Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1102/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: zərərin əvəzinin ödənilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı İddia tələbi: zərərin əvəzinin ödənilməsi Açar sözlər: sübutetmə yükü 24.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Mətbuat prospekti, ev 6A, mənzil 63 İddiaçı, mənzil 65 isə Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat xx xxxxx 2016-cı il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildən axıdılan suların onun mənzilinə vurduğu zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh alınıb ona verilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 63 saylı mənzildə yaşayan İddia çı məxsus su bakından su sızması və təmir işləri apardığı zaman həmin binanın 65 saylı mənzilində yaşayan Cavabdeh vurduğu maddi ziyan qismində 10000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərin cavabdeh İddiaçı üzərinə öhdəçiliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə alınmış məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyində, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 6A saylı evin 63 saylı mənzilində yaranmış qüsurların su sızmaya aid olduğu, 65 saylı mənzilin 63 saylı mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 63 saylı mənzilə 65 saylı mənzildən su axıdılması və bunun nəticəsində də mənzilin konstruktiv elementləri üzərində qüsurların yarandığının müəyyən olunduğu, su sızma nəticəsində 63 saylı mənzilin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1047 manat məbləğində müəyyən olunduğu, cavabdeh iştirak etmədiyindən tədqiq olunan 65 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından həmin mənzilə suyun sızmasının, həmin su sızmasının 63 saylı mənzilin mülkiyyətçisinə məxsus su çəninin daşması səbəbindən olub olmamasının müəyyən edilməsi üçün tədqiqatın aparılmadığı göstərilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh zərərin əvəzi kimi 1047 manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamə ilə razılaşmadığını bildirmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33847 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 6A saylı evin 65 saylı mənzilində yaranmış qüsurlar, həmin mənzilin üstündə (damında) yerləşən, İddiaçı məxsus s u çənindən həmin mənzilə su axması nəticəsində yaranması üçün xarakterikdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1250/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qarşılıqlı iddia hissəsində ləğv edilmiş, qarşlılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 902 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5852/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlə r Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 6A saylı evin 65 saylı mənzilin üstündə 2 qat dam örtüyü olduğunu, iddiaçıya məxsus olmuş su çəninin cavabdehin mənzilinin dam örtüyündən kənarda, binaya ümumi girişin üstündə quraşdırıldığını, həmçinin cavabdehə məxsus mənzilin əlavə quraşdırılmış su çəninə yaxın olmuş hissələrinin ruberoidlə izolyasiya edil ərək bağlandığını nəzərə alaraq, həmin su çəninin və ya başqa şəxslərə məxsus su çəninin daşması nəticəsində 65 saylı mənzilə su sızması mümkün deyil. Eyni zamanda, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, qoyulmuş suallar üzrə ilkin ekspertiza tədqiqatı aparılaraq, xx xxxxxx 2020-ci il tarixli rəy tərtib edilmişdir. Bundan əlavə rəydə göstərilmişdir ki, su sızma baş verdiyi tarixdə 65 saylı mənzilin dam örtüyünün ilkin texniki vəziyyəti barədə hər-hansı məlumat olmadığından və faktiki olaraq hal-hazırda həmin mənzilin dam örtüyünün üzərində əlavə olaraq dam örtüyü quraşdırıldığından, həmçinin tikinti işlərinin aparılma müddətini müəyyən etmək üçün metodika olmadığından qərardadda qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(103)-501/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, qarşlıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 902 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh oğuna ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı və iş materiallarına əlavə edilmiş ekspert rəyləri və iş üzrə izahatları alınmış şahid ifadələri ilə müəyyən edildi ki, Cavabdeh mənzilinə su axıdılması nəticəsində ziyan vurulmuş, həmin mənzilə su binanın damında quraşdırlmış İddiaçı məxsus çəndən axmışdır. İşin bu halı cavabdeh tərəfin öz izahatı, ekspert rəyi və şahid ifadəsi ilə təsdiq olunmuşdur. Şahid Ə.Əliyevin ifadəsindən sonra İddiaçı da həmin faktı inkar etməyərək göstərmişdir ki, hadisə başverən ərəfədə, bir neçə ay onlar Bakı şəhərində olmamışlar, ona görə də həmin vaxt çəndən suyun axmasında onların təqsiri olmamışdır, ola bilsin ki, kimsə bunu qəsdən təşkil etmişdir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, ekspert rəyləri natamam olduqlarından və bir birinə ziddiyyət təşkil etdiyindən mötəbərli sübut kimi qiymətləndirilə bilməz. Buna görə də apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış şahid Ə.Əliyevin ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə g örə isə, binanın damında (həm də qanunsuz olaraq) quraşdırılmış çəndən su axması nəticəsində vurulmuş zərərə görə, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübut olunmayanadək, həmin çənin sahibi məsuliyyət daşıyır. İddiaçı da qanunda birbaşa nəzərdə tutulmuş həmin istisnalara dair hər hansı sübut təqdim etməmiş, demək ki, ona məxsus çəndən suyun axması nəticəsində vurulmuş zərərə görə məhz o məsuliyyət daşıyır. Belə olan halda İddiaçı 902 manat alınaraq Cavabdeh ödənilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunmasını və hə min hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxm aqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanund a və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq poz untusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəs ində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassatorun şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1102/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1102/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver