Məhkəmə qərarları › İş №2(102)-1112/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1112/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1112/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X2 ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “torpağa və evin tikintisinə çəkilmiş xərcin tələb edilməsin ə” dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-2885/2019 saylı qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmış X5ərazisində yerləşən 0,0201 ha torpaq sahəsinə və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmış X5 saylı fə rdi yaşayış evinə 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X5 arasında X5 saylı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanılmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X5 saylı fərdi yaşayış evi barədə X3 xüsusi mülkiyyət hüququna dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəli qeydin çıxarılması və ona verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri X5 saylı fərdi yaşayış evinə və Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və birgə mül kiyyətlərində olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmış X5ərazisində yerləşən 0,0201 ha torpaq sahəsinə 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx xxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh və İddiaçı qarşı torpağa və evin tikintisinə xərclənmiş pul vəsaitinin tələb edilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən 0,037 ha torpaq sahəsinə xərclədiyi 7400 (yeddi min dörd yüz) manat və orada inşa edilən evin tikintisinə xərclədiyi 25.000 (iyirmi beş min) manat vəsaitin cavabdehlərdən paylarına müvafiq olaraq tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim C.İ.Şəfiyeva) 2(012)-395/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında X5 saylı fərdi yaşayış evinin alqı-satqısına dair Sumqayıt “ASAN” xidmət mərkəzində bağlanan xx xxxx 2018-ci il tarixli, AN İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X5 saylı fərdi yaşayış evi barədə X3 xüsusi mülkiyyət hüququna dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2018-ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəli qeyd çıxarılması və ona verilmiş çıxarışın ləğv edilməsi, saylı fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh hər birinin payının ½ hissədə müəyyən edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəx s X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı torpağa və evin tikintisinə çəkilmiş xərcin tələb edilməsinə dair iddia tələbinin təmin edilməməsi, Cavabdeh 40 manat dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-395/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və hər iki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də qətnamədən narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs X5 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-395/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin onun iddiasına aid hissədə ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-2885/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-395/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)2885/2019 saylı qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən eyni məzmunlu kassasiya şikayətləri verilmiş və şikayətlər onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olm uş ünvan 3 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evi X5 sahiblik və istifadəsində olmuşdur. Lakin banka olan borcuna görə formal olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh və İddiaçı həmin evə heç bir aidiyyətləri olmamışdır. 2011-ci ildən qeydiyyatdan keçmiş həmin evdə X5 ailəsi ilə birlikdə yaşayır. İddiaçı və Cavabdeh bir gün də olsa qonaq kimi belə həmin evdə yaşamamışlar. Sadəcə ev formal olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Mübahisəli ev faktiki X5a məxsus olduğundan Cavabdeh tərəfindən ona tam mülkiyyət etibarnaməsi verilmişdir. Həmin etibarnamə isə özlüyündə göstərir ki, ev həqiqətən X5a məxsus olmuşdur. X5 banka olan problemi həll olunduğuna görə “ASAN” Xidmət mərkəzində xx xxxx 2018-ci il tarixli ANİ ******* saylı alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə ə sasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,037 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə sahəsi 73,5 olan evi və tam mülkiyyət üzrə 0,037 ha torpaq sahəsini faktiki olaraq X5 sahiblik və istifadəsində olan evi həmçinin onun sərəncamına verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Hər iki kassasiya şikayətində qətnamə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,037 ha olan torpaq sahəsi və üzərində yerləşən sahəsi 73,5 kv.m olan evə dair hissədə mübahisələndirildiyindən, məhkəmə kollegiyası qətnaməni həmin əmlaka dair hissədə qanuniliyini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, ünvan 1 ünvanında y erləşən ümumi sahəsi 0,037 ha olan torpaq sahəsi və üzərində yerləşən sahəsi 73,5 kv.m olan ev tərəflərin ümumi birgə mülkiyyətində olan əmlakıdır. Tərəflər arasında olan nikah Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulandan sonra Cavabdeh tərəflərin ümumi birgə mülkiyyətində olan həmin əmlakları ilkin iddiaçının xəbəri və razılığı olmadan dayısı X1. İş materiallarından görünür ki, iddiaçı iddia edir ki, həmin əmlak tərəflərin birgə nikahları dövründə, birgə vəsaitləri hesabına əldə edilmişdir. Cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs isə etiraz edir ki, həmin əmlaklar əslində 3-cü şəxsə məxsusdur, formal olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Bunu isə onunla əsaslandırmaq istəyirlər ki, ilkin iddia üzrə tərəflər heç vaxt həmin evdə yaşamayıblar, ev üçüncü şəxs tərəfindən tikilib, kommunikasiya xətlərinin istifadəçisi də üçüncü şəxsdir. Məhkəmələr hesab etmişdirlər ki, mübahisəli əmlakların üçüncü şəxsə məxsus olması barədə cavabdehin və üçüncü şəxsin etirazı və şahidlərin ifadələri, habelə qaz, işıq istehlakçısı kimi abonent olması barədə dəlillər kifayət qədər yetərli sübutlar deyildir. Belə ki, həmin mübahisəli torpaq sahəsinin alınması və mübahisəli evin tikintisi üçün çəkilən xərcin məhz üçüncü şəxsə məxsus olması, əmlaklar üzərində onun mülkiyyət hüququnun tanınması üçün maneə olan elə bir hal olmaması əsasından çıxış etdikdə əsaslı sayıla bilməz. Buna görə, 3-cü şəxsin iddiası təmin edilməməlidir. Həmçinin apellyasiya instansiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31,32, 33, 37ci maddələrinə, Mülki Məcəllənin 225-ci maddəsinə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd edilən maddi hüquq normalarının pozulması ilə bağlandığından Cavabdeh ilə X5 arasında X5 saylı fərdi yaşayış evinin alqı-satqısına dair xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evi barədə X3 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri X5 saylı fərdi yaşayış evinə və Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmış X5ərazisində yerləşən 0,0201 ha torpaq sahəsinə tərəflərin hər birinin payı ½ hissə müəyyən edilməsini düzgün hesab etmişdir. Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olduğundan və maddi hüquq normaları düzgün tətbiq edildiyindən əsaslı və qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 223.3-cü maddəsinə görə, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müq avilə etibarsız hesab edilir. Bu həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir (maddə 31.2.). - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar v ə daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 33.1-cimaddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmay an ər (arvad) tərəfindən mübahisələndirilə bilər. - 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir (maddə 36.4.). - 37-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.). Mübahisəli əmlaka dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi birgə nikah dövründə alqısatqı əsasında əldə edilərək, üzərində ev inşa edilmiş və həmin evə Cavabdeh mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh kassasiya şikayətində torpaq sahəsinin və üzərindəki evin dayısı X5 vəsait hesabına alınması və inşa edilməsini bildirsə də, bu barədə məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmı ş və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxsin həmin əmlakın ona məxsus olması, xərcin onun tərəfindən çəkilməsi, evdə faktiki onun yaşaması barədə şahid ifadələrinə, kommunal xidmətlərin onun adına olması barədə sənədlər təqdim etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlər düzgün olaraq bu halı təsdiq edən sübut kimi qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Daşınmaz ə mlaka dair mülkiyyət hüquqların kimə məxsus olması şahid ifadəsi əsasında deyil, daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara əsasən müəyyən edilir. 3-cü şəxs adında kredit olduğuna görə əmlak öz adına qeydə aldırmadığını göstərsə də, bu barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, mülkiyyətçi öz əmlakını başqasının istifadəsinə verə bilər və 3-cü şəxsin faktiki həmin evdə yaşaması və kommunal xidmətlərdən istifadəsi həmin əmlakın ona məxsus olmasını sübut edə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyindən və sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Məhkəmə ko llegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********69 reyestr nömrəsi ilə qeydiyyata alınmış X5ərazisində yerləşən 0,0201 ha torpaq sahəsindən ibarət digər əmlakla bağlı kassasiya şikayətlərində heç bir dəlil göstərilməmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-2885/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar