Məhkəmə qərarları › İş №2(102)-1122/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1122/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1122/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin3, Zamin1 və Zamin2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil Ceyhun oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-780/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tə rəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin3 Mixaylovnaya, X1 və Zamin2 qarşı “kredit müqaviləsinin ləğvinə, borcun ödənilməsinə, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi” tələbinə dair iddia verərək, xx xxxxxx 2018-ci il tarixli, 240118/222679 saylı Kredit müqavilələrinin ləğv edilməsi, borcalan və ipotekaqoyan Cavabdeh və zaminlər Zamin3 Mixaylovnadan, Zamin1, Zamin2 əsas borc üzrə 5994 (beş min doqquz yüz doxsan dörd) manat, faiz məbləği 1765 (bir min yeddi yüz altmış beş) manat, cərimə 300 (üç yüz) manat olmaqla cəmi 8059 (səkkiz min əlli doqquz) manat və ödənilmiş 30 (otuz) manat məhkəmə dövlət rüsumu, Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyesteri xidmətinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və xidmət haqqınin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsindəki 2 saylı evin 3 saylı mənzilinə, ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 9534 (doqquz min beş yüz otuz dörd) manat qaytarılmaq şərti ilə 36 (otuz altı) ay müddətinə, illik 25 % (iyirmi beş faiz) ödəmək şərti ilə kredit verilmişdir 3. xx xxxxxx 2018-ci il tarixli Sonrakı İpoteka müqaviləs inə kreditin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində 2 saylı evin 3 saylı mənzili ipotekaya qoyulmuşdur. 4. xx.xx.2018-ci il tarixli, 240118/222679 saylı zaminlik müqaviləsinə əsasən borcalanın xx.xx.2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı ASC ilə Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 arasında zaminlik müqaviləsi bağlanmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdən başlayaraq 36 ay müddətinə İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir

6. Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2015 tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin bazar qiyməti 25000 manat, likvid qiyməti 22000 manat qiymətləndirilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/599 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh xx xxxxxxx 2019-cu il tarixə olan əsas borcu 5993,16 manat və faiz borcu 1621,56 manat məbləğində müəyyən olunmuşdur. 8. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04-/313 saylı qiymətlənd irmə hesabatından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində mülkiyyətində 2 saylı evin 3 saylı mənzilin qiyməti 35.000 manat məbləğində müəyyən edilmişdir

9. İddiaçı bildirir ki, İddiaçı ASC Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsinə əsasən 9534 (doqquz min beş yüz otuz dörd) manat qaytarılmaq şərti ilə 36 (otuz altı) ay müddətinə, illik 25 % (iyirmi beş faiz) ödəmək şərti ilə kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində mülkiyyətində 2 saylı evin 3 saylı mənzili, xx xxxxxx 2018-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən Borcalan kredit üzrə əsas borcun və hesabla nmış faizlərim ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayırılmaz hissəsi olan annuitet ödəniş qrafiki (və ya sərbəst ödəniş) əsasında ödənişləri nagd və ya köçürmə yolu ilə həyata keçirilir. Kredit üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda 30 (otuz) təqvim günü götürməklə hesablanır. Kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və kredit müqaviləsinə əsasən hər ayın 24-dən gec olmayaraq borcalan tərəfindən ödənilməlidir. Cavabdeh (Borcalan və İpotekaqoyan) və Zamin3, Zamin1, Zamin2 (Zaminlər) dəfələrlə xəbərdarlıq edilərək, kredit müqaviləsi üzrə ödənişlərin vaxtında aparılması və kredit müqaviləsində götürülən öhdəliklərin yerinə yetirilməsi barədə bildiriş verilmişdir. Bildiriş verilməsinə baxmayaraq c avabdeh kredit müqaviləsinin öhdəliklərini pozaraq bu gün üçün 190 (bir yüz doxsan) gün gecikmə edərək öhdəlikləri pozmuşdur. Cavabdeh (Borcalan və İpotekaqoyan) və Zamin3 Mixaylovna, Zamin1 qızma, Zamin2 (Zaminlər) öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələbin ipotekaya qoyulmuş əmlaka yönəldiləcəyi bildirilmişdir. Kredit müqaviləsinin əsas şərtlərinin 1-ci bəndinin 1.1.1. bəndinə görə, borcalan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyi icra etmədikdə, Kreditor Borcalana öhdəliyin icra olunmamış qalığına hər gün üçün gecikdirilən borc qalıq məbləğinə illik 35% həcmində cərimə hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. xx xxxxxx 2018-ci il tarixli 240118/222679 saylı kredit müqaviləsinə əsasən verilən kreditdən qalıq əsas məbləğ 5994 (beş min doqquz yüz doxsan dörd) man at, faiz məbləği 1765 (bir min yeddi yüz altmış beş) manat, cərimə 300 (üç yüz) manat olmaqla cəmi 8059 (səkkiz min əlli doqquz) manat hesablanılır.

10. Cavabdeh bildirır ki, iddia tələbini qəbul etmir, o, 2015-ci il tarixdə evini girov qoyaraq iddiaçı təşkilatdan 12000 manat pul almışdır. O, krediti 8000 ABŞ dolları və 4000 manat olmaqla bankdan almışdır. 2017-ci il tarixdə devalvasiya baş verəndən sonra maddi vəziyyəti yaxşı olmadığı üçün ödəniş edə bilməmişdir. İddiaçı təşkilat ona yenidən müqavilə bağlamağı təklif etmiş, o da təkliflə razılaşmışdır. Lakin sonradan hesablama apardıqdan sonra müqaviləni manatla bağladığına görə götürdüyü krediti dollardan manata çevirdikdə ona əlavə borc yazıldığını anlamışdır. O, bankdan 12000 manat götürsə də indiyədək 17000 manat pul ödəmişdir. Ona ço x pul yazılmışdır. Banka olan sonuncu ödənişi isə 2019-cu il sentyabr ayının 30-da 25 manat olmuşdur.

11. Cavabdeh Zamin2 bildirır ki, iddia tələbini qəbul etmir, belə ki, onları banka çağıranda müqaviləni dollardan manata çevirdiklərini demişlər. Halbuki, belə olan halda onlara borcun üzərinə əlavə pul gələcəyini deməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4510/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh və Zamin3, Zamin1, Zamin2 əsas borc üzrə 5994 (beş min doqquz yüz doxsan dörd) manat, faiz məbləği 1765 (bir min yeddi yüz altmış beş) manat, cərimə 300 (üç yüz) manat olmaqla cəmi 8059 (səkkiz min əlli doqquz) manat və ödənilmiş 30 (otuz) manat məhkəmə dövlət rüsumu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyesteri xidmətinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, kreditin qaytarılma təminatı ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış 2 saylı evin 3 saylı mənzil sahəsinə yönəldilməsi, xx xxxxxx 2018-ci il tarixli, 240118/222679 saylı sonrakı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC Sumqayıt filialına ipotekaya qoyulmuş və qarışılıqlı razılaşma əsasında ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat müəyyən edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin (birgə borcluların) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmişdir. Ona görə də iddiaçının zaminlər Zamin3, Zamin1 və Zamin2 öhdəliyinin icrasını tələb etmək hüququ vardır.

14. Bundan başqa Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir.

15. Məhkəmə həmçinin ipoteka ilə yüklü edilmiş əmlakin qiymətləndirilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilə bağlanan zaman mütəxəssis rəyi əsasında əmlakın likvid qiyməti 22000 (iyirmi iki min) manat qiymətləndirildiyindən, iddiaçı da tələbində əmlakın bu qiymət əsasında qiymətləndirilməsini tələb etdiyindən həmin qiymət əsas götürülməlidir

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 319.6, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 449.1, 449.4, 462.1, 463.1, 465.1, 467, 472, 739, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü, Mülki Prossesual Mə cəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-780/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Vəkil-sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4510/2019 saylı qətnaməsi – «Cavabdeh, Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 əsas borc üzrə 5994 (beş min doqquz yüz doxsan dörd) manat, faiz borcu üzrə 1765 (min yeddi yüz altmış beş) manat İddiaçı ASC-nin xeyrinə ödənilsin hissəsində ləğv edilmiş və iddia həmin hisədə qism ən təmin edilib əsas borcun 5993 (beş min doqquz yüz doxsan üç) manat 16 (on altı) qəpik və faiz borcunun 1621 (min altı yüz iyirmi bir) manat 56 (əlli altı) qəpik məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə - «ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi» hissəsi dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə – İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, Zamin3, Zamin1 və Zamin2 300 (üç yüz) manat cərimə borcu, iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyesteri xidmətinə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu və xidmət haqqı tutulub, İddiaçı ASC-yə ödənilməsi, tutmanın Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 2 saylı evin 3 saylı mənzil sahəsinə yönəldilməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsədə, cavabdeh isə müqavilənin şərtlərini pozmuşdur. Ona görə də apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır.

20. Bundan başqa kollegiya hesab etmişdir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04-/313 saylı qiymətləndirmə hesabatı ilə Abş eron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində mülkiyyətində 2 saylı evin 3 saylı mənzilin qiyməti 35.000 manat məbləğində müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı

21. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin bazar dəyəri 25000 manat, likvid dəyəri 22000 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq ipoteka predmetinin bazar dəyəri 35000 manat qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının qismən ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı yalnız mübhisələndirilən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

30. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərək əti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

31. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

32. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələ blərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

33. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (maddə 445.1)

34. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

35. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İp oteka haqqında” Azərbaycan Respublikası Qanunu

36. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. (maddə 1.0.1)

37. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. (maddə 1.0.9)

38. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. (maddə 10.1)

39. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödə nilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.(maddə 33)

40. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.(maddə 39.3.3)

41. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. (maddə 59.3.1)

42. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tut ulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. (maddə 59.4) Mülki Prosessual Məcəllə

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

45. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

46. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

47. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

48. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)

49. Kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

50. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qe ydiyyata alınmış 2 saylı evin 3 saylı mənzilin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildır.

52. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən qiyməti əsas götürmüşdür.

53. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. (40) 54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

55. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin sa tılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

56. Məlumdur ki, Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoya nlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

57. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti o lan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən mənzilin ilkin satış qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

58. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-780 /2020 nömrəli iş üzrə xx xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar