Məhkəmə qərarları › İş №2(102)-1117/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1117/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1117/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2361/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-CNS13729 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2554 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-1- 13121 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 32 faiz hesablanması şərti ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi 1100 ABŞ dolları məbləğində kredit xətti açılmış və cavabdeh tərəfindən istifadə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1645,59 ABŞ dolları pul məbləğinin, xx.xx.2014-cü il tarixli 1388511-13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1307,36 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunu n Cavabdeh tutularaq İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı nəğd pul krediti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə xx.xx.2016-cı il tarixə cavabdehin Banka 1409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1645,59 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2014-cü il tarixli, 1,38851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə xx.xx.2016-cı il tarixə cavabdehin banka 1050,37 ABŞ doll arı məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1307,36 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borcu 1409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1645,59 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 138851-1-13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka 1050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üz rə borcu, ümumilikdə isə 1.307,36 ABŞ dolları pul məbləğində kredit borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 138851-CNS13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 2 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1521,19 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, xx.xx.2014-cü il tarixli, 138851-1- 13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz b orcu, 2 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1276,24 ABŞ dolları kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 425.1, 443.1, 448.1, 428.4, 467, 743 və MPM-nin 217.4-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlilkləriicra etmədiyindən onun banka borcu yaranmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Güln arə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin Bank tərəfindən ona qarşı Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli restrkuturizasiya edilməsi üçün banka dəvət edilməməsi barədə və ona bu Fərmanın tələblərini tətbir olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab etmişdir ki, həmin dəlil qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, krediti 2014-cü il tarixdə almışdır. Lakin onun kredit məbləğinə Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli restrkuturizasiya edilməsi üçün banka dəvət edilməmiş, banka etdiyi müraciətlər isə cavabsız qalmışdır. İddia müddəti ötürülmüş, lakin məhkəmə bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri ü çün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində q ətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tədbiqi barədə ərizə verməsi müəyyən edilmir. Cavabdeh iddia müddətinin tədbiqi barədə apellyasiya şikayətində qeyd etmiş, lakin birinci instansiya məhkəməsinə bu barədə ərizə verməməsinin səbəblərini göstərməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2361/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar