Məhkəmə qərarları › İş №2(102)-1121/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1121/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1121/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdehlər: Cavabdeh1, X2 və Cavabdeh3 İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh3 Qarşılıqlı iddia üzrə cavabdeh:˝İddiaçı˝ QSC Qarşılıqlı iddia tələbi: zaminlik müqaviləsinə xitam verilməsi Açar sözlər: zaminin məsuliyyəti, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən ˝ıçaiddİ˝ QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə xx xxxx 2019-cu il tarixdən gec olmayaraq verilməklə 50000 ABŞ dollar məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış, həmin müqavilə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2011-ci il tarixli zami nlik müqaviləsinə əsasən Cavabdeh3, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən X2 borclu Cavabdeh1 ˝ıçaiddİ˝ QSC qarşısında kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X2 və Cavabdeh3 müştərək qaydada ˝ıçaiddİ˝ QSC-nin xeyrinə 01R000013680 saylı kredit razılaşması üzrə 13167.34 ABŞ dolları məbləğində kredit borcu, 7862.81 ABŞ dolları məbləğində faiz borcu və 12979.72 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34009.87 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh3 qarşılıqlı iddia qaldıraraq, ˝ıçaiddİ“ QSC ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx.xx.2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, xx.xx.2014-cü il tarixli kredit razılaşmasının eləcə də əlavə sazişlərin qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2018-ci il tarixə ˝ıçaiddİ˝ QSC-yə olan əsas kredit borcu 15397,99 ABŞ dolları, faiz borcu 5761,32 ABŞ dolları təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1064/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 13167,34 ABŞ dolları məbləğində əsas borc, 57 61,32 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20928,66 ABŞ dolları məbləğində pulun, qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla hesablanaraq iddiaçının xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ˝ıçaiddİ˝ QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı bank həmin qətnamənin ilk iddianın zaminlərə münasibətdə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsindən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, zaminlərə münas ibətdə iddia tələbini təmin etməməklə məhkəmə mühüm əhəmiyyətli faktları nəzərə almamış və bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı borclu ilə yanaşı zamin Vədud Qasımov tərəfindən də imzalanmış və sonuncu müqavilə şərtlərinə, o cümlədən faiz dərəcəsinə razılığını bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1912/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev, G.F.Tağızadə, L.M.Məmmədova) iddiaçıın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsasla ndırmışdır ki, ˝ıçaiddİ˝ QSC və Cavabdeh3 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, Vədud Qasımov arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinin preambulasında göstərilir ki, bu müqavilə ˝ıçaiddİ˝ QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Göründüyü kimi, kredit xətti müqaviləsi zaminlik müqavilələrindən əvvəl bağlanılmış və zaminlər kredit xətti müqaviləsinə zamin dayanarkən onun şərtlərini görmüşdür. Həmin şərtlərdə isə sadəcə olaraq Bankın 120 ay müddətinə Cavabdeh1 50000 USD kredit vermək öhdəliyini öz üzərinə götürməsi qeyd edilmiş, lakin bunu hansı faiz d ərəcəsi ilə verəcəyi, kredit müqaviləsinin özünün hansı müddətə bağlanacağı öz əksini tapmamışdır. Həmçinin qeyd edilmişdir ki, bankla Cavabdeh1 arasında kredit razılaşması müqaviləsi xx.xx.2014-cü il tarixində bağlanmışdır ki, həmin müqavilənin 1.1-ci bəndinə göstərilir ki, Bank məbləği 30000 ABŞ Dolları olan krediti aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə kredit alana verir. Göründüyü kimi Kredit xətti müqaviləsində veriləcək kreditin illik faiz dərəcəsi müəyyən edilməmiş, həmin kreditin illik faiz dərəcəsi borclu Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşması müqaviləsində öz əksini tapmışdır. Lakin sözügedən kredit razılaşması müqaviləsi barədə zaminlər Cavabdeh3 və Vilayət Qasımov məlumatlandırılmamış, onların həmin kredit razılaşması müq aviləsi barədə razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ilk iddianın zaminlərə münasibətdə təmin edilməməsi və qarşılıqlı iddianın təmin e dilməsi hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, zamin kreditor bank tərəfindən kredit məbləğinin faizlə veriləcəyini bilmiş və bununla razılaşaraq öz iradə ifadəsi əsasında zaminlik müqaviləsini bağlamışlar. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı borclu ilə yanaşı zamin Vədud Qasımov tərəfindən də imzalanmış və sonuncu müqavilə şərtlərinə, o cümlədən faiz dərəcəsinə razılığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərda r edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. H əmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk iddia tələbi kredit müqaviləsi üzrə borcun borclu və zaminlərdən kreditorun xeyrinə tutulması, qarşılıqlı iddia tələbi zaminliyə xitam verilməsi ilə bağlıdır. Hazırda kassasiya baxışının predmetini ilk iddianın zaminlərə münasibətdə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnamənin yoxlanılması təşkil edir. İ şin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı bank ilə borclu arasında xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi bağlanmış, bundan sonra borclunun öhdəliklərinin təminatı kimi xx xxxxxx 2011-ci il tarixdə Cavabdeh3, xx.xx.2013-cü il tarixdə isə Vədud Qasımovla zaminlik müqaviləsi bağlanılmışdır. Bundan sonra bank borcluya açdığı kredit xətti müqaviləsi əsasında xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 30.000 ABŞ dolları məbləğində kredit vermişdir. İşin digər halı ondan ibarətdir ki, zaminlərin borclunun öhdəlikləri üzrə məsuliyyəti üzərinə götürdükləri kredit xətti müqaviləsində kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleni munun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki,...˝ Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nət icələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə b ağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...˝ Konstitusiya Məhkəməsinin göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, zaminin məsuliyyətinin yaranması onun müqavilənin bütün şərtləri, yəni kreditin məbləği, müddəti və faizləri ilə barədə şərtləri ilə tanış olaraq və bundan sonra həmin şərtlərlə razılaşması ilə şərtlənir. İş materiallarından görünür ki, zamin Cavabdeh3 kreditin məbləği və müddətinə dair şərtlərlə razı olduğunu ifadə etsə də, onun kreditin illik faiz dərəcəsi ilə bağlı razılığı alınmamışdır. Lakin digər zamin Vədud Qasımov kreditin müddəti və məbləği ilə bərabər, faiz dərəcəsi ilə bağlı şərtlərlə razılaşdığını yazılı qaydada ifadə etmişdir. ( i.m. 6-cı səhifə) Görüdüyü kimi, apellyasiya instansiyası məhkəməsi zamin Cavabdeh3 illik faiz dərəcəsi ilə bağlı razılığı alınmadığından onun məsuliyyətinin artması, bunun da zaminliyin xitamına əsas olması barədə düzgün nəticəyə gəlsə də, digər zaminin kreditin faiz dərəcəsi ilə razılığını təsdiqləyən yuxarıda qeyd edilən sənədə və bununla bağlı iddiaçının mübahisənin həlli üçün əhəmiyyət kəsb edən dəlilinə ümumiyyətlə hüquqi qiymət verməməklə, ona aid hissədə iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi X1 aid hissədə ləğv edilməli, iş həmin hissədə yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi X1 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar