Məhkəmə qərarları › İş №2(102)-1117/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1117/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1117/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ  Kateqoriya: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), əsassız varlanma (əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, dəymiş maddi zərərin ödənilməsi və “Torp ağa mülkiyyət hüququna dair Dövkət Aktı”nın qaytarılması tələbləri barədə qarşılıqlı iddiaları üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-614/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X5, X12, X13, X7,X25,X16,X19,X14 və X8 birgə mülkiyyətinə veri lmişdir. 2. 2016-cı ildə cavabdeh və onun ailə üzvlərinə məxsus 2,1521 ha torpaq sahəsinin alqı-satqısı barədə iddiaçı və cavabdeh arasında şifahi formada razılıq əldə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.

4. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilki n iddianın rədd olunmasını, ona dəymiş 15000 manat maddi zərərin ödənilməsi, torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2016-cı ildə Cavabdeh pula ehtiyacı olduğundan özünə və ailə üzvlərinə məxsus 2.15 hektar torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin ildə mübahisəli torpaq sahəsinin 2,15 hektarı üçün 1800 manat ödəməklə satın almışdır. Cavabdeh pulu aldıqdan sonra torpaq sahəsinə dair çıxarışı ona təhvil vermişdir. Həmin vaxt mülkiyyətçilərdən bəziləri rayon ərazis ində olmadıqları üçün torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirə bilməmişdir. Həmçinin Cavabdeh oğlu sosial müavinət aldığı üçün alqı-satqının bir müddət təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən alqı-satqı bir müddət aparılmamışdır. 2016-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş və onun tərəfindən əkilib-becərilmişdir. Bu il də torpaq sahəsini artıq şumlamışdır. Lakin həmin torpaq sahəsi ilə bağlı Cavabdeh mübahisəsi olduğunu görüb yeri əkməmişdir. Bu ilə qədər aralarında heç bir mübahisə olmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh yaşadığı evə gələrək ailə üzvləri ilə mübahisə etmiş və torpağın sənədlərinin ona qaytarılmasını tələb etmişdir. Altı ildən artıqdır ki, mübahisəli torpaq sahəsinə sahiblik etmiş və torpaq sahəsi onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Belə ki, həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün özü köməklik etməklə bərabər fəhlələrə və texnikalara pul vermişdir. Torpaq sahəsinə 9 maşın peyin vermişdir ki, bu da hər dəfəsi 30 manat maşına (9 maşın x 30 manat=270 manat), hər dəfəsi isə 15 manat fəhlələrə (9x15 manat=135 manat) olmaqla cəmi 405 manat pul xərcləmişdir. Bundan başqa torpaq sahəsinin daşdan təmizlənməsi üçün hər dəfəsi 30 manat olmaqla 5 dəfəyə cəmi 150 manat maşına, bu işlərin görülməsi üçün fəhlələrə isə 200 manat, ümumilikdə bu işlərin görülməsinə cəmi 755 manat pul xərcləmişdir. Bütün bu işləri görməklə torpaq sahəsini tam yararlı hala gətirmişdir. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə növ ündən, təyinatından, münbitliyindən və məhsuldarlığından asılı olaraq bir hektar torpaq sahəsinin qiyməti 2500-3000 manat arasında dəyişir. O, 2016-cı ildə başqa yerdən hektarı 500-600 manata torpaq sahəsi ala bilərdi. Cavabdeh özü də bunu yaxşı bilirdi. Lakin torpaq sahəsi ona münasib yerdə olduğundan 1800 manat verməyə razı olmuşdur. Cavabdeh etibarından sui istifadə etmiş, 6 il sahiblik və istifadə etdiyi ona satdığı torpaq sahəsini 2022-ci ildə geri tələb etmişdir. Beləliklə Cavabdeh vaxtı ilə ona satdığı 2.15 hektar torpaq sahəsi üçün 6000 manat, torpaq sahəsinə çəkdiyi xərclərə görə 755 manat olmaqla cəmi 6755 manat vəsait xərcləmişdir. Bundan başqa Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirmiş, Cavabdeh onu ald atmaq niyyəti onu bərk sarsıtmışdır. Hətta Cavabdeh onun evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə etməsi, onlarla kobud rəftar etməsi onu böyük sarsıntıya uğratmışdır. Cavabdeh təqsiri üzündən sarsıntı keçirmiş və nəticədə ona mənəvi zərər dəymişdir. O, mənəvi zərəri 1000 manat qiymətləndirir. Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsini, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ona qarşı məhkəmədə 7855 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmışdır. O, İddiaçı iddia tələbi ilə razı deyildir.Əksinə hesab edir ki, İddiaçı ona vurduğu ziyana görə kompensasiya ödəməli və eyni zamanda torpaq sahəsini və torpağa dair sənədləri ona qaytarmalıdır. İddiaçı iddia ərizəsində ondan torpağa görə 6000 manat pul tələb edir. Bu rəqəm şişirdilmiş rəqəmdir. Belə ki, düzdür onun və ailə üzvlərinin İsmayıllı rayonu, Qazmalar kəndində 2,1521 hektar əkin təyinatlı torpaq sahəsi vardır. 2012-ci ildə ehtiyacı olduğundan həmin torpağı satmaq istəmişdir. İddiaçı torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Həmin vaxt uşaqlarından yalnız biri Elçin yanında olubdur. İddia çılə torpaq sahəsinin satılmasını 1600 manata danışmışlar. Lakin İddiaçı ona 500 manat beh vermiş, qalan hissəsini isə yaxın vaxtlarda sənədləşmə apararkən ödəyəcəyini bildirmişdir. İddiaçı həmin vaxt torpaq sahəsinə dair sənədi ondan almışdır. Həmin vaxtdan indiyə kimi torpaqdan İddiaçı istifadə edibdir. Bu il mübahisə yarandığından torpaq sahəsi əkilməmişdir. Əslində torpaqla bağlı mübahisə aralarında çoxdan yaranmışdır. Belə ki, o İddiaçı pulun qalanını ödəməsini, pulu tam ödədikdən sonra sənədləşdirməni apararaq torpağı öz adına keçirməsini bildirmişdir. Ancaq həmin gündən bu günə kimi İddiaçı qeyd edilən məsələni uzatmışdır. Sonradan öyrənmişdir ki, İddiaçı sosial müavinət aldığı üçün torpaq sahəsini öz adına rəsmiləşdirmir. Hətta öz torpağını da anasının adına rəsmiləşdiribdir. Ancaq bu neçə ildə onun uşaqları adlarında torpaq sahəsi olduğu üçün ünvanlı sosial yardım ala bilməmişlər. İki oğlu və bir qızı ünvanlı sosial yardım alırdılar. Adlarında torpaq sahəsi olduğundan övladlarının ünvanlı sosial yardımı kəsilibdir. Uşaqları dəfələrlə İddiaçı pulun qalanını ödəyərək torpaq sahəsini öz adına rəsmiləşdirməyi tələb etmişlər. O və övladları torpaq sahəsinə görə sosial yardım ala bilmirlər. İddiaçı hər dəfə vaxt istəyərək müddəti uzatmış, mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək gəlir əldə etmişdir. 2020-ci ildə oğlu Mübariz İddiaçı qarşı torpağın geri qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt İddiaçı yanına gələrək oğlu Mübarizdən ərizəsinin geri götürməsini, uzağı bir aya qalan pulu indiki qiymətlə ödəyib, torpağı adına keçirəcəyini bildi rmişdir. O, oğlu Mübarizə İddiaçı bir aya torpağın pulunu ödəyib öz adına rəsmiləşdirəcəyinə söz verdiyini bildirmişdir. Mübariz də onun sözü ilə ərizənin baxılmaması üçün məhkəməyə ərizə göndərmişdir. Buna baxmayaraq İddiaçı onu get-gələ salaraq pulunu verməmişdir. Ona görə də İddiaçı torpağını geri istəyir.Aralarında mübahisə yarandığından İddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.O, İddiaçı ziyan vurmamışdır. İddiaçı verdiyi pul elə həmin vaxta olan iki illik icarənin puludur. Həmin vaxtlar torpağın bir hektarını 100 manata icarəyə verirdilər.İddiaçı verdiyi pul iki illik icarə pulu olsun. Qalan altı il üçün ona və ailə üzvlərinə dəymiş ziyanın ödənilməsini İddiaçı tələb edir. Ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olmuşdur. Dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qalır ki, bu da onun hər il itirdiyi faydadır. Bu isə o deməkdir ki, o hər il 50 sentner taxıl məhsulundan məhrum olmuşdur. Bu isə 2500 manat pul deməkdir. 6 ildə isə bu məbləğ 15000 manat deməkdir. O, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilərək ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi,torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. X30 Zakiroviç məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. La çın və Orucalı kəndçiləridir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini 5-6 il bundan əvvəl İddiaçı satdığını bilir. Hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Girk kəndində hamı bilir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsini İddiaçı 1800 manata satmışdır.

8. X3 göstərmişdir ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. İddiaçı qonşusu,Cavabdeh isə kəndçisidir. O, qonşu kimi bilir ki, İddiaçı istifadəsində olan torpaq sahəsini Cavabdeh 1800 manata almışdır.

9. X11 göstərmişdir ki, Şuşa rayonundan məcburi köçkün olmaqla İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. İddiaçı və Cavabdeh qonşu kənd sakinləri kimi tanıyır.O,traktorist işləyir. İddiaçı torpaq sahəsi 4-5 ildir onun tərəfindən əkilir.O,eşitmişdir ki,Cavabdeh torpaq sahəsini İddiaçı 1800 manata satmışdır.

10. X1 gö stərmişdir ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası,İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin 1600 manata satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat beh vermiş, qalan 1100 manat pulu isə 1 aya alqı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1100 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Eyni zamanda torpaq sahəsinə dair çıxarışı özündə saxlamaqla torpaq sahəsindən istifadə edərək gəlir götürür. Laçın torpaq sahəsini öz adına rəsmiləşdirmədiyindən dövlət tərəfindən verilən 190 manat maddi yardımdan da məhrum olmuşdur. O, bir neçə dəfə Laçına zəng edərək torpaq sahəsini öz adına rəsmiləşdirməsini bildir sə də, Laçın torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir.

11. X4 göstərmişdir ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası, İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat vermiş, qalan 1200 manat pulu isə 1 aya alqı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1200 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir.

12. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1586/22 nömrəli iş üzrə 28 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə qiymətləndirilmənin təyin edilməsi və iş üzrə müstəqil qiymətləndiricilərin dəvət edilməsi qərara alınmış dır. 13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-245/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri 9290 manat təşkil edir. 14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat təşkil edir.

15. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-118/2023 nömrəli iş üzrə 6 mart 2023-cü il tarixli qətn aməsi ilə (hakim İlqar Hüseynov) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 6000 manat pul, 755 manat çəkilmiş xərc və 87,55 manat dövlət rüsumu olmaqla, cəmi 6842,55 (altı min səkkiz yüz qırx iki manat əlli beş qəpik) manat məbləği alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar k əndində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı № ******* nömrəli çıxarışla birlikdə Cavabdeh qaytarılması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, ilkin iddia tələbi həmin hissədə təmin olunaraq 2,15 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 6000 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 755 man at məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat həddindədir. İddiaçı isə iddia tələbində cavabdehdən çəkdiyi xərclərə görə 755 manat pul tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən tələb 755 manat hissədə təmin edilməlidir. Belə ki, torpağın qiyməti 9290 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilməmişdir. Belə olan halda torpağa edi lmiş yaxşılaşdırmalar mütəxəssis tərəfindən müəyyən edilərkən hesablama metodikası ilə onun ümumi dəyərini artırmadığı üçün yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmaya çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilər. Məhkəmə Cavabdeh əməlində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı hüquqi nəticə etibarı ilə Cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab etmiş və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlmişdir.

17. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində güclü sarsın tılar keçirdiyini, əsəb gərginliyinə düçar olduğunu, Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirdiyini,eyni zamanda onu aldatmaq niyyəti onu bərk sarsıtdığını, hətta evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə edərək kobud rəftar etməsi onu böyük sarsıntıya uğratdığını və bununla da ona ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. Qarşılıqlı iddia tələbi D ƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2,1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı № ******* nömrəli çıxarışla birlikdə Cavabdeh qaytarılması hissəsində təmin edilməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sent ner olduğunu, dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qaldığını, hər il 50 sentner taxıl məhsulundan məhrum olduğunu, bu isə 2500 manat pul demək olduğunu, altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İlkin iddia üzrə iddiaçının sözügedən torpaq sahəsinə sahibliyi vicdanlı olmuşdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.10, 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 139-1.1.4, 146.2, 152.1,155.5, 157.7, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 337.5, 359.1, 362.1, 389.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. X9 apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsi, yəni cavabdehdən ümumilikdə 6842,55 manat məbləği alınaraq İddiaçı ödənilməsi hissəsinin ləğv edilməsini, iş üzrə cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilərək İddiaçı cəmi 15135 manat alınaraq cavabdehə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. X9 apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, qəbul olunmuş məhkəmə qətnamənin qət edilməsi, yəni X2 6842,55 manat alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı məhkəmənin gəldiyi nəticəsi ilə razılaşmır və iş üzrə gəlinən nəticə nə məntiqə, nə hüquqa, nə də əkinçilik sahəsində mövcud olan işgüzar adətlərə uyğun gəlmir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədən qətnamə qəbul olunmuşdur.

22. İddiaçı ona qarşı ilk iddianın rədd olunmasını, onun İddiaçı qarşı qarşılıqlı iddia tələbinin təmin edilməsini və ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi, torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, təəssüflər olsun ki, birinci instansiya məhkəməsi İddiaçı fikirlərini sübut kimi qəbul etmiş və işin faktiki hallarını düzgün araşdırmadan mövcud mübahisəni, araşdırmaq iş üçün əhəmiyyətli olan yalanların sübut edilmədən yanlış qətnamə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddihüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməyərək səhv nəticəyə gəlmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-614/2023 nömrəli mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-Elçin Hüseynov (məruzəçi), Günay Cavadova və Vəzir xan Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranmasının əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır.

25. Məhkəmə qeyd etmişdir ki, cavabdeh O ruc Atamaliyev İddiaçı 500 manat aldığını, iddiaçının yerdə qalan pulu ona ödəmədiyini bildirsə də, bununla bağlı işə baxan məhkəmələrə hər hansı sübut (o cümlədən, yazılı formaya riayət olunmaqla beh müqaviləsi) təqdim edə bilməmişdir.

26. Birinci instansiya məhkəməsi ilk iddianın təmin edilən-Cavabdeh 6000 manat pul və dövlət rüsumu olan 87,55 manat məbləğin alınaraq İddiaçı verilməsi hissələrində düzgün nəticəyə gəlsə də, ilk iddia tələbinin “cavabdehdən torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsini təmin etməkdə səhvə yol vermişdir. Hazırkı işin düzgün həlli ilə bağlı Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyil sə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Qeyd olunmuşdur ki, torpaq sahəsinin dəyərinin 1800 manatdan manatdan hazırki 6000 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti 6000 manat müəyyən edilməklə t orpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar (hazrkı halda iddiaçı tərəfindən torpağın yararlı hala gətirilməsi) onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz, bu baxımdan torpaq sahəsinin tam yararlı hala gətirilməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir.

27. X23 apellyasiya şikayətində qarşılıqlı iddia tələbinin təmin edilməyən 15000 manat ma ddi zərər məbləğinin ödənilməsinə dair hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin “15000 manat maddi zərər məbləğinin cavabdehə ödənilməsinə dair” dəlillərini əsassız saymışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissə ilə bağlı düzgün olaraq qeyd edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olduğunu, dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qaldığını, hər il 50 sentner taxıl məhsulundan məhrum olduğunu, bu isə 2500 manat pul demək olduğunu, altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də qarşılıqlı iddia tələbinin 15000 manat maddi zərərin ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının sözügedən torpaq sahəsinə sahibliyi vicdanlı olduğundan apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı dəlilləri formal mülahizələrdən ibarət olmuşdur.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 157.7, 1091.1, 1091.2, 1092.1, 1094-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabd eh (vəkil Nümayəndə Novruz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin “Cavabdeh qarşılıqlı iddia tələbində hər il 50 sentner (15000 manat dəyərində) taxıl məhsulundan məhrum olduğunu qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir” barədə gəldiyi nəticə əsassız və qanunsuzdur. Ona görə ki, İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda 2016-cı il tarixdən torpaq sahəsini faktiki olaraq onun istifadəsində olduğunu, onun tərəfindən əkilib becərilməsini etiraf etdiyindən, Mülki P rosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq torpaq sahəsinin 2016-cı il tarixdən İddiaçı faktiki olaraq onun istifadəsində olduğu, onun tərəfindən əkilib becərilməsi faktını Cavabdeh sübut etmə vəzifəsindən azad olmuşdur. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsi torpaq sahəsinin İddiaçı qanunsuz sahibliyində olması və Cavabdeh 6 il müddətində taxıl məhsulundan məhrum olması nəticəsində zərərin məbləğinin müəyyən olunması üçün ekspertiza keçirməli və vurulmuş zərərin məbləğini müəyyən etməli idi. Lakin məhkəmə bu istiqamətdə heç bir prosessual tədbir görməmiş, qətnamədə bir cümlə “altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir” yazaraq kifayətlənmiş, Cavabdeh hüquqlarının pozulması ilə nəticələnən qə tnamə qəbul etmişdir. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmamışdır və pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər, İddiaçı ilə Cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. İş materiallarında İddiaçı Cavabdeh 1800 manat pul verməsi barədə heç bir sübut yoxdur. Əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıbvarlanmamasıdır. Bununla belə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Qeyd olunmuşdur ki, cavabdehin iddiaçının hesabına varlanmasına dair iş materiallarında heç bir sübut yoxdur, belə bir hal məhkəmə iclasında müəyyən edilməmişdir. Mübahisənin müəyyən edilmiş halları baxımından iddiaya əsassız varlanmaya dair normaların tətbiqi imkanları hazırkı işdə mövcud deyil. Həmçinin tərəflər arasında müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etməmişdir. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Məhkəmələr tərəfindən maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1094-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88 və 103-cü maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

34. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar ara dan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda ş amil edilmir.

38. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdeh və qarşılıqlı iddiaçı kassasiya şikayətində göstərdiyi dəlilləri qarşılıqlı iddia ərizəsində, aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiym ət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-614/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar