Məhkəmə qərarları › İş №2(102)-1104/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1104/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1104/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" Liseyi MMC-nin Cavabdeh Telman oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1104/22 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2(103)-5964/2021 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müə yyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" Liseyi MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli “Orta təhsilin təşkili” və “İbtidai təhsilin təşkili” müqavilələri üzrə X2 və X1 təhsil haqları üzrə cəmi 5.000 manat və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 manat, Muradlı Gülgəz üçün 772 manat dəbbə pulu olmaqla, cəmi 5.992 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.N.Qafarova) iddia qismən təmin edilib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 26 avqust 2021-ci il tarixdə cavabdeh qətnamədən kassasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılıb. Cavabdeh qərar daddan kassasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin həmin məhkəmənin 10 sentyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslındırıb ki, “məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdiriməsinə” dair “Azemis” emis-dən çıxarışa əsasən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərardadının surəti 14 sentyabr 2021-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilib. Qərardaddan kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bu halda, cavabdeh qeyd olunan qərardaddan prosessua l qanunvericiliyin tələblərinə görə 10 gün müddətində, yəni 25 sentyabr 2021-ci il tarixədək kassasiya şikayəti verə bilərdi. Lakin, cavabdeh kassasiya şikayətini 26 oktyabr 2021-ci il tarixdə elektron qaydada təqdim edib. Bununla da cavabdeh qanunla müəyyən edilən 10 günlük prosessual müddəti ötürüb və prosessual müddətin bərpası barədə vəsatət verməyib. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 408.1.4-cü maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verə rək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qə bulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bər pa edilməsinə dair vəsatət təmin olunmamışsa kasasiya şikayəti qaytarılmalıdır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsin in gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdiriməsinə” dair “Azemis” emis-dən çıxarışa əsasən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərardadının surəti 14 sentyabr 2021-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilib. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən qərardaddan kassasiya şikayətinin ve rilməsi üçün prosessual müddətin axımı 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bu halda, cavabdeh qeyd olunan qərardaddan prosessual qanunvericiliyin tələblərinə görə 10 gün müddətində, yəni 25 sentyabr 2021-ci il tarixədək kassasiya şikayəti verə bilərdi. Lakin, cavabdeh kassasiya şikayətini 26 oktyabr 2021-ci il tarixdə elektron qaydada təqdim edib. Bununla da cavabdeh qanunla müəyyən edilən 10 günlük prosessual müddəti ötürüb və prosessual müddətin bərpası barədə vəsatət verməyib. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənəd lərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kasasiya şikayəti qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərar a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2(103)-5964/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar