Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1107/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC-nin) cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 15 sentyabr 2020-ci il tarixli, 2(103)6733/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 18 sentyabr 2015-ci il tarixli, 25-BİZ-1-0-189-15 saylı Kredit müqaviləsi ilə İddiaçı İKB ASC tərəfindən “xxxx” MMC-yə dövriyyə vəsaitlərin artırılması məqsədləri üçün illik 22 faiz dərəcəsi ilə, 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 18 sentyabr 2015-ci il tarixli İpoteka müqaviləsi ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,1 kv.m, yaşayış sahəsi 70,8 kv.m olan 3 otaqlı mənzil İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 24 dekabr 2018-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin 18 sentyabr 2015-ci il tarixli Kredit müqaviləsi üzrə banka 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz, 8486,51 ABŞ dolları cərimə borcu, gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 3155,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 76560,36 ABŞ dolları məbləğində borcu mövcuddur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 noyabr 2019-cu il tarixli, 2686 saylı rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 18 sentyabr 2015-ci il tarixli, 25-BİZ-1-0-189-15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin İddiaçı İKB ASC-yə 18 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 50000 ABŞ dolları əsas bor cu, 15101,18 ABŞ dolları faiz borcu, cəmi 65101,18 ABŞ dolları borcu, 30 may 2018-ci il tarixə (iddia tarixinə 5%-lə hesablanmaqla) 49824 ABŞ dolları əsas borcu, 15101,18 ABŞ dolları faiz borcu, 1447,04 ABŞ dolları 5%-lə hesablanmaqla faiz borcu, cəmi 66372,22 ABŞ dolları borcu, 24 dekabr 2018-ci il tarixə (iddia ərizəsinə əlavənin tarixinə 5%-lə hesablanmaqla) 49824 ABŞ dolları əsas borcu, 15101,18 ABŞ dolları faiz borcu, 2558,72 ABŞ dolları 5%-lə hesablanmaqla faiz borcu, cəmi 67483,90 ABŞ dolları borcu müəyyən edilir. “xxxx” MMC-nin 20 noyabr 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 saylı evin, 179 saylı mənzilin 20 noyabr 2015-ci il tarixində bazar dəyəri 220000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instan siya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə (iddia tələbinin həcminin artırılmasına dair ərizə) ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz, 8486,51 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17 sentyabr 2015-ci il tarixdən 24 dekabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3155,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 76560,36 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh 3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-cu il tarixli, 2(001)79/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcunun və gecikdirilmiş dövr üçün ill ik beş faizlə hesablanmış 2558,72 ABŞ dolları əldən çıxmış faydanın, cəmi 67676,72 ABŞ dolları məbləğində borcun ödəniş anında məzənnə üzrə manatla, habelə iddiaçı tərəfindən bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının, həmçinin iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 26,5 manat hissəsinin alınaraq İddiaçı KB ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 176,8 manat hissəsinin cavabdeh “xxxx” MMC-dən, qalan 23,2 manat hissəsinin İddiaçı KB ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, tutulacaq məbləğin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 220000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı KB ASC-yə ödənilməsi, İddiaçı KB ASC-yə ödənilməli olan cəmi kredit borcu və dövlət rüsumları ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzili hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabde h4 həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi və bir ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzili boşaltmadığı təqdirdə onlar mənzildən çıxarılmaları və mənzilin boşaldılıb İddiaçı KB ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh “xxxx” MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yara nan borcun ödənilməsini, öhdəliyin icrasını təmin etmək məqsədilə bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əsas və faiz borclarını iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun, cərimə borcunu isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldaraq tutmuş və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-cu il tarixli, 2(001)-79/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)-6733/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdan ovanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və Z.A.Şirinovdan ibarət tərkibdə) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2020-cu il tarixli, 2(001)-79/2020 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)-6733/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və işin y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, cavabdehin hüquq və mənafeləri əhəmiyyətli dərəcədə pozulmuş, iş üzrə keçirilmiş ekspertizanın rəyi qeyri-obyektiv olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tə ləblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun, kredit borcunun müəyyən edilməsi hissəsində yoxlamışdır. Kassasiya şikayətini yalnız həmin cavabdeh eyni dəlillərlə bağlı verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliy ə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin mə zmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdir dikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan məhkəmələr əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişlər. Belə ki, iş materi allarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə ola n təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(103)-6733/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1107/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1107/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver