Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1114/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "əşyaları ilə birlikdə evdən çıxarılma, evin qanunsuz olaraq zəbt edilməsi nəti cəsində dəymiş zərərin və kommunal xərclərə görə zərərin cavabdehlərdən tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7083/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2016-cı ildə X19 ilə bağlanmış və notariat qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında, X10 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,05 ha torpaq sahəsini 45000 manata almışdır. Müqavilənin 8, 9 və 11-ci bəndlərinə görə, satıcı X19 alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürm üş, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermiş və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixədək faktiki sahibliyinə verməsi barədə öhdəlik götürmüşdür.
2. Lakin İddiaçı aldığı həmin evdə cavabdehlər yaşayırlar və evdən çıxmaqdan imtina edirlər. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktuba əsasən, ünvan 3 ünvanına Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə, Cavabdeh4 xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-i tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2012-ci il təvəllüdlü X13 xx.xx.2018-ci il tarixdə, xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2018-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X17 isə xx.xx.2018-ci il tarixdə Səyyar A SAN-1 tərəfindən qeydiyyata alınmışdır.
3. Bununla bağlı tərəflərin arasında bir neçə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 4 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)19/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iddianın rədd olunmasını belə əsaslandırmışdır ki, cavabdehlər 2003-cü ildə həmin evə köçüblər və Artyom rayon ZDS İK-nin 5/60 saylı, 11 mart 1966-cı il tarixli qərarı ilə X8 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid ünvanında fərdi ev tikmək üçün 5 00 kv.m torpaq sahəsi təhkim edilmişdir. Əziz Əhmədov həmin torpaq sahəsində 4 saylı fərdi yaşayış evini tikmişdir. Cavabdehlər 2003-cü ilin dekabr ayından həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh2, Briliyant Əhmədova və Cavabdeh4 yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışlar. Fərdi yaşayış evi cavabdehlər həmin ünvanda yaşadıqları vaxt Bakı şəhəri Xəzər rayon İHB-nin 336 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən xüsusi mülkiyyət hüququ üzrə Əziz Əhmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə isə Əzizə Əhmədovanın mülkiyyətinə keçmişdir. Sonuncu 06 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini İddiaçı satmışdır. Bundan sonra Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi 2-ci keçid, ev 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Məhkəmə cavabdehlərin fərdi yaşayış evinin Əziz Əhmədovun mülkiyyətinə qeydə alınmazdan əvvəl mübahisəli evə köçüb yaşamağa başladıqları 2003-cü ilin dekabr ayında (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsi, 54-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Kon stitusiyasının 43-cü maddəsinə istinad edərək, tədqiq edilmiş sübutlara əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, cavabdehlər fərdi yaşayış evinin tikiliyə torpaq sahəsinin təhkim edildiyi və evi tikən şəxs tərəfindən ünvan 7 ünvanına köçürülərək evdə, xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınanadək 12 ildən artıq müddət ərzində yaşamaqla, həmin evdən istifadə hüququ əldə etdiklərindən və həmin evə mülkiyyət hüququnun iddiaçıya keçməsi istifadə hüquqlarına xitam verilməsi üçün əsas olmadığından, cavabdehlərin istifadə hüququ əldə etdikləri yaşayış yerlərindən çıxarılmalarına dair hazırki iddia əsassızdır və təmin edilə bilməz.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)19/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2017-ci il tarixli, 2(103)-5471/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 5. 11.07.2017-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 8000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsini tələb etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-4018/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Məhkəmə iddianı rədd etməsini belə əsaslandırmışdır ki, mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləğinin 15000 manat təşkil etməsi müəyyən edilir. Məhkəmə iddiaçıya bu məbləği cavabdehlərə ödəməyi təklif etmiş, lakin iddiaçı bu məbləği cavabdehlərə ödəməyə razı olmamışdır. Həmin iş üzrə İddiaçı apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(103)-1467/2019 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 3577/2019 saylı qərarı ilə təmin olunmamışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X15 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı 12000 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
7. Bakı İnzibati Məh kəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4, X10, X4, X5, X9 ünvan 8 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh2 Səfərli oğlu tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı və Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təmin olunmamışdr.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün polis idarəsinə göndərilmişdir. Daxili işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Səfərli oğlu, Cavabdeh3, Cavabdeh4, X19, X13, X14, X17 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmışlar.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə üçüncü şəxs X6 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xəzər rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X4, X5, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları, orta aylıq kirayə haqqını 200 m anatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun və 136.62 manat dövlət rüsumunun cavabdehlər tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan halları ilə əsaslandırlmaqla yanaşı qeyd olunub ki, ünvan 11 ünvanında yerləşən yaşayış evi onun mülkiyyətinə keçirməsinə və adına rəsmiləşdirməsinə baxmayaraq, iş üzrə cavabdehlər və onların yetk inlik yaşına çatmayan uşaqları həmin evdə yaşamaqda davam etdiyinə görə xx.xx.2016-cı il tarixindən etibarən həmin evdə faktiki olaraq yaşaması və evə daxil olması mümkün olmamışdır. Cavabdehlər yaşayış evini qanunsuz olaraq zəbt etmişdir və evi aldığından bəri həmin evdə yaşaya, istifadə edə, həmçinin evdən hər hansı fayda götürə bilməmişdir. 2016-cı ilin sentyabr ayından etibarən iş üzrə cavabdehlərin ona məxsus yaşayış evi barədə qanunsuz hərəkətləri nəticəsində ona çatası bütün mümkün gəlirlərdən, həmin evdən istifadə hüququndan məhrum olmuşdur. Həmçinin həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində evindən sui-istifadə edilmiş, həmin yaşayış evinə xeyli miqdarda kommunal borcların yığılmasına səbəb olmuşlar. Belə ki, ev barəsində həmin şəxslər tərəfindən qaz sərfiyyatına görə 1868 manat, işıq sərfiyyatına görə 1672 manat və su sərfiyyatına görə borc yazılmışdır. Ona məxsus və cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş yaşayış evini faktiki olaraq kirayə və yaxud icarə müqaviləsi əsasında istifadəyə verərək fayda götürə bilərdi. Həmin ərazidə yaşayış evinin kirayə verilməsinin orta aylıq məbləğini 200 manatdan hesabladıqda, ona məxsus sözügedən yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlər (əldən çıxmış fayda) 12000 manat məbləğində müəyyən olunur. Həmçinin, ona məxsus yaşayış evi barədə cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat dəyərindədir. Əlav ə olaraq, hazırki iddia tələbinə görə müəyyən olunmuş dövlət rüsumunun məbləği 136.62 manat 62 qəpik hesablandığı üçün cavabdehlərdən ümumi tələb olunmalı pul məbləği dövlət rüsumu da əlavə olunmaqla 15.677 manat təşkil edir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(003)782/2022 saylı qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X13, X14, X9 ünvan 12 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılmaları, ödənilmiş dövlət rüsumuna görə 50 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 80, 62 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə işin araşdırılmış halları üzrə qeyd etmişdir ki, satıcı X19 alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermiş və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəlik götürmüşdür. İş üzrə cavabdehlər 2013-cü il tarixdən hal-hazıradək həmin evdə azyaşlı uşaqlarla birlikdə yaşayırlar.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmuş X19 həmin əmlaka (evə) dair alğı-satqı müqaviləsi əsasında İddiaçı qarşısında üzərinə götürdüy ü öhdəlikləri yerinə yetirməmiş, həmin evi razılaşdırılmış qaydada və müddətdə alıcının, yəni iddiaçının tam mülkiyyətinə verməmişdir. Belə ki, X19 İddiaçı ilə aralarında bağlanmış həmin alğı-satqı müqaviləsi əsasında iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə üzərinə öhdəliklər götürməsinə baxmayaraq işin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə cavabdehlər hal-hazırda da satılmış evdə yaşayırlar və alınmış əmlak alıcıya, yəni iddiaçıya təhvil verilməmişdir.
15. Həmçinin, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmaqla həmin evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə ha qlıdır. Belə ki, iş üzrə cavabdehlər iddiaçının (mülkiyyətçinin) və həmin evin keçmiş mülkiyyətçisi olan X10 ailə üzvü olmamaqla həmin evdən mülkiyyətçinin razılığı olmadan istifadə etmələri (yaşamaları) qanuni hesab edilə bilməz. Belə ki, iş üzrə cavabdehlərin mübahisə predmeti olan evdə yaşamaları, keçmiş mülkiyyətçinin də ailə üzvü olmamaları nəzərə alınmaqla onların həmin evdən istifadə etmək üçün hər hansı bir hüququnun olmasına dəlalət etmir və iddiaçının mülkiyyətçi hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmaqla, həmin əmlakdan məhrum edilməsinə səbəb olur.
16. Məhkəmə hesab etmişdir ki, mülkiyyətində olan və onun razılığı olmadan evdə yaşayan cavabdehlərin azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması hissəsində iddia tələbi əsaslıdır və iddia tələbi həmin hissəd ə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
17. Belə ki, iddiaçı orta aylıq kirayə haqqını 200 manat hesablamaqla 60 ay ərzində itirdiyi gəlirlərin ümumi məbləği kimi 12000 manat məbləğində pulu cavabdehlərdən tələb etsə də, bununl a bağlı sübutları (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcların iddiaçıya dəymiş zərər kimi qəbul edilməsini məhkəmə əsassız hesab etmişdir. Belə ki, elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcun mövcud olması müəyyən edilsə də, həmin borcun tələb hüququ həmin qurumlara aid olmaqla iddiaçı tərəfindən ödənildiyi təqdirdə onun tərəfindən cavabdehlərdən tələb edilə bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 569.1, 570.1, 572.2, 146.1, 146.2, 152.1, 157.2, 178.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Kon vensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onların evdən çıxarılması ilə bağlı iddianın rədd olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. 2003-cü il dekabrın 10-da böyük qardaşı X7 ikinci həyat yoldaşı X11 yolu keçərkən maşın vurub qətlə yetirmişdir. Qardaşı Əziz insultla iflic vəziyyətdə yataq xəstəsi idi və qızı 1992-ci il təvəllüdlü Əzizə Əhmədova isə azyaşlı idi. Ona görə də xəstə qarda şına və onun azyaşlı qızına qulluq etmək üçün onlar ailəliklə 2003-cü il dekabrın 10-dan qardaşıgilə köçməli olmuşlar. Həmin vaxtdan orada yaşayırlar. İddiaçının mübahisəli mənzillə bağlı bağladığı alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(103)-7083/2022 nömrəli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçı), Namiq Cəfərov və Emin Mehdiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın Cavabdeh2 ünvan 13 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumuna görə 50 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsinin təmin edilən hi ssələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qeyd olunan hissələrdə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
23. Birinci instansiya məhkəməsinin istinad etdiyi qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(003)-4018/2017 saylı qətnaməsində qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)19/2017 saylı qətnaməsinə istinad olunmuşdur. Məhkəmə bu hala diqqət yetirməmişdir.
24. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsi ilə Cavabdeh2 mənzildən çıxarılması ilə bağlı məsələyə qiymət verilmişdir.
25. Eyni tərəflərin iştirak etdiyi qüvvədə olan məhkəmə qətnaməsi ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsi) Cavabdeh2 mənzildən çıxarılması ilə bağlı məsələyə qiymət verildiyi halda, iddiaçı tərəfindən cavabdehin həmin mənzildən öz əşyaları ilə birlikdə çıxarılması yenidən mübahisələndirilə bilməz.
26. Məhkəmə apellyatorun alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyatorun alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiasına qiymət verilmiş, iddia əsassız olduğundan rədd olunmuşdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-ci, xx.xx.2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə, 54-cü maddəsinin 1-ci hissəsinə, 54-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.2, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işi hərtərəfli araşdırmamışdır. Yaşayış evi alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçdikdən sonra Cavabdeh2 həmin evdə qeydiyyata alınmış və yaşamağa başlamışdır. Cavabdeh2 mübahisəli yaşayış evində guya 12 ildən çox yaşaması halı əsassız fakta söykənir. Beləliklə, iddiaçının mülkiyyət toxunulmazlığı hüququ pozulur.
30. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 34, 53, 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə, Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 82.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:... 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
36. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni q üvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
41. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
42. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iddiaçı «qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini» tələb etməsinə baxmayaraq, işin hallarından göründüyü kimi iddia tələbi cavabdehlərə qarşı «orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat mə bləğində pulun tutularaq ona ödənilməsi» tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur və iddiaçı qətnamənin bu hissəsi ilə razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməmişdir. Yəni, qətnamə həmin tələbin rədd olunmasına aid hissədə artıq qüvvəyə minmişdir.
45. Buna görə də hazırda iddianın «Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X4, X5, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları» tələbinə dair hissəsi üzrə icraat davam edir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məru zəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata (hazırki icraatın «Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X4, X5, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları» tələbi üzrə davam etdiyi nəzərə alınmaqla) xitam verilməlidir.
47. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquq larının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
48. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
50. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
51. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və ey ni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
53. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, keçid-2, ev 4-dən çıxarılması tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin qeyd olunan evdən istifadə hüququ əldə etdiklərindən və həmin evə mülkiyyət hüququnun iddiaçıya keçməsi istifadə hüquqlarına xitam verilməsi üçün əsas olmadığından, cavabdehlərin istifadə hüququ əldə etdikləri yaşayış yerlərindən çıxarılmalarına dair hazırki iddia əsassızdır və təmin edilə bilməz.
54. Bund an sonra İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 8000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsini tələb etmiş, həmin iddia tələbi də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-4018/2017 saylı qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə iddianı rədd etməsini belə əsaslandırmışdır ki, mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləğinin 15000 manat təşkil etməsi müəyyən edilir. Məhkəmə iddiaçıya bu məbləği cavabdehlərə ödəməyi təklif etmiş, lakin iddiaçı bu məbləği cavabdehlərə ödəməyə razı olmamışdır. Həmin iş üzrə İddiaçı apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(103)-1467/2019 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)3577/2019 saylı qərarı ilə təmin olunmamışdır.
55. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X15 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı 12000 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
56. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının cavabdehlərə qarşı kompensasiya verilmədən evdən çıxarılma tələbi rədd olunmuşdur və həmin qətnamə qanuni qüvvəs ini almışdır.
57. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
58. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
59. MPM-nin 385.1.1-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq e dilməməsi müəyyən edilmişdir.
60. MPM-nin 387.1-ci maddəsində deyilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
61. Lakin MPM-nin 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməli hallar müəyyən olunub. Bu hallar prosessual normaların kobud pozulması kimi qiymətləndirilən hallardır. Bu halların mövcudluğunda məhkəmə aktı ümumiyyətlə qanunilik xassəsinə malik olmur və məhz buna görə də işə baxan məhkəmədən apelyasiya şikayətinin dəlillərində bu hallara istinad edilib edilməməsindən asılı olmayaraq məhkəmə aktının ləğvi tələb olunur.
62. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi MPM-nin 387.2.8-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olduğu halda, iddiaçının cavabdehlərə qarşı yaşayış evindən çıxarılmaları tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamələrin prosessual təsirini yalnız Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən preyudisial təsir həddində müəyyən etmiş, işə mahiyyəti üzrə baxaraq qeyd olunan qətnaməni çıxarmışdır. Buna görə də qətnamə MPM-nin 153.2.2, 261.0.2 və 387.2.7-ci maddələrinə zidd olmaqla qanunsuzdur.
63. Azərbaycan Respublikası MPM-nin 418.4.10-cu maddəsində də iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq qətn amənin ləğv edilməsi tələb edilir.
64. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdehlərin Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ünvan 8 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməsi və nəticədə cavabdehlərin həmin ünvanda qeydiyyatdan çıxarılmaları, evdən cavabdehlərin əşyaları və uşaqları ilə birlikdə çıxarılması üçün yeni əsas hesab edilmir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata ke çirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əş ya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
66. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7083/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata (hazırki icraatın «Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X4, X5, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evində n öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları» tələbi üzrə davam etdiyi nəzərə alınmaqla) xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.