiliyə əsaslarına zidd olmuşdur.
14. Həmin kredit müqavilələri üzrə pul məbləğlərinin onlara verilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir və ola da bilməz. Bu səbəbdən də onların bank qarşısında heç bir öhdəlikləri yoxdur.
15. Bundan əlavə Cavabdeh2 “xxxx MMC-nin direktoru vəzifəsindən azad ediləndən və MMC-də yeni direktor təyin edəndən sonra “xxxx”nın rəhbərliyi və əməkdaşları bildirmişlər ki, aralarında bağlanmış kredit müqavilələri ləğv edilmiş və müqavilələr yenidən təzə təyin edilmiş direktorla bağlanmışdır. Bu səbəbdən də onlar bu müqavilələr mübahisələndirilməmişlər.
16. Bank onlara qarşı hazırki tələblə bağlı məhkəmədə iddia qaldırdıqdan sonra bu qarşılıqlı iddia tələbini irəli sürmək məcburiyyətində qalmışlar.
17. Qarşılıqlı iddia tələbində tələbin hüquqi ə sası kimi Mülki Məcəllənin 337 və 340cı maddələrinə istinad edilmişdir.
18. Cavabdehlərin (qarşılıqlı iddiaçıların) nümayəndəsinin vəsatəti ilə X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 birinci instansiya məhkəməsində məxaric orderlərindəki imzanın ona məxsus olmasını, pulu “xxxx” MMC üçün götürməsini bildirmişdir.
20. İddiaçı bank iddia tələbinin həcmini artıraraq, əlavə olaraq “xxxx MMC zamin kimi qoyulmaqla, xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavilə üzrə 35200,00 manat əsas, 12842,13 manat faiz,1839,20 manat cərimə borcu olmaqla, cəmi 49881,32 manat borcun; xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə ***** ** manat əsas və 953275.05 manat faiz borcu olmaqla, cəmi 3297275,05 manat borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx MMC-dən, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə 365,10 manat faiz borcunun; xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10658,00 manat əsas, 3448,80 manat faiz borcu olmaqla, cəmi 14106,80 manat borcun; xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500000,00 manat əsas, 202369,43 manat faiz borcu olmaqla, cəmi 702369,43 manat borcun və 30 manat dövlət rüsumunun isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir.
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək, məxaric orderindəki imzanın üçüncü şəxs qismində cəlb edilmiş Mustafa Quliyevə məxsus olmasını və borcun məbləğinin müəyyən edilməsini xahiş etmişdir.
22. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və xətşünaslıq ekspertizaları təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-ci il tarixli, 9633 saylı ekspert əsasən Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, 100.LN.2105.290914.00002 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 10658,00 manat, faiz borcu 3517,14 manat; xx.xx.2014-cü il tarixli, 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 35200,00 manat, faiz borcu 11616,00 manat; xx.xx.2013-cü il tarixli, 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsi üzrə əsas borcu 2344 000,00 manat, faiz borcu 774386,11 manat; xx.xx.2013-cü il tarixli, 100.LN.2105.301213.00002 saylı kredit müqaviləsi üzrə əsas borcu 500000,00 manat, faiz borcu 165916,67 manat; xx.xx.2014-cü il tarixli, 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcu 10000 manat, faiz borcu 36510 manat təşkil edir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 31433 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş məxaric orderindəki imzalar X3 məxsusdur.
25. Yasamal rayon Məhkəməsinin 2(004)-78/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və “xxxxMəhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 sa ylı müqavilə üzrə 35.200,00 manat əsas borc, 11.616,00 manat faiz borcu,100 manat cərimə borcu, cəmi 46.916.00 (qırx altı min doqquz yüz on altı) manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməs, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə 2.344.000 manat əsas borc və 774.386,11 manat faiz borcu, cəmi 3.118 386,11 manat (üç milyon yüz on səkkiz min üç yüz səksən altı manat 11 qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə 365,10 manat faiz borcu, cəmi 365,10 manat faiz borcu məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödəni lməsi, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə Cavabdeh2 aid hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10.658,00 manat əsas borc və 3448,80 manat faiz borcu, cəmi 14106,8 manat (on dörd min yüz altı manat 80 qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500.000,00 manat əsas borc və 165916,67 manat faiz borcu, cəmi 665916,67 manat (altı yüz altmış beş min doqquz yüz on altı manat 67 sent) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyi üçün iddiaçılar tərəfindən ödənilmiş 10.40 (on manat 40 qəpik ) manat dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)
26. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdehlərdən “xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cü il tarixli və xx xxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə, digər Cavabdeh2 xx.xx.2013, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə zamin durmuşdur.
27. Məhkəmə hesab etmişdir ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
28. Həmçinin borcun məbləği ekspert rəyinə əsasən müəyyən edilmişdir.
29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq, bank tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələblər irəli sürülmüşdir. Zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilmişdir.
30. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır.
31. Qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqavilələrinin etib arsız hesab edilməsini təsdiq edə biləcək hər hansı bir əsas məhkəmə tərəfindən təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 467, 470.1, 472, 477.0.4, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
33. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verib qətnamənin ləğv, qarşılıqlı iddianının təmin edilməsini xahiş etmişlər.
34. Apelyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırlımış, əlavə olaraq Cavabdeh1 bərbər olduğu, aylıq qazancının 200-300 manat arasında dəyişdiyi halda ona 3 milyon 845 min manat kreditin girovsuz verilməsi mümkün deyild i. Birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmayıb.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3924/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Şərafət Məmmədova)
36. Apelyasiya instansiyası qətnaməni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti üzrə yoxlamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.
37. Apelyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır.
38. Apellyasiya instansiyasının mövqeyinə görə öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 cavabdeh borcalan Cavabdeh1 məsuliyyətini öz üzərlərinə götürdüyündən, cavabdehin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, cavabdehlər kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Borcun məbləği də ekspert rəyi ilə müəyyən edildiyindən a pelyaisya məhkəməsi iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələblərində kredit və zaminlik müqavilələrinin etibarsız edilməsini tələb etsələr də, müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə hər hansı sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır.
41. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsələr də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. 42. Apellyasiya instansiyası bu ba xımdan, qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmışdır.
43. Apellyasiya instansiyası əlavə olaraq Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.2, 385.1, 386.1, 390, 425.1, 427.3, 443.1, 445, 448.1 və 739.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh1 ( Vəkil olu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
45. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə işin faktiki hallarına istinad edilib, əlavə olaraq pandemiya ilə bağlı apelyasiya baxışının olmaması bildirilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 46 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
48. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Madd ə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kre ditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
50. Apellyasiya instansiyasının qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Buna görə də qətnamə Cavabdeh1 mübahisələndirdiyi hissədə tam yoxlanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan Cavabdeh1 mübahisələndirdiyi hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri ilə eynili k təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
53. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
54. Bankın iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
55. İlk iddia tələbi üzrə işin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirməmişdir.
55. Cavabdehin kredit müqavilələri üzrə borcunun məbləği isə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilib.
56. Cavabdeh1 qarşılıqlı iddia tələbi kredit müqavilələrinin etibarsızlığı barədədir.
57. Cavabdeh1la bank arasındakı kredit müqavilələrinin etibarsızlığına dəlalət edən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir.
58. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, kredit müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə hər hansı sübutu Cavabdeh1 birinci instansiya məhkəməsinə təqdim edə bilməmiş, apellyasiya araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır.
59. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası işin müəyyən edilmiş halına uyğun olaraq əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına istinad etməklə kredit müqavilələrinin etibarsızlığı üçün əsaslar olmamasını qeyd etməklə düzgün nəticəyə gəlmişdir.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilini – pandemiya ilə bağlı apelyasiya baxışının olmaması – əsassız sayır. Çünki bu dəlillər iş materiaları ilə təkzib edilir. İş materiallarından görünür ki, pandemiya ilə bağlı məhkəmə iclasları təxirə salınsa da, 17 iyun və xx xxxx 2020-ci il tarixlərdə məhkəmə iclasları olmuş, cavabdehin vəkili teleqram vurub 17 iyun tarixli iclasa gələ bilməyəcəyini bildirmiş və işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Apellyasiya baxışı xx xxxx 2020-ci ilə təxirə salınıb, bu barədə cavabdeh və onun vəkilinə lazımi qaydada xəbər verilsə də, onlar iştirtakını təmin etməmişlər. (i.v. 361, 364, 368, 375, 378, 383, 386, 388)
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3924/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.