Məhkəmə qərarları › İş №2(102)-1108/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1108/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1108/2025 14.03.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-908/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (İİ cild, səh.99) görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)908/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə 6 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 13 fevral 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair məsələ həll edilməmişdir. Odur ki, kassasiya şikayə ti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələri ndə nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-908/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar