Məhkəmə qərarları › İş №2(102)-1114/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)******/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron ra yon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli, 2(012)-****/2019 nömrəli xüsusi qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh barəsində “xüsusi qərardad” qəbul edilməsi və Abşeron rayon prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2019-cu il tarixli, 2(012)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia təmin edilərək, Cavabdeh 63000 manat məbləğində borc pulun və 60.80 manat rüsuma görə pulun alınaraq İddi açı və X10 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 78000 manat pulun ona qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 63500 manat məbləğində borc pulun tutulmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X18 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisə predneti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını və X9 məxsus 30000 manat pulun və Svetlana Məmmədovaya məxsus 33500 manat pulun Cavabdeh alınıb onlara qaytarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iclas protokolu ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi icraata götürülmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsinin 6826 saylı, xx.xx.2017-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2847 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin ******* saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, İddiaçı və X19 müxtəlif vaxtlarda X4 45000 manat və X2 37000 manat pul alınaraq inanıb etibar etdikləri müdirləri olmuş cavabdehə vermişlər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3 və 82.4-cü maddələrinin tələblərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara istinad etmişdir. Lakin həmin qərar xx.xx.2019-cu ildə qərar ləğv edilərək cinayət təqibi üzrə araşdırmalar aparılır. Beləliklə apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbə bləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X18 məhkəmə iclasında vəkilksiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya insta nsiyası məhkəməsi iddianın rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid X20 ifadə verərək göstərmişdir ki, İddiaçı onun qardaşı arvadıdır. İddiaçı X2 33500 (otuz üç min beş yüz) manat, X4 30000 (otuz min) manat pulu alaraq Cavabdeh vermişdir, O, şəxsən bütün bu söhbətlərin şahidi və iştirakçısıdır. M1 pulu qaytarmadığından dəfələrlə baldızları J1 və B1onun evinə, hətta Tovuz rayonuna ata evinə belə getmişlər. Lakin M1 pulu onlara qaytarmamışdır. Apellyasiya kollegiyası şahidin ifadəsinə tənqidi yanaşmış və qeyd etmişdir ki, o, iddiaçının və üçüncü şəxsin qohumudur. Bundan başqa iddiaçı X2 hissə-hissə 37000 manat, X4 da 45000 manat alıb Cavabdeh verdiklərini bildirmiş, şahid isə onların Svetlana Məmmədovadan 33500 manat, N1 Rza yevadan isə 30000 manat alaraq Cavabdeh verdiklərini bildirmişdir. Yəni onların ifadələri arasında ziddiyyət vardır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X13 ifadə verərək göstərmişdir ki, iddiaçıları tanıyır, özü isə mağaza işlədir. İddiaçı və onun bacısı B1öz müdiri M1 adlı şəxsə pul vermək üçün ondan borc istəmişdir. Onlar bildirmişlər ki, M1 tikinti malları satmaq üçün mağaza tikdirir. 2015-ci ilin yay aylarında 3 dəfəyə hər dəfə 15000 (on beş min) manat olmaqla ümumilikdə 45000 (qırx beş min) manat olmaqla İddiaçı borc vermiş, lakin M1 aldığı borcdan 2016-cı ilin iyuniyul aylarında 15.000 manatını qaytarsa da, qalan 30000 manat borcunu qaytarmamışdır. O özü də dəfələrlə J1 və B1 birlikdə M1ın evinə, iş yerinə getmişlər. J1 və B1n M1la söhbətlərini eşitmiş, M1 hər dəfə m üxtəlif bəhanələr gətirsə də pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X21 ifadə verərək göstərmişdir ki, X14 onun qonşusudur və rəfiqəlik edirlər. O bir neçə dəfə X8 hissə-hissə üç dəfəyə olmaqla 45.000 manat pul almasının şahidi olmuşdur. N1 deməsinə görə onun 30000 manat pulunu hələ də J1 və bacısı B1 ona qaytarmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 ifadə verərək göstərmişdir ki, o, Tovuz rayonu, ********** qəsəbəsindəndir. Cavabdeh bir yerli kimi tanıyır, çox yaxşı bir ailədirlər. Eyni zamanda İddiaçı da tanıyır, Belə ki, o, torpaq sahəsi almaq üçün gəlib gedirdi. J1 la tanış olmuş, çox yaxşı münasibətləri yaranmış, torpaq məsələsi ilə əlaqədar bir neçə dəfə gəlib getmişdir. Bir dəfə isə J1 ona bildirmişdir ki, Cavabdeh tikinti mağaz ası tikdirir ondan borc istəyib. Həmin vaxt Cavabdeh öz maşınında gəlib dayanmış, J1 bildirmişdir ki, M1 a pul verməlidir. Pul bükülü idi, J1 bildirmişdir ki, 21.000 manatdır. J1 ın deməsinə görə ümumilikdə Cavabdeh 70.000 manatdan çox pul vermişlər. Lakin bir müddətdən sonra J1 ona zəng etdi ki, M1 pulu qaytarmır, qaçıb gizlənir. J1 dan eşitdiyinə görə M1 puldan 15.000 manat qaytarmış, qalan pulu hələ də ondan ala bilmirlər. Apellyasiya kollegiyası şahidlərin ifadələri ilə əlaqədar qeyd etmişdir ki, şahidlərdən N1 bildirmişdir ki, o, J1 a ümumilikdə 45.000 manat borc pul vermiş, həmin puldan 15.000 manatı qaytarılmış, 30.000 manatı isə indiyədək qaytarılmamışdır. X25 da bildirmişdir ki, X26 45.000 manat borc almış, indiyədək qaytarmamışdır. Yəni müəyyən olunur ki, iddiaçının tələb etdiyi pul ona deyil, N1 məxsusdur. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-*******/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X1 J1 və X10 qarşı onlardan müştərək qaydada 33500 (otuz üç min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə iddia qaldırmış, həmin qətnamə ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, İddiaçı bildirmişdir ki, Svetlana Məmmədovadan pulu faizə götürmüş və qaytarmışdır. Lakin buna dair sübut təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-*******/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)******/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-*****/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)******/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarlarından müəyyən edilir ki, iddiaçı X6 hissə-hissə 37.000 manat olmaqla İddiaçı və X10 pul vermişdir. Həmin puldan 3500 manatı qaytarılmış, qalanı isə qaytarılmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, Abşeron Rayon Polis İdarəsinin xx xxxx 2019-cu il tarixli Qərarına əsasən X15 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, məhkəmə iddia tələbini təmin edərkən yalnız iddiaçı ilə üçüncü şəxsin izahatlarına və şahidlərin ifadələrinə istinad etmişdir. Lakin məhkəmə kollegi yası bununla razılaşmır. Belə ki, həmin izahat və ifadələr arasında ziddiyətlər mövcuddur. Bundan başqa iddiaçının və üçüncü şəxsin izahatlarından, şahid N1 və digər şahidlərin ifadəsindən məlum olur ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin hazırda cavabdehdən tələb etdikləri 30.000 manat pul onlara deyil, şahid N1 məxsusdur. Belə olduqda onların ümumiyyətlə həmin pulu cavabdehdən tələb etmək hüquqları yoxdur. Eləcə də iş materiallarından N1 onlara belə bir səlahiyyət verməsi görünmür. Məhkəmə kollegiyasının fikrincə iddiaçı və üçüncü şəxs ümumiyyətlə iddiasını məhkəmədə əsaslandıra bilməmişlər. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası “iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsi n hazırda cavabdehdən tələb etdikləri 30.000 manat pul onlara deyil, şahid N1 məxsusdur. Belə olduqda onların ümumiyyətlə həmin pulu cavabdehdən tələb etmək hüquqları yoxdur. Eləcə də iş materiallarından N1 onlara belə bir səlahiyyət verməsi görünmür.” mövqeyində olması yanlışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1 və 739.1-ci maddələrinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyy ət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır Göstərilən normaların məzmununa əsasən qeyd edilməlidir ki, pul daşınar əşyadır və belə olan təqdirdə N1 iddiaçı və 3-cü şəxsə borc olaraq vermiş olduğu pul vəsaiti borc almış şəxsin sahibliyində olan əmlak hesab edilməli və onların həmin daşınar əşyaya mülkiyyət hüququ ilə sahiblik etmə ehtimalı nəzərə alınmalıdır. Belə olduqda isə iddiaçı və 3-cü şəxsin cavabdehdən pul tələb etmək hüququnun olmaması barədə mövqe yanlış hesab edilmə lidir. Digər tərəfdən apellyasiya kollegiyası birinci instsansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini təkrar olaraq göstərmiş olsa da, həmin şəxslərin ifadələri ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsi apellyasiya kollegiyası tərəfindən qeyd edilsə də, apellyasiya kollegiyası həmin şahidə sədrlik edənin suallarına cavablara diqqət etməmiş, şahid D5 “onun yanında J1 ın M1 a 21000 mnat pul verməsi” barədə ifadəsinə, həmçinin şahid qismində dindirilmiş N1 “J1 və B1 M1 la söhbətlərini eşitməsi, özünün də dəfələrlə J1 və B1 birlikdə M1 ın evinə, iş yerinə getməsi” barədə ifadəsinə münasibət göstərməmiş, izahat və ifadələr arasında ziddiyətlər olmasına, iddiaçı və 3-cü şəxsin cavabdehdən pul tələb etmək hüququnun olmamasına, iddiaçı və üçüncü şəxsin ümumiyyətlə iddiasını məhkəmədə əsaslandıra bilməməsinə istinad etsə də, izahat və ifadələr arasında ziddiyyətin, iddiaçı və 3-cü şəxsin cavabdehdən pul tələb etmək hüququnun olmamasının və iddiaçı və üçüncü şəxsin iddiasını məhkəmədə əsaslandıra bilməməsinin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olu nmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzə rə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A LDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)******/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar