Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1104/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavbadeh Cavabdeh3 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3467/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya bank) ilə cavabdeh “xxxx” MMC (bundan sonra – MMC) arasında bağlanmış 14L000004498 №-li, xx.xx.2014-cü il tarixli “xxxx” əsasən Bank tərəfindən borcalan MMC-yə 120 ay müddətində ******* manat məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. Bank ilə MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında borcalana 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,1833 faiz olmaqla 280000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “xxxx” Bank və MMC arasında 14R000009989S №-li “xxxx” bağlanmışdır. Həmin “xxxxə” əsasən verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 1,0833 faiz hesablanması razılaşdırılmış, habelə yeni ödəniş planı tərtib edilmişdir. Bank ilə MMC arasında bağlanmış 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında borcalana 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,1833 faiz olmaqla 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “014R********** №-li, xx.xx.2014-cü il tarixli “xxxx” Bank və MMC arasında 014R**********S №-li “xxxx” bağlanmışdır. Həmin “xxxxə” əsasən verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 1,0833% hesablanması razılaşdırılmış, habelə yeni ödəniş planı tərtib edilm işdir. Öhdəliyin icrasının təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 23/25 ünvanda yerləşən ümumi sahəsi 305,4 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ipoteka qoyulması üçün onun ilə Bank və borcalan MMC arasında xx.xx.2014-cü il tarixli 14M000000250 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” əsasında yaranmış əsas kredit borcun öd ənilməsi məqsədi ilə 185535,94 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 44550,28 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 118174 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 141976,93 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 31223,09 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 81663 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1 0 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun borcalan MMC-dən və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 23/25 ünvanda yerləşən ümumi sahəsi 305,4 kvadrat metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi; bu məqsəd ilə həmin əmlakın açıq hərracdan satılması, satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilmiş borcun ödənilməsi, bu vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması; əmlak açıq hərracdan satıldığı halda 1 aydan gec olmayaraq əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və xx.xx.2015-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh MMC 14R000009989 №-li “Kredit razılaşması” üzrə götürdüyü kredit borcundan 94464,07 ABŞ dolları qaytarmış və onun 185535,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəmə li olduğu vəsaitləri Banka qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 637 gün üçün hesablanmış faiz borcu 44550,28 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 637 gün üçün hesablanmış cərimə 118174 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli “xxxx” çərçivəsində xx.xx.2014-cü il tarixdə bağlanmış 014R********** №-li, “Kredit razılaşması” əsasında borcalana 30 ay müddətinə aylıq faiz dərəcəsi 1.1833 % olmaqla 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə “014R********** №-li, xx.xx.2014-cü il tarixli “xxxx” Bank və MMC ar asında 014R**********S №-li “xxxx” imzalanmışdır. MMC ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və xx.xx.2015-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh MMC 014R********** №-li “Kredit razılaşması” üzrə götürdüyü kredit borcundan 58.023,07 ABŞ dolları qaytarmış və onun 141.976,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qayt armadığı üçün xx.xx.2017-ci il tarixə 578 gün üçün hesablanmış faiz borcu 31.223,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 578 gün üçün hesablanmış cərimə 81.663 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli 14L000004498 №-li “xxxx” üzrə cavabdeh MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdeh - ipoteka qoyan Cavabdeh2 iddiaçı Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 14M000000250 №-li “İpoteka müqaviləsi” əsasında özünə məxsus qeyri-yaşayış sahəsini iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa, xx.xx.20 14-cü il tarixli 14L000004498 №-li “xxxx” üzrə cavabdeh MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bununla bağlı Bank tərəfindən Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 14S000008718 №-li, Cavabdeh3 ilə isə xx.xx.2014-cü il tarixli 14S000008756 №-li “Zaminlik müqavilələri” bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin “Zaminlik müqavilələriinin” 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən “xxxxndən” irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borclu MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı MMC-nin bütün öhdəliklərini icra etməlidirlər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) xx xxxxxx 2017-ci il tarixli qətn aməsi (İş № 2(011)-3411/2017) ilə iddianın qismən təmin edilməsi, 14R000009989 №-li “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 184974,81 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 43919,32 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 90000 ABŞ dolları, cəmi isə 318894,13 ABŞ dolları; 014R********** №-li “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 141954,23 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 30240,91 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 60000 ABŞ dolları, cəmi isə 232195,14 ABŞ dolları məblə ğində pulun ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini, həmin əmlakın ilkin satış qiyməti ******* manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsi; iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsi, əmlak açıq hərra cdan satıldığı halda 1 aydan gec olmayaraq boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 270 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8898/2019) ilə apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Sənan Hcıyev) iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-93/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsinin faiz borcu və dəbbə pulunun tutulması, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsini və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Kassasiya məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı Bank tərəfindən ödənilməsi tələb olunan borc məbləğləri ekspert rəyi ilə tam təsdiq edilməmişdir. İşə baxmış aşağı instansiya məhkəmələri isə eksper t rəyini deyil, Bankın təqdim etdiyi hesablamaları əks etdirən maliyyə sənədlərini mötəbər sübut kimi qəbul etmiş, ekspertin gəldiyi nəticə ilə razılaşmamalarını əsaslandırmamışlar. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) xx xxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Vahid Samedovun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehlərdən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulacaq faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, iddiaçı “ xxxx” QSC və cavabdeh “xxxx” MMC arasında bağlanmış 14R000009989 №-li, xx.xx.2014cü il tarixli “Kredit razılaşması” üzrə iddiaçı “xxxx” QSC-yə ödənilməli olan faiz borcunun məbləği 30988,49 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 18497 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə faiz borcunun məbləği 22858,11 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 14195 ABŞ dolları müəyyən edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdşır. Cavabdeh3 apellyasiya şikayətində faiz və cərimə borcu düzgün hesablan mamasını göstərmişdir. İşə baxmış birinci instansiya məhkəməsi borc məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 12779 №-li rəyini almışdır. Həmin rəydən görünür ki, xx.xx.2017-ci il tarixə 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə əsas borc 184.974,81 ABŞ dolları, faiz borcu üzrə 30988,49 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə əsas borc 141954,23 ABŞ dolları, faiz borcu üzrə 22858,11 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, ekspert rəyini əsas götürlməklə faiz borcunun ödənilməsi barədə tələb qismən təmin edilməli, həm 14R000009989 №-li, xx.xx.2 014-cü il tarixli, həm də 014R********** №li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşmaları” üzrə tutulmalı olan faiz borcu ekspert rəyində göstərilən məbləğlərdə - 30988,49 ABŞ dolları və 22858,11 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin ş üzrə tərəflər ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübutu məhkəmələrə təqdim etməmiş, habelə rəyin əsassız hesab edilməsi üçün hər hansı bir hal məhkəmə baxışı zamanı aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı Bank ödənişin gecikdirilməsinə görə cavabde h tərəfə 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə 118.174 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə 81663 ABŞ dolları məbləğində cərimə tətbiq etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsi nə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sadalanan normalara istinadən hesab etmişdir ki, Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla dəbbə pulunun miqdarı əsas kredit borcunun məbləğinin 10 faizi miqdarında, yəni 14R000009989 №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə 18497 ABŞ dolları, 014R********** №-li, xx.xx.2014-cü il tarixli “Kredit razılaşması” üzrə isə 14195 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin mənasına görə, məhkəmə ipoteka predmetinə tutmanın y önəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti barədə tərəflər arasında razılaşma olmadığını nəzərı alaraq iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərardadı ilə həmin əmlakların qiymətləndirilməsini qərara almış və qiymətləndirmənin keçirilməsini “xxxx” MMC-yə həvalə etmişdir. “xxxx” MMC-nin Məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 261/AB №-li qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin həmin dövr üçün bazar qiyməti 1.500.000 manat təşkil edir. Apellyasiya şikayəti vermiş Cavabdeh3 bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti həmin əmlakın real dəyərini əks etdirmir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı Bankın nümayəndəsinin Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından (İş № 2(102)-1913/2019) görünür ki, (hazırki iş üzrə iddiaçı) Bankın (hazırki iş üzrə cavabdehlər) V.Səmədov, Cavabdeh2, “xxxx” MMC və başqalarına qarşı irəli sürdüyü iddia əsasında Xətai Rayon Məhkəməsində başlanmış 2(011)-33992017 №-li mülki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi x x.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən Bankın xeyrinə kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və sair qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh İ.Hüseynovun verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi, xx.xx.2018ci il tarixli qətnamə (İş № 2(103)-4694/2018) ilə şikayəti təmin etməmişdir. Cavabdeh İ.Hüseynov apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsini kassasiya qaydasında mübahisələndirmiş, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-1913/2019) ilə qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə aktlarından müəyyən edilir ki, borcun yönəldildiyi ipoteka predmetləri sırasında hazırki iş üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi də olmu şdur. Qeyri-yaşayış sahəsi Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. MMC-nin xx.xx.2017-ci il tarixdə verdiyi 262/AB №-li hesabata görə, əmlakın bazar dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsi əvvəllər də məhkəmə baxışı predmeti olmuş və həmin əmlakın ilkin satış qiyməti artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh3 həmin işdə cavabdeh qismində çıxış etsə də, iş üzrə qəbul edilmiş məhkəmə aktları onun tərəfindən mübahisələndirilməmişdir. MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisəl əndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadı ilə əmlakın yenidən qiymətləndirilməsi barədə Cavabdeh3 vəsatətini rədd etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini 1.500.000 manat müəyyən etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, bu hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavbadeh Cavabdeh3 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə d igər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Cavabdeh ipoteka predmetin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etsə də, məhkəmə bu barədə gəldiyi nəticəni əsaslandırmış və müəyyən etmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi əvvəllər də məhkəmə baxışının predmeti olmuş və həmin əmlakın ilkin satış qiyməti artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh3 həmi n işdə cavabdeh qismində çıxış etsə də, iş üzrə qəbul edilmiş məhkəmə aktları onun tərəfindən mübahisələndirilməmişdir. MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən “xxxx” MMC-nin Məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 261/AB №-li qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin həmin dövr üçün bazar qiyməti ******* manat təşkil edir. Cavabdeh rəyin əsasıslığına dair və ya ipoteka predmetinin qiymətinin əslində nə qədər olmasına dair işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmələrə hər ha nsı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiy a şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3467/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.