Məhkəmə qərarları › İş №2(102)-1118/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1118/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1118/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)3396/2024 nömrəli qətnaməsində n Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 oktyabr 2010-cu il tarixli, AK-175 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 239 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 44391,21 manat məbləğində kredit verilmiş, borclu borc müqaviləsi üzrə aldığı borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 19 oktyabr 2010-cu il tarixli zaminlik müqaviləsi ilə "xxxx" ASC Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsi görə kreditor İddiaçı ASC qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya m əhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 71266,01 manat, bundan 38596,60 manat əsas, 32669,41 manat faiz borcunun və iş üzrə ödənilmiş 303,8 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 01 avqust 2 023-cü il tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən 08 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Nəticədə 21 avqust 2023-cü il tarixə cavabdehlərin banka hesablanmış 38596,60 manat əsas, 30713,80 manat faiz, cəmi 69310,40 manat borcu yaranmışdır.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 ok tyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 21 avqust 2023-cü il tarixə (maliyyə arayışı tarixi) əsas borc üzrə 40580,24 manat, faiz borcu üzrə 34788,20 manat, 19 oktyabr 2023-cü il tarixə (qərardadın tarixi) əsas borc üzrə 40580,24 manat, faiz borcu üzrə 35572,76 manat müəyyən olunmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e2(005)-401/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli AK-175 saylı kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 38596,60 manat əsas borc, 30713,80 manat faiz borcu olmaqla, cə mi 69310,4 manat məbləğində pulun və 297,93 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 5,87 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 239 ay müddətinə, illik 12 faiz olmaqla, 44391.21 manat məbləğində kre ditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur.

8. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir.

9. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 28 fevral 2020-ci ildə olmuş, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı 01 avqust 2023-cü ildə yazılı xəbərdarlıq ünvanlanmışdır. Bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir.

10. Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, pozuntuya yol vermişdir. Bununla bağlı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC yə ünvanlanmış 08 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə 19 oktyabr 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməsi tələb olunmuşdur.

11. Birinci instansiya məhkəməsi, Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.

12. İddia tələbinin faiz borcuna aid hissə sində isə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən borcluya göndərilmiş 01 avqust 2023-cü il tarixli pretenziya məktubuna əsasən cavabdehlərdən 41329,09 manat gecikmiş borc məbləğinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 27 iyul 2023-cü il tarixə cavabdehin bank qarşısında ümumilikdə 69001,56 manat icra edilməmiş borcunun olduğu bildirilmişdir. İddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, faiz borca görə 32669,41 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun surətinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən həmin müddət üçün gecikmiş (məktubun ünvanlandığı tarixədək) borc məbləğinin ödənilməsini tələb etm işdir.

13. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 30713,80 manat pul məbləği tutulması məqsədəmüvafiqdir.

14. Digər tərəfdən, hazırkı iş materiallarından görünür ki, borclu müqavilə ilə müəyyənləşdirilmiş annuitet ödənişlərini dəfələrlə gecikdirməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bununla da iddiaçının şərtləri pozulmuş kredit müqaviləsinin birtərəfli qaydad a ləğv edilməsini tələb etmək hüququ yaranmışdır.

15. Bu zaman iddiaçı tərəfindən öhdəliyin tam icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilsə də, məhkəmə qeyd etmişdir ki, bu hal gələcəkdə müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq məqsədilə iddiaçının müqavilənin ləğv edilmiş hesab edilməsini məhkəmə qaydasında tələb etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli və müqavilə ləğv edilmiş hesab olunmalıdır.

16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3, 442, 443.1, 445.1, 445.2.1, 447.1, 453, 739, 471-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh1 həmçinin apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli rəyinə görə, iş materiallarında olan hesabdan çıxarış və xəzinə məd axil qəbzləri məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 oktyabr 2010-cu il tarixli, AK-175 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 01 avqust 2023-cü il tarixə (xəbərdarlıq göndərilən tarixə) əsas borc üzrə 38776,72 manat, faiz borcu üzrə 30128,61 manat, 21 fevral 2024-cü il tarixə (qətnamə qəbul edilən tarixə) əsas borc üzrə 38776,72 manat, faiz borcu üzrə isə 32713,73 manat müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materialları ilə birlikdə təqdim olunan bütün xəzinə mədaxil qəbzləri hesablamalar aparılarkən nəzərə alınmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-3396/2024 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi i lə, hakim S.Bəhrəmzadə və G.Axundova) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(005)-401/2024 nömrəli qətnaməsi – faiz borcu hissəsində dəyişdirilmiş və iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun 30128,61 manat müəyyən edilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməsi, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi nin hesabına köçürülməsi qət edilmişdir.

21. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/8334 nömrəli ekspert rəyində borcun məbləğinin cavabdehə göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə hesablama aparılmadığından, eləcə də müəyyən edilmiş borc məbləğinə dair şübhələr mövcud olduğundan, ümumilikdə isə borcun məbləğinin müəyyən edilməsi üçün əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur.

22. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixindən borcun hesablanması işin obyektiv həlli baxımından zəruri olduğundan apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmçinin cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə ödənişlər aparmasına dair qəbzlərin təqdim edilməsi də nəzərə alınmışdır. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq cavabdehin 01 avqust 2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borc üzrə məbləğin 38776,72 manat və faiz borcu üzrə məbləğin 30128,61 manat olması müəyyən edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hə r hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli rəyinə istinad edilməlidir.

24. Həmin rəydə cavabdehin əsas borcu 38776,72 manat müəyyən edilsə də, apellyasiya kollegiyası MPM-in 218.3-cü maddəsinə əsasən hesab etmişdir ki, iddiaçı tələbində əsas borcun 38596,60 manat tutulmasını tələb etdiyindən əsas borca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur.

25. Lakin iddiaçı 01 avqust 2023-cü il tarixə, yəni kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxta qədər faiz borcunu tələb edə bilərdi ki, həmin tarixə faiz borcu 30128,61 manat müəy yən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı ekspert rəyində borcun məbləğinin cavabdehə göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə hesablama aparılmamışdır.

26. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz borcu 30128,61 manat müəyyən edilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Çünki cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda həmin dəlillər ekspert rəyi ilə təkzib edilmişdir.

27. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yeri nə yetirməsindən azad etmir.

28. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarına istinad edilməklə əsassız hesab olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 399.4, 442, 448.1, 448.2, 739, 740-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

30. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-3396/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndəri lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 422.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 217.3-cü maddələrini pozmuşdur.

32. Belə ki, kassator müqavilə bağlanandan sonrakı dövrdə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, sonradan bunu edə bilməmişdir. Belə ki, dünyada baş vermiş iqtisadi proseslər nəticəsində cavabdehin gəlirləri kəskin azalmışdır. Cavabdeh iddiaçıya ödəmə qabiliyyətinin azaldığını bildirmiş, aralarında bağlanmış müqavilənin şərtlərinə yenidən baxmasını xahiş etmişdir. Onun bu təklifləri İddiaçı ASC-nin əməkdaşları tərəfindən müsbət qarşılansa da, sonradan Bankın ləğv olunması aralarında yarana biləcək razılaşmanı mümkünsüz et mişdir. İddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə yenidən baxılsa, cavabdehin müqavilə öhdəliklərinin icrası mümkün olacaqdır. Apellyasiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamışdır.

33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

34. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

36. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının predmetini kassatorun şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdir ə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öh dəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı q iymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh faktiki olaraq iddiaçı qarşısında öhdəliyinin olmasını və borcun məbləğini mübahisələndirmir.

41. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdeh borcu üzrlü səbəbdən, yəni maddi vəziyyətinin ağırlaşması nəticəsində ödəməmişdir.

42. Lakin, apellyasiya instansiyası məhkəməsi cavabdehin oxşar dəlilinə uyğun hüquqi qiymət verərkən əsaslı olaraq qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi, gəlirlərinin aşağı düşməsi onu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından azad etmir.

43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-3396/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar