Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1108/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2622/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13000 ABŞ dollarının və 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehlərdən 12700 ABŞ dolları olan pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2la 12 il müddətində yaxın münasibətdə olmuş, sonuncuların vasitəsi ilə Cavabdeh3 və Cavabdeh4 tanımışdır. O, özü ticarətlə məşğul olmuş, Türkiyə Respublikasından müxtəlif vaxtlarda mal gətirib satmışdır. Fuadla Bəxtiyarın şərik li Gəncə şəhəri, H.Əliyev prospektində Mərkəzi Univermağın yaxınlığında valyuta dəyişmə məntəqəsi olmuş, həmin yeri əvvəlcə Bəxtiyar işlətmiş, Sərdar orada satıcı olmuşdur. O, al-ver nəticəsində yığılan pulunu, ehtiyac olduqda xaricə pul köçürülməsi üçün Bəxtiyargilə saxlamağa vermişdir. Bir neçə il onlar bu şəkildə iş görmüşlər və aralarında etibarlı münasibət yaranmışdır. O, 2016-cı il ərzində cavabdehlər Sərdar və Sahibə ümimilikdə 23000 ABŞ dolları pulu saxlamağa vermiş, həmin vaxtı o, valyutadəyişmə məntəqəsinin Bəxtiyarla Fuada məxsus olduğunu düşündüyü və sonunculara etibar etdiyi üçün həmin pulu Sərdarla Sahibə əvəzsiz olaraq saxlamağa vermişdir. 2016-ci ilin dekabrın sonlarında o, Türkiyə Respublikasına pul köçürülməsi üçün müraciət etmiş, lakin pul köçürülməmişdir. Bundan sonra o, Bəxtiyar və Fuadla görüşərək pulunu tələb etmiş, sonuncular birinci növbədə onun pulunun qaytarılacağını bildirmişlər. O, məhkəmədə iddia qaldırılanadək 23000 ABŞ dollarının 10000 ABŞ dolları Bəxtiyar və Fuad tərəfindən ona ödənilmiş, məhkəmə ərəfəsində Bəxtiyar əlavə 1000 manat pul ödəmişdir. O, həmin məntəqənin Fuad və Bəxtiyara aid olduğunu düşündüyü üçün etibar edərək həmin pulları vermişdir. O, bununla bağlı prokurorluğa şikayət vermiş, şikayət üzrə araşdırma aparılmış və cavabdehlərin əməlində cinayət tərkibinin olmaması ilə bağlı qərar qəbul edilmişdir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-436/2020 saylı, 08.09.2020-ci il tarixli iclas protokolu ilə mülki iş üzrə Cavabdeh3 və Cavabdeh4 Mirbala oğlu cavabdeh qismində işə cəlb edilmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 aprel 2021-ci il tarixli 2(044)-139/2021 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 12700 ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 səs yazılarına sonuncuların razılığı ilə məhkəmə iclasında qulaq asılmış və məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 verdiyi pulunu tələb etmiş, sonuncular isə Sərdarın d əftərinə baxaraq pulun məbləğini dəqiqləşdirdikdən sonra birinci növbədə iddiaçının borcunun qaytarılmasına köməklik edəcəklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 saxlamaq üçün pul vermiş, cavabdehlər isə həmin pulu vaxtı çatdıqda qaytarmalı olmalarına baxmayaraq iddiaçının razılığı olmadan istifadə etməklə öhdəliklərini yerinə yetirməmişlər. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşısında məsuliyyət daşıyırlar və iddiaçı onlardan saxlamağa verdiyi pulu tələb etməyə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 saxlamağa verdiyi pulu tə ləb etmək hüququ yoxdur. Çünki iddiaçı pulu saxlamaq üçün Sərdar və Sahibə vermiş, pullar verildiyi 2015 və 2016-cı illərdə Cavabdeh2 valyuta dəyişmə məntəqəsində müdir olmamışdır. İddiaçı valyuta dəyişmə məntəqəsinin Cavabdeh1lə Cavabdeh2 məxsus olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən valyuta dəyişmə məntəqəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olması sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia tələbi əsassız olduğu üçün onlara münasibətdə iddia rədd edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh4 apelyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə qismən ləğv edilərək iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədovsədrlik edən və məruzəçi, Əlizamin Abdullayev, Afiq Hüseynzadə) 28.07.2021-ci il tarixli, 2(104)-2622/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(044)-139/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə irəli sürülən iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişd ir. Apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh4 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin onunla əlaqədar hissəsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müki Məcəllənin 822-ci maddəsi tət biq edilsə də, düzgün yönləndirilməyib. O, iddiaçı ilə nə yazılı, nə də şifahi saxlama müqaviləsi bağlamamış, üzərinə hər hansı öhdəlik götürməmişdir. Mülki Məcəllənin 824-cü maddəsi də tətbiq edilsə də, düzgün təfsir edilməmişdir. Həmin normada saxlayıcının qəs və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıması müəyyən edilmişdir. Məhkəmələr isə həmin qəsdin və ya kobud ehtiyatsızlığın onun hansı hərəkətlərində və ya əməlində olmasına münasibət bildirməmişdir. O, valyutadəyişmə məntəqəsində qeyri-rəsmi olaraq köməkçi işləmiş, hər hansı pulu qəbul edib saxlamaq hüququ olmamışdır. Gəncə şəhər Nizami rayon məhkəməsi Fuad Musavev və Bəxtivar Məmmədovun izahatlarına ötəri yanaşmaqla izahatlarının dəqiqləşdirilməsi uçun hər hansı araşdırma aparmadan qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, ilkin olaraq iki cavabdehin izahatları arasında olan ziddiyyəti nəzərə çatdırmaq istəyir. Cavabdeh2 konkret olaraq iddiaçıya pulu özünün vermədiyini bildirsə də, Cavabdeh1 həm özünün, həm də Bəxtiyarın adından bildirir ki, Sahib və Sərdara pul borclu olan şəxslərdən pulları alıb birbaşa iddiaçıya vermişlər. Təbii ki, iddiaçıya kömək etmək məqsədi ilə. Sözügedən qətnamədə həmçinin qevd edilmişdir ki, mülki iş materiallarında olan HK- 1/1455 nömrəli materialdan və 13 sentyabr 2019-cıı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldatma yolu ilə İddiaçı pulunu ələ keçirmələri faktı öz təsdiqini tapmamış, ona görə də toplanmış materialda AR CM-nin 178-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin ba şlanması rədd edilmişdir. Lakin vətəndaş İddiaçı borc pulu ilə bağlı mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Buradan belə bir məntiqi məsələ ortaya çıxır. Əgər cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.09.2019-cu il tarixli qərarda Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətlərinin olmadığı bildirilirsə, demək ki, İddiaçı ona qarşı dələduzluq edilməsi ilə bağlı şikayəti bu iki nəfərlə bağlı vermişdir. Həmin şikayətdə Sahibin adının qeyd edilməməsi də ona dəlalət edir ki, iddiaçının pul tələbinə dair iddiası ona qarşı yönəlməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıları nın izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətind ə qətnamə iddia tələbinin kassatora aid hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi ləğvi xahiş edildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə
824. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin d əlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də tələb edilən pul vəsaitinin ona aid olmadığına istinad etsə də, kasasiya yoxlaması nəticəsində də iş materiallarında olan disklə də gmüəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 verdiyi pulunu tələb etmiş, sonuncular isə Sərdarın dəftərinə baxaraq pulun məbləğini dəqiqləşdirdikdən sonra birinci növbədə iddiaçının borcunun qaytarılmasına köməklik edəcəklərini bildirmişlər. Hətta iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.09.2019-cu il tarixli qərarda da kassator iddiaçının İstanbuldan sifariş etdiyi malların pulunu göndərmək üçün Sərdara və ona verdiyini bildirmişdir. O, həmin qərarda pulları Sərdara verdiyini göstərmiş olsa da, hazırki halda da iddiaçıya heç bir məbləğdə borcu olmadığını bildirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Belə olan halda iddia tələbi ona və Sərdara qarşı təmin edilməklə hər hansı hüquq normasının pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2622/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.