Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1122/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Xnun iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli 2(107)-1844/2018 nömrəli qətnaməsindən Cav abdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Fazil Əzimov küçəsində yerləşən 5 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu İddiaçı2 15 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Cavabdeh həmin vaxt müvəqqəti yaşamaq üçün onun xüsusi mülkiyyətində olan, Mingəçevir şəhərinin F.Əzimov küçəsindəki 5 nömrəli evə gəlin köçərək onlarla birlikdə yaşamışdır. Oğlunun Cavabdeh ilə birgə nikahlarından 11 dekabr 2012-ci il təvəllüdlü X1 adlı bir övladları olmuşdur. Cavabd eh 31 dekabr 2016-cı il tarixədək onun evində yaşamış, 31 dekabr 2016-cı il tarixdə isə valideynlərinə məxsus, Mingəçevir şəhərinin Z.Həsənova küçəsində yerləşən 2 saylı evin 5 saylı mənzilinə övladı ilə birlikdə getmiş və hazırki vaxtadək orada yaşamışdır. Cavabdeh ilə oğlu İddiaçı2 arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Artıq 8 aydır ki, Cavabdeh onlarla birgə yaşamır. Lakin, Cavabdeh onun evində qeydiyyatda qalmaqda davam etməsi onun bu ev üzərində mülkiyyət hüququndan tam istifadə etmək, onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırmış və pozmuşdur. Ona mülkiyyətində olan evindən qeydiyyatdan çıxması barədə xəbər versə də, Cavabdeh bu evə 2011-ci ildə gəlin köçüb yaşaması, evdə cehiz əşyalarının olması ilə əlaq ədar evdən istifadə hüququnun olmasını bildirmişdir. Buna görə də, Cavabdeh onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Fazil Əzimov küçəsində yerləşən 5 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, azyaşlı qızı X1la birlikdə ünvan 1 evə köçürülmələri haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2la 15 oktyabr 2011-ci ildə nikahlarını rəsmilşdirməklə ailə qurmuşdur. İddiaçı2la ailə qurduqdan sonra həmin vaxt onun daimi yaşadığı, yarımçıq təmirsiz olan, ünvan 1 ünvanda yerləşən 4 otaqlı evə gəlin köçmüş və həmin evdə cavabdeh İddiaçı2 ailəsi ilə birgə yaşamağa başlamışdır. Onlarla həmçinin ruhi xəstə olan qayınanası X2 da yaşamışdır. Birgə nikahlarından onların 11 dekabr 2012-ci ildə X1 adlı övladları olmuşdur. İddiaçı2la bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 10 may 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan başqa özü gəlin köçərkən mübahisəli evin heç bir sənədi olmamışdır. Çünki, ev yarımçıq olmuş, sonradan isə əlavə tikinti işləri aparılmışdır. Cavabdeh İddiaçı1 isə bu evi onlara verdiyini, odur ki, evin bütün təmir xərclərini, zəhmətini onların çəkməli olduğunu bildirmişdir. Özü mübahisəli evə gəlin köçdükdən sonra qaraj kimi istifadə olunan tikili yaşayış otağına çevrilmiş, evin qarşısı torpaqla doldurulmuş, daşla örtükləndirilmiş, 2 mərtəbəli evin hündürlü yündə dəmir çardaq qurulmuş, həyətdə yenidən qaraj, hamam və sanitar qovşağı tikilmiş, evin içində olan sanitar qovşağı, hamam kafellənmiş, yeni vanna, su qızdırıcısı qoyulmuş, dəhliz tam təmir olunmuş, kombi çəkilmişdir. Bütün pəncərələr dəmir çərçivəyə alınmış, əlavə otaqlar yaradılmışdır. Hazırda evin 2-ci mərtəbəsində isə 4 yaşayış otağı vardır. Təmir işləri gedəgedə İddiaçı1 mənzilə qeydiyyata düşməklərinin rahat olması üçün bir neçə otağa mülkiyyət hüququ almışdır. Həmin vaxt əri İddiaçı2 adına mənzilin qeydiyyata alınması o səbəbdən çətin olmuşdur ki, torpaq sahəsi İddiaçı1 adına olmuşdur. Bundan başqa, baldızı X3 ərdə olduğundan, ruhi xəstə qayınanası X2, qayınatası İddiaçı1, qaynı İddiaçı3la birgə yaşamış və birgə təsərrüfat aparmışdır. Ailənin bütün qazancı bir yerə yığılmış və b u ailədə onun funksiyası ailə üzvlərinə qulluq etmək, evdə işləyən ustalara xidmət göstərməkdən ibarət olmuşdur. Həmçinin qaynı X4in ailə qurmaq istəyi ilə əlaqədar ailənin birgə vəsaiti hesabına onun üçün 2 otaqlı, ünvan 2 ünvanda qaynatası İddiaçı1 adına rəsmiləşdirilməklə mənzil alınmışdır. Orada da paralel olaraq təmir işləri aparılmış, həmin ustaların da xidmətində özü durmuşdur. Qayınatası İddiaçı1 yaşadıqları evin 3 otağına mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra özü və uşağı da həmin ünvana qeydiyyata düşmüşlər. İddiaçı1la birlikdə yaşadıqları müddətdə evin kommunal xərclərini də ümumi birgə qazancları hesabına İddiaçı2 ödəmişdir. Bundan başqa İddiaçı1 ona qarşı mənzilə istifadə hüququnun olmamasnın müəyyən olunmasına dair iddia qaldırmışdır. Lakin, həmin iddianı qəbul etmir. Be lə ki, İddiaçı1 mülkiyyət hüququnu 20 dekabr 2013-cü ildə əldə etmiş, özü isə 16 oktyabr 2011-ci ildən həmin evdə ailə üzvü kimi yaşamışdır. Bundan başqa həmin evdə qeydiyyata alınmamış tikililər vardır. Hansı ki, onların dəyərinin artmasında özü də iştirak etmişdir. Nə qədər ki, özü Mingəçevir şəhəri, F.Əzimov küçəsində yerləşən 5 saylı evə gəlin köçərkən həmin tikiliyə İddiaçı1 mülkiyyət hüququ qeydə alınmamışdır və özü orada mübahisəsiz, razılıqla köçüb yaşamışsa, birgə təsərrüfatın idarə olunmasında iştirak etmişsə, onun həmin evə köçürülmək hüququ vardır. Buna görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim H.Mirzəliyev) 16 avqust 2017ci il tarixli 2(051)- 3560/2017 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair ilk iddiasının təmin edilməsi, Cavabdeh Mingəçevir şəhəri Fazil Əzimov küçəsində yerləşən 5 saylı evdən istifadə hüququnun olmaması müəyyən edilmiş, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli 2(107)1844/2018 nömrəli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X6) apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 16 avqust 2017-ci il tarixli 2(051)-3560/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil Şəki Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli 2(107)-1844/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 saylı evə gəlin köçərkən həmin tikiliyə İddiaçı1 mülkiyyət hüququ qeydə alınmamışdır və o mübahisəsiz, razılıqla həmin evə köçüb yaşamış, birgə təsərrüfatın idarə olunmasında iştirak etmişdir, buna görə də, onun həmin evə köçürülmək hüququ vardır. Məhkəmə onun iddiasını rədd edərkən Azərbaycan Respublikası Mənzil Məcəllənin 30-cu maddəsinin tələblərini göstərməklə qətnamə çıxarsa da, maddənin məzmunu təhrif edilmişdir. Belə ki, onlar arasındakı hüquq münasibəti yaranarkən mübahisəli fərdi yaşayış evi İddiaçı1 mülkiyyətində olmadığından məhk əmə bu münasibəti Mənzil Məcəlləsinin 30cu maddəsi ilə deyil, 68-ci maddəsinin müddəalarına və '‘Yaşayış yeri haqqında” Azərbaycan Respublikası qanuna əsasən həll etməli idi. Bundan əlavə, həmin mənzilin 2013-cü ildən tək mülkiyyətçisi İddiaçı1 olmamış, eyni zamanda keçmiş qaynanası X2 da olmuşdur. İş üzrə mənzilin digər mülkiyyətçisi X2 bu iddianın qaldırılmasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işin bu kimi halına hüquqi qiymət verməmişdir. Mülki və mülki prosessual qanunvericiliyin tələblərinə istinad etməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və vəkili X kassasiya şikay ətinin dəlilləri ilə razılaşmayaraq, onun təmin edilməməsini xahiş etmişlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh İddiaçı2la 15 oktyabr 2011-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, bundan sonra ünvan 1 ünvanda yerləşən 4 otaqlı evə gəlin köçmüş və həmin evdə cavabdeh İddiaçı2 ailəsi ilə birgə yaşamağa başlamışdır. Birgə nikahlarından onların 11 dekabr 2012-ci ildə X1 adlı övladları olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasında yaranmış narazılığa görə Cavabdeh iddiaçının evindən köçərək, valideynlərinə məxsus evdə yaşamağa davam etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, Cavabdeh mübahisəli evə 2011-ci il də gəlin köçən zam an ev dövlət qeydiyyatına alınmasa da, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Mingəçevir şəhərinin Fazil Əzimov küçəsində yerləşən 5 saylı ev 20 dekabr 2013-cü il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. Tərəflər arasında hüquq münasibətləri 15 oktyabr 2011-ci ildə yarandığından, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu mübahisənin həlli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış s ahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçü rüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məh kəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsa sında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Həmin qərara əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətçi İddiaçı1 məxsus evə 2011-ci ildə gəlin köçərək yaşamasına, birgə təsərrüfat aparmasına, hətta qeydiyyata alınmasına baxmayaraq ilk iddiaçının ailə üzvü statusuna malik olmadığı üçün onun mübahisəli mənzilə də heç bir hüququ yaranmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, kassator Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 saylı evə gəlin köçərkən həmin tikliyə İddiaçı1 mülkiyyət hüququnun qeydə alınmamış olması və bu qeydiyyatın 2013-cü ildə baş verməsi halı da ona həmin mənzilə istifadə hüququnun olması və bu əsasla da köçürülməsi hüququnu yaratmır. Belə ki, Konstitusiya Məhkəməsi “X.Məmmədov anın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.07.2014-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsasla ra və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mənzilə olan qeydiyyat yaşayış sahəsinə istifadə hüququ və ora köçürülmə üçün əsas yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən doğru olaraq ilk iddiaçının qanunla tanınan və qorunun mülkiyyət hüquqlarının olmasını da nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək üzrə hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddərat ını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, hazırki iş üzrə mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəllənin 30-cu maddəsinin və mülkiyyət hüquqlarına dair qanunvericilk müddəalarının məzmununu təhrif etmədən hazırki mübahisəni bu maddi hüquq normalarının tələblərinə və yuxarıda şərh olunan işin faktiki hallarına əsasən qanuni və əsaslı qaydada həll etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən etmişdir, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli 2(107)-1844/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-1122/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1122/2019
04.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver