Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1103/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)5952/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-113/2018) iddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Rustam oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 106.746, ABŞ dolları əsas borc, 38.311,02 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları cərimə borcu, cəmi 155.058 ABŞ dolları məbləğində pul, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 4999,5 ABŞ dolları əsas borc, 1066,09 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 6565,59 ABŞ dolları, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 161.623,59 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Ba nkı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 154 manat məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxxx” QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka qoyulmuş N küçəsində yerləşən 15 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 44 nömrəli mənzilinə yönəldilərək, həmin əmlakın ilkin satış qiymətinin 23.000 manat, Salyan rayonu, Çadırlı kəndində yerləşən, Cavabdeh2 mülkiyyətindəki Əmlak kompleksi kimi müəssisəsinə (maye-qaz yanacaq doldurma məntəqəsi) yönəldilərək, həmin əmlakın ilkin satış qiyməti 50.000 manat, Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində yerləşən 1A nömrəli evin Cavabdeh4 mülkiyyətindəki 38 nömrəli mənzilinə yönəldilərək həmin əmlakın ilkin satış qiyməti 35.000 manat, Şirvan şəhəri, Energetik küçəsində ye rləşən, Cavabdeh5 mülkiyyətindəki 320 saylı bağ evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin əmlakın ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməklə, əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iddiaçı “xxxxxxxxxx” QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 Rüstam oğlundan, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay so nra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən isə bank tərəfindən Cavabdeh1 ayl ıq 1,9167 faizlə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində və eyni tarixli digər kredit razılaşmasına əsasən illik 1,4167 faizlə 36 ay müddətinə 143.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. Kredit razılaşmalarının təminatı olaraq xx.xx.2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus N küçəsində yerləşən 15 saylı evin 44 saylı mənzili, Salyan rayonu, Çadırlı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (maye-qaz yanacaq doldurma məntəqəsi), Ca vabdeh4 məxsus N küçəsində yerləşən 1 A saylı evin 38 saylı mənzili, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Şirvan şəhəri, Energetik küçəsində yerləşən 320 saylı bağ evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) Bank qarşısında ipoteka ilə yüklü edilmişlər. 2017-ci ilin fevral ayında “xxxxxxxxxx” QSC iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit razılaşmaları üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və digər cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə ümumilikdə 208.717,76 ABŞ dolları məbəğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqavilələrini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilələrdə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına ə sasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçü n cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona və digər cavabdehlərə məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən o lunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1103/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1103/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver