Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1112/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1112/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, Cavabdeh x1nun və vəkili Quliyev Vəkil Yelmar oğlunun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə (N.İ.Əliyev, iş 2(020)504/2018) İddiaçı Cavabdeh x1na qarşı alimentin artır ılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Beyləqan şəhəri, N.Nərimanov küçəsində yaşayan Cavabdeh x1ndan iki uşağın 13.01.2009-cu ildə anadan olmuş Validə və 25.06.2010-cu ildə anadan olmuş X adlı uşaqların saxlanılması üçün Beyləqan rayonu, Yuxarı Aran kəndində yaşayan uşaqların anası İddiaçı nəfinə ödədiyi aylıq əmək haqqının 1/3 hissəsi miqdarında, yəni 117 manat alimentin miqdarı artırılaraq hər uşağa görə hər ay 120 manat, iki uşağa görə 240 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin həmin məbləğdə artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (T.X.Heydərov (s ədrlik edən və məruzəçi), N.F.Mirzəyev və Z.B.Babayev, iş2(106)2611/2018) Beyləqan rayon məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(020)-504/2018 saylı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 və vəkili Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh x1ndan 13.01.2009-cu ildə anadan olmuş Validə və 25.07.2010-cu il tarixdə anadan olmuş Xin saxlanılması üçün ödədiyi 117 manat alimentin miqdarın a rtırılaraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh x1 və vəkili Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə o lan Beyləqan rayon məhkəməsinin 2(020)-1117/2017 saylı, 05.05.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh x1ndan hər ay iki uşaq üçün aylıq əmək haqqının 1/3 hissəsi miqdarında, yəni 117 manat aliment tutularaq onun 13.01.2009-cu ildə anadan olmuş Validə və 25.06.2010-cu ildə anadan olmuş X adlı uşağının saxlanılması üçün uşaqların anası İddiaçı verilməsini qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də 13.01.2009-cu ildə anadan olmuş Validə və 25.06.2010-cu ildə anadan olmuş X adlı uşaqların tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -58.2-ci maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən tələblər gözlənməklə istər uşaqların hüquq və mənafeləri, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilmiş və haqlı olaraq hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat məbləğində aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsas ən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mən afelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının ə həmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli qanunu ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdir. 01 yanvar 2018-ci ildən qüvvəyə minmiş Az ərbaycan Respublikasında 2018-cı il üçün yaşayış minimumu haqqında 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikasının qanununa əsasən 2018-ci il üçün Azərbaycan Respublikasında yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir....;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu qəra rın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Şirvan Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyi şdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 04 sentyabr 2018-ci il tarixli, 2(106)-2611/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.