Məhkəmə qərarları › İş №2(102)-1102/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1102/2020

24.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1102/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkiliX5nun, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh1 İddiaçı, “xxxx” MTK-nə və “xxxx” MMC-nə qarşı “müqavilələrin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının 2(103)-839/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X5 saylı mənzilində (bundan sonra – mübahisəli mənzil) istifadə və sahiblik hüquqlarının tanınması, həmin mənzil üzərində hüquqlarının həyata keçirilməsinə maneçilik yaradan hərəkətlərin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılması və mənzilə köçürmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək, İddiaçılə “xxxx” Mənzil Tikinti Kooperativi (bundan sonra – Kooperativ) arasında bağlanmış mübahisəli mənzilin alqı-satqısına dair xx xxx 2007-ci il tarixli müqavilənin və 746 saylı maliyyə arayışının, həmin mənzilə dair xx.xx.2012-ci il tarixli, cavabdehlə Cəmiyyət arasında bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmiş, Cəmiyyətdən Cavabdeh1 xeyrinə 47000 manat pulun tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İmanov, F.Talışinski, İ.Əsədov) 2(103)-6444/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov, Ə.Əhmədov, İ.Dəmirov) 2(102)-8103/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, İ.Şirinov, E.Kazımov) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-984/2017 saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə 47.000 manat nağd pul ödəməklə mübahisəli mənzili cəmiyyətdən almış, aldıqdan dərhal sonra həmin mənzilin təmir işlərini davam etdirmişdir. Cavabdeh1 həmin mənzili aldıqdan 2 il sonra, İddiaçı həmin mənzilin ona məxsus olması barədə müqavilə və maliyyə arayışını təqdim etmişdir. 2007-ci ildən tikintisi başlayan və 2014-cü ildə tikintisi başa çatan yaşayış bin asında mənzilinin olması ilə bağlı İddiaçı heç bir orqana, o cümlədən tikintini həyata keçirən MTK-ya müraciətə etməmiş, yalnız 2016-cı ildə ortaya çıxaraq həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. Təxminən, 9 ildən sonra İddiaçı ortaya çıxması kifayət qədər onun təqdim etdiyi sənədlərin sonradan tərtib edilməsinə şübhə yaratdığından, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində həmin müqavilələrin və maliyyə arayışının mötəbərliyinin yoxlanılması üçün, bu müqavilə və maliyyə arayışlarının rəsmi qeydiyyatının aparıldığı kitabların və ya həmin kitablardan çıxarışların məhkəməyə təqdim edilməsi barədə vəsatət verilmiş və həmin vəsatət isə təmin edilməmişdir. Həmçinin, mülki qanunvericiliyin tələbləri baxımından, MTK-nın idarə heyətinin müvafiq tarixl i iclas protokolu olmalı və payçıların adları, soyadları və ata adları da daxil olmaqla həmin tarixdə payçı kimi ödədikləri pul məbləğləri idarə heyətinin iclas protokolunda göstərilməlidir. Belə bir protokolda mülki işə əlavə edilməmişdir. Apellyasiya instansiya məhkəməsi, qətnaməsinin əsası kimi qəbul etdiyi hökmdə də qeyd edilən hallar öz təsdiqini tapmamış, lakin İddiaçı adına yazılmış müqavilə və maliyyə arayışının tarixi əsas götürülmüşdür. İddiaçı adına yazılmış müqavilə və maliyyə arayışının tarixini özündə əks etdirən hər hansı bir sənəd nə cinayət işinə, nə də ki, apellyasiya instansiya məhkəməsinin icraatında olan mülki işə əlavə edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün olması, İddiaçı adına yazılmış müqavilə və maliyyə arayışının hansı tari xlərdə tərtib edildiyini təsdiq etmir. İstər həmin hökmün qəbul edilməsinədək, istərsə də həmin hökmün qəbul edilməsindən sonra, həmin müqavilə və maliyyə arayışının onlarda əks olunmuş tarixlərdə tərtib edilməsini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş və tərəflərə nümayiş etdirilməmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində İddiaçı adına tərtib edilmiş xx xxx 2017-ci il tarixli müqavilə və 746 saylı maliyyə arayışı və xx xxxxx 2012-ci il tarixli müqaviləni özündə ehtiva edən hər hansı bir rəsmi sənəd, o cümlədən qeydiyyat kitabları və qeydiyyat kitablarından çıxarışlar, həmin MTK-nın idarə heyətinin müvafiq iclas protokolunun məhkəmə iclasına gətirilməsi və müzakirə edilməsinə heç bir cəhd edilməmiş, "xxxx" MTK -nın direktoru Ziyafət Gülmalıyev məhkəmə iclasına dəvət edilib dindirilməmiş, mübahisəli mənzilin hazırda kimin sahibliyində və istifadəsində olması, mənzildə hər hansı bir təmir işlərinin aparılıbaparılmaması, aparılmışdırsa kimin tərəfindən aparıldığı, eləcədə İddiaçı 2007-ci ildən bu günədək keçən uzun müddət ərzində məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etməməsinin səbəbləri aydınlaşdırılmamışdır. Hər iki instansiya, yalnız İddiaçı adına yazılmış müqavilə və maliyyə arayışından göstərilmiş tarixləri əsas götürərək qətnamə qəbul etmişdilər. Yuxarıda göstərilən hallarla bağlı tərəfimizdən verilmiş əsaslı vəsatətlər hər iki məhkəmə instansiyasında qərəzli şəkildə təmin edilməmişdir. Qeyd edilən əsaslar yoxlanılmadan, hər iki instansiya məhkəməsinin qətnamələri qanunsuz və əsası zdır, ləğv edilməli və yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi və həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normaların kobud pozulması ilə qəbul edildiyindən ləğv edilməsi zəruridir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının vəkiliX5 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar ed ilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, “xxxx” Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, Kooperativ mübahisəli mənzili payçıya verməyi, payçı isə mənzilin dəyəri ola n 27992 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Kooperativə 27992 manat ödəmişdir. Tikinti quraşdırma işlərinin aparılmasından kənarlaşdırılan Kooperativin bütün hüquqi səlahiyyətləri, payçılarla yeni müqavilə bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələlər “xxxx” MMC-nə xx.xx.2009-cu il tarixli birgə iclas protokolu ilə həvalə olunmuşdur. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, yeni müqavilələrin bağlanması zərurəti yarandığından Cəmiyyət dəyəri 27992 manat olan mübahisəli mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, Cəmiyyət mübahisəli mənzili payçıya verməyi, payçı isə mənzilin dəyəri o lan 47000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 Cəmiyyətə mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. Cəmiyyət xx.xx.2017-ci il tarixli 02/06-A saylı məktubla bildirmişdir ki, Cəmiyyətin bütün arxiv sənədləri Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin istintaq idarəsində istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətləri ibtidai Araşdırmaları Departamentindən götürülmüşdür. Bu səbəbdən mübahisəli mənzillə bağlı rəsmi sənədlərin məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Hazırda Cəmiyyətdə olan siyahı əsasında müəyyən olunur ki, 22 a saylı mənzillə bağlı podratçı Kooperativ ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Daha sonra həmin mənzil Cəmiyyə tin keçmiş direktoru tərəfindən digər şəxsə satılmışdır. Əməli dələduzluq cinayəti ilə əlaqəli olduğundan keçmiş direktor barəsində və təsisçi barəsində cinayət işi başlanmış və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Mənzilin digər şəxslərə satılmasına dair şirkətdə hər hansı bir sənəd olmadığından əlavə məlumatın təqdim edilməsi qeyri-mümkündür. Cəmiyyət mülki iş üzrə tələblərə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Cəmiyyətin təsisçisi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2, 308.2 və 313-cü və direktoru X2 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi qanuni qüvvəyə minmiş hökmlərlə müəyyən edilmişdir ki,X5 cəmiyyətin direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, qeyd olunan yaşayış binasında ümumi sahəsi 61,52 kv.metr olan 22-A saylı mənzilin xx xxx 2007-cı il tarixli alğı-satqı müqaviləsi əsasında «xxxx» MTK tərəfindən İddiaçı 27.992 manata satılmasına baxmayaraq, xx xxxxx 2014cü ildə həmin mənzili yenidən 47.000 manata Cavabdeh1 qanunsuz satıb həmin pulu göstərilən tarixdə cəmiyyətin ofisində sonuncudan alaraq, mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı tərtib edib imzası və cəmiyyətin «sənədlər üçün» möhürü ilə təsdiq edərək, aldığı 47.000 manatı şəxsi ehtiyaclarına xərcləməklə, özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yo lu ilə ələ keçirib təkrar dələduzluq etmiş və öz hərəkətləri ilə İddiaçı mənzilindən məhrum edib hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətmişdir. Cinayət işi üzrə hazırkı mülki iş üzrə tərəflərə dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 389-390-cı maddələrinin tətbiq etməklə düzgün olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzilə dair yaranmış hüquqlarını tanıyan Cəmiyyət həmin mənzili Cavabdeh1 satarkən İddiaçı iradə ifadəsinə uyğun hərəkət etməmişdir, buna görə ilkin iddia təmin edilməlidir. Cəmiyyət ilə bağladığı müqavilənin etibarsızlığı təsdiqləndiyindən Cavabdeh1 iddiaçının bağladığı müqavilələri və ona verilən ödəniş sənədini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur, buna görə qarşılıqlı iddia təmin edilməməlidir. Eyni zamanda, etibarsız hesab edilən xx.xx.2014-cü il tarixli müqavilə üzrə Cəmiyyətə ödədiyi 47000 manat Cavabdeh1 geri qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin həqiqətən də ilkin olaraq İddiaçı satıldığı, eyni mənzilə dair Cavabdeh1 adına verilmiş sənədlərin etibarsız olduğu hazırkı iş üçün preyudisial əhəmiyyətə malik qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessu al hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. X5 saylı mənzili ilə bağlı İddiaçılə Kooperativ arasında xx.xx.2007-ci il tarixli, Cəmiyyət ilə isə xx.xx.2012-ci il tarixli müqavilə, Cəmiyyətlə Cavabdeh1 arasında isə xx.xx.2012-ci il tarixli ayrıayrı müqavilələr bağlanmışdır. Hər 3 müqavilənin etibarsız hesab edilməsi tələb etdiyindən apellyasiya məhkəməsi haqlı olaraq, tələb hüququnun əsasında duran müqavilələrin(sübutların) mötəbərliyini araşdırmış və onları Mülki Məcəllənin tələbləri baxımından qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən ş ərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki,X5 cəmiyyətin direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, qeyd olunan yaşayış binasında ümumi sahəsi 61,52 kv.metr olan 22-A saylı mənzili xx xxx 2007-cı il tarixli alğı-satqı müqaviləsi əsasında «xxxx» MTK tərəfindən İdd iaçı 27.992 manata satılmasına baxmayaraq, xx xxxxx 2014-cü ildə həmin mənzili yenidən 47.000 manata Cavabdeh1 qanunsuz satıb həmin pulu göstərilən tarixdə cəmiyyətin ofisində sonuncudan alaraq, mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı tərtib edib imzası və cəmiyyətin «sənədlər üçün» möhürü ilə təsdiq edərək, aldığı 47.000 manatı şəxsi ehtiyaclarına xərcləməklə, özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Göründüyü kimi, mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə mənzilin Cavabdeh1 satılması məqsədilə deyil, onun əmla kını dələduzluqla ələ keçirmək məqsədi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə mübahisəli mənzilin ilkin olaraq İddiaçı satıldığı və eyni mənzilə dair sonradan aldatma yolu ilə Cavabdeh1 adına müqavilə və maliyyə arayışı tərtib edildiyi müəyyən edilmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1la bağlanmış müqavilə etibarlı əqd olmadığından həmin əqd düzgün olaraq məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.İddiaçı satılması barədə müqavilənin etibarsızlığı üçün iş üzrə heç bir hal müəyyən edilməmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh olunmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən - mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlak ın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası mübahisənin yuxarıda qeyd edilən qaydada həll edilməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam, ətraflı araşdırmış, qətnaməni tərəflər arasında olan qarşılıqlı münasibətlərə bə maddi hüquq normalarına uyğun düzgün əsaslandırmış, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, işdə olan sübutlara MPMnin 88 və 217-ci maddəsinin tələblərinə uyğun qiymət vermişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən İddiaçılə bağlanmış müqaviləsinin saxta olması, onun geri tarixə tərtib edilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Onun kassasiya şikayətində göstərdikləri ehtimal və mülahizələrdə n ibarətdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. İşin tam və düzgün araşdrılmaması ilə bağlı kassasiya şikayətində gəstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uy ğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-civə 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-839/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar