Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1121/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Cavabdeh və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (M.İ.Qarayev, iş 2(024)224/2018) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsin in ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, 037İSMP25515801 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh ümumi qaydada 9325.00 manat kredit borcu, 312.31 manat kreditdən istifadəyə görə faiz borcu, 328.06 manat penya borcu olmaqla cəmi 9965.37 manat borc, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldilməsi və fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər, penya və dövlət rüsumunun ödənilməsi, iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair hissəsinin rədd edilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev, iş 2(107)-1723/2018) Qax rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(024)-224/2018 nömrəli qət naməsinin dəyişdirilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m. ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 (qırx beş min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barə də tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, 037İSMP25515801 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh ümumi qaydada 9325.00 manat kredit borcu, 312.31 2 manat kreditdən istifadəyə görə faiz borcu, 8328.06 manat penya borcu olmaqla cəmi 17965.37 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yard ımçı sahəsi 112.1 kv.m-dən ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m. ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci cavabdehlər tərəfindən bir ay ərzində boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh tərəfindən ümumi qaydada icra edilməsi haqq ında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki,Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 201 5-ci il tarixli, 037İSMP25515801 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 6% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 25 iyun 2015-ci il tarixli, 037YASEV25515801 saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m, yardımçı sahəsi 112.1 kv.m. ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi cavabdehin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi əsasında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2017-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh 3(üç) bank günü müddətindən banka olan borclarını ödənilməsinin təmin edilməsini xahiş edilmişdir. İşdə olan 04.01.2017-ci il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh iddiaçıya 9325.00 manat kredit borcu, 312.31 manat kreditdən istifadəyə görə faiz borcu, 8328.06 manat penya borcu olmaqla cəmi 17965.37 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi seriya RX, № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m. ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi seriya RX, № ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 152.1 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 112.1 kv.m. ibarət 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 24.01.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30.4 manat məbləğində ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehdən əsas borcun, faizlərin, cərimənin tutulması, tutmanın ip oteka predmetinə yönəldilməsi ilə bağlı gəldiyi qənaəti əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442 və 443.1-ci maddələrinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəm əyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da, borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun banka 25 iyun 2015-ci il tarixli, 037İSMP25 515801 saylı kredit müqaviləsinə əsasən 9325.00 manat kredit borcu, 312.31 manat kreditdən istifadəyə görə faiz borcu yarandığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı kreditin borcun əsas borcuna münasibətdə tam şəkildə cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşə bu kontekstdən yanaşan apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə əsas kredit məbləği ilə yanaşı uyğun olaraq faizlərin də cavabdehdən tutulması tam qanuna və müqaviləyə uyğundur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən 9325.00 manat məbləğdə əsas kredit borcu, 312.31 manat məbləğdə faiz, 328,06 manat cərimə borcu olmaqla, cəmi 5382 manat və 28.02.2014-cü il tarixli əlavə razılaşmaya əsasən 9325.00 manat kredit borcu, 312.31 manat kreditdən istifadəyə görə faiz borcu, 328.06 manat penya borcu olmaqla cəmi 9965.37 manat borc məbləğinin tutularaq iddiaçıya qaytarılması ilə bağlı birinci instansiy a məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi Qax rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsində mülki iş üzrə müvafiq qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətinə münasibət bildirməməsini hüquq pozuntusu kimi dəyərləndirmişdir. İpoteka haqqında Azərbaycan Respublikasını qanununun 39.3.3-cü maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi ipoteka haqqında Azərbaycan Respublikasını qanununun 39.3.3-cü maddəsini rəhbər tutaraq ipoteka predmetinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində müəyyənləşdirilməsini məqsədə müvafiq hesab etmişdir. İşdə olan ipoteka müqaviləsinə görə “ipoteka predmetinin” qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıraraq, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməyərək, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə ipoteka haqqında Azərbaycan Respublikasını qanununun tələblərini pozduğuna görə həmin hissədə qətnaməyə dəyişiklik etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiy ası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 24 avqust 2018-ci il tarixli, 2(107)-1723/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1121/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1121/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver