Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1121/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “TƏBİB” X5 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi, öhdəliyin yaranması əsasları, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)- 6305/2024 nömrəli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı İİ tip şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulmuş şəkərsalıcı dərmanların, eləcə də özünə nəzarət vasitələrinin verilməsini təmin etmədiyi üçün vurulmuş 5590 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il ildən Bakı şəhəri X4 X6 tərkibində olan 1 №-li poliklinikada (əvvəllər 8 №-li şəhər poliklinik ası) İİ tip diabetli şəkər xəstəsi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 №-li Qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən müayinələrin) həcmi inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı vasitələrin, özünənəzarət vasitələrinin siyahısı və miqdarının və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı” Qaydalarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilmişdir. Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq edilmiş Qaydalara görə İİ tip şəkər xəstələrinə 2 aya 1 qutu qan da şəkəri təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 ədəd olmaqla), sidikdə şəkəri təyin etmək üçün 3 aya 1 qutu (1 qutuda 50 ədəd olmaqla) vizual test çubuqları verilməlidir. İddiaçıya təkcə bir dəfə 2009-cu ilin avqust ayında 1 qutu, içərisində 25 ədəd olmaqla qanda şəkəri təyin etmək üçün test çubuqları verilmiş və iddiaçıya məxsus tibbi kitabçada qeydiyyat aparılmışdır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalar barədə məlumatı olmadığı üçün özünənəzarət vasitələrinin verilməsini poliklinikadan tələb etməmiş və uzun illərdir ki, öz şəxsi vəsaiti hesabına əldə etmişdir. Hazırda satış şəbəkələrində 25 ədədli test çubuqlarının 1 qutusunun qiyməti 12 manat 50 qəpikdir. 50 ədədli test çubuqların qiyməti 25 manat təşkil edir. Qaydalara görə iki aydan bir 50 ədədli 1 qutu v erilməli olduğu nəzərə alınsa, il ərzində 6 qutu edir. Deməli, 6x25 manat = 150 manat, 2006-cı ildən qeydiyyatda olduğu üçün 17 ildə pulsuz verilməli olan, lakin verilmədiyi üçün öz şəxsi vəsaiti hesabına əldə etdiyi test çubuqların dəyəri 150 manat x 17 il = 2550 manat təşkil edir. Təqribən bir o qədər də, sidikdə şəkərin miqdarını müəyyən edən test çubuqların qiyməti təşkil edir. Verilməyən qlükometrlərin qiyməti isə (iddiaçıda olan məlumata görə 3 ildən bir verilməlidir) 45 manat (ədədin qiyməti) x 6 = 270 manatdır. Ölkədə olan şəkərli diabet xəstələrinin qeydiyyatda olan sayına uyğun olaraq dövlət büdcə vasitələri hesabına aldığı şəkərsalıcı dərman vasitələrini xəstələrə pulsuz verilməsi üçün poliklinikalara bölüşdürür. Dövlət tərəfindən ayrılmış dərman iddiaçının əmlakı hesab edildiyi üçün ona çatdırılmalı idi. Pensiyaçı olduğuna görə tibb müəssisəsinə getmədiyi hallarda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 20-ci maddəsinə əsasən dərmanlar yaşadığı ünvana göndərilməlidir. 2023-cü ilin mart ayından iddia verildiyi vaxta qədər pulsuz verilməli olan dərmanların dəyəri isə 10 (ayların sayı) x 22 manat = 220 manat təşkil edir. Deməli, pulsuz verilməsi nəzərdə tutulmuş, lakin tibb müəssisəsi tərəfindən verilmədiyi üçün öz vəsaiti ilə əldə etdiyinə görə iddiaçıya vurulmuş zərərin ümumi məbləği 2550 manat + 2550 manat + 270 manat + 220 manat = 5590 manat təşkil edir. Vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə və X4 X7 təkliflər göndərilsə də, onlar tərəfindən heç bir addım atılmamışdır.
4. Daha sonra iddiaçı iddia t ələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddiaçıya vurulmuş maddi zərərin, yəni 7750 manat pulun və ödədiyi 74 manat dövlət rüsumunun, eləcə də əlavə ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən “TƏBİB” Publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı İİ tip şəkərli diabet xəstəliyinə görə, endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. 1 nömrəli Poliklinikaya müraciət etdiyi zaman ay ərzində bir dəfə imtiyazlı dərmanlarla təmin edilmişdir. 16 mart 2023-cü ildə vətəndaş yenidən pulsuz dərman a görə müraciət etmiş, həkim xəstəyə vaxtından çox qabaq pulsuz dərman üçün müraciət etdiyini bildirmişdir. 17 mart 2023-cü ildə vətəndaş şöbə müdirinə yaxınlaşıb, həkimin ona pulsuz resept yazmadığını bildirmiş və başqa həkimə keçirilməsini tələb etmişdir. İmtiyazlı dərman aptekdə olmayandan heç bir həkim pulsuz resept yaza bilmir. Nərimanov rayonu üzrə imtiyazlı aptek 4 nömrəli şəhər poliklinikasının tabeliyindədir. Hər ay qeydiyyatda olan “Şəkərli diabet” xəstələrinin sayına uyğun olaraq imtiyazlı dərman qlükometr, qlükometr üçün çöplərə tələbnamə yazılır. İddiaçı müraciət etmədiyi dövrlər üzrə həmin dərmanları pul əvəzini istəyir. Cavabdeh 1 nömrəli Poliklinika şöbəsi olaraq həkim yalnız müraciət edən xəstəyə pulsuz resept yazır, 30 gündə bir dəfədən artıq olmayaraq. Nazirlər Kabinetin in 13 may 2005-ci il tarixli 87 № qərarına uyğun olaraq, pulsuz resept əsasında dərman Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyində olan 4 nömrəli şəhər poliklinikası tabeliyindəki aptek tərəfindən verilir. Göründüyü kimi həmin dərmanlar Cavabdeh PHŞ-də olmur və Mərkəz olaraq həmin dərmanlara bağlı sərəncam vermək hüququ yoxdur. 4 nömrəli şəhər poliklinikasında olan imtiyazlı aptek Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyindədir.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”-nin 10 may 2024cü il tarixli rəyinə əsasən, İddiaçı 02 fevral 2009-cu il tarixdən Cavabdeh PHŞ-nin tabeliyində olan 1 saylı poliklinikasında (əvvəllər 8 saylı şəhər poliklinikası) “Şəkərli diabet İİ tip” d iaqnozu ilə dispanser qeydiyyatdadır və ona təyin edilmiş diaqnoz düzgün olmuşdur. İddiaçı Cavabdeh PHŞnin tabeliyində olan 1 saylı poliklinikada (əvvəllər 8 saylı şəhər poliklinikası) müntəzəm olaraq ona imtiyazlı şəkər əleyhinə preparatlar yazılmışdır. Resept blankında qeyd olunan dərman preparatlarının təyinatı “Şəkərli diabet İİ tip” xəstəliyinə uyğundur. İddiaçı düçar olduğu “Şəkərli diabet” xəstəliyi uzun sürən xroniki gedişli xəstəlikdir. “Şəkərli diabet” xəstəliyi ilə qeydiyyatda olan xəstələrə təyinata uyğun olaraq qlükometr test çubuğu təyin oluna bilər və bunun üçün tələbnamənin yazılması zəruridir.
8. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 11 iyun 2024-cü il tarixli rəyinə əsasən, şəkərli diabet xəstəliyində istifadə olunan qlükometr üçün test çubuğunun 1 paketinin Azərbaycan üzrə: minimum bazar dəyəri 15,80 manat, maksimum bazar dəyəri 29,60 manat təşkil edir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(005)909/2024 nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyini ondan ibarət olmuşdur ki, şəkərli diabet xəstələrinə pulsuz dərmanlar həkimin resepti əsasında müalicə müəssisəsinin müqavilə bağladığı aptek vasitəsilə verilə bilər. Cavabdeh PHŞ-nin həkimi tərəfindən iddiaçıya resept təmin olunarkən həkim səhvinə yol verməsi, dərmanlarda natamamlıq olması iş üzrə keçirilmiş ekspert rəyi ilə inkar olunur. Digər tərəfdən, hazırkı mülki işdə isə iddiaçının maddi zərərin ödənilməsini tələb etdiyi dövr ərzində müvafiq şəhər poliklinikasına müraciət etməsi faktı öz əksini tapmamış, iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-6305/2024 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən həmçinin qeyd etmişdir ki, iddiaçının pulsuz şəkərsalıcı dərman vasitələri ilə t əmin olunması ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçı həmin dərman vasitələri ilə müntəzəm şəkildə təmin olunduğunu etiraf edir. İddiaçının qaldırdığı məsələ qlükometr test çubuğu ilə pulsuz təmin olunmaması barədədir.
16. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iddiaçı özü bu test çubuqları ilə pulsuz təmin olunması barədə heç vaxt tibb müəssisəsinə müraciət etməmişdir. Lakin, özünün də etiraf etdiyi kimi, bu günə qədər o, iki dəfə belə test çubuqları ilə pulsuz təmin olunmuşdur.
17. İddiaçının fikrincə, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın tələblərinə əsasən o, zərurət (gös təriş) olub-olmamasından, yaxud müraciət edib-etməməsindən asılı olmayaraq həmin test çubuqları ilə müntəzəm şəkildə pulsuz təmin olunmalıdır.
18. Apellyasiya kollegiyası bununla razılaşmamış və qeyd etmişdir ki, adı çəkilən “Qaydalar”da belə bir məcburi təminat qaydası nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bunun üçün tibbi göstəriş olmaqla yanaşı həm də xəstənin müraciəti olmalıdır. Hazırkı halda isə iddiaçı tərəfindən belə bir müraciət olunduğu iş materiallarından və eləcə də, onun özünün izahatından görünmür.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edi lmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydasına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-6305/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 51.3, 113.1, 217.4-cü maddələri pozulmuşdur.
22. Belə ki, təqdim edilmiş rəsmi sənədlərlə sübut edilmişdir ki, iddiaçıya cavabde h tərəfindən qanuna müvafiq olaraq pulsuz verilməli olan, lakin verilməyən özünənəzarət vasitələrinin əldə edilməsi üçün 7750 manat pul öz şəxsi vəsaiti hesabına ödənilmişdir. Yəni onun qeyd olunan dərman və özünənəzarət vasitələri ilə pulsuz təmin olunmaq hüququ cavabdeh tərəfindən pozulmasa idi, öz vəsaitini xərcləməzdi. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən hazırkı mübahisə ilə əlaqədar mülki hüquq qeyd olunan inyeksiya və özünənəzarət vasitələri pozuntusu törədilməmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə Təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın tələblərinə əsasən zəru rət (göstəriş) olub-olmamasından, yaxud müraciət edilibedilməməsindən asılı olmayaraq, kassator həmin test çubuqları ilə müntəzəm təmin olunmalı idi. Həmçinin qətnamədə qeyd edilmişdir ki, guya iddiaçı maddi zərərin ödənilməsi barədə poliklinikaya müraciət etməsi faktı öz əksini tapmamış, buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən əvvəl iddiaçının 1 N°-li poliklinikanın rəhbərliyinə və X3 maddi zərərin ödənilməsinə dair müraciətləri olmuşdur. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 ekspertlərinin verdiyi rəy qanunsuz, əsassız, yanlış olmaqla bərabər, natamamdır. Əslində ekspertizanın keçirilməsi həvalə edilmiş orqan onun səlahiyyətinə aid olmadığı üçün MPM-nin 101.5-ci maddəsinə görə məhkəmə qərardadı il ə icra olunmadan geri qaytarmalı idi.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materialları na uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
32. Belə ki, iddiaçının İİ tip şəkərli diabet xəstəsi kimi poliklinikanın qeydiyyatında olması işin mübahisəsiz halıdır.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli q ərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın tələblərinə əsasən pulsuz şəkərsalıcı dərman vasitələri ilə təmin olunmuşdur.
34. İddiaçının hazırkı tələbi, qeyd olunan Qaydalara əsasən onun qlükometr aparatları və test çubuqları ilə təmin olunmaması nəticəsində ziyana düşməsi barədədir. Məhkəmələr də, iddiaçının bu tələbini rədd edərkən, mövqeyini belə əsaslandırmışlar ki, iddiaçı bu özünənəzarət vasitələrinin alınması ilə bağlı cavabdehə müraciət etməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin belə əsaslandırılması ilə razılaşmır.
36. Belə ki, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq olunmuş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”na (2 nömrəli əlavə) əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alınırlar. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.... Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vas itələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
37. Həmin Qərarla təsdiq olunmuş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin Siyahısı və Miqdarına (1 nömrəli əlavə) Şəkərli diabet tip 2, insulinə ehtiyacı olmayanlar a Qanda şəkəri təyin etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) – 2 ayda 1 qutu, Sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd) – 3 ayda 1 qutu verilməlidir.
38. Qeyd olunmalıdır ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə şəkərli diabet üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsinə; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;... şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və xüsusi təyinatlı qida məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə və s. təminat verir.
39. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. Qanunun 7.3-cü maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə təs diq edilmiş “Şəkərli diabet üzrə” Dövlət Proqramının məqsəd və vəzifələri kimi şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətlərinin yüksəldilməsi və uzadılması; şəkərli diabetin fəsadlarından əmələ gələn əlilliyin, sağlamlıq imkanları məhdudluğunun və ölüm hallarının azaldılması; şəkərli diabet və onun fəsadlarının profilaktika sisteminin təşkili; şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi və s. müəyyən edilmişdir. X1 həyata keçirilməsindən gözlənilən nəticələr siyahısında şəkərli diabetlə xəstə olan insanların dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatı göstərilmişdir.
42. Həmçinin, Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə” Dövlət Proqramının 2.2-ci bəndində Dövlət Proqramının əsas vəzifələrindən bir kimi şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması müəyyən olunmuşdur.
43. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.2-ci bəndinə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi nəzərdə tutulmuşdur.
44. Göründüyü kimi, Azərbaycan Respublikası şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini, o cümlədən xəstəliyə düçar olmuş şəxslərin davamlı olaraq insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsini üzərinə götürmüşdür.
45. Bu zaman, şəxsin şəkərli diabet xəstəsi kimi müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alındığı halda, onun özünənəzarət vasitələrinin alınması üçün ayrıca olaraq xüsusi müraciət etməsi yuxarıda qeyd olunan normativ aktlarla nəzərdə tutulmamışdır.
46. Qeyd olunmalıdır ki, iddiaçının şəkərsalıcı dərman preparatlarının alınması ilə bağlı qeydiyyatda olduğu poliklinikaya mütəmadi müraciət etməsi və bu dərmanlarla təmin edilməsi apellyasiya məhkəməsin in müəyyən etdiyi haldır. Yəni, iddiaçı mütəmadi olaraq poliklinikaya gedib, bu dərman preparatları üçün resept almışdır.
47. Odur ki, cavabdehin Nazirlər Kabinetinin müvafiq qərarı ilə nəzərdə tutulan qaydada və müddətdə özünənəzarət vasitələri ilə təmin olunması üçün müraciət etməsinin sübut olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamış, gəlinən bu nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
48. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada qeyd olunan vasitələrlə təmin olunmadığı üçün öz hesabına almaqla ziyana uğradığını iddia etmişdir. Bu zaman o, qlükometr üçün test çubuqlarının 1 qutusunun qiymətini 25 manatdan hesablamışdır.
49. İş materiallarında o lan "xxxx" MMC-nin 11 iyun 2024-cü il tarixli rəyinə əsasən, şəkərli diabet xəstəliyində istifadə olunan qlükometr üçün test çubuğunun 1 paketinin Azərbaycan üzrə: minimum bazar dəyəri 15,80 manat, maksimum bazar dəyəri 29,60 manat təşkil edir.
50. Göründüyü kimi, iddiaçının tələb etdiyi vasitələrin qiymətlərində onların istehsalçısından və modeldən asılı olaraq 2 dəfəyə yaxın fərq vardır.
51. Həmçinin iddiaçı ziyanın məbləğini qeyd olunan vasitələrin hazırkı qiymətləri ilə tələb etmişdir.
52. Lakin, iddiaçı faktiki olaraq tələb olunan müddətdə hansı vasitələrdən istifadə etməsini əsaslandırmamış, məhz həmin istehsalçının və modelinin qiymətləri məhkəmə tərəfindən araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı 17 il ərzində ona verilməyən vasitələrin dəyərini tələb edir və bu müddətdə q eyd olunan vasitələrin qiymətində dəyişiklik də ola bilər.
53. Bundan əlavə, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq olunmuş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”na əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, işin tam və düzgün həlli məqsədi ilə Səhiyyə Nazirliyi hazırkı işə cəlb olunmalı və iddianın əsl cavabdehə qarşı verilməsi məsələsinə hüquqi qiymət verilməlidir.
55. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
57. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
58. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
59. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddianın əsl cavabdehə qarşı irəli sürülməsini, cavabdehin düzgün seçilməsi halında Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq olunmuş Qaydaların iddiaçıya münasibətdə tam tətbiq olunmaması nəticəsində ona ziyanın vurulub-vurulmamasını, bu ziyanın məbləğini araşdırmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-6305/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.