Məhkəmə qərarları › İş №2(102)-1114/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1114/22 (Açar sözlər: tələbin ipoteka ilə yüklü edilmiş hansı əmlaka yöənldilməsi tələbkarın səlahiyyətidir) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-842/2021 nömrəli, 19.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 hüquqi varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 28 dekabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 48 ay müddətinə illik 24 % ödəmək şərtilə, 210.000 ABŞ dolları məbləğində kredit verir. 2. 28 dekabr 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi za min Cavabdeh3 borcun tutulması üzrə məhkəmə xərcləri və ya hər hansı bir zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında zaminlə birgə məsuliyyət daşıyırlar. 3. 08 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2009-cu il tarixli, 0912-3769/110394 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 19 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 3 otaqlı 81 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 4. 08 yanvar 2010-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müxtılif kredir müqavilələrinin, o cümlədən 28 dekabr 2009-cu il tarixli, 0912-3769/110394 saylı kr edit müqaviləsinin təminatı kimi Cavabdeh9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində bağ evi 362 A ünvanında yerləşən 1 mərtəbəli 5 otaqlı bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı əvvəlcə iddia ərizəsi, daha sonra isə, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 99445.64 ABŞ dolları məbləğində əsas kredit borcunun, 27712.01 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 24555.01 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış cərimə (penya) borcunun, cəmi 151712.66 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia qaldırılması üç ün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi, eyni zamanda tutmanın kreditin təminatı olan digər ipoteka predmeti olan Cavabdeh9 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 A ünvanında yerləşən 3 mərtəbəli 5 otaqlı bağ evinə yönəldilməsi, hər iki əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı-yə olan əsas kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin (penyanın) və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra onların ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olma dıqda isə, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(008)04/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev) İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə və bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutuma yönəldikdən və satıldıqdan sonra onların ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadıqda qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması” barədə iddiası qismən təmin edilərək, borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 99.445,64 ABŞ dolları, faiz borcuna görə 27.712,01 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.000 ABŞ dollar olmaqla, cəmi 129.157,65 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka predmeti olan X3 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin ipoteka predmeti olan Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 362 “A” saylı bağ evinə yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçı təşkilata olan cəmi 129.157,65 ABŞ dolları kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərz ində həmin ipoteka predmetlərinin boşaldılması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Qətnamədən cavabdehlər Cavabdeh4 hüquqi varisi Cavabdeh5 və Cavabdeh9 və Cavabdeh2 hüquqi varisi X2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2972/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.İmanov – sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov) apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(008)-04/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etmək lə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

10. Qətnamədən Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5164/20 saylı 25 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov – sədrlik edən və məruzəçi, V.Həsənov və İ.Dəmirov) Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi X2nun ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsi qisməntutmanın ipoteka predmetlərinə yönəldilməsi, yəni Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə yönəldilməsi və ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış və mübahisələndirilən qalan hissədə qətnamə kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki birinci instansiya məhkəməsi ipoteka predmetləri olan qeyd olunan yaşayış sahələrinə tutmanın yönəldilməsini və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahələrinin boşaldılmasını qət etsə də, kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını qətnamənin nəticə hissəsində göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 220.5, 223.1, 365, 392-ci maddələrinin mənasına görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərə kəti etməyə borclu olmasını göstərməlidir. Ona görə də, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iddia tələbinin yaşayış sahələrinin boşaldılması hissəsinin əsaslılığına sadalanan prosessual normaların tələbləri baxımından hüquqi qiymət verilməli və bu hissədə iddia tələbi əsaslı sayılarsa kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olması qətnamənin nəticə hissəsində konkret olaraq göstərilməlidir.

13. Həmçinin, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. İşə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya müstəqil qiymətləndiriciyə həvalə etməklə ipoteka predmetlərinin hazırki vaxta olan real bazar (likvid) qiymətlərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4/2019 nömrəli, 03 iyun 2019-cu il tarixli qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilən Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” sayl ı bağ evinə yönəldilməsi və ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetinin boşaldılması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinin ilkin satış qiyməti 210 000 (iki yüz on min) manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci bir ay ərzində boşaldılaraq X2 əmlakı ilə birlikdə həmin bağ evindən çıxarılması qət edilmişdir.

15. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı-nin iddiadan qismən imtinası qismən qəbul edilmiş, Bakı şəhəri Sab unçu Rayon Məhkəməsinin 2(008)-4/2019 saylı iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi qismən – tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetinin boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

16. Qərardaddan Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 prosessual hüquq varisi Fə rid Abdullayev apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının iddiadan qismən imtinanın qəbul edilməsi onun və Cavabdeh9 vəziyyətini ağırlaşmışdır. Beləki, qətnamə ilə müəyyən edilən pul vəsaiti ödənilmədiyi təqdirdə tutma onlara məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə yönəldiləcək. Bank tutmanın digər əmlaka yönəldilməsi barədə iddiasından imtina etməklə və məhkəmə həmin imtinanı qəbul etməklə onların vəziyyəti ağırlaşmış olur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

22. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

26. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

27. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh e dilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsi kassator və digər cavab Cavabdeh9 vəziy yətini ağırlaşdırmışdır.

32. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normalarından (§21, §22, §25, §26, §27) göründüyü kimi, iddiaçının iddiadan imtina etməsi onun müstəsna hüququ kimi təsbit olunmuşdur.

33. Apellyasiya məhkəməsi tərəfindən iddiadan imtina digər ipoteka qoyanın mənafelərinin pozulması kimi dəyərləndirilə bilməz. Əvvəla, tutmanın ipoteka ilə yüklü edilmiş hansı əmlaka yönəldilməsi ipoteka saxlayanın müstəsna hüququdur. İpoteka saxlayanın özünə məxsus müstəsna hüquqdan imtina etməsi digər şəxslərin mənafeyini pozmur.

34. Eyni zamanda qeyd olunur ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (§19). İpoteka qoyan əmlakını ipoteka ilə yüklü edərkən konkret olaraq ipoteka saxlayan qarşısındakı öhdəliyin təminatı olaraq əmlakını yüklü etmişdir və onun hüquqi nəticələrini bilirdi.

35. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiadan imtinanı qəbul edərkən prosessual hüquq normalarına riayət etdiyindən kassasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 hüquqi varisi X2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-842/2021 nömrəli, 19.04.2021-ci il tarixli qərardadı kassasiya şikayətinə əsasə n dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar