Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1121/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5173/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səlahiyyətli Təşkilatlara yazılmış ərizələrə əsasən Cavabdeh1 və Cavabdeh2, İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi götürmüşlər. Borcu 15 ay müddətinə kimi, hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-293/2022 saylı 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edi lmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 1 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 götürülmüş 13.950 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq onlara verilməsi, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi, 130 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırmı şdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.950 manat məbləğində borc pulu iddiaçılardan xx.xx.2021-ci il tarixdə alaraq halhazıradək qaytarmamışlar və qaytarmaqdan yayınmışlar.
6. Belə ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 özünə məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili alıcı İddiaçı2 13950 manata satmışdır. Həmin avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair Cavabdeh1 adına etibarnamə ver ilmişdir.
7. Avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 və İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1la Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür.
8. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malik olmuşdur.
9. Cavabdeh1 İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mübahisəli avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə İddiaçı1 və Cavabdeh2 müst əqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı2 isə Cavabdeh1 qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2( 004)-293/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı2 arasında mübahisəli avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)3037/2022 saylı qətnaməsində Cavabdeh1 Cavabdeh2 ilə birlikdə səlahiyyətli təşkilatlara yazdığı ərizədə avtomobili almaq üçün 13950 manat məbləğində pulu İddiaçı1 götürmələ rini təsdiq etmişlər. Yəni Cavabdeh1 yazdığı ərizəsində 13950 manat pulun İddiaçı2 adından qanuni olaraq etibarnamə əsasında çıxış edən İddiaçı1 götürdüyünü bildirmiş və bunu imzaları ilə təsdiq etmişlər və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində təsdiq olunmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-3037/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, avtomobili almaq üçün 13950 manat məbləğində borc pul Cavabdeh2 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malik olmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, “....avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə X2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 pulu götürülmüşdür.”
12. İşdə iştirak edən tərəflər həmin qətnamədən kassasiya şikayəti verməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-3037/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. 13950 manat məbləğində borc pul isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmamış və onlar pulu qaytarmaqdan tamamilə yayınmışlar.
13. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 439.3, 442, 448,449-cu və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istin ad etmişlər.
14. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, X3 Hicranı da aldatmışdır. Bu səbəbdən iddia təmin edilməməlidir.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-964/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13950 manat məbləğində pulun və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. (hakim Ülkər Yusifova)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi almış, borcu 15 ay müddətinə hər ayın 11-ci günündən gec olmayaraq ayda 9 30 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd edilən avtomobil faktiki olaraq Cavabdeh1dır. Lakin cavabdehlər üzərilərinə götürdükləri öhdəliklərə əməl etməmiş, avtomobil almaq üçün götürülən borc məbləğini iddiaçıya qaytarmamışlar.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-(103)-3037/2022 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc götürməsi təsdiq olunmuşdur. Həmçinin cavabdehlər borcu 15 ay müddətinə hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “Hyundai Elantra minik” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata alıcı İddiaçı2 satmışdır. Həmin avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adında qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə Cavabdeh1 a dına xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir.
18. Həmçinin İddiaçı2 “Hyundai Elantra” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq onun tərəfindən eyni tarixdə həmin avtomobilə dair Cavabdeh1 etibarnamə verməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədilə ilə bağlandığı barədə nəticə yaratmışdır. Bununla yanaşı, “Hyundai Elantra” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə X2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borcu da X2 və Cavabdeh 1 İddiaçı1 götürmüşlər.
19. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbinin X2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13950 manat məbləğində pulun onlardan alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi hissəsində iddia qismən təmin edilməli, 13950 manat məbləğində borc X1 və Cavabdeh1 alınaraq İddiaçı1 verilməlidir. Belə ki, 11 mart 2023-cü il tarixli ərizədən göründüyü kimi borc pul X2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borc öhdəliyini öz üzərilərinə götürmüşlər. İddiaçı1 13950 manat borc aldıqlarını öz imzaları ilə təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı qaydada müqavilə mövcud olmuşdur. İddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməy ən cavabdehlər borcu qaytarmamış, bununla da iddiaçıların tələb hüququ yaranmış və bu zaman iddia müddətini də ötürməmişlər.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin “qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi” hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən belə bir şərtin nəzərdə tutulduğu müqavilə və ya bu hissədə iddia tələbini əsaslı edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 331.1, 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh1 apellyasiya şikayət i verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - qətnamədə qeyd olunmuşdur ki, avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür; - dəfələrlə məh kəmədə xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitinin borc olaraq götürürlməsi ilə bağlı ərizəyə Cavabdeh1 tərəfindən imza atılmadığı bildirilsə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş, eləcə də xətşünaslıq ekspertizası keçirilməmişdir.
24. Cavabdehin nümayəndəsi apellyasiya baxışında vəsatət verərək, iddiaçının istinad etdiyi borc sənədindəki imzanın Cavabdeh1 məxsus olub-olmamasını müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5173/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən v ə məruzəçi), Fuad Babayev, Günay Axundova)
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tələbi cavabdehlərin imzaladıqları borcun etirafı sənədinə əsaslanır. Hazırda mübahisə predmeti olan borc razılaşmaya əsasən etiraf olunmuşdur. Cavabdeh iddiaya etiraz olaraq göstərilən sənədin ona aidiyyəti olmadığını, sənəddəki imzanın onun tərəfindən icra olunmadığını bildirmiş, həmçinin istinad etdiyi halın müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertiza keçirilməsinə dair vəsatətlə müraciət etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi vəsatəti əsassız hesab edərək rədd etmiş və göstərmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyy ən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinadən göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məh kəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.
29. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçıların və cavabdehlərin tərəf olduqları mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş çərçivəsində müzakirə edilməsi mümkün olmayan hallardan göründüyü kimi “...mübahisəsiz halları ondan ibarətdir ki, Ca vabdeh2 və Cavabdeh1 İddiaçı1 13.950 manat məbləğində pul vəsaitini borc almış, borcun təminatı qismində Cavabdeh1 məxsus olan “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı2 satılmış, İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə görə isə qeyd olunan borc ödənildikdən sonra avtomobilin yenidən sonuncunun adına qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı2 “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq, sonuncu tərəfindən eyni tarixdə həmin avtomobilə dair Cavabdeh1 etibarnamə verməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədilə bağlandığı barədə nəticəni yaradır.”
30. Həmin qətnamədə göstərilmişdir ki, “... avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13.950 manat məbləğində borc isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür”.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə dəyişdirilməmiş saxlanılmış birinci instansiya məhkəməsinin 2(004)-293/2022 saylı 1 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq, cavab deh hazırki icraat çərçivəsində 13.950 manat məbləğində pulun onun tərəfindən İddiaçı1 götürülmədiyinə istinad etmiş və bu halın araşdırılması üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Halbuki sözügedən qətnaməyə əsasən müəyyən edilmiş faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir və Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinin məzmunun görə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallar hazırki mülki iş üzrə artıq müəyyən edilmiş faktlar kimi qəbul edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehlərdən razılaşmanın icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə razılaşma üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə, iddiaçının bu hüququnu pozm uşlar. Cavabdehlər öz müqavilə öhdəliyini icra etmədiklərindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425, 445, 448.1, 739, 882, 882.5-ci və Mülki-Prosessual Məcəllənin 82.3-cü maddələri əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edilmişdir. Məhkəmə tərəfindən vəsatə t təmin edilərək, məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Belə ki, məhkəmə tərəfindən Cavabdeh1 imza nümunələrinin götürülməsi istənilmişdir. Onlar öz növbəsində məhkəmə tərəfindən təyin olunan tarixdə məhkəmə iclasında iştirak etməyə çalışarkən məhkəmə onların məhkəmə iclasına 4 (dörd) dəqiqə gecikməsini əsas gətirərək, artıq sözügedən məhkəmə iclası ilə bağlı qərar qəbul edildiyini bildirmişdir. Hesab edirlər ki, məhkəmə xətşünaslıq ekspertizası təyin edilməli, buna görə də iş yeni apellyasiya baxışına qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, göstərmişdir ki, hazırki işdə preyudisial xarakterli məhkəmə aktı olduğu üçün qətnamə qanuni və əsaslıdır, buna görə də şikayə t təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəf lər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
445. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də b elə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Ma ddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən və Cavabdeh1 aid hissəsi üzrə olub, buna görə qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
42. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı borcun etirafı barədə sənədə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına istinad etmişdir.
43. İşdən də görünür ki, işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələr c avabdehin iddiaçıdan 13950 manat borc almasının tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilməsinə istinad etmişlər.
44. Nəzərə alınsa ki, mülki prosessual qanunvericiliyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, belə olan halda, cavabdehin iddiaçıdan 13950 manat borc alması işin mübahisəsiz halına çevrilmiş olur.
45. Borc sənədindəki imzanın Cavabdeh1 məxsusluğu ilə bağlı xətşünaslıq ekspertizasının təyin edilməli olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır.
46. Belə ki, işdən görünür ki, cavabdeh borc sənədindəki imzanın ona məxsusluğu ilə bağlı xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi 31 oktyabr 2023-cü il tarixli qərardadla həmin vəsatətin təmin etməmiş, bunu da Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3037/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və həmin qətnamə ilə dəyişdirilməmiş saxlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-293/2022 saylı 01 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Həmin qətnamələrdə hazırda mübahisə predmeti olan borcun Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürüldüyü müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh hazırki icraat çərçivəsində 13.950 manat məbləğində pulun onun tərəfindən İddiaçı1 götürülmədiyinə istinad edir, bu halın araşdırılması üçün ekspertiza keçirilməsini xahiş edir. Halbuki sözügedən qətnaməyə əsasən müəyyən edilmiş faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir və Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinin məzmunun görə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallar hazırki mülki iş üzrə artıq müəyyən edilmiş faktlar kimi qəbul edilməlidir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5173/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.