Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1122/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3247/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(012)-1430/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı “borc pulun məcburi qaydada tutulması” barədə iddiası təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 5.540 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya verilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3247/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, M.Ə.Rzayev və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan 5.540 ABŞ dolları məbləğində pulun tut ulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Ramin Əliyev kassasiya şikayətin də göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətini ötürməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 375.1, 375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsini n gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Çiçək Abbasova və Mülayim Əliyevanın ifadələrinə, həmçinin Mülayim Əliyeva, Çiçək Abasova, İddiaçı və Elnarə Feyzullayevanın iştirakları ilə 04 iyul 2000-ci il tarixdə tərtib edilmiş yazılı qəbzə əsaslanaraq müəyyən etmişdir ki, cavabdeh həqiqətən iddiaçıdan 5.640 ABŞ dol ları məbləğində borc pul alıb. Cavabdeh 01 avqust 2000-ci il tarixədək həmin pulu iddiaçıya qaytarmağı öz öhdəsinə götürüb. Birinci instansiya məhkəməsi mülki iş materiallarında olan qəbzə və şahid ifadələrinə əsaslanaraq, cavabdehin iddiaçıdan 5.640 ABŞ dolları məbləğində borc pul almasına, həmin borc puldan 100 ABŞ dolları qaytarmasına, lakin qalan məbləği hazırki vaxtadək qaytarmamasına istinad edib və gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmayıb, eyni zamanda ca vabdehin məhkəmə iclasında iştirakını təmin etməyib və bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozub və nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə əlavə edilmiş qəbzdən, iddiaçının iddia tələbindən görünür ki, hazırki iş üzrə mübahisəli hüquq münasibəti 2000-ci ilin iyul ayından yaranıb. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki mülki mübahisəyə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq etməli olduğu halda, birinci insta nsiya məhkəməsi mübahisəyə 01 sentyabr 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin yuxarıda göstərilən normalarını tətbiq edib. Hansı ki, tərəflər arasında yazılı formada qəbz olub və həmin qəbz borc verən və borc alanla yanaşı iki şəxs tərəfindən də imzalanıb. Göründüyü kimi tərəflər arasında borc münasibətlərinin olması, cavabdehin iddiaçıdan 5.540 ABŞ dolları məbləğində borc pul alması mülki iş materialları ilə istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında borc hüquq münasibəti 2000-ci ilin iyul ayında yaranıb, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 13 fevral 2019-cu il tarixdə müraciət edib, başqa sözlə iddiaçı hazırki iddia ərizəsi ilə mə hkəməyə iddia müddətini ötürməklə müraciət edib. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə görə, hüquq pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç ildir. Həmin Mülki Məcəllənin 77-ci maddəsinə görə, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Göründüyü kimi, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə görə iddia müddəti keçdiyi halda, tərəflərin iddia müddətinin tətbiqini bildiribbildirməməsindən asılı olmayaraq, məhkəmə iddia müddətini tətbiq etməlidir. İddia müddətinin tətbiqi isə iddianın rədd edilməsi deməkdir. Hazırki işdən görünür ki, iddiaçı ilə cavabdeh arasında b orc münasibətləri 04 iyul 2000-ci il tarixdə yaranıb, cavabdeh aldığı borcu 01 avqust 2000-ci ilədək qaytarmağı öhdəsinə götürüb, lakin öhdəliyin icra müddəti başa çatsa da, iddiaçı iddia müddəti ərzində, yəni 3 il müddətində cavabdehə qarşı iddia qaldırmayıb və iddia müddətini ötürüb, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməyib. Belə olan halda da, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin iddia müddəti və onun tətbiqini müəyyən edən normalar baxımından iddia tələbi təmin edilə bilməzdi. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi həm də hazırda tətbiq edilən Mülki Məcəllənin normalarına görə də təmin edilə b ilməz. Belə ki, cavabdeh apelyasiya şikayətinə əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə də verib. Hazırda tətbiq edilən Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin apelyasiya instansiyasında qəbulunu mümkün sayarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasi Kons titusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyinə istinad edir. Konstitusiya Məhkəməsinin həmin iş üzrə hüquqi mövqeyi ondan ibarət olub ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya in stansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Lakin yuxarıda qeyd edildiyi kimi cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilmədiyi üçün ərizənin məhkəməyə təqdim edilməsi cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin hazırki mərhələdə qəbul edilməsini mümkün sayır. 01 sentyabr 2000-ci ildən tətbiq edilən Mülki Məcəllənin tələləri baxımından, yəni cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməklə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Re spublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (borcun) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit (borc) müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (borcun) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit (borc) müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit (borc) münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit (borc) müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni borcun ödənişləri ilə bağlı öhdəliklərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin t ələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit (borc) münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. İşin hallarından görünür ki, iddia müddətinin axımı borc müqaviləsinin qüvvədə olma müddətinin sonuncu günü, 01 avqust 2000-ci ildən başlayıb. Həmin tarixdən 3 illik müddət hesablanarsa, müddətin sonu 01 avqust 2003-cü il tarixə təsadüf edir. İddiaçı isə 01 avqust 2003-cü il tarixədək məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə 13 fevral 2019cu il tarixdə müraciət edib, bununla da, iddia müddətini 15 il 6 ay 12 gün ötürüb. Belə olan halda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinadən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia müddəti keçdiyi və bu barədə cavabdeh ərizə verdiyi üçün hazırki iddia tələb i təmin edilə bilməz. Eyni zamanda iddiaçının iddia müddətinin axımının kəsilməsi ilə bağlı istinad etdiyi hal- cavabdehin iddianı etiraf edən hərəkət edərək, 11 aprel 2018-ci il tarixdə cavabdehin bacısı tərəfindən ona olan borcdan 170 manat, yəni 100 ABŞ dolları pulun qaytarılması halı şahid ifadəsi ilə təkzib edilir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Mənsuma İsmayılova ifadəsində göstərmişdir ki, iddiaçını və onun bacısı Çiçəyi şəxsən tanımır. Onları 2003-2004-cü illərdə bacısı Elnarədə olan borcun qaytarılması üçün qapılarına gələndə görüb, ondan sonra onları heç zaman görməyib və bacısının əvəzinə borcdan 170 manat məbləğində pul qaytarmayıb. Həmçinin iddiaçının 2004-cü ildə polisə və məhkəməyə, sonuncu dəfə 2016-cı ildə isə yalnız polisə müraciət etməsi, cavabdehin yerini müəyyən etmək mümkün olmadığından şikayətlərinə baxılmaması barədə dəlillərini iddia müddətinin axımının kəsilməsi əsası kimi qəbul etmir. İddiaçı pulun qaytarılması barədə 2004-cü ildə polis və məhkəmə orqanlarına etməsini bildirsə də, buna dair sübutu, eyni zamanda qeyd edilən orqanlar tərəfindən qəbul edilmiş hər hansı qərarı təqdim etməmiş, bununla da daha əvvəl pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etməsini sübut edə bilməmişdir. İddiaçının borcun qaytarılması ilə bağlı 2016-cı polisə müraciət etməsi dəlilinə gəldikdə, əvvəla, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” məhkəmə kollegiyasına təqdim edilən 07 oktyabr 2016-cı il tarixli qərardan görünür ki, Cavabdeh borc alıb, qaytarmaması barədə şikayətlə polisə İddiaçı deyil, X1 müraciət e tmişdir. Bundan əlavə, həm mübahisəli hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilən Mülki Məcəllənin 81-ci, həm də həmin münasibətlərin yaranmasından iki ay sonra tətbiq edilən hazırki Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Polis və başqa hər hansı orqana borcun qaytarılması barədə müraciət edilməsi məhkəmədə iddia qaldırmağa bərabər tutulmadığı üçün məhkəmədən kənar hər hansı orqana müraciət edilməsi iddia müddətinin axımının kəsilməsinə əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini mü zakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3247/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1122/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1122/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver