Məhkəmə qərarları › İş №2(102)-1114/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2019

07.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1114/2019 Bakı şəhəri 07 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(039)174/2018, hakim T.M.Əliyev) İddiaçı cavabdehl ər Cavabdeh və XXXoğluna qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh 45.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-1966/2018, hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov, M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: Notarial qaydada təsdiq edilmiş 03 mart 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 45.000 manat məbləğində borc verməyi, sonuncu isə 03 sentyabr 2017ci il tarixədək borcu qaytarmağı öhdəsinə g ötürmüşdür. 25 oktyabr 2017-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və XXXoğlundan 45.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, onun iddiaçıya cəmi 10.000 manat məbləğində borcu olmasına dair dəlilləri nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikay əti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsi üzrə borcun verilməsini sübutetmə vəzifəsi kreditorun, aldığı pulun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş və iddiaçının istinad etdiyi 03 mart 2017-ci il tarixli borc müqaviləsində göstərilmişdir ki, “borcverən borcalana 45.000 manat məbləğində borc verir, borcalan həmin krediti 03 sentyabr 2017-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürür”. Cavabdehin müqavilə üzrə ona cəmi 10.000 manat verilməsi barədə dəlillərinə gəldikdə isə, cavabdeh istinad etdiyi halları təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hes ab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar