Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-112/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1 Səmid qızı, Cavabdeh2, X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-112/21 (Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Səmid qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və ipoteka yönəltmə tələbinə dair mülki iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1258/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı cavabdeh Cavabdeh1 Səmid qızının kassasiya şikayətinə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 Səmid qızına 120 ay müddətinə 50000 ABŞ dolları miqdarında kredit xətti açıb.
2. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə cavabdeh Cavabdeh1 Səmid qızı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq 1.8333 faizlə 30000 ABŞ Dolları məbləğində məbləğində kredit verilib.
3. Öhdəliyin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilə si, həmçinin Cavabdeh1 Səmid qızına məxsus Sumqayıt şəhəri,17-ci məhəllə, ev 26, mənzil 3-ə dair ipoteka müqaviləsi bağlanmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 03R********** saylı kredit müqaviləsi üzrə 23.212,5 ABŞ dolları əsas, 5.068,54 ABŞ dolları faiz və 19.823,65 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 48.104,69 ABŞ dolları borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclular Cavabdeh1 Səmid qızı,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq kreditor “xxxx”QSC-yə ödənilməsi, tutmanın Sumqayıt şəhəri,17-ci məhəllədə yerləşən 26 nömrəli Cavabdeh1 Səmid qızının m ülkiyyətində olan 3 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılmasİ, satışdan əldə edilmiş vəsait hesabına borcun bağlanması, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğin Cavabdeh1 Səmid qızı,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.
6. Borc xx.xx.2018-ci il tarixədək hesablanıb.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 467, 472, 501-ci, “İpoteka haqqında” Qanunun 34.1.1-34.1.3-cü maddələrinə istinad etmişdir.
8. Cava bdeh Cavabdeh1 Səmid qızı məhkəmə iclasında iddia tələbinə etirazın onunla əsaslandırıb ki, dünyada baş verən iqtisadi böhranla əlaqədar maddi vəziyyəti çətinləşib.
9. Cavabdeh1 hesablanmış faizlərin və dəbbə pulunun silinməsini xahiş etmişdir.
10. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8878/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə milli manat ekvivalentində 23.212,5 ABŞ dolları əsas borc, 5.068,54 ABŞ dolları faiz borcu və 5.000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 33.281,04 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan 21 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının borclular Cavabdeh1 Səmid qızı, Cavabdeh2 və Cavabdeh3 m üştərək qaydada tutularaq kreditor “xxxx”QSC-yə ödənilməsi, tələbin Sumqayıt şəhəri,17-ci məhəllədə yerləşən 26 nömrəli evin Cavabdeh1 Səmid qızının mülkiyyətində olan 3 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 27.468 manat müəyyən edilməsi, daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 33281,04 ABŞ dolları və 51 manat məbləğində pulun İddiaçıQSC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 Səmid qızına qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Məmmədov)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, 03R********** saylı kredit xətti müqaviləsi üzrə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində Cavabdeh1 Səmid qızına kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli sazişə əsasən əsasən kredit xətti müqaviləsinə dəşişiklik edilmiş, kredit müddətinin vaxtı 202 ay müddətinə, məbləği 500.000 ABŞ dollarına dəyişdirilmişdir. Kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 Səmid qızına xx.xx.2015-ci il tarixli 03R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq i 1.8333 faizlə 30000 ABŞ doları məbləğində kredit verilmişdir.
12. Kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri, A.Əliyeavının özü ilə ipoteka müqaviləsi bağlanmışdır.
13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlib ki, iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 Səmid qızı arasında bağlanmış kredit razılaşması mahiyyət etibarilə borc (k redit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə öhdəsinə götürsə də, lazımi qaydada ödəməni həyata keçirməmiş və nəticədə kreditora borcu yaranmışdır.
14. Məhkəmə 19823,65 ABŞ dolları dəbbə pulunu tənasübsüz hesab edərək, azaldıb, dəbbəni 5000 ABŞ dolları məbləğində saxlamışdır.
15. İpoteka predmetinin hərracda ilkin satış qiymətinin 27468 manat müəyyən etməsini məhkəmə onunla əsaslandırıb ki, həmin qiyməti ipoteka müqaviləsində tərəflər özləri razılaşdırıblar.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 319.1, 385.1, 439.1, 442, 448,1, 462.1, 472.1, 739.1, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 a pelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, müqavilədə göstərilən məbləğ ona ABŞ dolları ilə deyil, manatla verilib.
19. Krediti götürəndə ABŞ dollarının manata məzənnəsi 0,78 manat olub, sonradan manat 100 faizdən çox ucuzlaşıb. Müqavilə bağlayarkən manatın məzənnəsinin bu qədər düşəcəyini əvvəlcədən görə bilməzdi.
20. Kreditdən 12923,29 ABŞ dolları ödəsə də, qaytardığı məbləğ əsas borcdan deyil, faizdən çıxılıb. Bank faziləri şişirdib.
21. Sumqayıt Apelyasiya Məhkəməsi 19 fevral 2019-cu il tarixli qərardadla məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit müqaviləsinin müdddətini bitdiyi xx.xx.2018-ci il tarixə cavabdehin borcunun nə qədər olması və mənzilin ba zar qiyməti barədə sual qoyulmuşdur.
22. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 17386 saylı rəyində qeyd edilib ki, Cavabdeh1 Səmid qızının 03R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2018ci il tarixinə 26.382,42 ABŞ dolları əsas, 8.711,41 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə borcu 35.093,42 ABŞ dolları təşkil edir.
23. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1258/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8878/2018 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 Səmid qızı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5000 ABŞ dolları tutulması göstərilən məbləğ azaldılaraq 2500 AB Ş dolları həddində müəyyən edilmiş, qətnamənin qalan hissədə Cavabdeh1 Səmid qızına münasibətdə dəyişdirilmədən saxlanması, iş üzrə ekspertiza xərcinin Cavabdeh1 Səmid qızına aid edilməsi qət etmişdir. (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mühasibatlıq ekspertizasının rəyi iş üzrə mötəbər sübutdur.
25. Ekspert rəyinə əsasən hesablanmış əsas və faiz borcu iddia tələbindən artıq olduğuna görə apellyasiya məhkəməsi hesab etmişdir ki, 23.212,5 ABŞ dolları məbləğində əsas, 5.068,54 ABŞ dolları faiz borcu hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir
26. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 5000 ABŞ dolları cərimə borcu yüksəkdir və həmin məbləğ azaldılaraq 2500 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
27. Apelyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 467, Mülki Prosessual Məcəllənin 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı Cavabdeh1 Səməd qızı (vəkil Fətullayev Mircəlal Mirələm oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxx 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş k reditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. 30. 2015-ci il 21 fevral və 22 dekabr tarixlərində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100% faiz qiymətdən düşməsi müqavilə üzrə öhdəliklərin icrasını qeyri-mümkün etmişdir.
31. Kredit müqaviləsini imzalayarkən. 1 ABŞ dollar 0.78 manat idi. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemim yox idi. Sonradan isə ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən çox qalxmışdır.
32. Həm də 2500 ABŞ dolları tutulması ədaləti sizdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüq uqu vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının qismən ləğv edilməsini xahiş etsə də, hansı hissənin ləğv edilməsini konkret göstərməmişdir. Şikayətin məzmunundan görünür ki, qətnamə borc, o cümlədən cərimə məbləğinin çox olması hissəsində mübahisələndirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və borcun ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ödənilməsi barədədir.
41. İşin apelyasiy a instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
42. Cavabdeh1 apellyasiya şikayətində borc məbləğinin şişirdilməsini bildirmiş, apellyasiya məhkəməsi həmin dəlili yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə əsas və faiz borcu məbləğinin iddia tələbində göstərilən məbləğdən də çox olması təsdiq edilmişdir. Apellyasiya məhkəməsi də məhz həmin rəyə istinadən əsas və faiz borcu hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddia tələbinin hədd baxımından əsaslı saymışdır.
43. Kassasiya şikayətinin cərimə məbləğinin çox olması barədə dəlilinə gəldikdə, bu dəlil əs assızdır.
44. Qeyd edilməlidir ki, iddiaçı bank 19823,65 ABŞ dolları cərimə tələb etmiş, birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə çox hesab edərək, cəriməni 5000 ABŞ dolları məbləğində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsinbdə Cavabdeh1 həmin hissədə şikayətini əsaslı sayaraq, cərimə məbləğinin 2500 ABŞ dollarına endirmişdir.
45. Başqa sözlə, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin təxminən 4 dəfə azaltdığı cərimə məbləğini daha iki dəfə də azaltmışdır.
46. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsas, faiz və cərimə borcunun məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Səmid qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1258/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.