Məhkəmə qərarları › İş №2(102)-1113/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1113/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1113/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1892/2022 nömrəli, 0 2 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, DF/73498/54/25 saylı kredit sazişinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh1 13 ay müddətinə, illik 25% olmaqla 7779 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Cavabdeh2 həmin sazişə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün X2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

3. Abşeron Rayon Məhkəməsinin 2 (012)-1440/2017 nömrəli, 12 oktyabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı borc tələbinə da ir iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankın xeyrinə 6801,72 ABŞ dolları əsas və 3131,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9933,57 ABŞ dolları və ödənilmiş 138 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank cavabdehə 13 ay müddətinə, illik 25% olmaqla 7779 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kred it müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Belə ki, cavabdehlərlə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixində kredit şərtləri müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit şərtləri müqaviləsinin əsasında xx.xx.2015-ci il tarixində cavabdehlərlə hazırda mübahisələndirilən kredit müqaviləsi bağlanmışdır. Kredit sazişi müqaviləsində qeyd edilmişdir ki, bu saz iş kreditləşmə və kredit şərtlərilə birlikdə müqavilə məfhumunu əmələ gətirir və bu saziş kredit şərtlərinin ayrılmaz tərkib hissəsidir. xx.xx.2014-cü il tarixində kredit şərtləri müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və əsas öhdəlik üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. xx.xx.2017-ci il tarixində cavabdehlərdən bankın xeyrinə borcun tutulması ilə bağlı məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. Cavabdeh1 məhkəmə əmrinə etiraz etmiş və iş baxılmamış saxlanılmışdır. Qeyd olunan kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haq qında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. ABŞ dolları ilə borc müqavilələri üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə edilə bilməz.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, Cavabdeh1 2014-cü ildə İddiaçı ASC-dən 20.000 ABŞ dolları məbləğində kredit götürmüş, ödənişlər etmiş və 3700 ABŞ dolları borcu qalmışdır. Devalvasiyadan sonra vətəndaş aldadılmış və 2015-ci i lin noyabr ayından yenidən daha yüksək məbləğə müqavilə bağlanmışdır. Sonuncu ödəniş 2016-cı il tarixində olmuşdur. Cavabdeh1 2-ci qrup əlildir və hərəkət imkanları yoxdur. 2017-ci ildə İddiaçı ASC cavabdehə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra borcla bağlı ekspertiza keçirilmiş və Cavabdeh1 borcunun olmadığı müəyyən edilmişdir. O, iş təcrübəsi az olduğundan 2017-ci ildə məhkəmədə mülki işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Odur ki, cavabdehin banka borcu qalmamışdır. Bundan əlavə o, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bank tərəfindən verilmiş kredit borcu tam ödənildiyindən və eləcə də faizlərin hesablanıb tələb edilməsinə dair iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək niyyətindədir. Əvvəla cavabdehi n iddiaçıya heç bir borcu qalmamışdır, əgər belə olmasaydı beş ildən sonra Bank borc tələbi irəli sürməzdi. Məlumdur ki, bu sözügedən bankın ilk işi deyil. Sistemlərində nə baş veribsə vətəndaşları əsassız yerə məhkəmələrdə süründürürlər. Cavabdehin banka heç bir borcu olmadığından, eləcə də İddiaçı ASC-nin qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə Cavabdeh1 qarşı pul tələbinə dair hazırki mülki iş üzrə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 08 iyun 2022-ci il tarixli, 2(012)-738/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, DF/73498/54/25 saylı kredit sazişi bağlanmışdır. Ca vabdeh1 İddiaçı ASC-yə sonuncu dəfə 2016-cı il tarixdə ödəniş etmişdir. Bank isə bu günədək cavabdehə bir dəfə də olsun bildiriş yollamamış və borcu tələb etməmişdir. Hazırda Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, “Bank of Baku” ASC-nin pul tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəkili-nümayəndəsinin ərizəsi təmin edilməli, iddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 372, 373, 375, 376cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78 və 217-ci maddələrinə istinad etmi şdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq etməklə düzgün qərara gəlməmişdir. Borclu 31 yanvar 2020-ci il tarixində banka ərizə ilə müraciət edərək, borcu etiraf etmiş, ailə üzvlərinin səhhətinin agır olmasını və ödənişlərin gecikmə səbəbini bildirmiş və dollar məzənnəsində güzəşt etmişdir. Müddətin kəsilməsi tərəflərin iradə və xarakterli hərəkəti ilə bağlı olur. Məhkəmə bunları nəzərə almamışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(105)-1892/2022 nömrəli qətnaməsi ilə (ha kim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədova və T.O.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2022-ci il tarixli, 2(012)-738/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə qətnamənin icra olunan tarixə olan manat məzənnəsi ilə hesablanmaqla 6801 (altı min səkkiz yüz bir) ABŞ dolları 72 (yetmiş iki) sent əsas borc, 3131 (üç min yüz otuz bir) ABŞ dolları 85 (səksən beş) sent faiz borcu, cəmi 9933 (doqquz min doqquz yüz otuz üç) ABŞ dolları 57 (əlli yeddi) sent və ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlə t rüsumunun tutulması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 8 aprel 2019-cu il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış məktubdan müəyyən edilir ki, onun 12 aprel 2019-cu il tarixli ********** saylı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrası ilə müvafiq tədbirlər həyata keçiriləcəkdir.

14. Borclu 31 yanvar 2020-ci il tarixində banka ərizə ilə müraciət edərək, borcu etiraf etmiş, ailə üzvlərinin səhhətinin ağır olmasını və ödənişlərin gecikmə səbəbini bildirmiş və dollar məzənnəsində güzəşt olunmasını və köməklik göstərilməsini xa hiş etmişdir.

15. Bu halla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi birmənalıdır. Belə ki, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uygunlugunun yoxlanılmasına dair Plenum qərarında qeyd olunmuş və bu əsasla Azərbaycan Respublikası AM-nin MK-nın qərarını qüvvədən düşmüş hesab etmişdir.

16. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bu iş üzrə kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bank iddiaçı olaraq 2017-ci ildə müəyyən edilmiş qaydada iddia irəli sürmü şdür, həmçinin, borclu da banka ərizə ilə müraciət edərək borcu etiraf etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 380.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iş materialları ilə Cavabdeh1 2014-cü ildə İddiaçı ASC-dən 20.000 ABŞ dolları məbləğində kredit götürməsi, həmin vaxtdan birinci devalvasiya baş verən günə kimi (xx.xx.2015) bütün ödənişləri yerinə yetirməsi, lakin bundan sonra çətinliklər çəks ə də hazırki mübahisə mövzusu təşkil edən krediti xx.xx.2015-ci il tarixdə götürənədək ödənişləri dayandırmaması, həmin vaxta cəmi 3700 ABŞ dolları borcu qalması sübut olunur. Lakin iddiaçı sanki kömək etmək məqsədilə ikinci devalivasiyadan cəmi 21 gün əvvəl onun banka olan 3700 ABŞ dollarını 2015-ci ilin noyabr ayından yenidən daha yüksək məbləğə (7779 ABŞ dolları) çatdıraraq müddəti uzadaraq aylıq ödənişi azaltmaq adı ilə üzərinə faiz gələrək müqavilə bağlamağa nail olmuşdur. Sonuncu ödəniş cavabdeh tərəfindən 2016-cı il tarixdə olmuşdur. Belə ki, həmin vaxt işdən çıxdığından ödəmə qabiliyyəti olmamışdır. Hazırda isə 2020-ci il tarixdə keçirmiş olduğu Karona virusundan sonra iflic vəziyyətinə düşən Cavabdeh1 2-ci qrup əlildir və hərəkət imkanları məhduddur. 2017-ci ildə İddiaçı ASC cavab dehə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, nəticədə Cavabdeh1 borcunun olmadığı müəyyən edilmişdir. Bank tərəfindən verilmiş kredit borcu tam ödənildiyindən və eləcə də faizlərin hesablanıb tələb edilməsinə dair iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməlidir. Əvvəla cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır, əgər belə olmasaydı beş ildən sonra Bank borc tələbi irəli sürməzdi. Məlumdur ki, bu sözügedən bankın ilk işi deyil. Əslində iddiaçı Bank devalivasiyadan sonra ödənilmiş pulları kompensasiya olaraq geri qaytarmalı idi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq da cavabdehə heç bir güzəşt tətbiq edilməmişdir. Kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin pr oblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. Lakin iddiaçı Bankın özünün təqdim etdiyi arayışda belə cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 551 saylı 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunan məbləğdən çox olduğundan, borcu yenidən rəsmiləşdirilməsi olan kreditlər siyahısına düşməmişdir. İddiaçı bilərəkdən bu günədək cavabdehə bir dəfə də olsun bildiriş yollamamış və borcu tələb etməmişdir. Cavabdehin müraciətinə isə cavab verərək güzəşt tətbiq ediləcəyini bildirsə də hərəkətsizlik nümayiş edərək bu günə kimi məhkəməyə müraciət etməmişdir. İddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddətini ötürdüyündən, id dia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Bundan əlavə apellyasiya instansiyası borcun məbləği ilə bağlı mübahisə olduğu halda bu hissədə yalnız iddiaçının təqdim etdiyi arayışa əsaslanmış, borcun məbləğini tam olaraq təmin etmişdir. Halbuki, borc məbləği ilə bağlı mübahisə vardır və cavabdeh Banka heç bir borcu qalmadığını da bildirmişdir. Hazırki iş pul tələbi ilə bağlı olduğundan mübahisəyə müddət şamil edilməli idi. İddia müddəti Banka ödənişlərin dayandırıldığı 2016-cı il tarixdən başlamışdır. Ümumilikdə müqavilədə xx.xx.2016-cı il tarixdə borcun tam olaraq bağlanması nəzərdə tutulmuşdur. Məhkəməyə isə 2022-ci ilin yanvar ayında müraciət edilib. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmiş, qanunsuz və ə sassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

22. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

23. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qay dada davam edir.

24. Maddə 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

25. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

28. Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılm ası ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamalıdır.

40. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsinin bağlanması və cavabdehin həmin müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada icra etməməsi işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən məsələ iddia müddətinin axımının hesablanmasıdır.

41. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərini n subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh ed ilməsinə dair“2013-cü il 3 iyun tarixli Qərarı).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

43. Həmin qərarda MM-in 380-ci maddəsinə şərh verilərkən Konstitusiya Məhkəməsi göstərmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı ol ur.... Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun“qismən“ödənilməsi;əsas“borc“üzrə“faizin“köçürülməsi;kreditora“borcun“etirafını“nəz ərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin“icrası“üçün“möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

44. Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müddətinin xx.xx.2016-cı ildə bitməsini müəyyən edir. Bundan sonra iddiaçının əmr icraatı qaydasında müqavilə üzrə yaranmış borcun tutulması bağlı müraciət etdiyini, xx.xx.2017-c i ildə əmr çıxarıldığını, sonradan cavabdehin etirazı əsasında əmrin ləğv edilərək iddia icraatına keçildiyini və nəticədə 12 oktyabr 2017-ci ildə iddianın baxılmamış saxlandığını qeyd edir.

45. Göründüyü kimi hazırkı icraatdan əvvəl verilmiş iddia üzrə icraat davam etdirilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməmiş və ya təzələnməmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmişdir.

46. Belə ki, Mülki Məcəllənin 381.1-ci maddəsinin məzmunundan göründüyü kimi əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

47. Bu isə onu deməyə əsas verir ki, baxılan iş üzrə iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tu tulmuş tələb etmə müddətinin axımı müqaviləninin icra müddətinin bitməsi vaxtından hesablanmalıdır.

48. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri)

49. Apellyasiya instansiya məhkəməsi cavabdehin xx.xx.2020-ci ildə vermiş olduğu etiraf ərizəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, cavabdeh iddianın etirafı ilə bağlı hərəkət etdiyindən iddianın axımı kəsilmiş və həmin müddətdən sonra ümumi qaydada müddətin axımı başlanmışdır.

50. Lakin nəzərə alınmamışdır ki, iddia müddəti artıq xx.xx.2019-cu il tarixdə bitmişdir, müddətinin bit məsindən sonra edilən etirafedici hərəkətlər (xx.xx.2020-ci il tarixdə ərizənin verilməsi) artıq bitmiş müddətin axımının kəsilməsinə səbəb ola bilməz.

51. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

52. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.As lanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə“ 2000-ci il 13 iyul tarixli,“ Blucher Çex Respublikasına qarşı iş üzrə“2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiy a qarşı iş üzrə“1994-cü il 19 aprel tarixli qərarlar).

54. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməldir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(105)-1892/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar